TALE
TALİB
OBASTAN VİKİ
Seyyid Taleh
Seyyid Taleh Boradigahi (tam adı:Əsədov Tale Mirhadi oğlu; 2 avqust 1988, Boradigah, Masallı) — Azərbaycanlı ilahiyyatçı, mərsiyyəxan, "İlahi Nəğmələr Qrupu" nun rəhbəri. == Həyatı == Tale Əsədov 2 avqust 1988-ci il Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. == Yaradıcılığı == Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8–9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16 yaşında ikən Bakıya köçür və orada İslam Universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir.
Taleh Abdullayev
Taleh Abdullayev (Məhərrəm oğlu) (06.06.1993) — əsgər, Vətən müharibəsi şəhidi. Taleh Abdullayev (Temraz oğlu) (08.02.1993) — əsgər, Vətən müharibəsi şəhidi.
Taleh Aslanov
Taleh Elman oğlu Aslanov (1 dekabr 1996; Goranboy, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Aslanov 1996-cı il dekabrın 1-də Goranboy şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Taleh Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Taleh Aslanov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Taleh Babayev
Babayev Taleh Əkbər oğlu (d. 23 mart 1975-ci il, Masallı rayonu, Ərkivan kəndi) — Azərbaycan idmançısı. Karate-do üzrə 3-cü dan qara kəmər ustasıdır (2002). Azərbaycan Kooperasiya İnstitutunu bitirmişdir (1996). SKİF verrsiyasına görə Avrasiya (1999, Azərb.), üçqat Dünya kuboku (2000, İran; 2001, 2003 Ukrayna), WSKF versiyası üzrə ikiqat Avropa (2004, Ukrayna; 2005, Türkiyə) və dünya (2007, Yaponiya) çempionu olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh.
Taleh Bağırov
Taleh Bağırov və ya Taleh Bağırzadə (tam adı:Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı dini ekstremist, qruplaşma yaradan, ilahiyyatçı == Həyatı == Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 4 oğlu var. Ali təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırzadə cəmi 4 ay olar ki, azadlığa çıxmışdı. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Taleh Bağırzadə
Taleh Bağırov və ya Taleh Bağırzadə (tam adı:Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı dini ekstremist, qruplaşma yaradan, ilahiyyatçı == Həyatı == Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 4 oğlu var. Ali təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırzadə cəmi 4 ay olar ki, azadlığa çıxmışdı. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Taleh Cabbarov
Taleh Cəmil oğlu Cabbarov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Taleh Cabbarov 1971-ci il sentyabrın 23-də Laçın rayonunun Dəyhan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1989-1991-ci illərdə Bakı şəhərində həqiqi hərbi xidmət çəkib. Ordudan tərxis olunduqdan sonra 1991-ci ildə Laçın rayonuna qayıdır və Laçın rayon DİŞ-də sıravi heyətə milis xidmətinə qəbul edilir. Laçın rayonunun Köhnəkənd, Dəyhan, Mazutlu, Səfiyan, Suarası, kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Komandirlərinin ona verdiyi hərbi döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi. Kəlbəcər və Goranboy rayonlarının ərazisində gedən döyüşlərdə şəxsi igidlik nümunəsi göstərib. 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz qəsəbəsini erməni quldurlarından azad edən zaman şəhid olub. Subay idi. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Taleh Daşdəmirov
Taleh Fərhad oğlu Daşdəmirov (5 fevral 1998; Qoxmuq, Şəki rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Daşdəmirov 5 fevral 1998-ci ildə Şəki rayonunun Qoxmuq kəndində Fərhad Daşdəmirovun ailəsində anadan olmuşdur. 2001-ci ildə ailəsi ilə birgə Binəqədi rayonunun Xocəsən qəsəbəsinə köçmüşdür. 2004-2015-ci illərdə Binəqədi rayon Xocəsən qəsəbə 104 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Taleh Daşdəmirov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Taleh Daşdəmirov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Taleh Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.
Taleh Hacıyev
Taleh Hacıyev (14 avqust 1957, Bakı – 26 iyul 2008, Bakı) — pianoçu, konsertmeystr, bəstəkar. == Həyatı == Taleh Hacıyev 1957-ci il, avqustun 14-də Bakıda Azərbaycan bəstəkarı Şəfiqə Axundovanın ailəsində anadan olub. Anası ilə atası ayrıldığından kiçik Taleh anasının və onun yaxınlarının sevgisi, qayğısı ilə əhatələnib. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərir və öz istedadı ilə diqqət çəkməyə başlayıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyası "bəstəkarlıq və pianoçuluq' fakültəsində təhsil alıb. Taleh Hacıyev 18–20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayıb. İlk yazdığı "Belə qəmli dayanma" mahnısı, "Həyat sən nə şirinsən" mahnıları bu gün də sevilir. Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayıb. Anası Şəfiqə Axundovanın tərəfindən yazılan ilk operanın kosnertmeysteri də Taleh Hacıyev olmuşdur. Opera və Balet teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnləşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayət etmişdir.Xalq artisti Flora xanım Kərimova Taleh Hacıyev haqqında danışanda onu "insan orkestr" adlandırırdı.
Taleh Həmid
Taleh Həmid (Taleh Həmid oğlu Babayev; 19 iyun 1952, Dəllər Cəyir, Şamxor rayonu – 1 noyabr 2016, Bakı) — Azərbaycan şairi, publisist və jurnalisti; SSRİ Yazıçılar Birliyinin üzvü (1985), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1986). == Həyatı == Taleh Həmid 19 iyun 1952-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 1970–1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə ordu sıralarında xidmət etmiş, 1974–1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlamışdır. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışmışdır. 1975–1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alımışdır. Yaradıcılığının ilk illərində Respublika "Lenin komsomolu" mükafatına layiq görülmüşdür. 1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak etmişdir. Şeirləri və publisistik yazıları təkcə Azərbaycanda deyil, onun kənarlarında da işıq üzü görüb. Bir sıra mətbu orqanlarında — "Ulduz" jurnalında şöbə müdiri (1979–1989), "Yeni fikir" qəzetində baş redaktor (1989–1992), "Müstəqil qəzet"in təsisçisi və baş redaktoru (1992–2005).
Taleh Həmidov
Taleh Saleh oğlu Həmidov (XX əsr, Şamaxı rayonu – 17 dekabr 2015, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Hərbi xidməti == Ailənin yeganə övladı olan əsgər Taleh Həmidov 2015-ci ildə, dekabrın 17-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Dekabrın 18-i isə Taleh Həmidov doğulduğu Şamaxı rayonunun Qızmeydan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Həmidov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Taleh Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Taleh Kazımov
Taleh Tahir oğlu Kazımov (11 sentyabr 1983, Bakı) — Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, "PAŞA Bank" ASC-nin İdarə heyətinin sədri (2015-2022). == Həyatı == Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nin Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını bitirib. == Əmək fəaliyyəti == Taleh Kazımov əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlamış, "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləmişdir Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004–2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib. 2006-cı ildən 2007-ci ilədək "Ernst & Young" şirkətində auditor vəzifəsini tutmuşdur. 2007-ci ilin yanvar ayından aprel ayınadək "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin baş direktoru vəzifəsində çalışıb. === PAŞA Bank === Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyul ayından başlamışdır.
Taleh Kərimov
Taleh Kərimov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. Taleh Kərimov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.
Taleh Mehdiyev
Taleh Musa oğlu Mehdiyev (28 oktyabr 2001; Bakı, Azərbaycan — 7 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Mehdiyev 28 oktyabr 2001-ci ildə Bakıda dünyaya gəlib. 2008-ci ildə Sabunçu 170 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuşdur. 2017-ci il həmin məktəbin 9-cu sinfini bitirmişdir. aprel 2020-ci ildə hərbi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Taleh Mehdiyev Tərtər Ağdərə savaşlarinda iştirak edib. O, 7 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur. Ramanı Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Mehdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Mehdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Taleh Mustafazadə
Taleh Qənimət oğlu Mustafazadə (17 dekabr 1995; Gəncə, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Mustafazadə 1995-ci il dekabrın 17-də Gəncə şəhərində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Taleh Mustafazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Mustafazadə noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Mustafazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Mustafazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Mustafazadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Taleh Muxtarov
Taleh Həşim oğlu Muxtarov (1 dekabr 1985; Kəlbəcər rayonu, Azərbaycan SSR — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Muxtarov 1985-ci il dekabrın 1-də Kəlbəcər rayonunun Kəndyeri kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Taleh Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Taleh Muxtarov oktyabrın 18-da Ağdərə istiqamətində şəhid olub. Goranboy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Muxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Taleh Məhərzadə
Taleh Oqtay oğlu Məhərzadə (10 dekabr 1995, Qaynaq, Tərtər rayonu – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhərzadə Taleh Oqtay oğlu 10 dekabr, 1995-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub..9 illik orta məktəbi bitirib. 2013-cü ildə hərbi xidməti bitirdikdən sonra ailəsi ilə təsərüffatda çalışıb.Subaydır. == Hərbi xidməti == Taleh Məhərzadə 2013-cü ildə həqiqi hərbi xidmətdə olub.2020-ci ildə müddətdən artıq hərbi xidmətə yazılıb. Azərbaycan Ordusunun əsgəri olan Taleh Məhərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, müharibənin ilk günündən döyüşlərdə fəal iştirak edib və ilk şəhidlərdən olub. Sentyabr ayının 28-i Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Taleh Məmmədov
Taleh Məmmədov (16 avqust 1989, Qaradağlı, Qasım İsmayılov rayonu) — Azərbaycan yunan-roma güləşçisi. 2022-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilən Güləş üzrə Dünya çempionatında 63 kq çəki dərəcəsində bürünc mükafatçısı. Güləş üzrə Avropa çempionatının gümüş və bürünc medalçısı. == Şəxsi həyatı == Taleh Məmmədov 16 avqust 1989-cu ildə Azərbaycanın Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Qaradağlı kəndində anadan olub. 1996-cı ildə Qaradağlı kəndində orta məktəbə başlayıb. 2000-ci ildən Bakıda Respublika İdman Olimpiya liseyində təhsilini və idman fəaliyyətini davam etdirib. 2007–2011-ci illərdə Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Güləş fakültəsində ali təhsil alıb. Hal-hazırda idman ustası və məşqçisi kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var. == Karyerası == Taleh Məmmədov 2011-ci ildə Bakıda təşkil olunmuş "Qızıl Qran-pri" beynəlxalq turnirində 55 kq çəki dərəcəsində mübarizə aparıb və sonda final görüşündə məğlub olaraq gümüş medal qazanıb.
Taleh Namazov
Taleh Zülfəli oğlu Namazov (28 iyul 1999; Ağstafa rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Namazov 1999-cu il iyulun 28-də Ağstafa rayonunun Düzqışlaq kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Taleh Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Namazov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Düzqışlaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Taleh Nəsibov
Taleh Asif oğlu Nəsibov (19 iyun 1985, Bakı) — Zirə futbol klubunun prezidenti (2020), Azərbaycan Minifutbol Fedrasiyasının prezidenti (2019), Azfar Group şirkətinin direktoru (2013). == Həyatı == Taleh Asif oğlu Nəsibov 19 iyun 1985-ci ildə Bakı şəhərində anadan olub. 1991–2003-cü illərdə S. Cəfər Pişvəri adına humanitar fənlər gimnaziyasında orta təhsilini almışdır. 2003–2007-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində ali təhsil almışdır. 2007–2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Ailəlidir. == Fəaliyyəti == 2010–2013-cü illərdə STARK CLS MMC — direktor vəzifəsində işləmişdir. 2013-cü ildən Azfar Group şirkətində direktordur. 2019-cu ildən Azərbaycan Minifutbol Fedrasiyasının vitse-prezidentidir.2020-ci ildən Zirə FK prezidenti vəzifəsində çalışır.Taleh Nəsibov Türkiyə və Rusiyada bir sıra beynəlxalq menecement seminarlarında iştirak edib. 2010-cu ildə Türkiyənin İzmir şəhərində dünyada menecment, effektiv satış, biznesin uğurlu aparılması və şəxsi potensial inkişafı sahələrində ən uğurlu biznes-seminarında iştirak edib və sertifikata yiyələnib.
Taleh Qaraşov
Taleh Qaraşov (tam adı: Taleh Azay oğlu Qaraşov; 20 may 1959, Pirəköcə, Kürdəmir rayonu) — azərbaycanlı dövlət xadimi; Kürdəmir rayonunun icra başçısı (1996–2002), Cəlilabad rayonunun icra başçısı (2002–2006), Neftçala rayonunun icra başçısı (2006–2011), Astara rayonunun icra başçısı (2011–2012) və Lənkəran şəhərinin icra başçısı (2012—). == Həyatı == Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur. 1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı var.
Taleh Qənbərli
Taleh Abil oğlu Qənbərli (17 oktyabr 1994; İsmayıllı rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Qənbərli 1994-cü il oktyabrın 17-də İsmayıllı rayonunun Quşencə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Taleh Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Qənbərli noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Qənbərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Taleh Qənbərli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Taleh Salamov
Taleh Ədalət oğlu Salamov (16 yanvar 1992, Xırt, Quba rayonu – 1 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Salamov 1992-ci il yanvarın 16-da Quba rayonunun Xırt kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Taleh Salamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Salamov oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Quba rayonunun Xırt kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Salamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Salamov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Salamov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Taleh Yusifov
Taleh Yusifov (əsgər, 1992) — Azərbaycan Silahlı Qüvvələrinin 21.05.1992-ci il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi. Taleh Yusifov (əsgər, 1994) — Azərbaycan Silahlı Qüvvələrinin 18.11.1994-cü il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi.
Taleh Yüzbəyov
Taleh Zeynəddin oğlu Yüzbəyov (6 dekabr 1986, Bakı) — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi və videobloqqer. == Həyatı və fəaliyyəti == Taleh Yüzbəyov 6 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Binəqədi rayon 143 saylı orta məktəbində 1-ci sinifə getmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisasını bitirmişdir. 2008-ci ildə universitetin 3-cü kursundan Azərbaycan Dövlət Pantomima Teatrında çalışmağa başlamış, "Dulusçu", "Çərçivə", "Pantomim buketi", "Tıq-Tıq xanım" və s. tamaşalarda rol almışdır. 2009–2010-cu illərdə Qazax rayonu N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 2010-cu ildə Azərbaycan Dövlət Pantomima Teatrında işləməyə davam etmiş, 2011-ci ildən isə teatrdan uzaqlaşaraq "Azerfon" şikətində işə başlamışdır. 2017-ci ildə "YÜZ production" şirkətini qurmuş, bir çox yerli və qlobal şirkətlərin sifarişi əsasında reklam filmləri çəkmiş və baş rolda oynamışdır.2015-ci ildən kino karyerasına başlamış, "Oğlan evi: Azərbaycansayağı qarət", "21 sual", "Qız qaçırtma" və s. filmlərdə rol almışdır.
Azadə Taleh Abbasqızı
Seyyid Taleh Boradigahi
Seyyid Taleh Boradigahi (tam adı:Əsədov Tale Mirhadi oğlu; 2 avqust 1988, Boradigah, Masallı) — Azərbaycanlı ilahiyyatçı, mərsiyyəxan, "İlahi Nəğmələr Qrupu" nun rəhbəri. == Həyatı == Tale Əsədov 2 avqust 1988-ci il Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. == Yaradıcılığı == Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8–9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16 yaşında ikən Bakıya köçür və orada İslam Universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir.
Taleh Abdullayev (Məhərrəm oğlu)
Taleh Məhərrəm oğlu Abdullayev (6 iyun 1993, Gəncə – 17 oktyabr 2020, Füzuli rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1993-cü il iyunun 6-sı Gəncədə anadan olub. Gəncədəki 25 nömrəli tam orta məktəbi bitirib. Ailəli idi. İki övladı var. == Hərbi xidməti == 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti başa vurduqdan sora ailə həyatı qurub. 2020-ci il sentyabrın 27-də yenidən hərbi xidmətə çağrılıb. Taleh Abdullayev Tərtər rayonu Suqovuşan kəndi, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 17 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
Taleh Abdullayev (Temraz oğlu)
Taleh Temraz oğlu Abdullayev (8 fevral 1993; Yuxarı Salahlı, Qazax rayonu - 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Abdullayev 1993-cü il fevralın 8-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1999-2010-cu illərdə Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Taleh Abdullayev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Taleh Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Taleh Abdullayev oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.
Taleh Babayev (əsgər)
Taleh Xanmurad oğlu Babayev (2 dekabr 1986; Yeni Güləzi qəsəbəsi, Quba, Azərbaycan — 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Babayev 02 dekabr 1986-cı ildə Quba rayonunda anadan olub. 1993-cü ildə Quba rayon İsnov kənd orta məktəbin 1-ci sinfinə gedib, 3 il orada oxuduqdan sonra təhsilini Quba şəhər 2 saylı tam orta məktəbində davam etdirib və 2003-cü ildə təhsilini başa vurub. 01 yanvar 2005-ci ildə Quba rayon Hərbi komissalığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Evli idi. 4 övladı Vətənə yadigar qalıb. Ölümdən sonra bir oğlu dünyaya gəlib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Taleh Babayev Fizuli və Şuşanın azad edilməsində savaşıb. 6 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində şəhid olub. Yenigüləzidə dəfn olunub.
Taleh Kərimov (mayor)
Taleh Adil oğlu Kərimov (6 mart 1985, Sumqayıt – 30 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Kərimov 1985-ci il martın 6-da Sumqayıt şəhərində anadan olub. 1992–1995-ci illərdə Sumqayıt şəhərinin Corat qəsəbəsində 7 nömrəli tam orta məktəbdə, 1995–2003-cü illərdə isə Məhəmməd Füzuli adına Tibb, Humanitar və Texniki Təmayüllü "İstedad" Liseyində təhsil alıb. Ali təhsilini isə 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Kəşfiyyatçı" ixtisası üzrə alıb. == Hərbi xidməti == 2007-ci ilin iyun ayından 2008-ci ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində "Zabit" ixtisası üzrə təlimlərdə olan Taleh Kərimov, 2008-ci ilin iyun ayından 2010-cu ilin mart ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini və Kəşfiyyat Taqım Komandiri vəzifəsində xidmət edib. Taleh Kərimov 2010-cu ilin mart ayından 2014-cü ilin yanvar ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini və Kəşfiyyat Taqım Komandiri vəzifəsində, 2014-cü ilin yanvar ayından 2016-cı ilin yanvar ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin Kəşfiyyat bölməsinin və Kəşfiyyat rəisinin məlumatların toplanması üzrə rəisi vəzifəsində xidmət edib. 2016-cı ilin yanvar ayından 2016-cı ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət edən Taleh Kərimov, 2016-cı ilin iyun ayından 2016-cı ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsi Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi, 2016-cı ilin noyabr ayından 2018-ci ilin mart ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda Kəşfiyyat şöbəsinin rəisinin məlumatların toplanması və təhlili üzrə müavini vəzifəsində xidmət edib. Taleh Kərimov 2018-ci ilin mart ayından 2019-cu ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsin Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət edib. Taleh Kərimov 2019-cu ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin Qoşun Kəşfiyyatı İdarəsinin Planlaşdırma və Əlaqələndirmə şöbəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun mayoru olan Taleh Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Taleh Kərimov (əsgər)
Taleh Saleh oğlu Həmidov (XX əsr, Şamaxı rayonu – 17 dekabr 2015, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Hərbi xidməti == Ailənin yeganə övladı olan əsgər Taleh Həmidov 2015-ci ildə, dekabrın 17-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Dekabrın 18-i isə Taleh Həmidov doğulduğu Şamaxı rayonunun Qızmeydan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Həmidov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Taleh Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Taleh Mahmudov (millət vəkili)
Taleh Mahmudov (Taleh Sadi oğlu Mahmudov; d.7.08.1961, Göydəlləkli, Ağsu rayonu) — Krasnoyarsk Şəhər Şurasının millət vəkili, Krasnoyarsk şəhərində yerləşən “Bionika” bərpa terapiyası klinikasının təsisçisidir. Krasnoyarskda yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” adlı ictimai təşkilatın sədridir. İdman ustası, Krasnoyarsk vilayətinin Ağır Atletika Federasiyasının prezidentidir. == Həyat və fəaliyyəti == Taleh Mahmudov 1961-ci ildə Azərbaycanın Ağsu rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Krasnoyarsk Dövlət İnşaat İnstitutunda ali təhsil alıb. 1979-cu ildə hərbi xidmətə çağrılıb və 1981-ci ilə qədər Xabarovskda Sovet Ordusunda xidmət edib. 1982-ci ildən indiyədək Krasnoyarsk şəhərində yaşayır və orada işləyir. Dəmir yollarının tikintisi idarəsində onun yolu iş icraçısından keçərək, tikinti-montaj idarəsinin rəisi vəzifəsinə qədər gedib çıxıb. Krasnoyarsk şəhərindəki bir sıra əhəmiyyətli memarlıq obyektləri bilavasitə Taleh Mahmudovun iştirakıyla tikilib, istifadəyə verilib. Onlardan “Lokomotiv” stadionunu, çoxmənzilli yaşayış evlərini, sosial təminat obyektlərlərini, Kemçuq dəmiryol stansiyasının binasını və s.

Digər lüğətlərdə

адъективи́рованный воен... дони́зываться калори́йность моноци́ты отде́льный ве́село вурдала́к кри́ком кричать ова́льный перевора́чивание распуска́ться растворя́емость сёмужный слабовы́раженный сторо́жкость албаст annual outspeak proconsular proprietary Taliacotian vitae восторженный запеканка