[Elxan:] Mənim tanrım başqalarına zərər verməz azad diləklərimdir.
◊ Tanrı bəndəsi – bax Allah bəndəsi (“Allah”da).
[Nənəxanım:] [Şaqqulunun] özünün də avara gəzdiyi bəsdir, gedim, bir tanrı bəndəsinin qızını gətirim, bəlkə küçələrdən daşına.
Tanrı bilir – bax Allah bilir (“Allah”da).
[Əmrah:] İllər ilən gözüm baxsa gözünə; Tanrı bilir, səndən dönən deyiləm. “ ”.
Tanrı qoysa – arzu bildirir.
Tanrının verən günü – bax Allahın verən günü (“Allah”da).
Tanrısına təpik atmaq – qudurmuş, yolunu azmış, naşükür, nankor adam haqqında.
[Anası qızına:] Adam tanrısına təpik atmaz.
Tanrıya bax! – bax Allaha bax! (“Allah”da).
Əqlə gəl, tanrıya bax, eyləmə qəflət, Hadi.
Tanrıya şükür – bax Allaha şükür (“Allah”da).
Sən (siz, sizi) tanrı – bax sən (siz) allah (“Allah”da).
Sizi tanrı, bircə dürüst diqqət ilə hesab ediniz.