TAQƏT

is. [ ər. ] Güc, qüvvət.
Ustanın dili daha söz tutmurdu, ayaq üstə durmağa taqəti yox idi. Çəmənzəminli.
Qışın taqəti yoxdur; Döyüşməyə baharla. R.Rza.

□ Taqət qalmamaq – bax taqətdən düşmək.
Artıq [Qurbanın] dizlərində taqət, vücudunda qüvvət qalmamışdı. A.Şaiq.
[Səriyyə:] Mənim dəxi səbir etməyə taqətim qalmadı. C.Cabbarlı.

Taqətdən düşmək – gücdən düşmək, daha taqəti qalmamaq, üzülmək.
Qəribin getməsindən düz altı ay yarım keçmişdi, Qəribin anası da taqətdən düşmüşdü. Aşıq Qərib”.
[Sevinc:] Az qala taqətdən düşüb yolda qalmışdı. Z.Xəlil.

Taqətdən salmaq – əldən salmaq, üzmək. Saldı məni taqətdən ol afəti-dövranım. Heyran xanım.
Aclıq, zəiflik bir tərəfdən, yorğunluq və qorxu digər tərəfdən zavallı uşağı taqətdən salmışdı. S.S.Axundov.

Taqəti kəsilmək – bax taqətdən düşmək.
[Səriyyə:] Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! C.Cabbarlı.
[Yaşlı kişi:] Taqətim tamamilə kəsildiyi üçün paltarımı soyunmadan yatağa sərildim. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TAQƏT taqət bax güc
  • TAQƏT qüvvət — güc — iqtidar — qüdrət
TAQANÓK
TAQƏTSİZ

Digər lüğətlərdə

вы́смолиться гурда́ изруга́ть новобра́нство одолже́ние пружи́нить разруби́ть рыда́юще аргументи́рование брюзгли́вость вы кли́повый ойро́тка пропаганди́ст со́тский спра́вный лодог blockade deterrer lordliness on-the-go perform protogene rib выкарабкиваться