TAMAŞALI

sif.
1. Tamaşa edilməyə, görməyə, baxmağa layiq; gözəlliyi ilə diqqəti cəlb edən; gözəl, qəşəng, maraqlı.
Tərlan tamaşalı, maral baxışlı; Qədəm qoyub astaasta, xoş gəldin! Aşıq Ələsgər.
Mən üməralar bağının malıyam; Güllər arasında tamaşalıyam. A.Səhhət.

// Mənzərəli, baxmalı, axarbaxarlı. Tamaşalı yerlər. Tamaşalı sahil.
2. məc. zar. Hər hansı bir cəhətdən qəribə görünən; əcaib, təəccüblü. Tamaşalı adam.
– Veys bunlara baxır: – Ay dünya, – deyə, fikirləşirdi: – Sənin tamaşalı işlərin varmış. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TAMAŞALI seyrli — mənzərəli
  • TAMAŞALI oyunlu
TAMAŞAXANA
TÁMBUR
OBASTAN VİKİ
Tamaşalı nekropolu
Tamaşalı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində eyni adlı yaşayış yerinin 1 km-liyində təpə üzərində yerləşir. Burаdа аpаrılmış tədqiqаtlаr nəticəsində müəyyən еdilmişdir ki, nеkrоpоlda dаş qutu tipli və tоrpаq qəbirlər vаrdır. Nеkrоpоldаn аşkаr еdilmiş mаddi-mədəniyyət nümunələri kiçik ölçülü küpə tipli qаblаrа аiddir. Küpələr əldə nisbətən kоbud şəkildə fоrmаlаşdırılmışdır. Оnlаr I-VI əsrlərə аiddir. Tоrpаq qəbirlər X-XVI əsrlərə аiddir. Оnlаr qərb-şərq istiqаmətində qаzılmışdır. Bəzisinin üzərində sənduqə tipli sinə dаşlаrı vаr.
Tamaşalı yaşayış yeri
Tamaşalı yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində yerləşən yaşayış yeri. Hər tərəfdən hündür dağlarla əhatələnmiş, düzənlik sahədə, səfalı bir yerdə salınmış yaşayış yeri maldarlıq və heyvandar lıq üçün olduqca əlverişlidir. Hər tərəf yam-yaşıl bitkilərlə örtülmüşdür. Hazırda yaşayış yerində daşdan inşa olunmuş tikintilər, iri daş dibəklər, ictimai binaların qalıqları qalmaq dadır. Yerüstü materiallar başlıca olaraq çəhrayı rəngdə bişirilmiş, xaricdən cilalanmış kasa və küpə tipli qabların parçalarından ibarətdir. Tamaşalı yaşayış yerinin sahəsi bir hektardır. Yaşayış yerində 2 x 2 metr ölçüdə kəşfiyyat qazıntısı aparılmış, divar qalıqları, külyığımı, çəhrayı rəngdə bişirilmiş kerami ka aşkar edilmişdir. Tədqiqat zamanı 3 metr qalınlığı olan iki mədəni təbəqə aşkar edilmişdir. Üst mədəni təbəqədən şirli və şirsiz keramika, osteoloji qalıqlar tapılmışdır. Bu təbəqə XI-XVI əsrlərə aiddir.

Digər lüğətlərdə

вражда́ извеща́ться ня́нчить паллиати́в увольня́ться уро́дина версифика́торство пасса́ж промета́ть скудоу́мие та́левый эта́п прудиться brush fire choke-bore enactor open bar open-air rose-pink sacciform наряду перемогаться самоуничтожение хвойные штриховой