TAB

is. [ fars. ] Güc, qüvvət, taqət. Əlinin tabı yoxdur.
– Yatmaq üçün gözlərimin xabı var; Dərd çəkməyə mən yazığın tabı var. Qurbani”.

□ Tab (tabı) qalmamaq – gücdən düşmək, taqətdən düşmək, üzülmək.
Artıq qollarımda qalmamışdı tab; Üzmüşdü canımı çəkdiyim əzab. Ə.Cavad.

Tab etmək (gətirmək) – dözmək, davam gətirmək. [Abbas:] Könül necə tab eyləsin; Mən səndən ayrılım, gedim? “Abbas və Gülgəz”.
Əridir mum kimi daşı fəraqın, ey gül; Mən necə atəşi-hicranına bəs tab eləyim? S.Ə.Şirvani.

Tab gətirməmək (gətirə bilməmək)1) özünü saxlaya bilməmək, dayana bilməmək, dözməmək.
Əvvəl kağız yazdım və sonra tab gətirmədim, bir teleqraf da vurdum. C.Məmmədquluzadə.
Arvadlar tab gətirə bilməyib ağladılar, kişilər başlarını yerə dikdilər… N.Nərimanov.
Çoban onu bir az da sualcavaba tutsaydı, Gözəl tab gətirməyib yenə ağlayacaqdı. M.Hüseyn;

2) duruş gətirə bilməmək, davam gətirə bilməmək.
Düşmən tab gətirə bilməyib qaçır. Qaçaq Nəbi”.

Tab tutmamaq (tuta bilməmək) – bax tab gətirməmək (gətirə bilməmək).
[Ağa Kərim xan:] Ürəyim tab tutmayır, minbaşı, məni qınama, qınama!… N.Vəzirov.
Bir azdan Gülöyşə ilə Xanım yerlərində tab tuta bilməyib, küçə tərəfə gəldilər. S.Rəhimov.

Tabdan düşmək – taqətdən düşmək, gücdən düşmək, haldan düşmək, üzülmək.
Hüseyni o qədər vurdular ki, tabdan düşdü. S.Rəhman.
[Odunçuoğlu] tabdan düşmüş halda güclə ayaqlarını sürüyərək xan malikanəsindən uzaqlaşmağa başladı. Ə.Məmmədxanlı.

Tabı gəlməmək – gücü olmamaq, gücü çatmamaq, bacarmamaq.
…Vahid adi bir tələbə idi, Gəldiyev ilə tutaşmağa tabı gəlməzdi. Mir Cəlal.

Tabı kəsilmək – bax tabdan düşmək.
Hicrində gecələr kəsilib tabım; Günbəgündən artar cövrü əzabım. Q.Zakir.

Синонимы

  • TAB tab bax 1. güc; 2. səbir I
  • TAB qüvvət — güc — taqət
  • TAB dözüm

Омонимы

  • TAB TAB I is. [ fars. ] Güc, qüvvət. Bir ay idi ki, fabrikdən qovulmuşdum, yeni iş tapmaq mümkün deyil idi, aclıq da məni tabdan salmaqda idi (Çəmənzəminl

Этимология

  • TAB Farsca taftən (isinmək) məsdəri ilə bağlıdır. Tabistan – “yay” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TAARÜF
TAB-TAQƏT
OBASTAN VİKİ
82 mm BM-37 tabor minaatanı
82 mm lik tabor minaatanı ( BM-37) Düşmənin açıqda, səngərdə, dağların əks yamaclarında yerləşən canlı qüvvəsini və atəş vasitələrini məhv etmək və susdurmaq üçündür. Minaatandan istifadədə 4 cür minadan istifadə olunur.
Adsız tablo (roman)
Adsız Tablo (ing. unnamed table)— Elxan Elatlı tərəfindən 2003 cü ildə nəşr edilmiş roman == Məzmunu == Bakı şəhəri... 1 aprel 2013-cü il Əslində adi günlərdən biri... Bu tarix hər il dünyada gülüş günü kimi qeyd olunur.Amma hər gün,o cümlədən bu gün də yer üzündə minlərlə insanın müxtəlif səbəblərdən öldüyünü,milyonlarla insanın xəstəlikdən can çəkdiyini düşünəndə,anlayırsan ki, dünyanın vahıd bir gülüş günü ola bilməz.Onsuz da taleyi kimin üzünə gülürsə,o adam qəlbən gülür,kimə sərt üz göstərirsə ağlayır.Heç bir fərq qoyulmadan,ilin hər bir günündə.. Bizdə isə əlavə olaraq bu günə Aldatma Günü də deyilir.İlin hər bir günündə bir-birimizi aldatmağımız azmış kimi,bunun üçün məxsusi bir gün də ayırmışıq. Yox, narahat olmayin, sizi nə aldatmaq fikrimiz var,nə də güldürmək.Sadəcə, həmişə, hər yerdə baş verə biləcək bir adi əhvalat danışacağıq sizə... Və bəlkə də bir az qeyri adi... Çoxdan susmuş cib telefonu bu gün ikinci dəfə səsləndi.Öz mənzilindəki iş masasının arxasında oturub noutbukla təyyarə bileti sifariş verən polkovnik Qasımlı üz gözünü turşudub işindən ayrıldı.Zəng yad nömrədən gəlirdi.Həm də rəqəmləri ahəngdar ardıcıllıqla düzülmüş xüsusi bir nömrədən. Belə nömrələr həvəskar müştərilərə azı beş yüz manata satılırdı.Adi nömrələrin beş manata olduğunu nəzərə alsaq,yüz dəfə baha idi... Zəng vaxtından əvvəl kəsildi..Demək kimsə onu narahat etməyə çətinliklə cəsarət tapmışdı.Görəsən bu kim idi?Onun telefon nömrəsini çox az adam bilirdi və bu adamlar da çox nadir hallarda zəng vururdular.Məsələn az əvvəl nahar vaxtı Boris Nİkitin Moskvadan zəng vurub onu oğlunun toyuna dəvət etdi.Gör illər necə tez keçib gedirdi.Əgər Qasımlının yeganə övladı olan qızı o vaxt bir yaşında qətlə yetirilməsəydi indi yeniyetmə qız olacaqdı.Borisin oğlundan yeddi-səkkiz yaş kiçik...Boris ondan çox tez evlənmişdi.Toy aprelin 5-də olacaqdı.Ona görə də bir gün əvvələ,gündüz saat 10.40-a bilet sifariş verdi.Deməli,iki əzizini və bolluca xatirələrini qoyub gəldiyi Moskvaya uçmağına üç sutkadan az vaxt qalırdı.
Aeonium tabuliforme
Aeonium tabuliforme (lat. Aeonium tabuliforme) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Antonio Tabukki
Antonio Tabukki (24 sentyabr 1943[…], Piza, İtaliya – 25 mart 2012[…], Lissabon) — italyan yazıçı, "Pereyra iddia edir" adlı əsərin müəllifi. == Həyatı == Antonio Tabukki 23 sentyabr 1943-cü ildə Pizada dünyaya gəlib, lakin Veççiano qəsəbəsində nənəsi və babasının yanında böyüyüb. 1969-cu ildə universiteti bitirib. Buraxılış işinin mövzusu "Portuqaliyada yalançılıq" olub. 1970-ci illərdə Pizadakı "Scuola Normala Superiore"də Portuqal dili və ədəbiyyatını tədqiq edib. 1973-cü ildə Boloniya Universitetinin Portuqal dili və ədəbiyyatı kafedrasında müəllim işləməyə başlayıb. Onda portuqal dilinə və ədəbiyyatına marağı Fernando Pessoanın yaradıcılığına olan heyranlığı və onu ana dilində oxumaq arzusu doğurub. 1975-ci ildə ilk romanı "Piazza d'ıtalia"da (Milan: Bompiani) dərc olunub. Siena Universitetində, Nyu-Yorkdakı "Bard Kolleci"ndə, Parisdəki "École des Hautes Études" və "Collège de France" kimi tanınmış təhsil müəssisələrində dərs deyib. Əsərləri qırxdan artıq dilə tərcümə olunub.
Arlda yataq otağı (tablo)
Arlda yataq otağı (nid. Slaapkamer te Arles) – holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur rəsm əsərlərindən biri. Qeyd etmək lazımdır ki, bu rəsm əsərinin üç versiyası mövcuddur. == Əsərin versiyaları == == Maraqlı faktlar == Belə hesab edilir ki, Van Qoq dahi olub. Nə onu nə bunu həmvətənliləri zamanında görə bilmədilər. Ayı 15 Franka dörd otaqlı fligel (əsas binanın yanında tikilmiş ev və ya əlavə tikili, bina) kirayələyən rəssam evə 300 franklıq mebel almışdır. Hec vaxt pulu olmayan van Qoqun pula belə münasibəti təəccüb doğurur. O zaman mehmanxanada 5 franka otaq tutmaq olardı. Təsadüfi əldə edilən miras ona arzusunu həyata keçirməyə imkan vermişdir. 1888-ci ilin mayında fransanın cənubu Arlda emalatxana tutaraq Van Qoq onu anlamayan Paris tənqidçilərindən və rəssamlardan qaçır.
Asma tabut
Asma tabut — yerdən yüksəkdə, qayalara qoyulmuş tabut şəklində olan dəfn tikililəri. Çin və Filippin də daxil olmaqla bir çox ölkədə rast gəlinir. Cində syuanquan kimi tanınır. == Çin == Tabutları asmaqla dəfn etmək Çindəki bəzi milli azlıqların, xüsusən də Bo xalqının (Ch. 僰 人) qədim dəfn adətidir. Onlar haqqında ilk olaraq Min sülaləsinin salnamələrində bəhs edilmişdir. Nanu ağacının möhkəm parçalarından müxtəlif formalı içi boş tabutlar oyulur. Mərhumun cənazəsinin bu tabutun içərisinə yerləşdirilərək hündür (100 m-ə qədər) qaya çıxıntılarına və mağaralara, çox vaxt qrup şəklində qoyullur. Bo xalqının inancına görə dağlar bu dünya ilə cənnət arasındakı pilləkən yolunu oynayır. Bundan əlavə, insanlar mərhumu düşmənlər və heyvanlar tərəfindən qorumaqdan ötrü etdiklərini bildirirlər.
Balkon (tablo)
Balkon (fr. Le Balcon) — Eduard Mane tərəfindən 1868–1869-cu illərdə çəkilmiş rəsm əsəri.
Berqman (tabor)
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor. Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur. Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır.
Böyük tablo
Chrysanthemum tabrisianum
Tanacetum tabrisianum (lat. Tanacetum tabrisianum) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonim == Chrysanthemum tabrisianum (Boiss.) Bornm. Pyrethrum tabrisianum Boiss.
Corc Tabori
Corc Tabori (mac. Tábori György; 24 may 1914[…], Budapeşt – 23 iyul 2007[…], Berlin) — macar teatr rejissoru, yazıçısı və ssenaristi. == Həyatı == Corc Tabori 1914-cü ildə Budapeştdə yəhudi əsilli ailədə anadan olmuşdur. Atası Auşvitz həbs düşərgəsində öldürülən, anası və qardaşı Nasist idarəçiliyindən qaçan Corc Tabori 1935-ci ildə Hitler Almaniyasını tərk edərək Londona köçmüşdür. İkinci Dünya müharibəsi zamanı İngiltərə ordusunda müharibə müxbirliyi etmiş və BBC-də işləmişdir. 1947-ci ildə ABŞ-yə köçmüşdür. == Yaradıcılığı == Onun ilk romanı Beneath The Stone adlanır. 1945-ci ildə bitirdiyi roman ABŞ-də çap edilmişdir. Taborinin ingiliscə yazdığı iki romanı - The Cannibals və Pinkville Vinn Həndman tərəfindən Nyu-York şəhərindəki Amerikan Teatr Sarayında 1968-ci ildən 1970-ci ilə qədər səhnələşdirilmişdir.1970-ci ildə onun The Prince əsəri əsasında Con Boorman tərəfindən Leo the Last adlı film çəkilmişdir. Bu filmdə o dövrün məşhur aktyor və aktrisalarından Marçello Mastroyanni və Billi Uaytlou da çəkilmişdir.
Cunko Tabey
Cunko Tabey (田部井 淳子, Tabey Cunko, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası – 20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası) – Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur. == Həyatı == Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur. Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur. Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur.1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir. O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır.Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur. 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur. O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır. Tabey bundan sonra Yeddi zirvənin fəthini tamamlamağa qərar vermişdir. O, 1980-ci ildə Kilimancaro, 1987-ci ildə Akonkaqua, 1988-ci ildə Denali, 1989-cu ildə Elbrus, 1991-ci ildə Vinson, 1992-ci ildə isə Caya zirvəsini etmiş, beləcə, Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur.Bunlardan əlavə, Tabey hər ölkənin ən hündür zirvəsini də fəth etməyə çalışmışdır və bu kateqoriya üzrə hədəflədiyi 196 zirvədən 60-nı fəth etmişdir.
Emalatxanada səhər yeməyi (tablo)
Emalatxanada səhər yeməyi (fr. Le Déjeuner dans l'atelier) — Eduard Mane tərəfindən 1868-ci ildə çəkilmiş rəsm əsəri. Rəsmin içərisində xüsusilə oğlu Léon Koëlla-Leenhoff və rəssam dostu Joseph-Auguste Rousselin var.
Eugenia tabouensis
Eugenia tabouensis (lat. Eugenia tabouensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Foli-Berjerdə bar (tablo)
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.
Folies-Bergèredə bar (tablo)
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.
Fırtına (tablo)
Fırtına (it. La Tampesta) italyan rəssam Corconenin 1506-1508 illərə aid intibah əsəri. Əslən Venesiyalı əsilzadə Gabriele Vendramin tərəfindən hazırlanan rəsm əsəri indi İtaliyada Venesiyada Gallerie dell'Accademia -da sərgilənir. İncəsənət tarixçilərinin müzakirələrinə baxmayaraq əsərin mənası hələ də müəmmalı olaraq qalır. Əsər rəssamın ilk rəsmi olaraq bilinir. == Təsvir və şərhlər == Əsərin sağ tərəfində bir qadın yanında körpəsi ilə oturub. Qadın 1530 -cu illərdən bəri olan “Çingənə” kimi təsvir olunub. İtaliyada rəsm “La Zingara e il Soldato”(“Qaraçı qadını və Əsgər”) və ya La “Zingarella e il Soldato” (“Qaraçı qızı və Əsgər”) olaraq tanınır. Uzun bir çubuq və ya nizə tutan adam, rəsmin sol tərəfində t, təsvir edilib. O gülümsəyərək sağ tərəfə baxsa da onun bu tərəfdə oturan qadına baxdığı görünmür.
Heysam ibn Məhəmməd (Tabasaran əmiri)
Heysəm ibn Məhəmməd (v. 1025, Tabasaran) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri. == Dərbənd əmirliyi == Haqqında çox məlumat yoxdur. Hələ babası Əbu Tahir Yezid ibn Məhəmməd vaxtında 930-cu ilin oktyabrında Heysəmin atası Məhəmməd Dərbənd əmiri Əbdülmalik ibn Haşim ilə təkbətək vuruşmuş və qalib gələ bilməmişdi. Əbdülmalik ibn Haşim 24 fevral 939-cu ildə gözlənilmədən vəfat etmişdi. Taxta onun 3 yaşlı oğlu Əhməd ibn Əbdülmalik gətirilmişdi və bundan düz 5 ay sonra rəislər Əhmədi devirmişdilər. İyun ayında Heysəmi taxta dəvət edən rəislər onu Dərbənd əmiri kimi tanıdılar. Lakin 941-ci ilin mayı Haşimilər sülaləsinə sadiq rəislər yenidən Əhmədi taxta gətirdilər. Lakin 6 ay sonra, 941-ci ilin dekabrın Əhməd ibn Əbdülmalik yenə devrildi və taxta yenidən Heysəm gəldi. Bu dəfə onun hakimiyyəti 942-ci ilin mayına qədər çəkdi və yerinə Xəşrəm Əhməd adlı ləzgi rəis əmir elan olundu.
Heysəm ibn Məhəmməd (Tabasaran əmiri)
Heysəm ibn Məhəmməd (v. 1025, Tabasaran) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri. == Dərbənd əmirliyi == Haqqında çox məlumat yoxdur. Hələ babası Əbu Tahir Yezid ibn Məhəmməd vaxtında 930-cu ilin oktyabrında Heysəmin atası Məhəmməd Dərbənd əmiri Əbdülmalik ibn Haşim ilə təkbətək vuruşmuş və qalib gələ bilməmişdi. Əbdülmalik ibn Haşim 24 fevral 939-cu ildə gözlənilmədən vəfat etmişdi. Taxta onun 3 yaşlı oğlu Əhməd ibn Əbdülmalik gətirilmişdi və bundan düz 5 ay sonra rəislər Əhmədi devirmişdilər. İyun ayında Heysəmi taxta dəvət edən rəislər onu Dərbənd əmiri kimi tanıdılar. Lakin 941-ci ilin mayı Haşimilər sülaləsinə sadiq rəislər yenidən Əhmədi taxta gətirdilər. Lakin 6 ay sonra, 941-ci ilin dekabrın Əhməd ibn Əbdülmalik yenə devrildi və taxta yenidən Heysəm gəldi. Bu dəfə onun hakimiyyəti 942-ci ilin mayına qədər çəkdi və yerinə Xəşrəm Əhməd adlı ləzgi rəis əmir elan olundu.
Hollerit tabulyatoru
Hollerit tabulyatoru XIX yüzilin sonunda amerikalı Herman Hollerit (Herman Hollerith) tərəfindən ABŞ-də 1890-ci ildə əhalinin syahıyaalınmasının statistik verilənlərinin qeydiyyatı və emalı üçün ixtira olunmuş elektromexaniki maşın. Bu maşın perfokartlardakı verilənləri emal edən ilk qurğu idi; o, pefokartlarda olan dəliklərdən elektrik dövrəsini qapamaqla statistikanı hesablayırdı. Bəzi qiymətləndirmələrə görə bu maşının sayəsində siyahıyaılmanın aparılması müddətini üçdə iki dəfə qısaltmaq mümkün olub. 1900-cü illərin başlanğıcında Holleritin qurduğu Tabulating Machine Company şirkəti bu ixtiranın kütləvi buraxılışına başladı; bir sıra birləşmələrdən sonra bu şirkət International Business Machines Corporation (IBM) firmasına çevrildi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
KQSM taboru
Kütləvi Qırğın Silahlarından Müdafiə Taboru - əsasən hər hansı nüvə və atom silahlarının atılacağı ehtimalı ilə yaradılmış tabor. Bu taborun şəxsi heyəti xüsusi biliyə sahib qulluqçulardır,çünki kimyəvi silahların (atomların) atıldığı ərazilərdə radiasiya şüalanması və bir çox fəsadların aradan qaldırılması,yaralıların,meyitlərin daşınması,həmin ərazilərdə davranmaq üçün xüsusi biliyə sahib olmaq lazımdır.
Kartof yeyənlər (tablo)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. == Tablonun tarixi == Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək".Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq.Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər. Ailə ata, ana, oğul və iki qızdan ibarət idi və onlar tarlada işləyirdilər. Onlar kasıb olduqlarından əsas yeməkləri kartof idi.
Kuba-Taba dağı
Kuba-Taba (kab.-çərk. Къуэбэ-Тӏэбэ) — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyni adlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının Baksan və Zolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir. == Coğrafiyası == Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir. Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.
Kyara Tabani
Kyara Tabani (d. 27 avqust 1994) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Kyara Tabani, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.

Значение слова в других словарях

бог зна́ет гава́ец нетру́дно подовра́ть реско́нтро рубашо́нка свиристе́ль ски́дочка трескообра́зные ширя́ть акуше́рский выскочить за́муж докторанту́ра неро́вня поша́ливать усмири́тельный волчица собор maraging petrochemist unused игла отереть прагматический штопать