TEHRANİ

(Cənubi Azərbaycan, Ordubad)
tut növü adı. – Tehrani tut yeməli olur, çox daddıdı (Ordubad)
TEHNİYƏ-TEHNİYƏ
TEHRELƏMƏĞ
OBASTAN VİKİ
Ayətullah Tehrani
Məhəmməd Sadiqi-Tehrani - Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. Aydın görüşləri ilə seçilən alim uzun illər Pəhləvi rejiminə qarşı mübarizə aparıb, həyatının böyük hissəsini İrandan kənarda - İraq, Livan və Səudiyyə Ərəbistanında keçirib. İraqın Nəcəf şəhərində olduğu illərdə böyük elmi nailiyyətlərə imza atmış Ayətullah Sadiqi-Tehrani ictihad məqamına yüksəlməklə bərabər, elmi hövzələrdə İslam elmlərinin tədrisi ilə məşğul olub, çoxlu sayda alim və mütəxəssis yetişdirib. Ayətulla Sadiqi-Tehraninin metodologiyası Qurana əsaslanır və o, zəmanəmizdə Quran İslamını təbliğ edən alimlərdən hesab edilir. İslam dünyasının qardaşlığına xüsusi önəm verən müctəhid Azərbaycan ərazilərinin erməni təcavüzkarları tərəfindən işğalına kəskin münasibət sərgiləyib, buna dair xüsusi fətva verib: "Müsəlman Azərbaycan Respublikası ərazilərini işğal etmiş Ermənistanla hər cür əlaqələrin qurulması haramdır. Harada olmasından asılı olmayaraq, bütün müsəlmanlara vacibdir ki, Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad edilməsi yönündə bacardığı yardımı göstərsin. Bu işdə hər cür səhlənkarlıq - haramdır" - Ayətullah Sadiqinin fətvasında belə qeyd olunurdu. Ayətullah Məhəmməd Sadiqi-Tehrani 85 yaşında dünyasını dəyişib.
Əbubəkr Tehrani
Əbubəkr Tehrani (fars. ابوبکر طهرانی‎ ) - Şahrux, Cahanşah və Uzun Həsən kimi hökmdarların xidmətində olmuş, siyasi işlərdə fəal iştirak etmiş dövlət adamı, münşi və tarixçi, Kitabi-Diyarbəkriyyə əsərinin müəllifi == Həyatı == Əbubəkr Tehraninin həyatı ilə bağlı əlimizdə kifayət qədər məlumat yoxdur. Müəllif özü haqqında ilk dəfə Kitabi-Diyarbəkriyyə əsərinin giriş hissəsində məlumat vermiş və tam adını Əbubəkr ət-Tehrani əl-İsfahan kimi qeyd etmişdir. Faruq Sumerə görə buradakı Tehran müasir mənasından fərqli, İsfahan yaxınlığında bir kəndin adıdır. Müəllifin İsfahanlı olması bilinən bir faktdır. Daha sonra yazar özündən Şahruxun 1446-cı ildə Reydə ölümünü nəql edərkən bəhs edir. Şahrux öz övladları və yaxın adamları ilə üç günlük əzuqə götürüb yola düşərkən, düşərgədə qalan Əbubəkr Tehraniyə məşhur sufi şeyxi Əlaüddövlə Simnarinin müridlərindən biri yaxınlaşır və deyir: "Bu şəxs qəribə padşahdır. Mən bu gecə yuxuda görmüşəm ki, peyğəmbər həzrətləri onun paltarının tozunu çırpır". Tehrani isə cavab verir: "Bu, düzgün yuxudur. Onun paltarının tozunu çırpmaq torpaqdan olan bədəninin üçan ruhundan ayırmaq mənasını verir".
Məhəmməd Sadiqi Tehrani
Məhəmməd Sadiqi-Tehrani - Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. Aydın görüşləri ilə seçilən alim uzun illər Pəhləvi rejiminə qarşı mübarizə aparıb, həyatının böyük hissəsini İrandan kənarda - İraq, Livan və Səudiyyə Ərəbistanında keçirib. İraqın Nəcəf şəhərində olduğu illərdə böyük elmi nailiyyətlərə imza atmış Ayətullah Sadiqi-Tehrani ictihad məqamına yüksəlməklə bərabər, elmi hövzələrdə İslam elmlərinin tədrisi ilə məşğul olub, çoxlu sayda alim və mütəxəssis yetişdirib. Ayətulla Sadiqi-Tehraninin metodologiyası Qurana əsaslanır və o, zəmanəmizdə Quran İslamını təbliğ edən alimlərdən hesab edilir. İslam dünyasının qardaşlığına xüsusi önəm verən müctəhid Azərbaycan ərazilərinin erməni təcavüzkarları tərəfindən işğalına kəskin münasibət sərgiləyib, buna dair xüsusi fətva verib: "Müsəlman Azərbaycan Respublikası ərazilərini işğal etmiş Ermənistanla hər cür əlaqələrin qurulması haramdır. Harada olmasından asılı olmayaraq, bütün müsəlmanlara vacibdir ki, Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad edilməsi yönündə bacardığı yardımı göstərsin. Bu işdə hər cür səhlənkarlıq - haramdır" - Ayətullah Sadiqinin fətvasında belə qeyd olunurdu. Ayətullah Məhəmməd Sadiqi-Tehrani 85 yaşında dünyasını dəyişib.
Əllamə Şeyx Məhəmməd Sadiqi Tehrani
Əllamə Şeyx Məhəmməd Sadiqi Tehrani Əllamə Doktor Şeyx Məhəmməd Sadiqi Tehrani 1926/03/21 tarixdə İranın Tehran şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. O, ibtidai dini təhsilini Tehran şəhərində bitirdikdən sonra Qum şəhərinə üz tutmuş, bu şəhərdə 10 il müddətində təhsil, tədqiqat və tədrislə məşğul olmuşdur. İranda siyasi gərginlik başlayandan sonra 17 il müddətində xaricə səfər etmiş, İraqın Nəcəf şəhərində 10 il, Livanda 5 il, Səudiyyə Ərəbistanında isə 2 il qalaraq tədqiqat, tədris, həmçinin elmi və mədəni fəaliyətlə məşğul olmuşdur. Əllamə Sadiqi Tehrani ümumilikdə Mirzə Məhəmməd Əli Şahabadi, Seyyid Hüseyn Bürucerdi, Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Mirzə Mehdi Aştiyani, Mirzə Əhməd Aştiyani və Əllamə Seyyid Əbül-Qasim Xoyi kimi tanınmış alimlərdən dərs almışdır. 1979-cu ildə Qum şəhərinə gəlmiş və həmin şəhərdə "Quran Elmləri Universiteti"ni təsis edərək onun nəzdində Quran elmləri, təfsir, fiqh, üsul, kəlam və s. fənlər üzrə tədris və tədqiqatla məşğul olmuşdur. İndiyədək Quran elmləri, təfsir, fiqh, üsul, kəlam, fəlsəfə, əxlaq və digər sahələrdə onlarca dəyərli və misilsiz əsərlər qələmə almışdır ki, "əl-Fürqan fi təfsiril-Quran" (30 cilddə), "ət-Təfsirul-mövzui bəynəl-Kitabi vəs-Sünnə" (22 cilddə), "əl-Fiqhul-müqarən bəynəl-Kitabi vəs-Sünnə" (8 cilddə), "Təbsirətul-füqəha bəynəl-Kitabi vəs-Sünnə" (2 cilddə) və "Üsulul-istinbat bəynəl-Kitabi vəs-Sünnə" adlı əsərləri onların daha önəmlisi sayılır. Əllamə Şeyx Məhəmməd Sadiqi Tehrani uzun sürən xəstəlikdən sonra öncə beyin dayanması, onun ardınca isə 2011/03/21 tarixdə 85 yaşında ikən əsr namazını qıldıqdan sonra ürək çatışmazlığından vəfat etmiş, müqəddəs Qum şəhərində yerləşən "Baği-Behişt" məzarlığında xüsusi məqbərədə dəfn edilmişdir.
валя́ться ва́режки запа́мятование звёздно злоупотреби́тель мелкосери́йность общи́пываться плутони́стский гова́ривать нашива́ние негро́идный оттеса́ть Рем Americanese audible barbel barebone concelebrate misguide permanent way shell bean -головый общегосударственный передвигать шотландец