TAMER

n 1. təlimçi, tərbiyəçi; 2. heyvan təlimçisi, heyvanöyrədən

TAMELESS
TAMP
OBASTAN VİKİ
Tamer Başar
Tamer Başar (19 yanvar, 1946, İstanbul) — Urbana-Şampeyn İllinoys Universitetində Elektrik və Kompüter Mühəndisliyi kafedrasının professoru və Perspektiv tədqiqatlar mərkəzinin endoued professoru vəzifələrini tutan Türk idarəetmə nəzəriyyəçisi. == Təhsili == Tamer Başar 1969-cu ildə İstanbulda yerləşən Boğaziçi Universitetində (əvvəllər Robert Kolleci kimi tanınırdı) elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi aldı. Yel Universitetindən Mühəndislik və tətbiqi elm sahəsi üzrə Magistr dərəcəsi, Fəlsəfə ustası və Ph.D. dərəcələrini uyğun olaraq, 1970, 1971, 1972-ci illərdə aldı. == Akademik həyatı == O, 1981-ci ildə Urbana-Şampeyn İllinoys Universitetinin Elektrik və Kompüter Mühəndisliyi kafedrasına qoşuldu. O, 2008-2009-cu illərdə Amerika Avtomatik İdarəetmə Şurasının seçilmiş prezidenti idi. Tamer Başar 2006-cı ildə Riçard Bellman idarəetmə irsi mükafatına və 2014-cü ildə İEEE idarəetmə sistemləri mükafatına layiq görülüb. O, 2000-ci ildə Qeyri-müəyyənliklə sistemlərin robast idarə edilməsi üçün dinamik oyunlar nəzəriyyəsi və onun tətbiqlərinin inkişafına görə Elektronika, Rabitə və İnformasiya Sistemləri Mühəndisliyi və Sənaye, İstehsalat və Əməliyyat Sistemləri Mühəndisliyi üzrə Milli Mühəndislik Akademiyasına üzv kimi seçildi. == Tədqiqat sahələri == Onun elmi tədqiqat sahələri sırasına optimal, robast və qeyri-xətti idarəetmə, irimiqyaslı sistemlər, dinamik oyunlar, stoxastik idarəetmə, qiymətləndirmə nəzəriyyəsi, stoxastik proseslər, riyazi iqtisadiyyat daxildir. == İstinadlar == == Xarici keçidlər == Tamer Başar www.bu.edu Prof. Dr.
Tamer Karadağlı
Tamər Qaradağlı (türk. Tamer Karadağlı; 24 may 1967, Ankara) — türk teatr, kino və serial aktyoru. == Həyatı == Tamər Qaradağlı kiçik yaşlarından ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Lisey dövründən kino və teatrlara böyük maraq göstərmişdir. TED Ankara Kollecini və Çankaya Liseyindən sonra Bilkent Universitetinin musiqi və səhnə sənətləri fakültəsini bitirmiş, universitetin teatr dərnəyində Şekspirin "Quru gürültü" tamaşasında həm türkcə, həm də ingiliscə rol oynamışdır. "Ferhunde Hanımlar" serialında rolu ilə məşhurluq qazandı. Qaradağlı Arzu Balkan ilə evli olmuşdur. Sənətçi ingilis dilinin 8 ləhcəsini bilməsi ilə məşhurdur.
Tel-Tamer
Təll-Təmr (bəzi mənbələrdə Tel-Tamer; ərəb. تل تمر‎‎, kürd. Girê Xurma, klass. süry. ܬܠ ܬܡܪ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi. İlkin olaraq, XX əsrdə aysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir.Xabur çayının sahilində, Hələb–Mosul magistrial yolu üzərində, eləcə də Əl-Həsəkə və Türkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır. == Coğrafiya == Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə 40 kilometr (25 mil) şimal-qərbdə yerləşir. Hələb–Mosul magistrial Təll-Təmr qəsəbəsinin əhəmiyyətli bir nəqliyyat mərkəzinə çevirir.
Keriman Xalis Ece Tamer
Keriman Xalis Ece Tamer (türk. Keriman Halis Ece Tamer; 16 fevral 1913-cü il, İstanbul, Osmanlı İmperiyası-28 yanvar 2012-ci il, İstanbul, Türkiyə) — Türkiyənin ilk "Dünya Gözəli". == Həyatı == Keriman Xalis Ece Tamer 3 iyul 1932-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasında "Türkiyə Gözəli", 31 iyul 1932-ci ildə keçirilən və 28 ölkənin qatıldığı yarışmada da isə "Dünya Gözəllik Kraliçası" seçilmişdi. Keriman Xalis Ece dövrünün məşhur tacirlərindən olan Tofiq Xalis bəy və Fərhundə xanımın altı uşağından biridir. Yarışmalara da məhz atası tərəfindən qeyd edilmişdir. Təhsilini Feyziyati (sonraki adı ilə Boğaziçi) liseyində almışdır. Keriman Xalisin əmisi, məşhur operetta bəstəkarlarından olan Muhlis Səbahəddin Əzgidir. Bibisi isə məşhur qadın bəstəkar Neveser Kökdeşdir. "Qalatasaray İdman Klubu"nun rəhbərlərindən olan Turqan Ece isə qardaşıdır. İlk evliliyi Dr.
Tamerlan Kambolov
Tamerlan Kambolov (13 noyabr 1959) — Rus filoloq-osetinşunas alim və sosiolinqvist, filologiya elmləri doktoru (2002), Kosta Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin professoru (2011–2016), UNESCO-nun Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun multikultural və çoxdilli təhsil kafedrasının müdiri, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü (2012–2016), UNESCO-nun Rusiya Federasiyası Sədrləri Koordinasiya Komitəsinin üzvü. Şimali Osetiya-Alaniya Respublikasının Əməkdar Təhsil İşçisi. 2017-ci ilin iyulundan Şimali Osetiya-Alaniya Respublikası Başçısının milli və mədəni inkişaf məsələləri üzrə müşaviri. 2019-cu ilin noyabrından "Böyük Qafqaz və Qərbi Asiya makro bölgəsinin davamlı inkişaf perspektivləri və problemləri" Beynəlxalq Elmi Mərkəzinin direktoru. == Bioqrafiya == Şimali Osetiya Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin Fransız şöbəsini bitirib (1981), Əlcəzair Xalq Demokratik Respublikası istiqamətində çalışmışdır. 1984-cü ildə ŞODU-nİn Fransız dili kafedrasına müəllim olaraq qəbul edilir və tezliklə Xarici Dillər Fakültəsinin dekan müavini olur. 1987–88-ci illərdə universitetin tədris şöbəsinin müdiri işləmişdir. 1989–92-ci illərdə Sankt-Peterburq Dövlət Universitetində əyani aspiranturada təhsil almışdır. 1992-ci ilin iyununda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək ŞODU-nə qayıdır. 1993–2008-ci illərdə Xarici Dillər fakültəsinin dekanı və (1998-ci ildə təsis edilmiş) Beynəlxalq Münasibətlər Fakültəsinin dekanı olur.
Tamerlan Mahmudov
Tamerlan Fuad oğlu Mahmudov (21 mart 1995; Bakı, Azərbaycan – 18 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tamerlan, 1995-ci il martın 21-də Bakı şəhərində anadan olmuşdur. Bir bacısı var. 1998-ci ildə anasıyla birlikdə Sankt-Peterburq şəhərinə gedir. Bir müddət anası ilə burada yaşayır. Lakin səhhəti ilə bağlı orada çox qala bilmir. Və Bakıya sevimli nənəsinin və onu sevən xalalarının yanına yaşamağa gəlir. Buna baxmayaraq O, bayramlarda və tətillərdə anasıylada tez-tez görüşür.2002-2006-cı illərdə 107 saylı orta məktəbdə, daha sonra isə Milli qəhrəman Məzahir Rüstəmovun adını daşıyan 32 saylı orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından öz qeyri-adi istedadı, musiqiyə olan marağı ilə öz yaşıdlarından seçilirdi. Elə bu marağa görədə o təhsilini 2006-cı ildə Mərdəkan qəsəbəsində yerləşən 2 nömrəli İnternat məktəbində davam etdirməyi qərara alır.
Tamerlan Qarayev
Tamerlan Yelmar oğlu Qarayev (30 yanvar 1952, Qasımlı, Ağdam rayonu) — diplomat, hüquqşünas, Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çindəki, Hindistandakı və İndoneziyadakı keçmiş səfiri. Hazırda Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Azərbaycan SSR-də Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1978-ci illərdə Bakı Prokurorluğunda İstintaq şöbəsində prokuror işləmişdir. 1978–1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, birinci müavini vəzifələrində çalışmış, həm də 1992–1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən Tamerlan Qarayevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verildi. Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.
Tamerlan Süleymanov
Tamerlan Xankişi oğlu Süleymanov (1 mart 1992, Tikəband, Lerik rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tamerlan Süleymanov 1992-ci il martın 1-də Lerik rayonunun Tikəband kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Tamerlan Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tamerlan Süleymanov oktyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. O, Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tamerlan Səfərov
Tamerlan Cavad oğlu Səfərov (6 yanvar 2001; Quba, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tamerlan Səfərov 2001-ci il yanvarın 6-da Quba şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Tamerlan Səfərov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Tamerlan Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Tamerlan Səfərov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Quba şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tamerlan Tadtayev
Tamerlan Tadtayev (5 iyul 1966, Sxinval, Cənubi Osetiya Muxtar Vilayəti, Gürcüstan SSR, SSRİ) — Osetin əsilli rus yazıçısı, publisist. Cənubi Osetiyanın "Vətən müdafiəçisi" medalı ilə təltif edilmişdir. == Bioqrafiyası == 5 iyul 1966-cı ildə Tsxinvali şəhərində fəhlə ailəsində anadan olmuşdur. Tsxinvalidə orta məktəbdə oxuyur. 1981-ci ildə ailəsi ilə Düşənbə şəhərinə köçür. 1983-cü ildə sənət məktəbinə daxil olur. 1986-cı ildə yenidən Tsxinvaliyə qayıdır. SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 1989-1992, 2004, 2008-ci illər gürcü-osetin müharibələrinin iştirakçısı olur. Döyüşlərdə bir neçə dəfə yaralanır.
Tamerlan Əliyev
Tamerlan Əziz oğlu Əliyev (3 oktyabr 1921, Şahtaxtı, Naxçıvan MSSR – 7 aprel 1997, Bakı) — Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor. == Həyatı == Tamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular. T. Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı. Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. Həkim Əziz Əliyevin oğludur.
Tamerlan Əliyev (dəqiqləşdirmə)
Tamerlan Əliyev (endokrinoloq)
Tamerlan Əliyev (endokrinoloq)
Tamerlan Əziz oğlu Əliyev (3 oktyabr 1921, Şahtaxtı, Naxçıvan MSSR – 7 aprel 1997, Bakı) — Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor. == Həyatı == Tamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular. T. Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı. Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. Həkim Əziz Əliyevin oğludur.
Tamerlan Əliyev (əsgər)
Tamerlan İqrar oğlu Əliyev (3 yanvar 2002; Ufa şəhəri, Rusiya Federasiyası — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tamerlan Əliyev 2002-ci il yanvarın 3-də Rusiya federasiyası, Ufa şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tamerlan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tamerlan Əliyev oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
бесчелове́чный лета́ пополу́ночи тури́ный тяжелобольна́я хэ́пенинг циано́з шлихтова́льный штабс-ро́тмистрский матрёшечный натя́нутый приуча́ть ро́тмистрский хорт слигоза Jared kinsman London pride pikeman polo coat stole альтернатива неизлечимость твердеть шумиха