TACƏDDİN

dinin tacı; dinin başçısı, rəhbəri.
TACDAR
TACIBƏY
OBASTAN VİKİ
Tacəddin Abbasov
Tacəddin Abışov
Tacəddin Mehdiyev
Tacəddin Mehdiyev — General-mayor, Azərbaycan Respublikasının sabiq müdafiə naziri. Tacəddin Mehdiyev, 11 dekabr 1991-ci ildə müdafiə naziri vəzifəsinə gətirilmişdir. Qarabağ münaqişəsi zamanı ingilis jurnalist Tomas de Vaalın Tacəddin Mehdiyevdən götürdüyü müsahibəsindən: Hələ nazir postunda olarkən Tacəddin Mehdiyev özü şəxsən 1992-ci il 25 yanvar tarixində Daşaltı kəndini erməni işğalından azad etmək üçün baş tutmuş əməliyyata rəhbərlik etmişdir. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirmişdir. 17 fevral 1992-ci ildə ermənilərin törətdiyi Qaradağlı soyqırımından sonra tutduğu vəzifədən azad edilmişdir. 2005-ci ildə 99 saylı Şəmkir kənd seçki dairəsindən parlament seçkiləri zamanı namizədliyini irəli sürsə də, lakin deputat seçilməmişdir.
Tacəddin Vahidov
Tacəddin İsmayılzadə
Tacəddin Şahdağlı
Məmmədov Tacəddin Abdulla oğlu — şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Tacəddin Abdulla oğlu Məmmədov (Şahdağlı) 29 mart 1928-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində dülgər ailəsində anadan olmuşdur. Şair 9 aprel 2019-cu ildə Qəbələ şəhərində vəfat etmişdir. Şairin bir oğlu, beş qızı, 14 nəvəsi, 15 nəticəsi var. İbtidai təhsilini Qutqaşen (indiki Qəbələ) rayonunun Xırxatala kəndindəki ibtidai məktəbdə (1935 – 1939), orta təhsilini isə rayonun Bum kənd orta məktəbində (1939 - 1945) almışdır. O, Ağdaş Pedaqoji texnikumunda (1945 – 1948), Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat (1953 – 1957) və Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsində (1969 – 1975) təhsil almışdır. 1950-1952-ci illərdə orduda xidmət edərək, kiçik leytenant rütbəsində ehtiyata buraxılmışdır. Qəbələ rayonunun müxtəlif məktəblərində və Xaldan rayon məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Qəbələdə vaxtilə çıxan "Qalibiyyət" qəzeti redaksiyasında əvvəlcə ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri və redaktor vəzifəsində çalışmışdır. Şair Azərbaycan Yazıçlar və Jurnalistlər Birliklərinin üzvü idi.
Tacəddin Əzizli
Seyid Tacəddin (Xoy)
Seyid Tacəddin (fars. سيدتاج الدين‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Tacəddin Həsən noyon
Böyük Həsən (tam adı: Şeyx Tacəddin Həsən Olcatay noyon ibn Hüseyn noyon ibn Ağbuğa ibn İlxan noyon Cəlayır) (1305-1356) — Elxanlı əmir əl-ümərası, Cəlairilər sultanlığının qurucusu və I sultanı (1335-1356) Şeyx Həsən noyon Hüseyn noyon oğlu 1305-ci ildə anadan olmuşdu. Elxanlılar dövlətinin böyük əmirlərindən biri olmuşdu. Ara savaşlarının fəal iştirakçısı idi. 1335-ci ildə qalib gəlib Cəlayırlar dövlətini qurdu. Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı.
Tacəddin Məhəmməd Urməvi
Tacəddin Məhəmməd Həsən oğlu Urməvi (1177-1255) — Azərbaycan filosofu, hüquqşünas və ilahiyyatçı. Tacəddin Məhəmməd Urməvi Bağdadda yaşamış, Şərəfiyyə mədrəsəsində dərs dеmişdir. Zəkəriya Qəzvini və Əbdürrəşid Bakuvi onun öz zəmanəsində dinin əsaslarını, hüququ, hikməti və ədəbiyyatı misilsiz şəkildə bildiyini göstərmişlər. Tacəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü Zakir Məmmədov mütəfəkkirin 1255-ci (hicri 653-cü) ildə 80 yaşında vəfat etdiyini yazmışdır. Azərbaycan aliminin yaradıcılığında miladi 1218-ci, yaxud 1219-cu (hicri 614-cü) ildə tamamladığı "Məhsuldan hasil еdilən kitab" daha məşhurdur. Fəхrəddin Razinin əsəri əsasında yazılmış bu хülasənin 1295-ci ildə köçürülmüş bir nüsхəsi Qahirədə Хidiviyyə kitabхanasının əlyazmasıdır. Tacəddin Urməvi tərcüməçilik ilə də məşğul olmuş, 1228-ci ildə Dəməşqdə müəllimi və dostu Fəxrəddin Razi'nin məntiqə və fəlsəfəyə dair "İlahi həqiqətlər haqqında Kəmaləddin traktatı" əsərini farscadan ərəb dilinə çеvirmişdir.
Tacəddinabad (Üşnəviyyə)
Tacəddinabad (fars. تاج الدين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 873 nəfər yaşayır (173 ailə).
Tacəddinoğulları bəyliyi
Tacəddinoğulları bəyliyi — 1308–1425-ci illər arasında mərkəzi Niksar olmaq üzrə Bafra, Ordu, Kəlkit hövzəsi, Çarşamba və Canik bölgələrində hökm sürən Anadolu türkman bəyliyi. Əmir Tacəddin bəy tərəfindən qurulmuşdur. Təqribən 12.000 km²-lik bir sahəyə yayılan bəylik 1335-ci ilədək Elxanilər dövlətinə, sonra Ərətna bəyliyinə və Qazi Bürhanəddin bəyliyinə tabe oldu. 1393-cü ildən sonra isə Osmanlı İmperiyasına bağlandı və 1425-ci ildə tamamən Osmanlı torpaqlarına ilhaq edildi.