TAR
(Ağdam, Ağdərə, Basarkeçər, Borçalı, Çənbərək, Gədəbəy, Qarakilsə, Qazax, Şuşa, Tovuz)
toyuqların axşamlar üstündə yatdığı ağac. – Töüxlar gejə tarda yatışır (Ağdam); – Çücələr tara çıxa bilmir (Basarkeçər); – Tö:ygə tar qoy üsdə çıxsın (Çənbərək); – Tö:üxlər tarda yater (Gədəbəy); – Tar hində qoyulur ki, tö:üxlər çıxıf orda yatsınnar (Ağdərə); – Töyuxların hamısı tarda yatıf (Tovuz); – Toyuğun tarı ağajdan qayrılar (Borçalı); – Toyux yatan ağaca tar deyirix’ (Şahbuz); – Tö:üxlər tara çıxıf (Şuşa)
II
(Basarkeçər, Başkeçid, Borçalı, Çənbərək, Hamamlı, Qazax, Şəmkir, Tovuz)
arabanın yan tərəflərindəki paralel üfüqi ağaclar. – Haravanın tarı qırılıf (Qazax); – Haravanın dört tarı olor (Borçalı); – Haravanın qazıxların birləşdirən ağaca deirix’ tar (Hamamlı)
III
(Ağcabədi, Ağdərə, Basarkeçər, Başkeçid, Borçalı, Cəbrayıl, Çənbərək, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir, Şuşa)
küləyin bir yerə topladığı qar yığını. – Tarın altınnan yap adam gedir (Ağcabədi); – Tar dağlardo:lur, hara küləx’ dəydi ordo:lur (Ağdərə); – Meşə: gedəndə tara patmışdım, güjnən çıxdım (Gədəbəy); – Tar yolları basıf (Çənbərək); – Arıx keçi tara batdı (Cəbrayıl)