tak
takelajçı
OBASTAN VİKİ
Takelaj
-Takelajçı (hollad dilində takelage — gəmi ləvazimatlarıdır: burazlar, zəncirlər, millər (çubuqlar), vantlar, ştanqlar, şkotlar)--- -Sex və sahə rəisi,usta, briqadir və kran maşinisti bilməlidirlər ki, yüklərin ilməklənməsinə yaşı 18 ildən az olmayan, tibbi yoxlamadan keçmiş, ilməçi və ya takelajçı ixtisasını öyrənmiş, attestasiyadan keçmiş, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını öyrənmiş, biliyi yoxlanılmış əlində takelajçı vəsiqəsi olan şəxslər buraxılır. Yükqaldırıcı və nəqledici maşınlar ağır əl əməyini mexanikləşdirməklə yanaşı, istehsalın məhsuldarlığını xeyli artırır. Təyinatına və konstruksiyasına görə yükqaldırıcı-nəqledici maşınların müxtəlif növləri vardır. Buraya əsasən periodik işləyən yükqaldırıcı maşın və mexanizmlər, fasiləsiz işləyən nəqledici maşınlar və qurğular daxildir. Müasir avtomatlaşdırılmış tex-noloji axın xətlərinin istehsalatda geniş yükqaldırıcı və nəqledici maşınları köməkçi quruluşlardan istehsalın əsas göstəricilərini müəyyənləşdirən başlıca amillərə çevrilmişdir. Yükqaldırıcı və nəqledici avadanlığın düzgün seçilməsi istehsalın normal və yüksək məhsuldarlıqla işləməsini təmin edən əsas cəhətlərdən biridir. Manipulyatorların və robotların istehsalatda tətbiqi isə müasir elmi-texniki tərəqqinin çox böyük nailiyyətidir. Yükqaldırıcı maşınlar yükün qaldırılması və nəql edilməsində işlədilir. Bu maşınlarda işçi gedişdən sonra həmişə boş gediş də olur. Odur ki, yükqaldırıcı maşınlar nəqliyyat maşınlarından fərqli olaraq fasilə ilə işləyən maşınlar qrupuna aiddir.

Digər lüğətlərdə