TAPMAQ

f.
1. Axtarış, aramaq nəticəsində meydana çıxarmaq, üzə çıxarmaq, əldə etmək. Axtardığı kitabı tapmaq.
– Gəzib güclə bir qapı tapa bildim. S.Rəhman.
Əlində zərf gəzib tapır ünvanı; Qaynayıb, başına vurur al qanı. M.Rahim.

// Eyni mənada adam haqqında.
[Sultan bəy:] Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz! Ü.Hacıbəyov.
[Mərcan:] Tapmısan, tut ətəyindən, bərk tut; Başqa dilbərləri artıq sən unut! A.Şaiq.

// İtirdiyi və ya bir yerdə unutduğu şeyi təzədən əldə etmək, özünə qaytarmaq. İtirdiyi pulu tapmaq. Açarı stolun yeşiyindən tapmaq.
// Eyni mənada itkin düşmüş və ya yeri məlum olmayan adam haqqında. Oğlunu tapmaq.
– …Millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. C.Məmmədquluzadə.
[Qəndab:] Məzahiri tapıb salamat olduğunu bildim. B.Bayramov.

// Əldə etmək, ələ keçirmək.
[Səlim qızı:] Biz bu kənddə iki nəfər kimsəsiz… yavan çörək, onu da güclə tapırıq… C.Cabbarlı.
[Fərhad] sağ cibini qurdaladı.
Bir loğma quru qara çörək tapdı. Ə.Vəliyev.

// Xüsusi tədqiqat, araşdırma, axtarış nəticəsində aşkara çıxarmaq, açmaq, kəşf etmək. Qazdan kauçuk almaq üsulunu tapmaq. Yeni neft yataqları tapmaq.
– …Bəzi naxoşların qanında bakteri və mikrob adlı xırda heyvanat və ələfiyyət tapdılar ki, onlar çirkab və qeyri natəmiz yerlərdə nəşvü nüma edirlər. H.Zərdabi.

// Hesablayaraq, fikirləşərək bir şeyin nəticəsini, cavabını müəyyən etmək, əldə etmək. Məsələnin cavabını tapmaq. Sözün kökünü tapmaq.
2. Çox axtararaq axırda əldə etmək; tapıb almaq. Ayağıma, nəhayət, ayaqqabı tapdım.
– Neft səltənəti Bakıda neft tapmaq əzablı bir işə çevrilmişdi. A.Şaiq.

3. məc. Görmək, hiss etmək.
Tahir bu balacaboy uşağın varlığında suçu uşaqların kədər və iztirablarını tapırdı. S.Rəhimov.
[Bibixanım] elə bir xüsusiyyət tapa bilmirdi ki, xoşuna gəlməsin. B.Bayramov.

// məc. Birini hər hansı bir vəziyyətdə, halda görmək. Atasını xəstə halında tapdı.
// məc. Əldə etmək, nail olmaq.
[Gəldiyev] illərdən bəri arzuladığı “normal” həyatı tapmışdı. Mir Cəlal.

4. Danışılan bir sözə və s.-yə istehzalı münasibət bildirir. Deməyə söz tapmısan! Tərifləməyə adam tapdınız!
5. Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: fürsət tapmaq, macal tapmaq, söz tapmaq, nöqsan tapmaq, yol tapmaq və s.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TAPMAQ duymaq — sezmək
  • TAPMAQ görmək
  • TAPMAQ bilmək — anlamaq

Antonimlər (əks mənalı sözlər)

  • TAPMAQ TAPMAQ – İTİRMƏK Uşaqlıqda məni itirsəydilər, dağda tapardılar (S.Vəliyev)
TAPMACALI
TAPPADAN

Digər lüğətlərdə

камы́шевка нерви́чески получа́тельский прибукси́ровать североамерика́нцы тирани́я беда ско́лько домино́шка коррумпи́ровать ку́рицыны дети магнито́граф парнико́вый тре́стовец забыть сцена Cambodian flying-in playpen pyrometric smooth-tongued uninteresting вечеринка мишура пачкотня суживать