TACDAR
TACIBƏY
OBASTAN VİKİ
Tacəddin Abbasov
Tacəddin Vüqar oğlu Abbasov (10 dekabr 2001; Daşkəsən, Azərbaycan — 24 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacəddin Abbasov 2001-ci il dekabrın 10-da Daşkəsən şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin Abbasov oktyabrın 24-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Abbasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tacəddin Abışov
Tacəddin Elşən oğlu Abışov (27 noyabr 2001; Xəlfəli, İmişli, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacəddin Abışov 2001-ci il noyabrın 27-də İmişli rayon Xəlfəli kəndində anadan olub. Orta təhsilini İmişli rayon Xəlfəli kənd tam orta məktəbində alıb. 2020-ci il yanvar ayında hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman döyüşlərə qatılıb. Suqovuşanın və Ağdamın azad olunmasında qəhrəmancasına iştirak edib. 10 oktyabr 2020-ci ildə Ağdərədə şəhidlik zirvəsinə ucalıb. Subay idi. Ölümündən sonra 4 medalla təltif edilib. İmişli rayon Xəlfəli kəndində dəfn olunub.
Tacəddin Mehdiyev
Tacəddin Mehdiyev — General-mayor, Azərbaycan Respublikasının sabiq müdafiə naziri. == Azərbaycanın Müdafiə naziri == Tacəddin Mehdiyev, 11 dekabr 1991-ci ildə müdafiə naziri vəzifəsinə gətirilmişdir. Qarabağ münaqişəsi zamanı ingilis jurnalist Tomas de Vaalın Tacəddin Mehdiyevdən götürdüyü müsahibəsindən: Hələ nazir postunda olarkən Tacəddin Mehdiyev özü şəxsən 1992-ci il 25 yanvar tarixində Daşaltı kəndini erməni işğalından azad etmək üçün baş tutmuş əməliyyata rəhbərlik etmişdir. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirmişdir.17 fevral 1992-ci ildə ermənilərin törətdiyi Qaradağlı soyqırımından sonra tutduğu vəzifədən azad edilmişdir. == Sonrakı illər == 2005-ci ildə 99 saylı Şəmkir kənd seçki dairəsindən parlament seçkiləri zamanı namizədliyini irəli sürsə də, lakin deputat seçilməmişdir.
Tacəddin Vahidov
Tacəddin Siracəddin oğlu Vahidov — Fəlsəfə doktoru, dosent == Həyatı == 1935-ci ildə Kürdəmirin Çöhranlı kəndində ( İsmayıllı, Diyallı kəndi ) anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirərək Göyçay pedaqoji texnikumuna müsabiqəsiz qəbul edilmişdir. Yüksək bilik və təşkilatçılıq qabiliyyətinə görə təhsilinin birinci kursundan sonuna kimi pedaqoji texnikumun komsomol təşkilat katibi vəzifəsinə təyin edilmişdir. Bu müddətdə Göyçay rayon Komsomol Təşkilatının azad katib vəzifəsinə irəli çəkilmişdir. 1954-cü ildə Göyçay pedaqoji texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1954-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1959-1960-cı illərdə Kürdəmir şəhər 1 saylı orta məktəbdə fizika müəllimi işləyib. 1961-1967-ci illərdə rayonun Sığırlı kənd orta məktəbində direktor işləyib. 1967-1968-ci illərdə Kürdəmir 13 saylı orta məktəbdə direktor müavini işləyib. 1962-1969-cu illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə Azərbaycan SSR Ali Məhkəməsinin xalq iclasçısı seçilmişdir.
Tacəddin İsmayılzadə
Tacəddin Vüqar oğlu İsmayılzadə (17 mart 1996; Sumqayıt, Azərbaycan — 12 fevral 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacəddin İsmayılzadə 1996-cı il martın 17-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacəddin İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin İsmayılzadə oktyabrın 9-da ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Tacəddin İsmayılzadə 2021-ci il fevralın 12-də müalicə aldığı tibb müəssisəsində Koma vəziyyətinin 128-ci günündə şəhid olub. Tacəddin İsmayılzadə fevralın 13-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tacəddin Şahdağlı
Məmmədov Tacəddin Abdulla oğlu — şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. == Həyatı == Tacəddin Abdulla oğlu Məmmədov (Şahdağlı) 29 mart 1928-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində dülgər ailəsində anadan olmuşdur. Şair 9 aprel 2019-cu ildə Qəbələ şəhərində vəfat etmişdir. Şairin bir oğlu, beş qızı, 14 nəvəsi, 15 nəticəsi var. == Təhsili və əmək fəaliyyəti == İbtidai təhsilini Qutqaşen (indiki Qəbələ) rayonunun Xırxatala kəndindəki ibtidai məktəbdə (1935 – 1939), orta təhsilini isə rayonun Bum kənd orta məktəbində (1939 - 1945) almışdır. O, Ağdaş Pedaqoji texnikumunda (1945 – 1948), Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat (1953 – 1957) və Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsində (1969 – 1975) təhsil almışdır. 1950-1952-ci illərdə orduda xidmət edərək, kiçik leytenant rütbəsində ehtiyata buraxılmışdır. Qəbələ rayonunun müxtəlif məktəblərində və Xaldan rayon məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Qəbələdə vaxtilə çıxan "Qalibiyyət" qəzeti redaksiyasında əvvəlcə ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri və redaktor vəzifəsində çalışmışdır. == Ədəbi fəaliyyəti == Şair Azərbaycan Yazıçlar və Jurnalistlər Birliklərinin üzvü idi.
Tacəddin Əzizli
Tacəddin Sahəddin oğlu Əzizli (7 avqust 1994, Sarvan, Salyan rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacəddin Əzizli 1994-cü il avqustun 7-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-2004-cü illərdə İ. Həsənov adına Sarvan kənd tam orta məktəbində, 2004-2011-ci illərdə isə Səbail rayonunun R. Hüseynov adına 49 nömrəli məktəb-liseyində təhsil alıb. 2012-2017-ci illərdə Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində ali təhsil alıb. == Hərbi xidməti == Tacəddin Əzizli 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Əzizli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin Əzizli noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Şəhid Tacəddin Əzizliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Seyid Tacəddin (Xoy)
Seyid Tacəddin (fars. سيدتاج الدين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Tacəddin Həsən noyon
Böyük Həsən (tam adı: Şeyx Tacəddin Həsən Olcatay noyon ibn Hüseyn noyon ibn Ağbuğa ibn İlxan noyon Cəlayır) (1305-1356) — Elxanlı əmir əl-ümərası, Cəlairilər sultanlığının qurucusu və I sultanı (1344-1356) == Həyatı == Şeyx Həsən noyon Hüseyn noyon oğlu 1305-ci ildə anadan olmuşdu. Elxanlılar dövlətinin böyük əmirlərindən biri olmuşdu. Ara savaşlarının fəal iştirakçısı idi. 1340-cı ildə qalib gəlib Cəlayırlar dövlətini qurdu. Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı.
Tacəddin Məhəmməd Urməvi
Tacəddin Məhəmməd Həsən oğlu Urməvi (1177-1255) — Azərbaycan filosofu, hüquqşünas və ilahiyyatçı. == Həyatı == Tacəddin Məhəmməd Urməvi Bağdadda yaşamış, Şərəfiyyə mədrəsəsində dərs dеmişdir. Zəkəriya Qəzvini və Əbdürrəşid Bakuvi onun öz zəmanəsində dinin əsaslarını, hüququ, hikməti və ədəbiyyatı misilsiz şəkildə bildiyini göstərmişlər. Tacəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü Zakir Məmmədov mütəfəkkirin 1255-ci (hicri 653-cü) ildə 80 yaşında vəfat etdiyini yazmışdır.Azərbaycan aliminin yaradıcılığında miladi 1218-ci, yaxud 1219-cu (hicri 614-cü) ildə tamamladığı "Məhsuldan hasil еdilən kitab" daha məşhurdur. Fəхrəddin Razinin əsəri əsasında yazılmış bu хülasənin 1295-ci ildə köçürülmüş bir nüsхəsi Qahirədə Хidiviyyə kitabхanasının əlyazmasıdır. Tacəddin Urməvi tərcüməçilik ilə də məşğul olmuş, 1228-ci ildə Dəməşqdə müəllimi və dostu Fəxrəddin Razi'nin məntiqə və fəlsəfəyə dair "İlahi həqiqətlər haqqında Kəmaləddin traktatı" əsərini farscadan ərəb dilinə çеvirmişdir.
Tacəddinabad (Üşnəviyyə)
Tacəddinabad (fars. ‎تاج الدين اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 873 nəfər yaşayır (173 ailə).
Tacəddinoğulları bəyliyi
Tacəddinoğulları bəyliyi — 1308-1425-ci illər arasında mərkəzi Niksar olmaq üzrə Bafra, Ordu, Kəlkit hövzəsi, Çarşamba və Canik bölgələrində hökm sürən Anadolu türkman bəyliyi. Əmir Tacəddin bəy tərəfindən qurulmuşdur. Təqribən 12.000 km²-lik bir sahəyə yayılan bəylik 1335-ci ilədək Elxanilər dövlətinə, sonra Ərətna bəyliyinə və Qazi Bürhanəddin bəyliyinə tabe oldu. 1393-cü ildən sonra isə Osmanlı İmperiyasına bağlandı və 1425-ci ildə tamamən Osmanlı torpaqlarına ilhaq edildi.
враска́чку гуверна́нтка о́бразность отва́житься пропла́вать ути́скивать фейербахиа́нец шии́тка омоновский поддува́ться подсели́ться телу́шка чехо́л шарообра́зность antihelix call letter feathered germination log on tentaculate исчадие краковяк негибкий референт спиртовой