TAKIR
TAKSONOMİYA
OBASTAN VİKİ
Takson
Tuson (ing.
Bioloji takson
Bioloji takson, Takson , aləmdən yarımnövə qədər iyerarxiyada düzülmüş canlıların təsnifatındakı bütün vahidlərin ümumi adıdır . Qızılcalar, quşlar, xordatlar, orqanizmlər qrupuna aiddir. Əgər belə bioloji qrup təsnifat mərhələlərində fərqləndirici xüsusiyyətlərinə görə bioloq tərəfindən kifayət qədər fərqli hesab edilirsə, onda orqanizm takson adlanır. Takson, müəyyən bir kateqoriyaya daxil olacaq qədər fərqli fərqlərə malik olan hər hansı bir sıradan (cins, növ, yarımnöv və s.) taksonomik qrupdur . Taksonomik addımlarda (kateqoriya) taksonomik vahidlər (taksonlar) cədvəldə göstərildiyi kimi çeşidlənə bilər. Üst kateqoriyalardakı taksilərə daha aşağı olan taksonlar daxildir. Həmçinin, məsələn, filialda bir və ya bir neçə sinif; Bir sinifdə bir və ya bir neçə komanda ola bilər. Eyni şey ailələr, cinslər və növlər üçün də keçərlidir.
Takson (dəqiqləşdirmə)
Takson (termin) -gemorfoloji termin
Takson (termin)
Takson – (rus. таксон, ing. taxon) /yun.taxis-də­rəcə, sıra, nomos-qanun/- dərə­cəsini və ya sistemdə yerini gös­tərən təsnifat vahidinin adı. Coğrafi təsnifatda və rayonlaşmada geniş istifadə edilir. Məs: fiz. coğ.rayon, vilayət, torpaq tipi, bitki forma­siyası və s.
Bitki takson və adları
Bitki takson və adları-2
Bitki taksonları
Buradakı taksonlar Elşad Qurbanovun ali məktəblər üçün dərslik olan "Ali bitkilərin sistematikası" kitabından götürülmüşdür
Cins (taksonomik kateqoriya)
Cins (latınca genus) - yarımcinsləri birləşdirən taksonomik kateqoriya. Təsnifat ierarxiyasında fəsilə qrupundan aşağında, növ qrupundan isə yuxarıda yerləşir. Hər bir nominal cinsin tipini "tipik növ" adlı, nominal növ təmsil edir. Tərkibinə tipik növ daxil olan yarımcins cinsin öz adını daşıyır. Yarımcins canlının adında cins ilə növ ifadə edən sözlərin arasında yazılır, məsələn Microtus (chionomys) nivallis. Növdən yüksək taksonomik kateqoriyalar uninominaldırlar, odur ki, bir sözdən ibarətdirlər. Cinsin adı ismin adlıq halında olmalı və böyük hərflə yazılmalıdır, məsələn Felis, Primula, Bacillis. Beynəlxalq kodeksin botanika nomenklaturasına görə cins qrupuna, cins və yarımcins (subgenus) müstəsna olmaqla, seksiya (sectio), yarımsıra (subseries) kateqoriyaları daxildir. Bunların adı uninominal deyil, ranq və taksonun kombinasiyasıdır. Məsələn, Primula series Acaules.
Dəstə (taksonomik kateqoriya)
Dəstə (ordo) heyvan sistematikasında bir neçə fəsiləni birləşdirən taksonomik kateqoriya. Yaxın dəstələr sinif əmələ gətirir (mükəmməl sistematikalarda dəstə əvvəlcə tamdəstə və yarımsinif, sonra isə sinfi təşkil edir). Bitki sistematikasında sıra dəstəyə müvafiq tutulur.
Fəsilə (taksonomik kateqoriya)
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Sinif (taksonomik kateqoriya)
Sinif (latınca classis) biologiyada qohum və oxşar əlamətli heyvan dəstələrini və bitki sıralarını birləşdirən ali taksonomik kateqoriyalarından biri. Sinif anlayışını fransız botaniki J.Turnefor vermiş, sonra Karl Linney özünün "Təbiətin sistemi" (1735) əsərində dürüst olaraq iyerarxiya təsnifat qruplarını göstərmişdir. Siniflər oxşar quruluşlarına və əcdadlarına görə toplanaraq, təsnifatın ən yüksək pilləsi olan tipi təşkil edir. == Sinifüstü == Sinifüstü (superclassis) zoologiyada qəbul edilmişdir. Nəsil ağacının yüksəkdə duran şaxələrindən biridir. Sinifüstünə aid olan canlılar quruluşca çox kəskin fərqlənirlər. Sinifüstünün əhatə etdiyi canlılara məxsus quruluş tipləri təkamülün ilk dövrlərində yaranmışdır. Odur ki, bu quruluş xüsusiyyətləri ali kateqoriyalı taksonlarda əks olunmuşdur və onların birinin digərinə keçid ehtimalı fəsilə və cinslərdə olduğundan da azdır. Məsələn, kəlləlilər (Craniata), çənəsizlər (Agnatha) və çənəlilər (Gnathostomata) sinifüstüləri və s. Beynəlxalq kodeksdə fəsilədən yüksək ranqlı takson adlarına aid qaydalar yoxdur.
Sinonim (taksonomiya)
Bioloji taksonomiyada eyni takson iki və daha çox ada malikdirsə, belə adlar sinonim adlanır.
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. === ex === ex (latınca) — dan, ilə, birlikdə, əlbir.1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. == in == in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur.Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. == nom. cons. == === nom. ===
Taksonomik kateqoriyalar
Taksonomiya (ing. taxonomy) /yun. taxis- dərəcə, sıra və qanun /– taksonlar, onların qruplaşdırılması və tabeliliyi haqqında elm və ya yaxud təsnifatın prinsipləri haqqında təlim.Sistematikada bir ərazinin orqanizmləri öyrənilərkən ümumi əlamətləri olan oxşar fərdlər toplusu rast gəlir. Növü təşkil edən belə fərdlər toplusu başqa əlamətlərə malik fərdlər toplusundan aşkar fərqlənir. Məlumdur ki, yalnız eyni növdən olan və cinsi yolla çoxalan fərdlər bir-biri ilə cütləşir, ayrı-ayrı növ fərdləri arasında cütləşmə getmir. Bir çox ümumi əlamətlərə malik növləri taksonun daha yüksək ranqı (dərəcəsi) olan cinsə daxil edirlər. Cinslər isə fəsilədə birləşdirilir və i.a. Taksonların bir-birinə tabe olan formalarının bu qayda ilə yüksəlməsi təsnifatda iyerarxiya sistemi adlanır. Bu sistem əsasında fərdlər, onun zirvəsnndə isə bu sistemin bütün dərəcələrinin tabe olduğu takson durur. İyerarxiyanın əsası ilə zirvəsi arasında müxtəlif taksonlar yerləşir ki, bunların hər birinin tərkibinə özündən aşağı səviyyədə duran bir və ya bir neçə takson daxildir və o özündən yüksəkdə duran mərtəbəyə tabedir.
Taksonomiya
Taksonomiya (ing. taxonomy) /yun. taxis- dərəcə, sıra və qanun /– taksonlar, onların qruplaşdırılması və tabeliliyi haqqında elm və ya yaxud təsnifatın prinsipləri haqqında təlim.Sistematikada bir ərazinin orqanizmləri öyrənilərkən ümumi əlamətləri olan oxşar fərdlər toplusu rast gəlir. Növü təşkil edən belə fərdlər toplusu başqa əlamətlərə malik fərdlər toplusundan aşkar fərqlənir. Məlumdur ki, yalnız eyni növdən olan və cinsi yolla çoxalan fərdlər bir-biri ilə cütləşir, ayrı-ayrı növ fərdləri arasında cütləşmə getmir. Bir çox ümumi əlamətlərə malik növləri taksonun daha yüksək ranqı (dərəcəsi) olan cinsə daxil edirlər. Cinslər isə fəsilədə birləşdirilir və i.a. Taksonların bir-birinə tabe olan formalarının bu qayda ilə yüksəlməsi təsnifatda iyerarxiya sistemi adlanır. Bu sistem əsasında fərdlər, onun zirvəsnndə isə bu sistemin bütün dərəcələrinin tabe olduğu takson durur. İyerarxiyanın əsası ilə zirvəsi arasında müxtəlif taksonlar yerləşir ki, bunların hər birinin tərkibinə özündən aşağı səviyyədə duran bir və ya bir neçə takson daxildir və o özündən yüksəkdə duran mərtəbəyə tabedir.
Tip (taksonomik kateqoriya)
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi. Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn örtülütoxumlular və ya çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.
Ümumiləşdirilmiş taksonomik məlumat sistemi
== Həmçinin bax ==

Digər lüğətlərdə

воскрыли́ться выпля́сывание доконопа́чивание посла́ннический по́стничество ря́бчик черна́вка велика́н выжимно́й избегаться мы́ло одноголо́сие окромса́ть раскисля́ть све́шиваться чре́сла электротерми́ческий рано audiophilia copperware gas-lit somniloquence treacherous uncle налогоплательщик