TAC
TAC
OBASTAN VİKİ
Mülki tac
Mülki tac (lat. Corona civica) — Qədim Romada ikinci ən əhəmiyyətli hərbi mükafat. Bu, palıd yarpaqlarından ibarət çələng idi. Mülki tac legionerlərin həyatının qorunmasına verdiyi töhfəyə görə təqdim edilmişdir. Sulla islahatlarından sonra mülki tacla təltif olunan hər kəs senatda da yer almağa başlamışdır. Qanun həmçinin bütün ictimai toplantılarda mülki tac taxmağı məcbur qılmışdır.Oktavian Avqust Roma vətəndaşlarının həyatını xilas etməklə nəticələnən növbəti vətəndaş müharibəsinin qarşısını aldığı üçün mülki tacı ilə təltif edilmişdir. Sonradan mülki tac Roma imperatorlarının üstünlüyü və əlamətdar xüsusiyyətinə çevrilmişdir.
TAC
Tac
Tac-Mahal
Tac Mahal (Devanaqari: ताज महल, Nəstaliq: تاج محل) — Hindistanda tikili. Dünyanın yeni yeddi möcüzəsindən biri. Cahan şah 23 il ərzində qəddar babası Cahangir şahdan nəsihət alardı. Babası ona həmişə arvadının sözünə baxmamağı tapşırardı. Bundan ilham alan Şahzadə Cahan həmişə qəddar olar, digər qardaşlarından seçilərdi. Ona görə babası Cahangir şahın gözünə girərdi. Ancaq 29 yaşında ölkəni gəzmək istəyən Şahzadə, Mümtazı görən kimi ona aşiq olur və babasının sözündən çıxaraq, Cahangir şaha nifrət bəsləyir. 32 yaşında babasını öldürüb, onun mirasına sahib olur və Mümtazla evlənir. Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı.
Tac (anatomiya)
Tac — başın üstü və ya bütün başdır. == İnsan == Tac dedikdə başın üst hissəsi və həmçinin bütün baş nəzərdə tutulur. İnsan anatomiyasında başın üst hissəsi üçün ing. "Calvaria", "skull cap", "skullcap" və ya "roof of the cranial cavity" terminləri istifadə olunur. == Quş == Quş anatomiyasında tac başın üstü, xüsusilə də, alın zonasıdır. Ardıcıl olaraq ənsə sümüyü və yanaşı olaraq ing. temples-ın hər iki tərəfinə uzanır. Başın yuxarı hissəsi, bəzək, tacı və oksiput da daxil olmaqla, bəzən pileum adlanır. == Balina == Balina anatomiyasında tac başın fəvvarə dəliklərinin olduğu qabarıq hissəsidir.
Tac (dəqiqləşdirmə)
Tac
Tac (qrup)
Tac — 1990-cı ilin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş rok qrupu. == Tarixi == 1990-cı ildə keçirilən "Odlar Yurdu – 90" festivalında Yaşar Baxış müsabiqədən kənar üç alman qrupu ilə festivalın qonaqları qismində qrupun tərkibində çıxış etmişdir. Daha sonra qrup genişlənmiş, onun tərkibinə Xana Qalsanova və Cəsur Nemətov (Yuxu) daxil edilmiş, bəstəkar Eldar Mansurov isə layihənin bədii rəhbəri olmuşdur.
Tac Mahal
Tac Mahal (Devanaqari: ताज महल, Nəstaliq: تاج محل) — Hindistanda tikili. Dünyanın yeni yeddi möcüzəsindən biri. Cahan şah 23 il ərzində qəddar babası Cahangir şahdan nəsihət alardı. Babası ona həmişə arvadının sözünə baxmamağı tapşırardı. Bundan ilham alan Şahzadə Cahan həmişə qəddar olar, digər qardaşlarından seçilərdi. Ona görə babası Cahangir şahın gözünə girərdi. Ancaq 29 yaşında ölkəni gəzmək istəyən Şahzadə, Mümtazı görən kimi ona aşiq olur və babasının sözündən çıxaraq, Cahangir şaha nifrət bəsləyir. 32 yaşında babasını öldürüb, onun mirasına sahib olur və Mümtazla evlənir. Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı.
Tac arteriyalar
Tac arteriyalar və ya sağ və sol tac arteriyalar (lat. arteriae coronariae dextra et sinistra) — aorta soğanağından şaxələnən və ürəyi qanla təchiz edən (qidalandıran) damarlardır. === Sağ tac arteriya === Sağ tac arteriya (lat. arteria coronaria dextra) aortanın sağ cibindən başlayaraq sağ qulaqcıq seyvanı vəağciyər kötüyü arası ilə və ürəyin tac sırımı ilə onun sağ kənarına çatır və burada arxa səthinə keşərək (lat. ramus interventricularis posterior (rami descendens posterior BNA)) – mədəciklərarası şaxə adı ilə arxa boylama şırım ilə ürəyin zirvəsinə çatır. Bu damar arterial konusa, sağ qulaqcığa və mədəciklərə məxsus şaxələr verir. === Sol tac arteriya === Sol tac arteriya (lat. arteria coronaria sinistra) aortanın sol cibindən başlayıb ağciyər kötüyünün arxa və sol tərəfilə qabağa doğru gedir və sol qulaqcıq seyvanı ilə ağciyər kötüyünün arasında xaricə çıxır və burada iki şaxəyə ayrılır. a) Ramus circumflexus – dolanan şaxə tac şırımla bayır tərəfə gedib ürəyin sol kənarından arxa səthinə keçır və orada cağ tac arteriyanın dal mədəcikarası şaxəsinə çatır. b) Ramus interventricularis anterior (ramus descendens anterior BNA) – ön mədəcikarası şaxə ürəyin ön boylama şırımı ilə aşağı doğru gedir və zirvəsində sağ tac arteriyanın dal mədəcikarası şaxəsilə anastomozlaşır.
Tac boşalması
Tac boşalması sərbəst boşalmadır. Bu halda elektronların yaratdıgı zərbə ionlaşması bütun aralıqda deyil, yalnız onun elektroda yaxın hissəsində baş verir. Tac boşalmasının sel və strimer forması olur. Bu boşalma gedən aralıqda deşilmə gərginliyinin qiyməti başlangıc gərginlikdən çox olduğu halda baş verir. Tac boşalması EVX-də enerji itkiləri yaradır. Məsələn, ifrat yüksəkgərginlikli xətlərdə pis hava şəraitində tac boşalmasında enerji itkisi 100 – 200 kVt/km və daha çox ola bilər. Bundan başqa, havanın ionlaşma məhsulları izolyasiyaya və metal armatura dağıdıcı təsir göstərir. Tac boşalması həm də radio və televiziya verilişlərinin yayılmasına və qəbulunamaneə törədən akustik səs-küy və yuksəktezlikli elektromaqnit şüalanma (tezlik spektri 0,154 − 100 MHs) mənbəyidir. Tac boşalmasında havanın ionlaşması baş verir və naqilin səthində işarəsi gərginliyinn polyarlığına uyğun olan həcmi yük yaranır. Elektrik sahə quvvələrinin təsiri ilə həcmi yükü təşkil edən ionlar naqildən hərəkət edir.
Tac Əssəltənə
Zəhra Xanım Tacəssəltənə (14 fevral 1883, Tehran – 25 yanvar 1936, Tehran) — İran şahzadəsi və Qacarlar sülaləsinin memuaristi. Nasirəddin şah Qacarın Turan Əssəltənədən olan qızı. == Həyatı == Zəhra Xanım Tacəssəltənə 1884-cü (bəzi mənbələrdə 1883) ildə Nəsrəddin şah Qacarla onun həm də əmisi qızı olan həyat yoldaşı Məryəm Turan əl-Səltənənin qızı olaraq dünyaya gəlmişdir. Uşaqlıq illərinin böyük bir hissəsi onun təlim tərbiyəsi ilə məşğul olan tərbiyəçi qadın və tibb bacısı ilə keçmişdir. Belə ki, o anasını gün ərzində yalnız iki dəfə görürdü. Hər dəfə şah Tehrana gələndə onu gündə 1 dəfə də atasının yanına aparırdılar. Tacəssəltənə sonralar öz xatirələrində uşaqlıq illərini acı və tənqidi xatırlayır. Tacəssəltənə ibtidai təhsilinə 7 yaşında kral məktəbində başlasa da, 1893-cü ildə nişanlanması onun təhsilini yarımçıq qoymuşdur. Sonrakı illərdə onun bir neçə şəxsi tərbiyəçisi var idi. Onların bəziləri haqqında xatirələrində ətraflı məlumatlar vermişdir.
Tac-ol-Mülük
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Tac (serial, 2016)
Tac (ing. The Crown) — kraliça II Elizabet haqqında çəkilmiş Netflix serialı.
Tac Xatun (Çaypara)
Tac Xatun (fars. تاج خاتون‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 382 nəfər yaşayır (77 ailə).
Taxt-tac adı
Taxt-tac adı ("Nisu-bit", "Nesut-biti", "Nisut-biti") — Qədim Misirdə hökmdar titulunun beş adından biri. Taxt-tac adı Qədim Misirdə fironlara verilən titulların içində ən vacibi olub, IV sülalə dövründən başlayaraq öz tətbiqini tapmışdır. V sülalə dövründən Neferirkar onu ikinci kartuş kimi öz şəxsi adına əlavə etmişdir.
Taxt-tac oyunları
Taxt-tac oyunları (teleserial, 2011)
Taxt-tac əraziləri
Taxt-tac əraziləri (ing. Crown Dependencies) — Böyük Britaniya əraziləri olsa da, Birləşmiş Krallığa daxil olmayan və Britaniya dəniz əraziləri sayılmayan ərazilər. Bura Cersi və Gernsi beylivikləri, həmçinin Men adası daxildir. Hər bir taxt-tac ərazisi özünün avtomobil nömrəsinə (GBG — Gernsi, GBA — Olderni, GBJ — Cersi, GBM — Men), domenə (.gg — Gernsi, .je — Cersi, .im — Men) malikdir. Həmçinin ərazilər Ümumdünya Poçt İttifaqı tərəfindən ayrılan koda ISO 3166-2 (GGY — Gernsi, JEY — Cersi, IMN — Men) da malikdirlər. Bu kodlar 29 mart 2006-cı ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təsdiqlənib.
Müqəddəs Taxt-Tac
Vatikan (lat. Vaticana; it. Vaticano) və ya rəsmi adı ilə Vatikan Şəhər Dövləti (lat. Status Civitatis Vaticanae; it. Stato della Città del Vaticano) — Cənubi Avropada şəhər-dövlət. Vatikan İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsində Monte-Vatikano adlanan təpə üzərində (xatırladaq ki, Roma şəhəri 7 təpə üzərində salınıb) yerləşən mikrodövlətdir. Ölkənin ümumi sahəsi 0.44 kvadrat kilometr və ya 44 hektar, əhalisinin sayı isə min nəfərdən çoxdur. Şəhər-dövlətin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Vatikan həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. Lakin Vatikanı daim dünyanın siyasi xəritəsində görmək mümkündür.
Taxt-tac oyunları (II mövsüm)
ABŞ fentezi-dram teleserialı olan Taxt oyunlarının birinci mövsümünün premyerası 1 aprel 2012-ci ildə HBO telekanalında baş tutmuş, mövsümün final seriyası isə 3 iyun 2012-ci ildə yayımlanmışdır. İkinci mövsüm ABŞ-də Bazar günləri 9:00 pm-də efirə verilmiş və həri biri 50-60 dəqiqə arası davam edən 10 seriyadan ibarət olmuşdur. İkinci mövsümdə, Corc Martinin "Buz və alovun nəğməsi" romanlar seriyasından olan "Kralların toqquşması" adlı ikinci əsərdə təsvir edilən hadisələr Devid Benioff və D.B. Veys tərəfindən ssenariyə uyğunlaşdırılmışdır. HBO kanalı serialın ikinci mövsümünün çəkilməsini 19 aprel 2011-ci ildə sifariş etmiş, 2011-ci ilin iyulunda isə İrlandiya, Şimali İrlandiya, Xorvatiya və İslandiyada ikinci mövsümün çəkilişlərinə başlanılmışdır. Serialda hadisələr uydurma dünyada, bir süjet xətti Vesteros, digər xətti isə Essos adlı qitələrdə baş verir. Romanda olduğu kimi, ikinci mövsümdə də hadisələr, Lord Eddard "Ned" Starkın dramatik ölümündən sonra bütün Starkların Vestorosa səpələnməsi ilə başlayır. İkinci mövsümdə hadisələr, Beş Kral müharibəsi ətrafında baş verir; Vesteros liderləri Dəmir taxt uğrunda və ya onun təsirindən çıxaraq müstəqil olmaq üçün mübarizə aparırlar. İkinci mövsümdə serialın geniş aktyor heyətinə Piter Dinkleyc, Lina Hidi, Nikolay Koster-Valdau, Mişel Fayrli və Emiliya Klark kimi aktyorlar daxil olmuşdur. İkinci mövsümdə serialın aktyor heyətinə Stiven Dilleyn, Natali Dormer, Karis van Houten və Liam Kanninqem kimi yeni aktyorlar qatılmışdır. Tənqidçilər ikinci mövsümün texniki istehsal xüsusiyyətləri və aktyor heyətinin işini yüksək qiymətləndirmişlər.
Taxt-tac oyunları (I mövsüm)
ABŞ fentezi-dram teleserialı olan Taxt oyunlarının birinci mövsümünün premyerası 17 aprel 2011-ci ildə HBO telekanalında baş tutmuş, mövsümün final seriyası isə 19 iyun 2011-ci ildə yayımlanmışdır. Serialın birinci mövsümü 10 seriyadan, hər seriyası isə təxminən 55 dəqiqədən ibarət olmuşdur. Birinci mövsüm Corc Martin tərəfindən yazılmış “Buz və alovun nəğməsi” seriyasından ilk roman olan “Taxt oyunları” əsəri əsasında çəkilmişdir. Devid Benioff və D.B. Vays tərəfindən roman televiziyaya uyğunlaşdırılmışdır. HBO telekanalı, 2008-ci ilin noyabrında pilot seriyanı sifariş etsə də, çəkilişlərə yalnız növbəti il başlanılmışdır. Lakin, pilot seriya qeyri-qənaətbəxş hesab olunmuş və HBO serialda bəzi rolları yenidən işlədikdən sonra serialı təkrar çəkmək qərarına gəlmişdir. 2010-cu ilin martında HBO ilk mövsümün çəkilməsini sifariş etdi. 2010-cu ilin iyul ayında serialın çəkilişlərinə ilk növbədə Şimali İrlandiyanın Belfast şəhərində başlanılmış, bundan əlavə olaraq çəkilişlər Maltada davam etdirilmişdir. Serialın hekayəsi uydurma dünyada, ilk növbədə Vesteros adlanan qitədə, daha sonra isə Esteros adlanan digər qitədə bir hekayənin meydana gəlməsi ilə orada baş verir. Serialın ilk mövsümündə zadəgan Eddard Starkın ailəsi, kralının və uzunmüddətli dostunun baş məsləhətçisi olmaq istəyən Robert Barateon diqqət mərkəzindədir.
Taxt-tac oyunları (VII mövsüm)
Taxtların oyunu — fantastik-dram janrında televiziya serialı. Serialın yeddinci mövsümü 16 iyul 2017-ci ildə HBO televiziya kanalında nümayiş etdirilməyə başladı və 27 avqust 2017-ci ildə tamamlandı. On epizoddan ibarət olan əvvəlki mövsümlərdən fərqli olaraq, yeddinci mövsümün yalnız yeddi epizodu var. Əvvəlki mövsümdə olduğu kimi, əsasən Corc R. Martinin "Buz və yanğın səsləri" əsərində tapılmayan əsərlərin orijinal tərkibindən ibarət idi.
Taxt-tac oyunları (teleserial, 2011)
Taxt-tac oyunları (ing. Game of Thrones) — Amerika istehsalı olan fentezi və dram janrlı teleserialdır. Serial ABŞ-də 2011-ci ildə HBO kanalında nümayişə başladı. Başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başladı. Bu serial Corc R. R. Martinin fantastik əsəri olan "Buz və Alovun Nəğməsi"nin motivləri əsasında hazırlanıb. == Məzmun == Yazları onlarla il, qışları isə bir ömür boyu davam etdiyi bir diyar. Köklərini bura salan Starkların qəsri "Qıştəpəsinin" şimalında "Yeddi Krallığı" qoruyan "Surun" arxasındadır. Şübhəli ölümdən sonra kralı və dostunun köməyi ilə səltənətin başına keçən Eddard Stark cənuba çağırılır. Lakin o, bunun arxasındakılardan xəbərsizdir. Eddard özünü onun Dəmir Taxtına yiyələnmək istəyənlərin dəhşətli hiylələri arasında olduğunu hiss edir.
Accipiter tachiro
Afrika tetraçalanı (lat. Accipiter tachiro) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Accipiter tachiro croizati
Accipiter tachiro pembaensis
Accipiter tachiro sparsimfasciatus
Accipiter tachiro tachiro
Accipiter tachiro unduliventer
Ali Məclis (Tacikistan)
Tacikistanın Ali Məclisi «Məclisi Ali» (tac. Маҷлиси Олии Ҷумҳурии Тоҷикистон) — Tacikistan Respublikasının ən yüksək qanunverici və təmsil edən dövlət hakimiyyətinin orqanı olan parlament. == Tərkibi == Tacikistan parlamenti iki palatadan ibarətdir: Aşağı — Nümayəndələr Palatası (tac. Маҷлиси намояндагон). Yuxarı — Milli Şura (tac. Маҷлиси миллӣ).Tacikistan Respublikasının Konstitusiyasına görə Məclisi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçilən 63 millət vəkilindən ibarətdir. 22 nümayəndə proporsional əsaslarla, 41 nəfər isə birmandatlı dairələrdə seçilir. Məclis Məclisi daimi və peşəkar əsasda fəaliyyət göstərir. Ən azı 25 yaşı olan bir vətəndaş Tacikistan Respublikasının Məclisi Namoandagon Məclisi Oli -nə deputat seçilə bilər. Tacikistan Respublikasının Milli Məclisi 33 üzvdən ibarətdir, onlardan 25-i Dağlıq Bədəxşan Muxtar Vilayəti, şəhər və rayonları, Düşənbə şəhəri və rayonları, şəhər və rayonlarından olan deputatların birgə iclaslarında gizli səsvermə yolu ilə seçilir.
Azərbaycan-Tacikistan futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Tacikistan futbol matçları
== Kişilər ==
Azərbaycan–Tacikistan münasibətləri
Azərbaycan–Tacikistan münasibətləri — Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim tarixə malikdir.Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmışdır.Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir ki, onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub.Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur.Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) Səfirliyi təsis edilmişdirAzərbaycan Respublikası Prezidentinin 20 avqust 2007-ci il tarixli Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Tacikistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 26 may 2011-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.Azərbaycan prezidenti İlham Əliyevin 10 fevral 2012-ci il tarixli sərəncamı ilə Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Bakı Tacir Bankı
Bakı Tacir Bankı — Azərbaycanda açılmış ilk yerli səhmdar kommersiya bankı == Tarixi == 1914-cü il aprelin 15-də açılmışdır. == Rəhbərlik == Onun idarə heyətinin sədri Musa Nağıyev, bank şurasının sədri isə Hacı Zeynalabdin Tağıyev idi. == Yeri == Bank Hacı Zeynalabdin Tağıyevin sarayında yerləşirdi.
Böyük Karlın tacı
Böyük Karlın tacı və ya Müqəddəs Roma İmperiyasının tacı (alm. Reichskrone‎) — Müqəddəs Roma imperatorlarının 11-ci əsrdən 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləvğinə qədər taxdığı tac. Tac, Roma kralları, seçildikdən dərhal sonra isə İmperator tərəfindən istifadə edildi. X əsrin sonu və ya XI əsrin əvvəllərində hazırlanmışdır. Bir çox digər taclardan fərqli olaraq, dairəvi bir formada deyil, səkkizbucaqlıdır və səkkiz menteşəli löhədən hazırlanmışdır. Tacın ön hissəsindən başlayan və arxasına qədər dəvam edən hisssənin önündə xaç yerləşir. Tac Avstriyanın Vyana, Hofburqdakı İmperiya Xəzinəsində saxlanılır. == Tarix == Tacın 10-cu əsrin sonlarında və erkən 11-ci əsrdə Qərbi Almanyada, I Otto, I Konrad və III Konradın hakimiyyəti zamanı hazırlandığı düşünülür. Bu barədə ilk qorunan qeydlərin XII əsrdən bəri eyni tac haqqında olduğunu düşünsək bunun həqiqətə uyğun olduğu düşünülür. Müqəddəs Roma İmperiyası Krallarının əksəriyyət bu tacı taxmışdır.
Cənub Tacı (bürc)
Cənub Tacı (lat. Corona Australis) — göyün cənub yarımkürəsində bürc.
Dağ tacikləri
Çin tacikləri, Sincan tacikləri və ya Dağ tacikləri (sarıq. Tujik, tudʒik; çin. ənən. 塔吉克族, pinyin: Tǎjíkè Zú) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan xalq. Çin hökuməti tərəfindən rəsmiləşdirilən 56 xalqdan biridir. == Adı == Çində yayılan adlarına baxmayaraq, Sincan tacikləri Tacikistanda tacik dili, Əfqanıstanda isə dari dili olaraq tanınan bir dildə danışan taciklərlə eyni deyillər. Çinin Sincan vilayətində yaşayan taciklər İran dillərindən olan pamir dilində danışan pamirlərin bir hissəsidir. == Məskunlaşması == 2000-ci ildə əldə edilən məlumatlara əsasən Çin taciklərinin ümumi sayı 41,028 nəfərdir. Onların əksəriyyəti Çinin qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayır. Onların 60%-i Taşkurqan-Tacik Muxtar Qəzasında yaşayır.
Ermənistan–Tacikistan münasibətləri
Tacikistan—Ermənistan münasibətləri — Tacikistan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin üzvüdür. İki tərəfli münasibətlər 12 oktyabr 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə əvvəllər Sovet ittifaqının müttəfiq respublikalarından olmuşdur. İki ölkənin heç birinin digəri ərazisində rezident səfirləri yoxdur. Tacikistan Rusiyanın Moskvadakı səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Ermənistan Respublikasının Türkmənistandakı səfirliyi həmdə Tacikistanda akreditə olunmuşdur. == Göstəricilər == == Tarix == Respublika başçılarının görüşləri ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Ermənistanın ikinci Prezidenti Robert Köçəryan 2002-ci ilin aprelində Tacikistana rəsmi səfər edir. Tacikistan lideri Emoməli Rəhmonun rəsmi səfərləri 2003 və 2005-ci illərdə baş tutur.
Fallout Tactics
Fallout Tactics: Brotherhood of Steel (azərb. Radioaktiv yağıntı taktikaları. Polad qardaşlığı‎; qısaca Fallout Tactics) — "Micro Forté" və "14 Degrees East" tərəfindən hazırlanan, "Interplay Entertainment" tərəfindən yayımlanan növbəyə əsaslanan gerçək zamanlı taktiki rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci spin-offdur. Oyun 15 mart 2001-ci ildə Şimali Amerikada Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Orta Qərbi ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing. The Great War) 120 il sonra, orijinal "Fallout" videooyununun hadisələrindən isə 36 il sonra, yəni 2161-ci ildə baş verir. Videooyunun əsas süjet xətti çətin dövrlərdən keçən bir "Polad qardaşlığı" dəstəsinin başına gələnləri əhatə edir. Oyunun hadisələri "Fallout" kainatında cərəyan etsə də, orijinal "Fallout" və "Fallout 2" videooyunlarının süjet xəttini davam etdirmir.
Fallout Tactics: Brotherhood of Steel
Fallout Tactics: Brotherhood of Steel (azərb. Radioaktiv yağıntı taktikaları. Polad qardaşlığı‎; qısaca Fallout Tactics) — "Micro Forté" və "14 Degrees East" tərəfindən hazırlanan, "Interplay Entertainment" tərəfindən yayımlanan növbəyə əsaslanan gerçək zamanlı taktiki rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci spin-offdur. Oyun 15 mart 2001-ci ildə Şimali Amerikada Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Orta Qərbi ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing. The Great War) 120 il sonra, orijinal "Fallout" videooyununun hadisələrindən isə 36 il sonra, yəni 2161-ci ildə baş verir. Videooyunun əsas süjet xətti çətin dövrlərdən keçən bir "Polad qardaşlığı" dəstəsinin başına gələnləri əhatə edir. Oyunun hadisələri "Fallout" kainatında cərəyan etsə də, orijinal "Fallout" və "Fallout 2" videooyunlarının süjet xəttini davam etdirmir.
Göllərin Tacı (1966)
== Məzmun == Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Göllərin tacı (film, 1966)
== Məzmun == Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Günəş tacı
Günəş tacı — Günəşdən 5 mln. km-dək məsafədə yerləşir. O, Günəşdən ətraf aləmə səpələnən yüklü hissəciklərdən, tozlardan, qaz kütlələrindən (onlara koronium deyilir) ibarətdir. Bu plazma axınları Günəş küləyi adlanır. Onların sürəti 300–400 km/san.-yə çatır. Günəşin ətrafa şüalandırdığı ümumi enerjinin miqdarı 4*10³³ erq/san-dir. Bu enerjinin 1/2.200.000.000 hissəsi Yer səthinə gəlib çatır. Adi müşahidə zamanı Günəş tacını ancaq tutulma əsnasında görmək olar. 1868-ci ilin 18 avqustunda müxtəlif ölkələrdən bir çox astronomlar tam Günəş tutulmasını müşahidə etmək üçün Hindistana getmişdilər. Bu zaman tacın və protuberansların spektrini öyrənməklə "helium qazı" kəşf edildi.
Gürcüstan–Tacikistan münasibətləri
Gürcüstan–Tacikistan münasibətləri — Gürcüstan Respublikası və Tacikistan arasındakı mövcud ikitərəfli münasibətlər. İkitərəfli münasibətlər 4 avqust 1994 tarixində qurulmuşdur. 1991-ci ilə qədər hər iki ölkə Sovet İttifaqının bir hissəsi idi. Bu gün onlar Ümumdünya Ticarət Təşkilatının, Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Ümumdünya poçt ittifaqı, UNESCO, Yer Müşahidələri Qrupu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdürlər və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının həqiqi üzvüdürlər. == Fərqləndirici xüsusiyyətlər == == Tarix == Yarandıqlarından bəri münasibətlərin postsovet dövlətləri arasındakı münasibətlərə xas olan stereotipə görə qurulduğuna inanılır. İqtisadiyyatdan mədəniyyətə və elmə qədər bir sıra əməkdaşlıq sahələri hər iki tərəf üçün faydalıdır. 2003-cü ilin may ayında Özbəkistanın paytaxtı Daşkənddə Tacikistan lideri Emoməli Rəhmon Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze ilə görüşür. Görüşdə dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək istədiklərini bildirir. Münasibətlərin hüquqi bazası bir neçə sənəddən ibarətdir: 4 avqust 1994-cü il tarixində imzalanmış Diplomatik əlaqələrin qurulması haqqında Protokol və iki idarələrarası razılaşma. Tərəflər ondan çox sənədin layihəsini nəzərdən keçirir.
Mavi taclı Madonna
Mavi taclı Madonna (it. Madonna del Diadema blu) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1512-1518-ci illərdə, yaradıcılığının Roma dövründə çəkmişdir. Əsər hal-hazırda Fransada, Paris şəhərindəki Luvr muzeyində saxlanılır. Mavi taclı Madonna əsərini Rafael Santi öz şagirdi Gianfrancesco Penni ilə birlikdə işləmişdir. Luvr muzeyində əsərin adı iki şəkildə göstərilmişdir: Bakirə qız körpə Sent Con ilə və Bakirə qız Göy Diadema ilə. == Əsərin tarixi == Əsər XVI əsrə kimi Chateauneuf qalereyasında, Paris şəhərində saxlanılırdı. Tablonun ilk sahibi Markiz de la Valliere olmuşdur.
Mehdiqulu xan Tacbəxş
Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Tacbəxş (1886–1951)—İran jandarmasının komandanı. == Həyatı == Hacı Əliqulu xanın ikinci oğlu Mehdiqulu xan 1886-cı ildə Tehran şəhərində anadan olmuşdu. Jandarm məktəbini bitirmişdi. Bir müddət İsfahanda xidmət etmişdi. Birinci Dünya müharibəsi dönəmində Kirmanşahda Nizaməssəltənin hökumətində iştirak etmişdi. Müharibə bitəndən sonra yenidən jandarm qüvvələrinə dönmüşdü. 1920-ci ildə mayor rütbəsi ilə Ərak və Məlayir jandarm dəstəsinə başçılıq etmişdi. 1924-cü ildə polkovnik rütbəsinə yüksəlmişdi. Mehdiqulu xan Tacbəxş 1930-cu illərdə general-mayor rütbəsinə layiq görülmüşdü. O, Loristan, Kirmanşah döyüşlərində iştirak etmişdi.
Polşa Krallığı Taxt-tacı
Polşa Krallığı Taxt-tacı (pol. Korona Królestwa Polskiego, lat. Corona Regni Poloniae) — Polşanın ümumi adı; 1386-1569 illərində və sonra müstəqil ölkənin rəsmi adı. Reç Pospolitanın bir hissəsi (1569−1791 (1795)).

Digər lüğətlərdə

бе́йка дешифри́ровать доня́ть ламента́ция левко́евый на за́висть но́жка пехо́та притени́ть бро́кколи впереко́с гребёночный компа́ктный расча́лка такси́ чека́нность эмболи́я бюст экстраординарный anticipatory herring metif smashed крахмалистый товарищество