TABLE-TALK

n 1. stol arxasında / süfrə başında söhbət; 2. stolarxası söhbətin mövzusu

TABLE-NAPKIN
TABLE TENNIS
OBASTAN VİKİ
Talk
Talk Mg3 (OH)2 [Si2O5]2 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Villemseit – Ni - talk (Ni : Mg > 2:1); kalsiumlu talk (11,8 %-dək Ca); steatit – mineralın sıx kütlələri və b. == Xassələr == Rəng – yaşılımtıl, sarımtıl, bozumtul çalarlı ağ, alma kimi açıq-yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – yağlı, şüşə, ayrılma səthlərində sədəfi; sıx aqreqatlarda tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik vərəqləri isə şəffafdır; Sıxlıq – 2,7-2,8; Sərtlik – 1; Əllə toxunduqda yağlıdır; vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – istiliyi və elektriki pis keçirir; Oda- və turşuyadavamlıdır; Morfologiya – kristallar: nadir rast gələn lövhəvari; Mineral aqreqatları: vərəqvari, pulcuqlu, sıx, gizlikristallik. == Mənşəyi və yayılması == Əsasən maqneziumla zəngin hiperbazitlərin hidrotermal dəyişilməsi zamanı əmələ gəlir və olivin və Mg - piroksenlərin hesabına kristallaşır. Talk şistlərinin və listvenitlərin süxur əmələgətirən mineralıdır. Talk habelə karbonat süxurlarının termal metamorfizmi və kontakt - metasomatik dəyişilməsi nəticəsində təzahür edir. Mineralın autigen əmələgəlmələri də məlumdur. Birlikdə rast gəldiyi minerallar: dolomit, piroksenlər, amfibollar, xloritlər və b. Mineralın tapıldığı yerlər: Şabrov (Rusiya); Göpfersqrün, Lobsdorf (Almaniya); Qrodzişe (Polşa); Providens (ABŞ) və b.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Google Talk
Google Talk — Googlenin çıxardığı mesajlaşma və telefon proqramı. Proqram, açıq XMPP protokolu üzərinə qurulmuşdur. Hələ də yalnız Windows 2000, XP, Server 2003 və Windows Vista üçün distributivləri vardır. Windows 7də də istifadə edilə bilər. Yahoo və Hotmail istifadə edən yoldaşlarınızı siyahınıza əlavə etdiyinizdə onlara bir dəvət e-poçtu gedər. Bu e-poçtda Google Talk proqramını endirə biləcəkləri əlaqə və gmail (google talk istifadə etmək üçün lazımlı) dəvətnaməsi yer almağdadır. == Səsli ünsiyyət == Hər nə qədər səsli danışma imkanı versə də hələ PSTN əlaqəsi (Skype, Yahoo Messenger kimi) edilə bilməməkdədir. SIP protokollarını oynağa planları vardır. Google Talk ilə Google Talk istifadə edərək Jabber protokolunu istifadə edən kəslərlə ünsiyyət qura bilərsiniz. Yəni Pandion ilə jabber.org hesabına sahib olan bir yoldaşınızı siyahınıza əlavə edə bilərsiniz.
Rica Talk Hotel
Rica Talk Hotel — İsveçin Stokholm Bələdiyyəsinin Alvsyö şəhərindəki Stokholm Beynəlxalq Yarmarkasında yerləşən göydələn və oteldir. Otelin hündürlüyü 72 metrdir. Otel 19 mərtəbədən və 248 otaqdan ibarətdir.Bina Rosenbergs Arkitekter tərəfindən inşa edilmişdir və 2006-cı ilin mayın 23-də açılışı olmuşdur.
The Daily Talk
The Daily Talk — ingilis dilində çıxan divar qəzeti. Gündəlik olaraq Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında (ing. Tubman Boulevard) qara lövhə üzərində təbaşir ilə yazılır. New York Times qəzetinin verdiyi məlumata görə bu, Monroviyada "ən oxunan resursdur", çünki şəhər sakinlərinin əksəriyyətinin adi qəzet almağa sadəcə pulları yoxdur.. Qəzetin əsasını qoyan və redaksiya heyətinin yeganə üzvü Alfred C. Sörlifdir. O, qəzetin əsasını 2000-ci ildə qoymuşdur. Sörlif inanırdı ki, əhalinin geniş maarifləndirilməsi dağıdıcı vətəndaş müharibəsinin nəticələrini aradan qaldırmağa və sülh üçün yeni zəmin yaratmağa imkan verəcəkdir.. Hər gün o, adi qəzetlərdə dərc olunmuş məlumatlar və könüllü müxbirlərin məlumatları əsasında qəzeti üçün material toplayır. Daily Talk qəzetinin oxunması pulsuzdur, amma redaktor mütəmadi olaraq nağd və ya mobil danışıq kartarı formasında ianələr alır. Qəzetin yanında rəy və təkliflər üçün qutu qoyulmuşdur.
PTT (Push to talk)
PTT (Push to talk) — bir istiqamətdə siqnal göndərmək üçün, ikitərəfli radiointerfeys ilə təmin olunmuş əlaqə növüdür. Bu telefonlarda ratsiya funksiyasını daşıyan şəbəkədir. Danışıq siqnallarını göndərmək və qəbul etmək üçün telefonda lazım olan düyməni sıxmaq lazımdır. Bu isə hamımızın yaxşı tanıdığı radio əlaqə qurğusunu (rus dilində: Рация) xatırladır. == Mobil əlaqədə PTT funksiyası == PTT telefonlar üçün ilk əlaqə standartlarındna biri sayılır. İlk telefon qurğularında operatorla əlaqə saxlamaq üçün istifadəçi PTT düyməsini basılı saxlayırdı. Bundan sonra operator ilə əlaqə yaranırdı və istifadəçidən zəng etmək istədiyi, yəni əlaqə saxlamaq istədiyi nömrə soruşulurdu və bundan sonra nömrələr arasında əlaqə yaradılırdı. Vahid mərkəz ilə əlaqə saxlamaq bu üsulun əsas prinsiöi sayılır. Bundan sonra vahid mərkəz sizi lazım olan nömrəyə yönəldir. Bu zaman iki abonent arasında kanal məşğul vəziyyətdə olur.
Let's Talk About Love (albom)
Let's Talk About Love (azərb. Gəl məhəbbətdən danışaq‎) – Modern Talking qrupunun 2-ci albomu. Bu albomun ən məşhur hiti "Cheri, Cheri Lady" mahnısıdır.
Let’s Talk About Love (Modern Talking albomu)
Let's Talk About Love (azərb. Gəl məhəbbətdən danışaq‎) – Modern Talking qrupunun 2-ci albomu. Bu albomun ən məşhur hiti "Cheri, Cheri Lady" mahnısıdır.
идолопокло́нничество кроликово́дческий оконопа́чиваться очи́ток рефулёр ува́листо фланёр шама́ний вы́полнить заспо́рить телепереда́ча adjectivize atmidometer burglarize duett hive morphological punka trivialism взыскание вываляться дочерчивать перевертеть похоронка язычный