TAKTİK
TAKTİKİ
OBASTAN VİKİ
Taktika
Taktika (tactique), fransız dilindən tərcümədə “müəyyən bir nəticəyə çatmaq üçün müxtəlif döyüş vasitələrindən səmərəli istifadə edərək quru, dəniz və ya hava döyüşlərini idarəetmə sənəti” deməkdir. Məcazi mənada, “istədiyiniz nəticəyə nail olmaq üçün istifadə olunan bütün yollar və metodlar” mənasını verir.
Taktika (şahmat)
Taktika — Şahmat termini Strategiyanın tərkib hissəsi olub, strateji planların ayrı-ayrı əməliyyatlarının həyata keçirilməsini təmin edir.
Avtobus (futbol taktikası)
Avtobus (ing. The bus) və ya "avtobus saxlamaq" (ing. Parking the bus) — futbolda oyun taktikası. == Tarixi == Termin ilk dəfə 2004-cü ildə Joze Mourinyo tərəfindən istifadə olunub.
Cərgə taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Gücdən salma taktikası
Gücdən salma (de-escalation— de-eskalasiya) — gərginlik, intensivlik və ziddiyyətlərin artmasının qarşısını almaq üçün nəzərdə tutulmuş bir davranışdır. Həmçinin münaqişə həllində də istifadə olunan bir yanaşmadır. Bəzi insanlar münaqişəni böyütməyə meyilli davranışlara mənsub olduğundan, bu cür böyümənin qarşısını almaq üçün xüsusi tədbirlər görülməlidir. De-eskalasiyaya bir çox yanaşmalar mövcuddur. == Eskalasiyadan de-eskalasiyaya == Rusiya 2014-cü il Milli Müdafiə Strategiyasını (National Defense Strategy) yayımladıqdan və xüsusilə Amerikanın 2018 Nüvə Duruş İncələməsinin (Nuclear Posture Review) nəşrindən sonra ABŞ rəsmiləri, mütəxəssislər və Milli Təhlükəsizlik vizaları "eskalasiyadan de-eskalasiyaya" ifadəsini ya Rusiyanın strategiyasını təsvir etmək üçün, ya da bu təsviri tənqid etmək üçün istifadə etdilər. "Eskalasiyadan de-eskalasiyaya" kimi ifadələr paylaşıldıqları qədər səhv başa düşülən və sui-istifadə edildikləri məqamlarda daha tez yayılan ifadələrdəndir. Bu ifadə ilə bağlı problem, Rusiyanın bir münaqişəni dayandırmaq və ya dayandırmaq üçün müəyyən olunmuş eskalasiyadan (nüvə və ya başqa) istifadə etmək imkanına və ya planına malik olmaması demək deyil. Bu cür eskalasiya daha böyük bir strateji yanaşmanın yalnız bir hissəsidir, həmçinin Moskvanın Nüvə Astanasına diqqəti artırması ağaclar üçün meşəni itirmək riskini daşıyırdı. Rusiyanın bu münaqişəyə yanaşmasını, Soyuq Müharibənin sonuna qədər Amerikanın stategiyasının bir hissəsi olan "eskalasiya nəzarəti" kimi təsvir etmək olar. Soyuq Müharibədən sonrakı münaqişələrdə müəyyən çətinliklərlə qarşılaşan ABŞ, düşmənin bacardığı istənilən qarşıdurma səviyyəsində rəqiblərinə hakim ola bildi.
Hilal taktikası
Hilal taktikası — Aypara (Hilal) Taktikası və ya Qurd qapanı, düşməni çevrələyərək yox etməyi məqsəd qoyan bir hərbi taktika Türk dövlətləri tərəfindən sıxlıqla istifadə edilərdi. Bu taktika meydan döyüşlərində təsirli idi və iki mərhələli olaraq tətbiq olunardı: Saxta ricat (ricat — geri çəkilmə); Pusqu.Ordu, döyüş anında mərkəz, sağ və sol olmaq üzrə üç hissəyə ayrılardı. Mərkəz qüvvətləri düşmənə hücum edər, bir müddət sonra hücum edən bu qüvvələr, qaçar kimi geri çəkilərdi. Bunu edərkən də at üzərində ox atmaq surətiylə döyüşə davam edərdilər. Beləcə geri çəkilən əsgərlərin arxasından gələn düşmən, ordunun sağ və sol qisimi tərəfindən tələ qurulan yerə çəkilər, çevrə içinə alınaraq məhv edilərdi. Ordu, təməldə üçə ayrılar və mərkəzə ən seçmə qüvvələr toplanar. Sağ və sol cinah mərkəzdən tamamilə ayrılmamaqla birlikdə araya məsafə qoyar. Mərkəzdəki qüvvələr sürətli bir vur qaç (ümumiyyətlə mizraqlı ya da atlı qüvvətlər ilə) düşmənin mərkəz safını fayda və düşmənin sağ və sol qanadlarının ordunun bölünməməsi adına mərkəzə sürüşməsini təmin edər. Bunun üzərinə araya məsafə qoyulan sağ və sol cinahdakı əsgərlər düşmənin qanadlarında buraxılan boşluqlara doğru sürətli hücum edərək düşməni ordunun meydana gətirdiyi ayparanın tam ortasına alardı. Vur qaç etmiş olan mərkəz qüvvə də, sağ və sol ceinahın əhatə etməsiylə birlikdə, qaçmağı buraxıb mərkəzdəki yerini alar düşmən ordusunu tam bir mühasirəyə götürərdi.
Xətt taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Yandırılmış torpaq taktikası
"Yandırılmış torpaq" taktikası (siyasəti) — geri çəkilən qoşunların hücum edən tərəfin istifadə edə bilməməsi üçün düşmən üçün bütün həyati əhəmiyyətli vasitələrin (ərzaq, yanacaq və s.) və hər hansı bir sənaye, kənd təsərrüfatı və mülki obyektləri tam və genişmiqyaslı məhv edilməsini həyata keçirən döyüş üsulu. "Yandırılmış torpaq" termini yalnız geri çəkilən ordunun hücum edən tərəf üçün həyati əhəmiyyət kəsb edən infrastrukturun dağıdılması döyüş əməliyyatlarına aiddir. 1977-ci il Cenevrə Konvensiyasının I nömrəli Protokolunun 54-cü maddəsi ilə "Yandırılmış torpaq" taktikası qadağan olunmuşdur.. == Tarixi == === E.ə VI əsr === Bu taktikadan istifadə tarixdə ilk dəfə e.ə 512-ci ilə yaxın I Dara ordusunun Qara dəniz çöllərinə soxulduğu zaman (bax: Herodotun "Tarix"i IV kitabı). İskitlərlə müharibədə olmuşdur. === XV əsr === 1474-cü ilin sonunda, Osmanlı İmperiyası ilə Moldova Knyazlığı arasındakı mübarizə zamanı bu taktikadan istifadə olunmuşdur. Bu ildə Rumeli bəylərbəyi Süleyman Paşanın başçılığı ilə böyük bir Osmanlı ordusu Moldova Knyazlığının ərazisinə girdi. "Yandırılmış torpaq" taktikasını tətbiq edən Moldova knyazı III Stefan Vasluy yaxınlığında osmanlıları məğlub etdi (10 yanvar 1475-ci ildə).. === Səfəvi-Osmanlı müharibələri === ==== 1514-1555-ci illər müharibəsi ==== Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın dövründə başlayan və qısa fasilələrlə 1555-ci il Amasiya sülhünə qədər davam edən Səfəvi-Osmanlı müharibəsində I Təhmasibin dövründə "yandırılmış torpaq" taktikasından istifadə edilmişdir. Dövrün müasir silahlarına malik və daha güclü olan Osmanlı ordusu ilə birbaşa toqquşmalardan çəkinən I Təhmasib bu taktika sayəsində qarşı tərəfə döyüş meydanında ciddi uğur əldə etməsinə imkan verməmişdir.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.

Digər lüğətlərdə

анаэро́б кура́нты нога́йский припу́тывать зала́щивать кик нетре́бовательный перепа́ивание поволочи́ть растя́гиваться свинёнок унитаристский параграф back-seat driver circumfluent Cyclopic dumpiness harlequinade infarction root house splint coal topline биолог гелиоцентризм доверительный