TAĞLI
TAXÇA
OBASTAN VİKİ
Söhrab Tahir
Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisist. == Həyatı == Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur.
Tahir Budaqov
Tahir Yaqub oğlu Budaqov (1 yanvar 1965, Naxçıvan) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri. == Həyatı == Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir. 1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olmuşdur. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.
Tahir Cəfərli
Tahir Cəfərli (Cəfərli Tahir Barat oğlu; 24 mart 1970, Bakı) — Rusiya alimi və həkimi; Tibb elmləri namizədi. “Doktor Vizus” Tibbi Oftalmoloji Mərkəzin baş həkimi. "I dərəcəli Hippokrat ordeni" laureatı. == Həyatı == Cəfərli Tahir Barat oğlu 1970-ci il martın 24-də Bakıda anadan olub. 1986-cı ildə 223 nömrəli orta məktəbi bitirib, N.İ.Piroqov adına 2-ci Moskva Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə qəbul olunub. Göz xəstəlikləri kafedrası yanında elmi dərnəkdə fəal iştirak edib, tələbə elmi konfranslarında daim çıxış edib, Lenin ordenli 2-ci Moskva Dövlət Tibb İnstitutunun həvəsləndirici diplom və fərmanları ilə təltif olunub. T.Cəfərli 1993-cü ildə Rusiya Dövlət Tibb Universitetinin (Moskva) müalicə fakültəsini əla qiymətlərlə bitirib. 1993-1995-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında klinik ordinaturada “göz xəstəlikləri” ixtisası üzrə təhsil alıb. 1995-ci ildə həmin kafedrada da “göz xəstəlikləri” ixtisası üzrə aspiranturada oxuyub. T.Cəfərli 1993-1995-ci illərdə paralel olaraq Rusiya Dövlət Tibb Universitetinin normal anatomiya kafedrasının tədris laboratoriyasının müdiri işləyib.
Tahir Cəfərov
Tahir Cəfərov (d. 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan fotoqrafı. == Həyatı == 1948-ci ildə Bakıda anadan olub. Təsadüf nəticəsində tanış olduğu bir gənc dostu ona fotokamera hədiyyə etmiş və bununla da onda fotoqrafiya həvəs oyatmışdır. Fotomüxbir kimi ilk dəfə olaraq fotolarını "Azərbaycan pioneri"ində nəşr etdirmiş və ilk qonorarını almışdır. Daha sonra "Parıltı" və "Sağlamlıq" jurnallarında və "Bakinski raboçi" qəzetində öz foto işlərini nəşr etdirmişdir. Azərbaycanlı jurnalisti Nəsir İmanquliyevin "Bakı" – "Mənim Bakım" qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. Bundan sonra Azərbaycanfilm kinostudiyasında bir müddət çalışmışdır. Azərbaycan kinooperatoru Arif Nərimanbəyov fotoqrafiya fəaliyyətində ona mənəvi dəstək olmuşdur. Maestro Niyazinin xüsusi fotoqrafı kimi çalışmışdır.
Tahir Gözəl
Tahir Gözəl (1972, Maku, Qərbi Azərbaycan ostanı) — "Qarabağ" futbol klubunun vitse-prezidenti. == Həyatı == Tahir Gözəl 1972-ci ildə Makuda anadan olmuşdur. İngiltərənin Şeffild Management, Fransanın Soup De Coup universitetlərini bitirmişdir. Ailəlidir, 2 oğlu var. 2004-cü ildən "Qarabağ" futbol klubunun vitse-prezidentidir.
Tahir Hüseynov
Tahir İsmayıl оğlu Hüseynоv (1 yanvar 1930, Qaçağan – 8 may 1993, Bakı) — Azərbaycan yazıçısı, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1990). == Həyatı == Tahir İsmayıl-oğlu Hüseynov 1930-cu il yanvarın 1-də Borçalı mahalının Qaçağan kəndində sadə kəndli ailəsində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini Jurnalistika ixtisası üzrə bitirib. 1952-ci ildə ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə radioda jurnalist kimi başlayan Tahir Hüseynov bədii yaradıcılıqda qələmini əvvəlcə poeziya sahəsində sınayır. 1954-cü ildə hekayə janrına üstünlük verərək dövrü mətbuatda ilk hekayəsi olan "Qonşular" işıq üzü görür. 1953-cü ildən başlayaraq T.Hüseynov müxtəlif qəzet və jurnalların redaksiyalarında jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdur. 1956–1963-cü illərdə Tiflisdə çıxan "Şərqin şəfəqi" qəzetində və müxtəlif rayon qəzetlərində çalışmışdır. Tahir Hüseynovun bir yazıçı kimi əsas yaradıcılığı hekayə və povestlərdən ibarətdir. 1964-cü ildə ilk kitabı olan "Səadətimi axtarıram" nəşr olunur.
Tahir Həsənov
Tahir Həsənov (23 fevral 1970, Bakı – 2 sentyabr 1992, Çıldıran, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 fevral 1970-ci ildə Bakı şəhərinidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ermənilər tarixi Azərbaycan torpaqlarına hücum etdiyi zaman ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır.Subay idi. == Döyüşlərdə iştirakı == Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir. 1992-ci il 29 sentyabr tarixində nəşi Bakıya gətirilərək, Şəhidlər Xiyabanında dəfn olunub.
Tahir Kazımov
Kazımov Tahir Lələkişi oğlu — 90-cı və 2000-ci illərdə “OMON hadisələri”, “Oktyabr hadisləri” kimi tarixə düşmüş işlərdə istintaq qrupunun rəhbəri olub. Vaxtilə həbs olunmuş müxalifət nümayəndələrinin istintaqında aparıcı fiqur olub. Ədliyyə general-mayoru, Ali Məhkəmənin hakimi, III dərəcəli dövlət ədliyyə müşaviridir. == Həyatı və təhsili == Tahir Kazımov 1957-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1976-81-ci illərdə ADU-nin Hüquq fakultəsində təhsil alıb. == Fəaliyyəti == 1981-1986 - Gəncə şəhər, Kəpəz rayon prokurorluğunda müstəntiq, Gəncə şəhər prokurorluğunda baş müstəntiq. 1986-1993 - Gəncə şəhər prokurorunun köməkçisi. 1993-1994 - Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini. 1994-1995 - Azərbaycan Respublikası prokurorluğunda aparıcı prokuror. 1995-1998 - Azərbaycan Respublikası prokurorluğunda idarə rəisinin müavini.
Tahir Kərimli
Tahir Zayıdağa oğlu Kərimli (5 mart 1956, Ağsu) — Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), Vəhdət Partiyasının qurucusu və sədri. == Həyatı == Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirmişdir. Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləmişdir. Evlidir, dörd övladı vardır. == İctimai-siyasi fəaliyyəti == Tahir Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləmiş (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini vermişdir. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir. Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.
Tahir Kərimov
Tahir Abuzər oğlu Kərimov (1961, Sədərək, Noraşen rayonu) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2011–2016), Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011). == Həyatı == Tahir Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1979-cu ildə Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub. 1981–1989-cu illərdə Azərbaycan Respublikası Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib. 1989–1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifəsində çalışıb. 1991–1995-ci illərdə "Ümid" İstehsalat Assosiasiyasının Prezidenti olub. 1995–2001-ci illərdə H. Z. Tağıyev adına balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb. 2001–2002-ci illərdə "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifəsində işləyib.
Tahir Mansurov
Tayır Aymuhamed oğlu Mansurov (qaz. Тайыр Аймұхамедұлы Мансұров; 1 yanvar 1948, Sərkənd) — Avrasiya İqtisadi Komissiyasının Enerji və İnfrastruktur Şurasının üzvü (2014–2015), EurAsEC Baş katibi (2007–2014), Qazaxıstan Respublikasının Şimali Qazaxıstan Vilayətinin Bələdiyyə Başçısı (2003–2007), Qazaxıstanın Azərbaycandakı səfiri Rusiya (1994–2002), 12-ci çağırış Qazaxıstan Ali Sovetinin Millət vəkili (1990–1994), SSRİ Ali Sovetinin Respublika Şurasının üzvü (1991). == Bioqrafiyası == 1 yanvar 1948-ci ildə Taldı-Kurqan vilayətinin Sərkənd şəhərində anadan olub. 1971-ci ildə V. İ. Lenin Qazaxıstan Politexnik İnstitutunu bitirib, inşaat mühəndisi dərəcəsi ilə, 1978-ci ildə — Sov. İKP Mərkəzi Komitəsinin yanında Ali Partiya Məktəbi (HPS). İqtisad elmləri doktoru, siyasi elmlər doktoru. Karyerasına 1964-cü ildə Kazaxtransstroy trestinin inşaat şöbəsində betonçu olaraq başlamışdır; 1965–1972-ci illər arasında Alma-Ata Şəhər İcraiyyə Komitəsinin UKS-də mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1972–1973-cü illərdə — Almaatsentrostroy Tikinti İdarəsinin baş mühəndisi. 1973–1979-cu illərdə — Alma-Ata şəhər komitəsinin, sonra LKSMK regional komitəsinin katibi. 1979–1986-cı illərdə — Alma-Ata Regional Partiya Komitəsinin təlimatçısı, rəhbər müavini, Tikinti şöbəsinin müdiri.
Tahir Mirkişili
Tahir Famil oğlu Mirkişili (7 iyun 1977, Həmzəli, Qubadlı rayonu) — azərbaycanlı iqtisadçı, siyasətçi, Azərbaycan Milli Məclisinin V və VI çağırış deputatı. 42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq Milli Məclisə seçilib. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədridir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, "AVRONEST" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədr müavini, eləcə də Türkiyə, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cibuti, İndoneziya, İspaniya, İsveçrə, Kanada, Litva parlamentləri və Azərbaycan Milli Məclisi arasında yaradılan dostluq qruplarının üzvüdür. Azərbaycan-Avstriya parlamentlər arası dostluq qrupunun sədridir. == Həyatı == Tahir Mirkişili 07 iyun 1977-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi bitirmişdir. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak etmişdir. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı "Ümumrespublika İqtisadiyyat Olimpiadasında" 1-ci yeri tutmuşdur.
Tahir Misirxanov
Tahir İman oğlu Misirxanov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin iştirakçısı. == Həyatı == Tahir Misirxanov 1988-ci ildə Hacıqabul rayonunda anadan olub. O, orta təhsilini Hacıqabul rayon 2 saylı tam orta məktəbində başa vurub. == Ailəsi == Ailəlidir, 2 övladı var. == Hərbi xidməti == Hal-hazırda Azərbaycan ordusunun giziri kimi ön xəttdə xidmət edir. Aprel döyüşləri zamanı cəbhənin Füzuli-Cəbrayıl istiqamətində düşmənin 6 tankını məhv etmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Misirxanov 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı 11 erməni tankını məhv etmişdir. == Mükafatları == Tahir Misirxanv, Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə göstərdiyi şəxsi şücaətinə görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Tahir Musalov
Tahir Əhmədoviç Musalov (rus. Тагир Ахмедович Мусалов; 9 fevral 1994) - Azərbaycan əsilli Rusiyalı futbolçu. Mahaçqala FK-un heyətində çıxış edən hücumçudur. == Həyatı == Musalov Dağıstanın Xustada kəndində anadan olub. Əslən azərbaycanlıdır. Bir qardaşı var. Qardaşı Məhəmməd Musalovda onun kimi futbolçudur.
Tahir Məlik
Tahir Məlik (əsl adı Habilov Tahir Əbduməlikoviç) — tanınmış özbək yazıçısı. Özbək ədəbi fantastikasının yaradıcılarından biri, maarif xadimi. "Dostluq“ ordeni və "Özbəkistan xalq yazıçısı“ fəxri adının sahibi. == Tərcümeyi-halı == 1946-cı ilin 27 dekabrında Daşkənd şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Daşkənd Dövlət Universiteti (indiki Özbəkistan Milli Universiteti)nin jurnalistika fakültəsində təhsil almışdır. 1966-cı ildən etibarən Özbəkistan radiosunda, qəzet və jurnallarda, Özbəkistan yazıçılar ittifaqında, nəşriyyatlarda faaliyyət göstərmişdir. İlk hekayəsi 1960-cı ildə Gulxan jurnalında çap olunmuşdur. == Fəaliyyəti == Tahir Məlik ona yaxın radiopyes, film ssenariləri müəllifidir. Bədii tərcümə sahəsində də xidmət göstərmişdir. Tohir Malik 1966-cı ildən etibarən mətbuat sahəsində işləmişdir.
Tahir Məmmədli
Tahir Yadigar oğlu Məmmədli (2 yanvar 1957, Şamaxı) — AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Seysmologiya" şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, == Həyatı == Tahir Yadigar oğlu Məmmədli 1957-ci il yanvarın 2-də Şamaxı şəhərində anadan olmuşdur. 1989-cu ildə Moskva şəhərində, keçmiş SSRİ Elmlər Arademiyasının Yer Fizikası İnstitutunda 04.00.22 – Geofizika ixtisası üzrə "Отражение геологических структур южного склона Большого Кавказа в параметрах сейсмического режима" ("Böyük Qafqazın cənub yamacının geoloji strukturlarının seysmik rejimin parametrlərində əksi")mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını, 2007-ci ildə Bakı şəhərində 25.00.10 — Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları ixtisası üzrə "Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir dinamika ilə əlaqəsi" mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir.[Azərbaycan]]da və bir sıra xarici ölkələrdə çap olunmuş 100-dən çox elmi məqalənin, 1 monoqrafiyanın müəllifi, ali məktəblər üçün 1 dərs vəsaitinin həmmüəllifidir == Əsas elmi nailiyyətləri == T.Y. Məmmədli Azərbaycanda ilk dəfə olaraq zəif zəlzələlərin tədqiqi ilə məşğul olan mütəxəssisdir. O, zəif zəlzələlərin Yer qabığındakı dərinlik qırılmaların izlənməsində, güclü zəlzələlərin məkan vəziyyətinin müyyənləşdirilməsində rolunu göstərmiş, bu nəticələrin respublika ərazisinin seysmik rayonlaşdırılmasında istifadəsini təklif etmişdir. T.Y. Məmmədli öz tədqiqatları əsasında Azərbaycanda güclü zəlzələ ocaqlarının yerini və onlarda ehtimal olunan zəlzələlərin maksimum maqnitudlarını müəyyən etmişdir. Bir kitabın (Geofizika cildinin) və ali məktəblər üçün bir dərs vəsaitinin (Seysmologiyanın əsas elementləri) həmmüəllifi, bir kitabın (Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi) müəllifidir. T.Y. Məmmədli seysmiklik, seysmotektonika, seysmik rayonlaşdırma və seysmik risk sahəsində 100-dən artıq elmi məqalələrin müəllifidir. O, Azərbaycan Seysmoloqlar Assosiasiyasının katibi, AMEA nəzdində RSXM-nin Elmi-Texniki Şurasının və "Azərbaycanda seysmoproqnostik müşahidələr kataloqu" elmi jurnalının redaksiya heyətinin üzvüdür. AMEA-nın Fəxri fərmanı ilə təltif olunub. T.Y. Məmmədli tədqiqat işləri zamanı bir sıra, o cümlədən aşağıdakı mühüm nəticələri əldə etmişdir: Azərbaycan ərazisində zəif seysmikliyin zaman-məkan üzrə təzahürü xüsusiyyətləri araşdırılmış və seysmik təkanların sahə və dərinlik üzrə qeyri-bərabər paylandığı müəyyənləşdirilmişdir. Dağlıq və dağətəyi bölgələrdə daha çox saylı və nisbətən az dərinlikli (H≤30–35 km), depressiya bölgələrində nisbətən az saylı və bir qədər çox dərinlikli (H≤45–50 km), Xəzər dənizində kifayət qədər çox saylı və daha böyük dərinlikli (H≤60–70 km) zəif zəlzələlər yayılmışdır.
Tahir Məmmədov
Tahir Məmmədov (icra başçısı) — Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı. Tahir Məmmədov (rəssam) — Azərbaycan rəssamı və fotoqrafı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Tahir Məmmədov (şoumen) — Rusiyada çalışan Azərbaycan əsilli şoumen, aparıcı və aktyor. Tahir Məmmədov (yazıçı) — 91-lərdən biri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü.
Tahir Paşazadə
Tahir Hadı oğlu Paşazadə (12 yanvar 1930, Bakı – 28 aprel 1990, Bakı) — Şərqşünas, dövlət və ictimai-siyasi xadim, ssenarist, tərcüməçi. == Həyatı == 1930-cu ildə yanvarın 2-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.190 saylı orta məktəbi bitirmişdir. Sonra tibb məktəbində təhsil almışdır.Tahir Paşazadə SSRİ Jurnalistlər İttifiqanın üzvü, həmin təşkilatın "Qızıl qələm" mükafatının laureatı ilə təltif edilib.3 övladı var:Gülşən Məmmədova, Rövşən Paşazadə, İlqar Paşazadə. Rövşən Paşazadə "Azernenerji ASC" ictimaiyyətlə əlaqələr və metbuat xidmətində aparıcı mütəxəssisi vəzifəsində çalışır və "Azerbaijan Today jurnalının" tesisçisidir. İlqar Tahir oğlu Paşazadə "MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktorudur. == Fəaliyyəti == 1953-cü uldə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitimişdir. Ali məkəbi bitirdikdən sonra Neft texnikumunda pedaqoji fəaliyyətə başlamışdır. 1956 –ci ildə Lenin ( Sabunçu) rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. Fəal ictimai fəaliyyətinə görə Moskvadakı Ali Partiya məktəbində ikillik partiya rəhbər işçiləri üçün ixtisaslaşdırırlmış hazırlıq keçmişdir. 1958-ci ildə ömrunun sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Kömitəsində ayrı-ayrı rəhbər vəzifələrində çalışmışdır.
Tahir Piriyev
Piriyev Tahir Əjdər oğlu (4 noyabr 1947, Bakı – 5 yanvar 2012, Bakı) — kino rəssamı, rejissor, ssenari müəllifi və fon rəssamı. İkinci rəssam, animator. == Həyatı == Tahir Piriyev — Cizgi filmləri rejissoru. Rəssam. Atası Piriyev Əjdər Nəzir oğlunun ailəsi 19-cu əsrin sonlarında Şamaxı zəlzələsidən sonra Lənkərana köçmüş çox saylı ailələrdən biri idi. Tahir Piriyevin sağlığında apardığı araşdırmaya əsasən ailələrinin kökü Şamaxıdan imiş. Anası Xədicə xanım evdar qadın idi, Lənkəranın tanınmış ailələrindən biri olan Zeynalovlar nəslindən idi. Lənkəranda onlara Hacı Mirzadə nəsli də deyirlər. Ana babası Qasım Zeynalov İngiltərədə təhsil almış sonradan Lənkərana qayıdaraq ailələrinə məxsus limanın idarə edicisi olmuşdur. Xədicə xanımın anası da Lənkəranın tanınmış Axundovlar nəslinin nümayəndəsi imiş.
Tahir Pənahov
Tahir Musa oğlu Pənahov (10 iyun 1936, Soyuqbulaq) — fizika-riyaziyyat üzrə elmlər doktoru. == Həyatı == 1955-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd orta məktəbini fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti - ADPU) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. T.Pənahov hələ tələbəlik illərindən elmi axtarışlara meyilli idi və Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində oxuduğu illərdə tələbə elmi konfranslarında riyaziyyat və fizika tədrisində tarixi elementlərin öyrədilməsi məsələlərini əks edən məruzələri ilə diqqəti özünə cəlb etmişdi. == Ailəsi == N.Pənahova ilə ailə həyatı qurmuş, N.Pənahova və M.Pənahov adlı uşaqları dünyaya gəlmişdir. == Fəaliyyəti == 1960-cı ildə ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına baş laborant göndərilmişdir. 1962-ci ildə Respublika MEA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olunmuş və həmin il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş, 1962-ci ildə AzPİ-də baş müəllim vəzifəsinə keçmişdir. 1964-cü ildə dəvətnamə ilə Aşqabad şəhərinə, Türkmənistan Dövlət Universitetində fizika fakültəsində ixtisas dərslərində mühazirə oxumaq üçün ezamiyyə olunmuşdur. O, 1966-cı ildə "NizFe ərintisinin qalvonomaqnit və termomaqnit effektinə tantal və molibdenin təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Tahir Pənahov namizədlik müdafiəsindən sonrakı 12 ili axtarışlarda, xarici ölkələrdəki konfranslarda keçib. Müxtəlif illərdə Sverdlovsk, Krasnoyarsk, Xarkov, Perm, Tula, Donetsk, Tomsk, Kiyev, Zveniqorod, Tbilisi, Aşqabad, Mahaçqala şəhərlərində maqnit hadisələri fizikası, atom nizamlılığı və onun ərintilərin xassələrinə təsiri, mikroelektronika üçün yeni maqnit materialları, metallik sistemlərin həll diaqramları, elektrotexnika polad və ərintilərin metalşünaslığı və fizikası və s.
Tahir Qasımzadə
Tahir Sərdar oğlu Qasımzadə (31 oktyabr 2001; Suraxanı rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tahir Qasımzadə 2001-ci il oktyabrın 31-də Suraxanı rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tahir Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tahir Qasımzadə sentyabrın 29-da Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, şərti adı "Üçtəpə" adlanan yüksəklikdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Qasımzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tahir Quliyev
Tahir Məhərrəm oğlu Quliyev (14 mart 1947, Ağdü, Sisian rayonu) — Bakı Şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı (1993–2005), Xızı Rayonu İcra Hakimiyyətinin başçısı (2005–2007), Yeni Azərbaycan Partiyasının üzvü (1993), "Şöhrət" ordeni (Azərbaycan) mükafatçısı. == Həyatı == Tahir Məhərrəm oğlu Quliyev 14 mart 1947-ci il ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun (Sisian rayonu), Ağudi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1963-cü ildə orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. 1964-cü ildə Bakı Axşam Neft Texnikomunun mülki və sənaye tikintisi fakültəsinə daxil olmuş və 1967-ci ildə həmin ixtisas üzrə təhsilini bitirmişdir. 1968-ci ildə Xarici Dillər İnstitutunun (indiki Bakı Slavyan Universiteti) rus dili — ədəbiyyatı və azərbaycan dili — ədəbiyyatı fakültəsinin qiyabi bölməsinə daxil olmuş və 1974-cü ildə həmin ixtisas üzrə təhsilini bitirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildən 1967-ci ilədək Bakı şəhəri Binəqədi rayonunda yerləşən Ağac emalı zavodunda fəhlə kimi başlamış, usta və baş usta vəzifələrinə qədər yüksəlmişdir. 1967-ci ildən 1969-cu ilədək indiki Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 4 nömrəli Mənzil-istismar kontorunda texnik vəzifəsində çalışmışdır. 1969-cu ildən 1970-ci ilədək Bakı şəhəri Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 37 nömrəli Mənzil-istismar kontorunda mühəndis vəzifəsində çalışmışdır. 1970-ci ildən 1978-ci ilədək Bakı Şəhəri Soveti İcraiyyə Komitəsində (indiki Bakı Şəhər İcra Hakimiyyətində) müxtəlif vəzifələrdə çalışmışdır. 1978-ci ildən 1982-ci ilədək Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Kommunal təsərrüfat idarəsinin müdiri vəzifəsində çalışmışdır.
Tahir Rasizadə
Tahir Məhəmməd oğlu Rasizadə (1907, Naxçıvan – 1942, Krım, Krım MSSR) - Azərbaycan kənd təsərrüfatı mütəxəssisi, şair. Azərbaycan Respublikasının baş naziri Artur Rasi-zadənin atası. == Həyatı == Tahir Şeyx Məhəmməd oğlu Rasizadə 1907-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvanda almışdır. Əmisi Hüseyn Cavidin dərs dediyi Bakı darülmüəlliminini, sonra isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Bir müddət Gəncədə işlədikdən sonra Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini təyin edilmişdir. Şairlik təbi olmuş, ilk şeirlərini darülmüəllimində oxuyarkən yazmışdır. Müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Şerləri romantik vüsəti, dilinin axıcılığı, ahəngdarlığı, obrazların və ifadə tərzinin yeniliyi ilə seçilir. Bundan başqa Tahir Rasizadə pyeslər də yazmışdır.
Tahir Rzayev
Tahir Rzayev (24 fevral 1950, Ağcabədi) — Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Tahir Rzayev 24 fevral 1950-ci il tarixində Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və Bakı Ali Partiya Məktəbində təhsil almışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20 kitabın müəllifidir. Rus dilini bilir. 1970-ci ildən Ağcabədi rayonunun tikinti idarələrində fəhlə olaraq çalışmışdır. Evlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == Tahir Rzayev 1971-ci ildən Ağcabədi rayonunda çıxan "Sürət" qəzetində ədəbi işçi, 1977-ci ildən rayon Komsomol Komitəsinin ikinci katibi, birinci katibi, 1982-ci ildən Ağcabədi Rayon Partiya Komitəsinin təlimatçısı, 1987-ci ildən Ağcabədi Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir. 1989−1994-cü illərdə rayon yemçilik birliyində fəhlə, "Ülfət" qəzetində ədəbi işçi, "Aran" qəzetində şöbə müdiri, 1994–1999-cu illərdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, İcra Hakimiyyətinin şöbə müdiri, 1999–2001-ci illərdə Ağcabədi şəhər bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır.
Tahir Rüstəmov
Tahir Aydın oğlu Rüstəmov (5 oktyabr 1959, Mahrızlı, Ağdam rayonu) — Əməkdar jurnalist, yazıçı. == Həyatı == Tahir Rüstəmov 1959-cu il oktyabrın 5-də Ağdam rayonunun Mahrızlı kəndində doğulmuşdur. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib təyinatla o vaxtkı Dövlət Teleradio Komitəsində işləməyə başlayıb. Ali təhsili fərqlənmə diplomu ilə, yüksək göstəricilərlə başa vurmuşdur. “Xəbərlər” baş redaksiyasında mövcud qaydaya uyğun olaraq kiçik redaktor kimi işə başlayan universitet məzunu 6 aydan sonra redaktor, 1 ildən sonra isə böyük redaktor vəzifəsinə irəli çəkilmişdi.1991-ci ilin avqustunda Moskvada Qorbaçovla Yeltsinin “QKÇP” oyunu kollektivin “Kommunist” adından imtina etməsi ilə nəticələndi. Kommunist Partiyasının ləğvindən bir neçə gün, Azərbaycanın SSRİ-dən çıxmasından 50 gün, SSRİ-nin buraxılmasından 4 ay əvvəl “Kommunist” adı dəyişdirilib “Xalq qəzeti” qoyuldu. Onun bu dövrdəki analitik və polematik yazılarının əsas mövzusu Qarabağ müharibəsində qələbənin, cəmiyyətdə milli birliyin təmin edilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi məsələləri idi. Qəzetə keçəndən sonra da Tahir teleradio ilə əlaqələrini kəsmədi. Azərbaycan Televiziyasında “Kitab köşkü”, “Publisist studiyası” proqramlarının aparıcılarından idi. “Səhər” proqramında “Qəzetlərin xülasəsi”nin yaradıcısı və bir neçə il aparıcısı oldu.
Abdulla Tahirzadə
Abdulla Mahmud oğlu Tahirzadə (19 yanvar 1896, Vartaşen, Nuxa qəzası – 2 noyabr 1978, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Abdulla Tahirzadə 19 yanvar 1896-cı ildə Şəki qəzasının Xaçmaz mahalında anadan olmuşdur. İlk təhsilini Ağdaşda alan Tahirzadə orta təhsilini İstanbulda xeyriyyə məktəbində davam etdirmişdir. Daha sonra o, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdir. Orada Ali İqtisad Məktəbində və İstanbul Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. 1923-cü ildə vətənə qayıdan Abdulla Tahirzadə Azərbaycanın orta ixtisas və ali məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir. == Repressiya dövrü == Abdulla Tahirzadə 1949-cu ildə repressiyaya məruz qalmışdır. O, 1949-cu ilin may ayında Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilmişdir. Beş il müddətinə islah-əmək düşərgəsində sürgündə olan Abdulla Tahirzadə 1953-cü ildə azad edilmişdir. O, iki il Cambulda (Qazaxıstan) müəllim işləmişdir.
Abdullah ibn Tahir
Abdullah ibn Tahir (ərəb. عبد الله بن طاهر الخراساني‎; 790-840) — Tahirilər sülaləsindən Xorasan hakimi, sərkərdə. == Həyatı == Abdullah ibn Tahir bin Hüseyn bin Məsəb bin Razikdir. Bəzi mülahizələrə görə Razik Rüstəmi Zalın soyundan gəlir. Abdullah Tahirilər sülaləsindən idi. VII əsrdə onun soyu müsəlmanlığı qəbul edib Xuzaa qəbiləsinə qoşulmuşdu. Abdullah Zülyəmineyn ləqəbi ilə tanınırdı. Bağdadın valisi olmuşdu. == Abdulla və Babək == Minorski Babəkin Abbasi sərkərdəsi Məhəmməd ət-Tusi və onun 150 minlik ordusunu tamamilə darmadağın etməsindən bəhs edilir. Xəlifə Məmun Məhəmməd ət-Tusinin həlak olmasından çox qəmgin olmuşdu, çünki o, çox bacarıqlı sərkərdə idi.
Abid Tahirli
Adelina Tahiri
Adelina Tahiri (makedon: Аделина Тахири, alban: Adelina Tahiri) — alban müğənni. 1991-ci ildə Skopyedə anadan olub. Hazırda Albaniyada yaşayan Tahiri peşəkar karyerasına 2007-ci ildə cəmi 16 yaşında ikən alban dilində nəşr etdirdiyi və həmin sinql Albaniya və Kosovoda ifa olunan Më Trego sinqlı ilə başlayıb. 2010-cu ilin oktyabrında o, ikinci albomu olan Nuk Jam Penduar -ı da alban dilində də buraxdı. Tahiri 2011-ci ildə rəsmi olaraq Albaniya vətəndaşlığını qəbul edib.
Aliyə Tahirova
Aliyə Əziz qızı Tahirova (5 avqust 1917, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – bilinmir) — Azərbaycan balerinası, pedaqoq, Bakı Xoreoqrafiya Məktəbinin direktoru (1947–1978), Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Aliyə Əziz qızı Tahirova 5 avqust 1917-ci ildə Aşqabad şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Moskva Xoreoqrafiya Məktəbinin pedaqoji şöbəsində təhsilini davam etdirmişdir.Aliyə Tahirova yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında balerina kimi başlamış və 1934–1937-ci illərdə burada işləmişdir. Daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında kordebaletdə çalışmış, balet tamaşalarında solo rəqslər ifa etmişdir.1942-ci ildə Aliyə Tahirova pedaqoji fəaliyyətə başlamış və 1945–1947-ci illərdə Bakı Xoreoqrafiya Məktəbinin bölmə rəhbəri, 1947–1978-ci illərdə isə məktəbin direktoru vəzifələrində işləmişdir. 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.Aliyə Tahirova 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüşdür.
Aşağı Tahir (Baymak)
Aşağı Tahir (başq. Түбәнге Таһир, rus. Нижнетагирово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 93 km, kənd sovetliyindən (Teməs): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 108 km.Kənd Samkara çayının sağ sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Hüseyn Kunabay - başqırd şairi, BMSSR Yazıçılar Birliyinin üzvü.
Baba Tahir Üryan
Baba Tahir Üryan (fars. بابا طاهر‎ — Bâbâ Tâher, d. təxminən 1000 — ö. 1055) — İranlı sufi şair. == Həyatı == Həyatı haqqında yetərli bilgi yoxdur. Qaynaqlarda ona bəzən Həmədani, bəzən də Lori nisbəsi verilməsi onun Həmədanla Loristan arasında bir yerdə doğulmuş ola biləcəyi ehtimalını xatirə gətirməkdədir. Bu iki yer arasındakı Xürrəmabadda onun adını daşıyan bir məhəllə vardır. Baba Tahirin müəmma janrında yazdığı bir qitəsindən faydalanılaraq 938-ci ildə doulğduğu irəli sürülməkdədir. Bu tarix, Rzaqulu xan Hidayətin onun ölüm tarixi olaraq verdiyi 1010-cu il tarixi ilə bağdaşa bilməkdədir . Ravəndinin "Rahatüś-śudur" adlı əsərindəki bir qeydə görə isə Səlcuqlu sultanı Toğrul bəy 1055-ci ildə doğru Həmədana gəldiyində, o sırada burada şöhrət tapmış üç şeyxdən biri olan Baba Tahir Üryanı ziyarət etmişdi.
Bədriyə Tahir Gökmən
Bədriyə Tahir Gökmən — ilk Türk qadın pilotdur."Gökmən Bacı" adı ilə tanınır. == Həyatı == 1932-ci ildə Vecihi Uçuş Məktəbində aviasiya təliminə başladı. Dövlət qulluqçusu olduğu müddətdə uçuş təliminə davam etdi. 1933-cü ildə nişan aldı. Abdurrahman Türkkuşu ona Gökmən ləqəbini verdi. Gökmən Bacı kimi tanınan Bədriye Tahir 1934-cü ildə Soyad Qanunu qəbul edilərkən Gökmən soyadını götürdü.Bədriye Tahir, aviasiya səyləri səbəbindən bir çox reaksiya və maneə gördü. Aviasiya ilə maraqlandığı üçün maaşından kəsildi və nəticədə işindən qovuldu. 1934-cü ildə Vecihi Məktəbi, şagirdlərin döş nişanlarını təsdiqləmək üçün onların Hava Qüvvələri Müsteşarlığı tərəfindən test edilməsini istədi. Ancaq imtahan komitəsi gələndə imtahan keçirilə bilmədi, çünki məktəbin yeganə aktiv təyyarəsi məhv edilmişdi, nümayəndə heyəti yenidən gəlməkdən imtina etdikdə məktəb bağlandı və Gökmən Bacı-nın pilotluğu təsdiqlənmədi. O dövrdə işdən qovulan Bədriye Tahir Gökmənin sonrakı həyatı məlum deyil.
Bəkir Tahirov
Bəkir Abbas oğlu Tahirov (29 dekabr 1940, Urud, Sisian rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksək temperaturlu ifratkeşiricilər” laboratoriyasının rəhbəri. == Həyatı == Bəkir Tahirov 1939-cu il dekabrın 29-da Ermənistan SSRın Sisyan rayonunun Urud kəndində anadan olub. 1958-ci Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) “Fizika” fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-1965-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası nın Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildə AMEAnın Fizika İnstitutunda aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində işləyib. 1974-cü ildə namizədlik dissertasiyasını, 1995-ci ildə isə “Bi1-xSbx xəlitələrində elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildən etibarən “Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifrat keçiricilər” laboratoriyasına rəhbəri vəzifəsində çalışır. == Əsas elmi nailiyyətləri == Bəkir Tahirov qidalandırıcı tətbiq etməklə Çoxlarski üsulunu təkmilləşdirərək yüksək keyfiyyətli Bi1-xSbx xəlitələrinin monokristallarını almağa nail olmuşdur. O,həmçinin, yüksək yüyürüklüyə malik yarımkeçiricilərdə yayılan helikon dalğalarının (sabit maqnt sahəsində yerləşdirilmiş plazmada yayılan aşağı tezlikli elektromaqnit dalğası) dispersiyasını, polyarizasiyanı tədqiq etmək üçün ölçü-rezonans üsulunu işləyib hazırlamışdır. Tahirov B. A elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektlərinin kompleks şəkildə tədqiqi imkanından istifadə edərək Bi1-xSbx (x≤0,25) bərk məhlullarında yükdaşıyıcıların enerji spektrini və səpilmə mexanizmini (77≤T≤300K) müəyyən etmişdir.
Elşad Tahirov
Elşad Tahirov — Azərbaycan futbolçusu == Həyatı == Elşad Tahirov 22 yanvar 1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1989-1990, 2001-2002, 2005-2007-ci illərdə Xəzər FK (Lənkəran), 1990-1992-ci illərdə Neftçi PFK (Bakı), 1992-1995-ci illərdə Saxalin FK (Saxalin), 1995-1999-cı illərdə Viləş FK (Masallı), 1999-2001-ci illərdə Xəzər Universiteti FK (Bakı), 2004-2005-ci illərdə “Şəmkir” FK (Şəmkir), 2007-2008-ci illərdə isə Masallı FK (Masallı) kimi klublarda peşakar futbolla məşğul olmuşdur. Peşəkar məşqçilik karyerasına 2008-ci ildə Xəzər FK (Lənkəran) klubunda qapıçı-məşqçisi olaraq başlamışdır. 2010-2011-ci illərdə 16 yaşadək oğlanlardan ibarət milli komandanın, 2011-2013-cü illərdə 17 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013-2014-cü illərdə 15 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013-2014-cü illərdə yenidən Xəzər FK-nın (Lənkəran) məşqçisi olmuşdur. 2014-cü ildən etibarən 16 yaşadək oğlanlardan ibarət milli komandanın qapıçı məşqçi funksiyasını yerinə yetirir. 2009-cu ilin iyun ayında “C” kateqoriyalı məşqçi lisenziyasına yiyələnmiş, noyabr ayından etibarən isə “B” kateqoriyalı məşqçi lisenziyanın sahibidir. == Ailəsi == 1993-cü ilde aile heyati qurub. ailəsində 3 uşaq var. bir oğlu iki qızı var. Kiçik oglu TAHIRLI TAHIRdir.
Emil Tahirov
Tahirov Emil Vahid oğlu — aktyor. == Həyatı == Emil Tahirov 1997-ci ildə Bakı şəhərinin 68 N-li texniki-peşə məktəbini bitirib. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor kimi çalışıb. Teatrda işlədiyi müddətdə bir çox tamaşalarda iştirak edib. Onun yaratdığı: Umbert (E.de Filippo "Filumena Marturano"), Həkim (Q.Qorin "Kin IV"), Dcud (B.Sleyd "Çestvovaniye"), Viktor (A.Qalin "Konkurs"), Topal (S.Vurğun "Fərhad və Şirin") kimi obrazlar aktyorun yaradıcılıq palitrasının nümunələrindəndir. KVN teatrında da çalışan aktyor məşhur telefon şirkətlərinin birinin reklam çarxında da çəkilib. Çox təəssüf ki, istedadlı aktyorun həyatı faciə olmuşdur. Emil təklik və dərdə dözməyərək həddən artıq alkoqol qəbul edirmiş və bu da onda serroz xəstəliyi yaratmışdır. Həyatda problemlər yaşayan aktyor işindən ayrılmış və tənhalığa çəkilmişdir. Ömrünün son vaxtlarında hamı tərəfindən unudulmuş, itkin düşmüşdür.
Feyziyev Sadiq Tahir oğlu
Feyziyev Sadiq Tahir oğlu (1 sentyabr 1993; Zevin, Yardımlı rayonu – 29 sentyabr 2020; Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Feyziyev Sadiq Tahir oğlu 01 sentyabr 1993-cü il Yardımlı rayonu Zevin kəndində doğulmuşdur. Şəhid Feyziyev Sadiq 2013-cü ildə hərbi xidmətə gizir(feldşer) kimi başlamışdır.Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı təltif olunmuşdur.Vətən Müharibəsində iştirak etmişdir və 29 sentyabrda Ağdərə istiqamətində həlak olmuşdur.18 noyabrda Yardımlı rayon Zevin kəndində dəfn olunmuşdur.Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Feyziyev Sadiq Tahir oğlu 29 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə döyüşlərində vuruşaraq həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyziyev Sadiq Tahir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Firdovsi Tahirov
Firdovsi Balaxan oğlu Tahirov (18 fevral 1997; Dico, Lerik, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firdovsi Tahirov 1997-ci il fevralın 18-də Lerik rayonunun Dico kəndində anadan olub. 2003-2007-ci illərdə Dico kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə N. Hacıyev adına Tikəband kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Tarix müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Firdovsi Tahirov 2019-cu ildə Lerik Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. Əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət elədi. Azərbaycan Ordusunun əsgəri olan Firdovsi Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Firdovsi Tahirov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lerik rayonunun Dico kəndində dəfn olunub.
II Abdullah ibn Tahir
II Abdullah ibn Tahir Xorasani ya da Tahir bin 'Abdullah (?-862) — Tahirilər sülaləsindən, 845-ci ildən 862-ci ilədək Xorasanın valisi. Atası Abdullah, Oğuzları tutmaq üçün onu şimal çöllərinə göndərdi. Atası öldükdən sonra o vali oldu. 862-ci ildə öldü və ölməzdən öncə vəsiyyəti isə oğlu Məhəmmədi vali olaraq onu bacarıqlı olacağını söylədi və bu xəlifə tərəfindən təsdiqləndi. == Mənbə == Bosvort, C. E. "The Tahirids and Saffarids." The Cambridge History of Iran Volume 4: From the Arab Invasion to the Saljuqs. R. N. Frye. London, UK: Cambridge University Press, 1975.
Kərim Tahirov
Kərim Məhəmməd oğlu Tahirov (12 noyabr 1951, Ağcabədi rayonu) — Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor. == Həyatı == Tahirov Kərim Məhəmməd oğlu 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1978-ci ildə təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilmiş, 1979–1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır. 1983–1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi, 1987–1988-ci illərdə rəisi, 1988–1989-cu illərdə Mədəni-maarif Müəssisələri İdarəsinin, 1989–1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993–2000-ci illərdə Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifəsində işləmişdir. 2000–2005-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.2009-cu ildə "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. O, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır.Professor K.Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrlarının elmi rəhbəri və rəsmi oponenti olmuşdur.Prof.
Kərim Tahirzadə Behzad
Kərim Tahirzadə Behzad (1888-1963) - Təbrizdə Məşrutə hərəkatının fəal iştirakçılarından biri, mühəndis və memar. O, İctimaiyyun-Amiyyun (İran Sosial-Demokrat Partiyası) təşkilatının üzvü idi. İstanbul və Berlində memarlıq sahəsində təhsil almışdır. Elmi ədəbiyyatda cənubi Azərbaycanın “Molla Nəsrəddin”-i adlandırılan “Azərbaycan” (1907) satirik jurnalında, eyni zamanda “Əncümən”, “Həşərtül ərz” və digər satirik mətbuatda məhsuldar şəkildə çalışmış azərbaycanlı rəssam Hüseyn Behzad Tahirzadə və onun qardaşı Kərim Behzad haqqında hər hansı bir məlumat, yazılmış elmi və ya publisistik məqalə, demək olar ki yoxdur. == Əsərləri == Kərim Tahirzadə Behzad, Azərbaycan dər Ninzəte Azərbaycan, Tehran (tarixsiz). == Mənbə == "Kərim Tahirzadə Behzad". Dövrün memarlığı. 2012-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2012. Eta, Əli.
Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq.Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. == Həyatı == Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir: Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb. 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Onunla vida mərasimi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilib.
Mirzə Həsən Tahirzadə
Tahirzadə Mirzə Həsən Mirzə Nəsir bəy oğlu — Qafqaz müsəlmanlarının IV Şeyxülislamı; Sankt-Peterburq Universitetinin müəllimi, İslam hüququ üzrə mütəxəsis. == Həyatı == Mirzə Həsən Tahirzadə 1837-ci ilin 30 may tarixində Şuşa qəzasının Cavanşir sahəsinin Kəngərli obasında (müasir Tərtər rayonunun Kəngərli kəndi) anadan olmuşdu.İbtidai təhsilini atası Mirzə Nasir bəy Tahirzadədən almışdır. Sonra Təbriz şəhərində "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdi. Doğma yurduna dönəndən sonra 8 aprel 1859-cu ildə Qapanlı obasında molla kimi dini fəaliyyətə başlamışdı. 21 iyun 1893-cü ildı Tiflisdə vəfat etmişdir. Onu Qafqaz müsəlmanlarının şeyxülislamı vəzifəsində Əbdüssəlam Axundzadə əvəz etmişdir. === Axundluq fəaliyyəti === 6 avqust 1873-cü ildə imtahandan keçərək Zaqafqaziya Şiə Ruhani idarəsinin qərarı, Yelizavetpol Ruhani məclisinin sərəncamı ilə axund titulu almışdı. Elə həmin il 21 avqustda imperatorun əmri ilə Qafqaz eskadronunun leybqvardiyasının 4-cü vzvoduna axund təyin edilmişdi. 1878-ci ilədək qvardiyada ruhani kimi xidmət etmişdi. Xəstəliyi ilə bağlı dördaylıq məzuniyyətə buraxılmış, sonra hərbi xidmətdən (çarı müsəlman qvardiyaçıları qoruyurdular) tərxis edilmişdi.
Məhəmməd Tahir Vəhid Qəzvini
İmadəddin Mirzə Məhəmməd Tahir Qəzvini — Hüseyn xan Qəzvininin oğlu, "Vəhid" təxəllüsü ilə Azərbaycanın XVII-XVIII əsr şair, xəttat və tarixçilərindən və Xuldi Bərin tarixi" kitabını müəllifinin, Məhəmməd Yusifin qardaşıdır. O, 1015-ci ildə (Hicri) Qəzvin şəhərində dünyaya gəlmişdir. Mirzə Tahir, II Şah Abbas Səfəvi sarayının rəsmi tarixçisi idi və sonra Şah Süleyman Səfəvinin vəziri oldu. Onun məşhur əsərlərindən II Şah Abbas tarixidir, digər əsərləri, azərbaycanca və farsca, poeziya və nəsrdir.Mirzə Məhəmməd Tahir, Saib Təbrizi ilə yaxın yoldaş idi. 1120-ci ildə (Hicri) vəfat edib. 2009 ildə Paşa Kərimov və Arif Rəməzanov azərbaycanca şeirlərinin bir hissəsini toplayıblar və Bakı şəhərində Nurlan Nəşrlər tərəfindən "Vəhid Qəzvini divanı" adıyla çap olunub.Məhəmməd Tahir Vahid Şah Süleymanın dövründə (1666-1694) dövlətin baş vəziri vəzifəsini icra edirdi. O, "Abbasnamə" adlı əsərin müəllifidir. Bu tarixçi 1699-cu ildə vəfat etmişdir.
Natiq Tahirli
Natiq Namiq oğlu Tahirli (28 oktyabr 1997, Almu, Lerik rayonu – 17 may 2016, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == Natiq Tahirli 28 oktyabr 1997-ci ildə Lerik rayonunun Almu kəndində anadan olmuşdur. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2015-ci ilin sonlarında hərbi xidmətə yollanmışdır. Sərhəd Qoşunlarının əsgəri kimi Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Tahirli 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Aprel döyüşlərində vuruşmuşdur. Döyüşlərdə fərqləndiyinə görə təşəkkürnamə ilə təltif edilmişdir. Əsgər Natiq Tahirli 2016-cı ildə, mayın 17-si Azərbaycan-Ermənistan təmas xəttində, Tərtər-Goranboy istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində snayper gülləsinin dəyməsi nəticəsində şəhid olmuşdur. Müdafiə Nazirliyinin məlumatına əsasən, dərhal tədbirlər görülmüş və qarşı tərəfin canlı qüvvəsi məhv edilmişdir. Mayın 18-i Natiq Tahirli doğulduğu Lerik rayonunun Almu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Nazlı Tahirova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. == Soy kökü == Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. == Həyatı == Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazlı Tahirova-Nəcəfova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. == Soy kökü == Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. == Həyatı == Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazlı xanım Tahirova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. == Soy kökü == Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. == Həyatı == Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Qazızadə Mehmed Tahir Əfəndi
Qazızadə Mehmed Tahir Əfəndi (1747, Tokat – 1838, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1747-ci ildə Tokatda dünyaya gəlmişdir. Atası Qazı Ömər Əfəndidir. İlk təhsilini atasından aldıqdan sonra İstanbula gəlmiş, burada dövrün önəmli alimlərindən dərslər almışdır. 1782-ci ildə müdərrislik dərəcəsi alaraq bir çox mədrəsələrdə fəaliyyət göstərdi. Ardından Anadolu və Rumelinin bir çox əyalətində qazı olaraq xidmət göstərdi. Rumeli başqazısı Osmanpaşazadə İzzət bəyin xidmətində qaldı və bu müddət ərzində Yenişəhər qazısı kimi fəaliyyət göstərdi. Bir müddət dövlət vəzifəsindən uzaq qalsa da, çox keçmədən Məkkə qazısı, 1818-ci ildə isə İstanbul qazısı olaraq təyin edildi. 1824-cü ildə Anadolu başqazılığı, 26 noyabr 1825-ci ildə isə şeyxülislamlığa yüksəldi. Bu vəzifəyə yüksəlməyində Sultan Mahmudun yeniçəri ocağını ləğv etmə planlarının mühüm rolu vardı.
Rasim Tahirbekov
Rasim Zahirbəyoviç Tahirbəyov (d. 4 may 1984, Mahaçqala) — Rusiya futbolçusu, müdafiəçi. Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətinin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub. "Anji" komandasının kapitanıdır.

Значение слова в других словарях

бре́йкер ожи́ть оме́г пасти́льщик пери́метр премногоуважа́емый со́вкий юдофо́бский ви́лка инспе́кторствовать приватиза́тор рабко́ровский сва́йщик свева́ть топони́мия шифрогра́мма зубрить Hispanic-American kipper Mansfield втравливать капроновый простудить расчерчивать угораздить