TEKTONİK

\[yun.\] прил. геол. 1. тектоникадин, ччилин чкалдин къурулушдиз талукь тир (мес. карта, девир); 2. тектонический, тектоник, ччилин чкалдин юзуниз ва дегиш хьуниз талукь тир, гьадан нетижа тир (мес. зурзалаг, дагълар).
TEKSTOLOGİYA
TEKTONİKA
OBASTAN VİKİ
Tektonik dağ
Yer qabığının deformasiyası nəticəsində əmələ gələn dağdır.
Tektonik göl
Çökəklikləri tektonik proseslər nəticəsində (qrabendə) əmələ gəlmiş göldür. Məsələn: Baykal, İssık-Kul, Tanqanika, Nyasa və s.
Tektonik plitələr
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb.Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir. Plitələrin nisbi sürəti il ərzində 0 mm.-dən 100 mm.-ə qədər dəyişə bilir.Tektonik plitələr okeanik litosfer təbəqəsindən və daha qalın kontinental litosfer təbəqəsindən əmələ gəlir.
Tektonik vadi
Yer qabığının tektonik batıqlarında yerləşən vadidir (dərədir). Məsələn: Orta Dunay vadisi, Alazan dərəsi və s.
Tektonik xəritələr
Tektonik xəri­tələr – (rus. тектонические карты, ing. tectonic maps) bütünlüklə Yerin və yaxud ayrı-ayrı regionlar daxilində yer qabığının inkişaf mərhələlərini, quruluşunu, tektonik strukturların morfologiyasını, inkişaf tarixini, maqmatizm və tektonika ilə əlaqə­sini əks etdirən xəritələr.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Tektonik silah
Tektonik silah - təbii geoloji proseslərə təsir göstərməklə müəyyən ərazidə süni şəkildə zəlzələlərə, vulkan püskürmələrinə və ya oxşar hadisələrə səbəb ola bilən hipotetik qurğu və ya sistemdir . == Terminin mənşəyi == “Tektonik silah” termini və onun sinonimi “seysmik silah” 1992-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü A. V. Nikolaev tərəfindən tektonik enerjisindən istifadə edərək dağıdıcı zəlzələyə səbəb ola biləcək bir şey kimi təyin olundu. Eyni zamanda o qeyd edib ki, “zəlzələ törətməyi qarşınıza məqsəd qoymaq son dərəcə şübhəli bir işdir” . == Cəhdlər == İkinci Dünya Müharibəsi zamanı Yeni Zelandiyada tektonik silahlar yaratmaq cəhdləri olmuşdu. Seal layihəsi okeanın dibinə çoxsaylı partlayıcı yüklər yerləşdirməklə sunami yaratmaq məqsədi daşıyırdı. Sunamidən düşmən hədəflərini məhv etmək üçün istifadə edilməli idi. Lakin layihənin uğursuzluğuna baxmayaraq, 1999-cu ildə ekspertlər belə bir silahın yaradılmasının mümkün olduğunu qeyd etdilər.İki gizli sovet proqramı "Vulkan" və "Merkuri-18" (NIR No 2M 08614PK) mövcuddur - "Zəif seysmik sahələrdən istifadə edərək zəlzələ mənbəyinə uzaqdan təsir metodu və partlayış enerjisinin ötürülməsi". Bu proqramlar İkram Kərimovun rəhbərlik etdiyi Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutu ilə əlaqələndirilirdi. İKP MK və SSRİ Nazirlər Sovetinin 30 noyabr 1979-cu il tarixli 1384-345 / SS məxfi qərarında onun komandasının “kimyəvi yükün partlaması enerjisinin ötürülməsində” uğurlu təcrübələri qeyd edilmişdir. və 10 il müddətinə seysmik silahın yaradılması nəzərdə tutulmuşdu.
İlkin tektonik relyef
İlkin tektonik relyef-(rus. первично-тектонический рельеф, ing. initial tectonic relief) təbiətdə nadir hallarda müşahidə edilən, səthi tektonik proseslərlə zəif deformasiya olunmuş, relyef forması. Mis: Zəlzələ zamanı yaranmış və eroziya ilə hələlik parçalanmamış pillə. İlkin tektonik relyefə həmçinin denudasiyaya zəif məruz qalmış antik-linalları, sinklinalları və digər tek-tonik strukturları aid etmək olar. Mis: Qaraməryəm tirəsi, Padar qalxması və s.
İllik tektonik relyef
İllik tektonik relyef(rus. первично-тектонический рельеф, ing. initial tectonic relief)-təbiətdə nadir hallarda müşahidə edilən, səthi tektonik proseslərlə zəif deformasiya olunmuş, relyef forması. Mis: Zəlzələ zamanı yaranmış və eroziya ilə hələlik parçalanmamış pillə. İlkin tektonik relyefə həmçinin denudasiyaya zəif məruz qalmış antik-linalları, sinklinalları və digər tek-tonik strukturları aid etmək olar. Mis: Qaraməryəm tirəsi, Padar qalxması və s.
Şahdağ tektonik lövhəsi
Şahdağ tektonik lövhəsi Cənub-Şərqi Qafqazın şimal yamacında yerləşir və Şahdağ-Beşbarmaq tektonik örtük dəstəminin qərb fraqmentinə cavab verən və orqanogen-rif, kristal dənəvər, oolit və brekçiyaformalı-qırıntılı malm-neokom əhəngdaşılarından təşkil olunmuş nəhəng klipdir. Təbaşir dövrünün ortalarına qədər əhəngdaşıları Böyük Qafqaz kənar dənizinin şelfi və qitə yamacının sərhədində Siyəzən dərinlik yarığının nəzarət etdiyi sədd rifinin tərkib hissəsi olmuşlar. Tektogenezisin avstriya fazasında əhəngdaşıları yan sıxılmanın təsiri nəticəsində öz bünövrəsindən qopardılmış və qitə yamacın sinxron “vəhşi” flişi üzərinə köçürülmüşdür. Tektonik lövhə ümumqafqaz istiqamətində uzanmış sinklinalşəkilli formaya malik olub sahəsi 150 kv.km, qalınlığı isə 1,5 km-ə çatır. Kənarları sərt eskarplarla haşiyələnmiş lövhənin dabanının bəzi yerlərində tektonik brekçiya (çöküntü melanjı) üzə çıxır ki, bu da onun şaquli tektonik yerdəyişmələrinə dəlalət edir.
Tektonik fəallaşma zonaları
Tektonik fəallaşma zonaları – tektonik fəallaşma zonalarında aşınma və denudasiya hadisələri səciyyəvi olub, zəlzələ və sürüşmələr daha çox müşahidə olunur. Aşınma hadisəsi zamanı Ca elementi, denudasiya hadisəsi zamanı isə Si elementinin toplanması müşahidə olunur. Tektonik fəalliyyətin yüksəldiyi sahələrdə torpaqlarda Mn və Fe elementlərii ilə, yeraltı sularda isə karbonla zənginləşmə hadisəsi baş verir. Mn elementinin yüksək miqdarı tektonik fəallaşma sahələri üçün tipomorf kimyəvi element hesab olunur. Tektonik fəallaşma zonalarında manqan yataqları, habelə Fe / Na nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
Azərbaycan ərazisinin tektonik quruluşu
Azərbaycan Respublikası ərazisinin tektonik quruluşunun mürəkkəbliyi alp geotektonik mərhələsində Ərəbistan və Skif mikrotavalarının bir-birinə doğru hərəkəti və onların toqquşması ilə əlaqədar olaraq yaranmışdır. == Ərazinin əsas tektonik vahidləri == Ərazinin əsas tektonik vahidləri burada Böyük Qafqaz, Kiçik Qafqaz, Talış, Kür, Ön Qafqaz, Cənubi və Orta Xəzər meqastrukturları ilə təmsil olunmuşdur. Böyük Qafqaz şimal-şərqdə Qusar-Dəvəçi kənar çökəkliyi ilə Siyəzən, cənubda Kür çökəkliyi ilə Alazan-Həftəran-Ələt, Kiçik Qafqaz isə həmin çökəkliklə Ön Kiçik Qafqaz tektonik çatları ilə sərhədlənir. Çatların çoxu ümumqafqaz (şimal-qərb–cənub-şərq), bir hissəsi köndələn (şimal-şərq–cənub-qərb), bəziləri isə meridional istiqamətdə uzanır və ərazini müxtəlif ölçülü bloklara ayırır. Ön Qafqaz çökəkliyi meqastrukturu Azərbaycan daxilində Qusar-Dəvəçi çökəkliyi ilə təmsil olunmuşdur. === Böyük Qafqaz meqastrukturu === Böyük Qafqaz meqastrukturuna, əsasən, mezozoy yaşlı və müxtəlif tərkibli süxurlardan təşkil olunmuş Təngi-Beşbarmaq, Sudur, Şahdağ-Xızı, Tufan, Zaqatala-Qovdağ və Vəndam tektonik zonaları daxildir. === Kür depressiyası === Kür depressiyası, əsasən, pliosen-dördüncü dövr terrigen-molass çöküntüləri ilə doldurulmuş Orta Kür, Aşağı Kür və Alazan-Həftəran vadisindən və Acınohur qırışıqlığından ibarətdir. Həmin çöküntülərin altında mezozoyun çökmə, vulkanogen-çökmə və vulkanogen süxurlarından təşkil olunmuş bir sıra gömülmüş tektonik strukturlar mövcuddur. === Kiçik Qafqaz meqastrukturu === Kiçik Qafqaz meqastrukturu ümumqafqaz istiqamətli Lök-Qarabağ, Göyçə-Həkəri, Misxana-Qafan və Orta Araz struktur-formasiya zonalarını təşkil edən Şəmkir, Murovdağ, Ağdam, Qarabağ, Dərəkənd, Laçın, Köhnətağlar, Qafan, Zəngəzur, Şərur antiklinal və Qazax, Daşkəsən, Ağcakənd, Ağdərə, Torağay, Xocavənd, Sarıbaba, Naxçıvan, Ordubad sinklinal quruluşlu strukturlardan təşkil olunmuşdur. Meqastrukturun əsas xüsusiyyətlərindən biri burada okean tipli Yer qabığının (ofiolit kompleksi süxurları) mövcudluğudur.
Duz tektonikası
Duz tektonikası — təzyiq nəticəsində yaranan qırışıqlıq növü. Yüksək təzyiq altında duzun xüsusi çəkisi (2,2) yerləşdiyi çöküntülərin xüsusi çəkisinə (2,5–2,6) nisbətən az və plastik olması duz kütləsinin qalxmasına səbəb olur. Üstqatda yatan süxurların sıxlığının müxtəlifliyi, bünövrənin kələ-kötür, az meyilli qırışıq, yaxud qırılmanın olması ilə bağlı yaranan kiçik təzyiqlər fərqi duzun toplanmasına və duz nüvəli qırışığın inkişafına təkan verir. == Passiv duz strukturları == Qravitasiya qeyri-sabitliyinə görə heç bir xarici tektonik təsir olmadan davamlı çöküntü yüklənməsi zamanı strukturlar yarana bilər. Qaya duzu 2160 kq/m3 sıxlığa malikdir. İlkin çökmə zamanı çöküntülər ümumiyyətlə 2000 kq/m3 daha az sıxlığa malikdir, lakin yüklənmə və sıxılma ilə onların sıxlığı 2500 kq/m3-ə qədər artır ki, bu da duzdan daha böyükdür Üstündəki təbəqələr sıxlaşdıqdan sonra zəif duz təbəqəsi Rayleigh-Taylor qeyri-sabitliyinin bir forması səbəbindən xarakterik silsilələr və çökəkliklər seriyasına deformasiyaya meylli olacaq. Sonrakı çökmə çökəkliklərdə cəmləşəcək və duz onlardan uzaqlaşaraq silsilələrə doğru hərəkət etməyə davam edəcək. Gec mərhələdə, diapirlər silsilələr arasındakı qovşaqlarda başlamağa meyllidirlər, böyümələri silsilələr sistemi boyunca duzun hərəkəti ilə qidalanır və duz ehtiyatı tükənənə qədər davam edir. Bu prosesin sonrakı mərhələlərində diapirin yuxarı hissəsi səthdə və ya onun yaxınlığında qalır, sonrakı dəfn diapirin qalxması ilə uyğunlaşdırılır və bəzən aşağı salınma adlanır. Almaniyadakı Schacht Asse II və Gorleben duz qübbələri sırf passiv duz quruluşuna nümunədir.
Neotektonika (ən yeni tektonika)
Neotektonıka (yun. noes — yeni və tektonika) — ən yeni tektonika, tektonikanın bölməsi olub, Kaynozoy erasında (Oliqosen və ya Miosendən başlayaraq) baş verən tektonik prosesləri öyrənir. Bu proseslər yerin müasir relyefində əks olunan yeni struktur formalar yaratmaqla və qədim strukturları canlandırmaqla yer qabığının quruluşunda dəyişiklərə səbəb olmuşdur.Geoloqların çoxunun fikrincə, neogen-dördüncü dövrü əhatə edir. Hesab edilir ki, bu dövr müxtəlif regionlar üçün dəyişə bilər. Məsələn: Azərbaycanın ərazisi üçün bu mərhələ miosenin sonlarından (meotis əsri) başlanır. Plitələr tektonikası nəzəriyyəsi irəli sürüldükdən sonra neotektonik proseslərin öyrənilməsi yer qabığı və litosferin geodinamikasını, qabıqdaxili endogen prosesləri, onların həm planetar, həm də regional geoloji miqyasda öyrənilməsində mühüm rol oynayır. Neotektonika (ən yeni tektonika) seysmikliyin öyrənilməsi, seysmik proqnozlaşdırma üçün də olduqca vacibdir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Plitələr tektonikası
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb.Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir. Plitələrin nisbi sürəti il ərzində 0 mm.-dən 100 mm.-ə qədər dəyişə bilir.Tektonik plitələr okeanik litosfer təbəqəsindən və daha qalın kontinental litosfer təbəqəsindən əmələ gəlir.
Plitələrin tektonikası
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb.Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir. Plitələrin nisbi sürəti il ərzində 0 mm.-dən 100 mm.-ə qədər dəyişə bilir.Tektonik plitələr okeanik litosfer təbəqəsindən və daha qalın kontinental litosfer təbəqəsindən əmələ gəlir.
Tektonika
Tektonika - geologiya elminin sahəsi. 1. Yer qabığının tektonik deformasiyaların məcmusu və onların inkişaf tarixilə əlaqədar olan müəyyən bir hissənin quruluşu. 2. Yer qabığının geoloji strukturlarının quruluşu, onların yerləşmə və inkişaf qanunauyğunluqları haqqında təlim == Haqqında == Tektonika bu halda "Geotektonika" termininin sinonimidir. Tektonika bir neçə müstəqil bölməyə ayrılır: ümumi, yaxud morfoloji tektonika (struktur geologiya), regional tektonika, tarixi tektonika, genetik, yaxud nəzəri tektonika, müqayisəli tektonika, eksperimental tektonika, neotektonika və b. Ümumi, yaxud morfoloji tektonika litosferin kiçik və orta miqyaslı struktur elementlərinin müxtəlif tiplərini öyrənir. Regional tektonika struktur formaların yer qabığının ayrı-ayrı sahələrində, yaxud litosferdə müasir vəziyyətini tədqiq edir, geoloji planalma və geofiziki üsulların məlumatlarına əsaslanaraq tektonik rayonlaşdırma məsələlərini işləyib hazırlayır. Tarixi tektonika tektonik hərəkətlərin, Yer qabığının və onun ayrı-ayrı elementlərinin əmələgəlmə tarixini öyrənir, inkişafın əsas mərhələlərini və onun ümumi qanunauyğunluqlarını araşdırır. Genetik, yaxud nəzəri tektonika yer qabığı strukturlarının ümumi inkişaf nəzəriyyəsini işləyib hazırlayır, tektonik hərəkətlərin səbəblərini və tektonik pozulmaların ayrı-ayrı növlərinin əmələgəlmə mexanizmini tədqiq edir.
Tektoniki fəallaşma sahələri
Tektoniki fəallaşma sahələri – zəlzələ, uçqun və sürüşmələr tipli neotektoniki hadisələrlə müşayət olunur. Həmin sahələr üçün aşınma və denudasiya hadisələri də səciyyəvidir. Oksidləşmə şəraiti yaradan kimyəvi elementlər və birləşmələr – sərbəst O ilə yanaşı S, Fe və s. elementlərin kimyəvi fəallığı yüksəlir. Qələvi və qələvi-torpaq metallar, habelə halogenlər aqressivlik göstərir. Tektonik fəallığın yüksəldiyi sahələrdəki geokimyəvi mühitdə yaranan torpaqlar və sularda K, Fe və S elementlərii ilə zənginləşmə baş verir. Tektoniki oreollar öz mahiyyətinə görə həm də diffuziya oreolları hesab oluna bilər. Tektoniki oreollarda Fe, C, S və s. elementlərinin zənginliyi diffuziya qabiliyyətini nümayiş etdirir. Səth və yeraltı sularda orta temperaturdan yüksək göstəricilər müşahidə edilir.

Digər lüğətlərdə

отжима́ть отте́чь па́узник пропове́даться сма́хивание делать весёлую мину при плохой игре́ изоба́рный парко́вка повы́сить припоздни́ться про́чие грош плот цыган needful sew yipe zeroth веретено кое-когда округлить отпечатываться переписывание поднабраться совокупность