tapir
tapqıntı
OBASTAN VİKİ
Tapqışlaq məhəlləsi
Tapqışlaq məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Tapqışlaq məhəlləsi şimaldan Şərəfxanlı, Şahsevənlər, şərqdən Lətifli, cənubdan Qazaxlar, qərbdən Quru qobu ilə həmsərhəddir. Məhəllə indiki Təbriz küçəsinin bir hissəsində yerləşir. Tapqışlaq məhəlləsinin əhalisi Gəncənin ətraf kəndlərindən, bölgələrindən gəlmədirlər. Əvvəllər bura heyvanların qışlaq yeri olub. Məhəllə sakinləri heyvandarlıq, üzümçülüklə məşğul olurdular. Əkin yerlərini və məişətdə işlətdikləri suyu 1956-cı ilə qədər Xan arxından götürürdülər. Məhəllədə Məşədi Məmmədtağı dəyirmanı da var idi. Məhəllə sakinləri tərəfdən burada möhrədən üstü günbəzsiz məscid tikilmişdi. 1934-cü ildə Sovetlər dövründə məscid Qızıl Əskər kolxozunun ambarına çevrildi.

Значение слова в других словарях