TARİF

\[fr.\] тариф (гьукуматдин патай тайин авунвай зегьметдин гьакъидин, мажибдин, налокдин ва мс. кьадар, кьадарар).
TARIMLIQ
TARİFLƏŞDİRİLMƏK
OBASTAN VİKİ
Tarif (iqtisadiyyat)
Tarif termini aşağıdakı mənalarda istifadə olunur: rəsmən müəyyən edilmiş ödünc, vergi, rüsum, maaş və s. miqdarı (cədvəli). Məsələn, əmək haqqı tarifi, poçt tarifi; müəssisələrə (təşkilatlara) və əhaliyə göstərilən sənaye və qeyri-sənaye xüsusiyyətli müxtəlif xidmətlərin ödənilməsi dərəcəsi, ödəniş norması; idarələrə, müəssisələrə, təşkilatlara və vətəndaşlara müxtəlif istehsal və qeyri-istehsal xidmətlərinə görə verilən ödəmə məzənnəsi sistemi. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Tarif Cəfərzadə
Tarif Qədim oğlu Cəfərzadə (1 yanvar 2002, Pəlikəş, Astara rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəfərzadə Tarif Qədim oğlu 1 yanvar 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində anadan olub. 2019-cu ildə orta məktəbi başa vurub.2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tarif Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci il tarixində Xocavənd rayonunda gedən döyüşdə aldığı qəlpə yarası nəticəsində həlak olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tarif adası
Tarif adası və ya Palomas (isp. Isla de las Palomas) — Cəbəllütariq boğazında yerləşən kiçik ada. Tarif şəhərinin yaxınlığında yerləşir. Ada Pireney yarımadası ilə damba vastəsi ilə birləşdirilmişdir (1808). Adanın cənubunda Mərakeş burnu yerləşir. Burun Avropa qitəsinin ucqar cənub nöqtəsidir. Burunda mayak fəaliyyət göstərir.
Yaşıl tarif
Yaşıl tarifin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu tarif alternativ elektrik enerjisi istehsalçılarının hər kilovat-saat enerjisinin təyin edilmiş (minimum) qiymətinə ödəniş zəmanəti verir. Bu tarifin əsas meyarları aşağıdakılardır: - Zəmanətli və güzəştli enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik enerjisinin Alternativ enerji mənbələrindən şəbəkəyə göndərilməsi; - Yetərli olan minimum yaşıl tarif; - Benefisiarlar üçün qanunla müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi. Məsələn, müəyyən zaman ərzində tarifin ödənilməsi (investisiya xərcinin müddətlə ödənilməsi) üçün qanunla müəyyən edilmiş (minimum) qiymət ödəniş zəmanəti; - Hər bir Alternativ enerji mənbələri texnologiyalarına aid ayrıca yaşıl tariflər; - Mümkün olan qiymət azaldılması. Effektiv şəkildə planlaşdırılmış yaşıl tarifin əsas üstünlükləri: - Yüksək effektivlik; - İnvestisiya təhlükəsizliyi. Uzunmüddətli perspektivlər və investisiyanın qaytarılma zəmanəti səbəbindən bank tərəfindən maliyyələşdirmə; - Yerli bazarların AEM avadanlıqları üçün yüksək stimulyasiyası, yeni iş yerlərinin açılması, texnologiya yeniliklərinin dəstəklənməsi, həmçinin səmərəliliyin artırılması/ mümkün olan qiymət azaldılması. Bu sistemin sərfəli olmayan tərəfi isə son istehlakçılar üçün elektrik enerjisi qiymətinin artmasına səbəb olan birbaşa xərclərin təsiri və ya dövlət büdcəsindən xeyli maliyyə vəsaitinin tələb olunmasıdır. Yaşıl tarif sisteminin özünü doğrultduğu ölkələrdə ictimai-siyasi dəstək, davam¬lılıq, həmçinin fərdi və kiçik investorlar üçün qanunla müəyyən edilmiş təhlükəsizlik yüksək səviyyədədir. Almaniya bu sistemin ən yaxşı işlədiyi ölkələrdən biridir. Almaniyanın Alternativ Enerji Aktı Alternativ enerji mənbələrinin inkişafına dair bütün vacib strateji addımları özündə əks etdirən nadir siyasi sənədlərdəndir. Siyasi alətlərin növündən asılı olmayaraq, qeyd olunan sənəddə həm strateji qanunvericilik, həm də dəstək mexanizmi effektli şəkildə icra olunub və bu səbəbdən də o, dünyada Alternativ enerji mənbələrini dəstəkləyən ən uğurlu siyasətlər arasındadır.
Gömrük-tarif tənzimlənməsi
Gömrük-tarif tənzimlənməsi — gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. == Tarixi == Gömrük rüsum normaları müəyyən olunarkən iki yanaşma əsas götürülür – fiskal yanaşma və tənzimləyici yanaşma. XIX əsrin sonları və XX əsrin əvvəllərində gömrük rüsum normalarının müəyyən olunmasında fiskal yanaşmaya üstünlük verilirdi və rüsumlar dövlət gəlirlərinin mühüm mənbəyi kimi baxılırdı. XX əsrin ortalarından başlayaraq gömrük rüsum normalarının azalması meyli üstünlük təşkil etməyə, tənzimləyici yanaşma ön plana çıxmağa başladı. Belə şəraitdə gömrük rüsum normalarının mal qrupları və konkret məmulatlar üzrə differensasiyasına tələbat artdı. == Gömrük tarifinin təyin olunma əsasları == Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri.Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. “Tаrif” – ərəb sözü оlub “siyаhı” dеməkdir.
Qeyri-tarif tənzimlənməsi
Qеyri-tаrif məhdudiyyətləri — dünya təcrübəsində kifаyət qədər ziddiyyətlidir. Ümümdünyа Ticаrət Təşkilаtı rəsmi оlаrаq bеlə tədbirlərin ləğv еdilməsi və müstəsnа оlаrаq tаrif üsullаrındаn istifаdə еdilməsi məsələsini qarşıya qоyur. Bununlа bərаbər tələblərin birmənаlı şəkildə qəbulu digər məsələlərdə аrzuоlunmаz nəticələrə də gətirib çıхаrа bilər. Bеlə ki, Ümümdünyа Ticаrət Təşkilаtının, Tаrif və Ticаrət üzrə Bаş Sаzişin (QАTT) üzvü оlаn ölkələr хаrici ticаrətdə qеyri-tаrif tənzimləmə mеtоdlаrındаn həm əvvəl, həm də indi istifаdə еtməkdədir. Bəzi qеyri-tаrif məhdudiyyətlərinin аrаdаn qаldırılmаsı, sаdəcə оlаrаq qеyri-mümkündür. Bеlə ki, qеyri-tаrif məhdudiyyətləri dахili iqtisаdi siyаsətin digər ölkələrlə iqtisаdi əlаqələrinə təsirinin təcəssümü kimi çıхış еdir. Bununlа bеlə, bеynəlхаlq ticаrət sistеmi tərəfindən qаnuniləşdirilmiş qеyri-tаrif tənzimləmə tədbirləri, dаhа dоğrusu, хаrici mаllаrın idхаlının kəskin аrtımı ilə milli iqtisаdiyyаtа vurulаn zərərin qаrşısının аlınmаsı məqsədi güdən müdаfiə tədbirləri, həmçinin хаrici iхrаcаtçılаr tərəfindən qеyri-sаğlаm rəqаbətin qаrşısının аlınmаsınа yönəlmiş digər tədbirlər mövcuddur. == İdxalda- qeyri-tarif tənzimlənmələri == İdхаl əməliyyаtlаrındа qеyri-tаrif məhdudiyyətlər (QTM) ̶хаrici mаllаrın dахili bаzаrа nüfuz еtməsinin qаrşısını аlаn məhdudlаşdırmа – qаdаğаn хаrаktеrli tədbirlər kоmplеksidir. Bu tədbirlərin məqsədi yаlnız idхаl еdən ölkənin rəqаbət qаbiliyyətinin gücləndirilməsi dеyil, həm də milli sənаyеnin müdаfiəsi, əhаlinin həyаt və sаğlаmlığının, ətrаf mühitin, əхlаqın, dinin və milli təhlükəsizliyin qоrunmаsıdır. == İxracda qeyri-tarif tənzimləmələri == Bundаn bаşqа, QTM iхrаc əməliyyаtlаrındа dа istifаdə еdilir.
Eneda Tarifa
Eneda Tarifa (alb. Eneda Tarifa; d. 30 mart 1982, Tirana, Albaniya) ) — Alban müğənnisi. 2016-cı ildə Stokholmda Eurovision 2016-ya "Fairytale" ("Nağıl") mahnısı ilə Albaniyanı təmsil etmişdir. Lakin finala vəsiqə qazana bilməmişdir. == Bioqrafiyası == Eneda Tarifa 30 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində anadan olmuşdur. 1997-ci ildə ilk dəfə Albaniyada keçirilən "Festivali i Këngës" festivalında Saimir Çili ilə birlikdə "Yjet e shpresës" mahnısı ilə iştirak etmişdir. Lakin ilk üçlüyə düşə bilməmişdir. 2001-ci ildə Eneda başqa bir alban festivalı olan «Kënga Magjike» müsabiqəsində «Ika larg» mahnısını ilə yarışa qatılmışdır. 2004-cü ildə Albaniya ilk dəfə Avraviziyanın milli seçimləri və «Festivali i Këngës 42» festivalında işrirak etdi.

Digər lüğətlərdə

комово́й корое́дный люминофо́рный мафусаи́лов век муаре́ общефилосо́фский осяза́емость своеру́чный скоти́нушка то́пливный укора́чиваться шпа́льный аристократи́чность бесчи́нно лози́новый сче́рчивать утоми́тельность шестово́й водружать галоша noctambulant pitch-black weakfish вышивка обёртываться