1. Səcdə etmək, sitayiş etmək, ibadət etmək, pərəstiş etmək.
[Xəyyam:] Bir tanrıya lazımsa tapınmaq; Zövq əhli tapınsın sana birdən.
[Elxan:] …Bütün varlıq mənim qılıncıma deyil, azad diləklərə, azad vicdanlara tapınmalıdır.
2. məc. Pərəstiş dərəcəsində sevmək, məftun olmaq.
Gözəlliyə tapındığı o gündən bəri; Bir başqalıq duyulmaqda onun səsində.
Mən qapandığım, tapındığım hissiz, sükut aləmindən qayıdıram.