Taiti
Taiti (fr. Tahiti, taiti Tahiti) — Sakit okeanda, Cəmiyyət adaları qrupunda ən böyük ada. Fransa Polineziyası tərkibindədir, sahəsi 1042 km2-dir. Əhalisi 178,133 nəfərdir (2007-ci ildə). Ən böyük şəhəri - Papeetedir.
Ada iki dağ massivindən ibarətdir. Mərcan rifləri ilə əhatə olunmuşdur. İllik yağıntı 1400 mm. Rütubətli tropik meşələri var. Kokos palması, banan, şəkər qamışı, ananas və s.