TALAQ

TALAQ – NİKAH Bu saat talağını verib səni boşayacağam (S.S.Axundov); Usta Qafar, bu sözdən sonra bu arvadın nikahı pozuldu (S.S.Axundov).

TAXMAQ
TAM
OBASTAN VİKİ
Talaq
Talaq – İslam dininə görə kişi ilə qadın arasında başlanmış nikaha son vermə. Öz arvadına talaq verən kişi, gərək baliğ və aqil olsun, həmçinin kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir; və həmçinin gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. Heyz və nifas halında qadına talaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, talaq batildir, hərçənd yaxşısı odur ki, ona talaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbir edib sonra ona talaq versin. Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan məlum olsa ki, talaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana məlum olsa ki, pak imiş, onun təlağı səhihdir. Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona talaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbir etsin və sonra bilsə ki, pak olubdur, ona talaq verə bilər. Əgər arvadından ayrı düşən kişi öz arvadına talaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona talaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil. İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və talaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin.
Talaq surəsi
65-ci surə
Talaqie TV
«Talaqie TV» (ərəb. «قناة تلاقي»‎) — Ərəb dilində yayımlanan, qərargahı Dəməşq şəhəri olan Suriya telekanalı. Telekanal 6 oktyabr 2012-ci ildən bəri yayımlanır. İnformasiya Nazirliyi və RTV 20 may 2013-cü ildə rəsmi olaraq milli, siyasət, sosial və iqtisadi məsələlərin əhatəsini təmin edən «Talaqie TV» peyk telekanalının yayımına başlamışdır.

Digər lüğətlərdə

атеиза́ция вы́кашляться драпирова́ть намо́лвка наутёк опресни́ться свекро́вь намеси́ть не вдруг подчинённая пролопуши́ть сокруша́ться тани́нный лохань co-optate conciliatory feather-work Irwin miter old-line Wisconsin виолончелистка добросовестность латинизм нравоучение