TAFTA

is. [ fars. ] Sıx toxunmuş ipək və ya pambıq parça.
[Tarverdi:] A gədə, nə böyük sandıqlardır! Yəqin içindəki tamam taftadır. M.F.Axundzadə.

// Həmin parçadan tikilmiş.
[Tarverdi:] Pərzad elə yaşı olduqca tafta tuman-köynək geysin. M.F.Axundzadə.
[Sara xanımın] tafta köynəyi, zərxara arxalığı, nəyi, nəyi … yox idi. Qantəmir.

TACİRLİK
TAĞ₂
OBASTAN VİKİ
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV-XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Tafta (parça)

Echinops taftanicus
Echinops taftanicus (lat. Echinops taftanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.

Digər lüğətlərdə

автома́тчик вымежёвываться галифе́ литературове́дение минора́тство притво́рность разбинтова́ть тифо́идный украинофо́бский вы́валять изоли́рованный обма́чиваться о́рденский провозно́й chain armour finny jordan podophyllum ranchland буквенный кабальный подсчитывать правонарушение пунктуальность юдофобство