Radio Tashkent International
Daşkənd beynəlxalq radiosu (ing. Radio Tashkent International), həmçinin (özb. Toshkent xalqaro radiosi / Toşkent xalkaro radiosi) və ya Radio Taşkent (ing. Radio Tashkent; özb. Toshkent radiosi / Toşkent radiosi) kimi tanınan radiostansiya 1947-ci ildə, əsasən, xarici dinləyicilər üçün yayımlanırdı. 31 mart 2006-cı ildə radiostansiyanın yayımı dayandırıldı. Bağlandığı dövrə qədər SSRİ-də, Asiyada və Mərkəzi Asiyada ən böyük beynəlxalq radiostansiyalardan biri idi."Daşkənd beynəlxalq radiosu" 1947-ci ildən xarici auditoriyaya 70 dildə yayımlanan "Moskva radiosu"nun əlavəsi olaraq efirə buraxılıb. Daşkənd SSRİ-də ( Moskva, Leninqrad və Kiyevdən sonra) sayca dördüncü böyük şəhər, Sovet Orta Asiyasında və SSRİ-nin bütün Asiya hissəsində isə ən böyük şəhər hesab olunurdu. "Daşkənd radiosu" Asiya bölgələrinə xidmət etdiyi üçün, əsasən, burada danışılan dillərdə yayımlanırdı. 1975-ci ildən radiostansiya gündə 7 saat olmaqla 7 dildə: İngilis, ərəb ( Yaxın Şərq və Ərəbistan yarımadasında ərəbdilli), fars (İran və Əfqanıstanda farsdilli), uyğur ( Çində uyğurdilli), urdu (Pakistanda urdudilli), hindi (Hindistanda hinddilli) və özbək (Əfqanıstan, Pakistan və Çində yaşıyan özbəkdilli insanlar üçün) dillərində yayımlanırdı.