telefonoqram
teleqrafçı
OBASTAN VİKİ
Teleqraf
Teleqraf (q.yun. τῆλε — "uzaq" + γρᾰ́φω — "yazıram") — siqnalların naqil və ya digər elektrorabitə vasitəsi ilə ötürülməsi. == Tarixi == 24 may 1844-cü ildə amerikalı ixtiraçı Samuel Morze kəşf etdiyi teleqraf aparatının köməyi ilə, özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Morzenin teleqraf aparatı 1851-ci ildə Avropanın teleqraf xətləri üçün standart kimi rəsmi olaraq təsdiq edildi. 1853-cü ildə məşhur amerikalı ixtiraçı Devid Edvard Hyuz (David Edward Hughes) teleqraf çap qurğusunun yaradılması ilə məşğul olmuşdur. Bu qurğunun təkmilləşdirilməsində ona Corc Felps (George May Phelps) kömək etmişdir. Hyuzun qurğusu 1856-cı ildə Massaçusetsdə Vorçester və Sprinqfild şəhərləri arasında əlaqə yaratmaq üçün istifadə edilmişdir. Hyuz mikrofonun, induktiv tərəzinin və sonometrin də yaradıcısıdır. 1902-ci ildə London Kral Cəmiyyəti onun şərəfinə Hyuz medalını təsis etmişdir. == Maraqlı faktlar == Teleksi olmayan mehmanxana "beş ulduz" reytinqinə malik ola bilməz.
Moskovski teleqraf
"Moskovski teleqraf" (rus. «Московский телеграф») — Rusiyada ilk ensiklopedik jurnal. 1825-1834-cü illərdə Avqust Semenin Moskva mətbəəsində Nikolay Polevoy tərəfindən nəşr edilirdi. Yeni jurnallar iki həftədən bir çıxırdı. Nəşrin həcmi ən az 4-5 çap vərəqi (120-dən çox A4 vərəqi) idi. Jurnalı nəşr etdirməyə başlayan Nikolay Polevoy, Avropa dövri mətbuatının təcrübəsi, yerli mətbuatın ənənələri və müasir sosial ehtiyacları nəzərə aldı. Jurnal ensiklopedik növdə idi və elm, incəsənət, ədəbiyyat və moda bölmələrinə malik idi, bundan başqa "Biblioqrafiya və tənqid" (rus. «Библиография и критика») və "Əxbar və qatışıq" (rus. «Известия и смесь») bölmələrini özündə cəmləşdirirdi. Əvvəlcə məzmununda əsasən qeyri-bədii ədəbiyyat üstünlük təşkil edirdi, lakin zaman keçdikcə aksent bədii ədəbiyyata yönəldi.
Simsiz teleqraf
Radioteleqrafiya və ya simsiz teleqrafiya — teleqraf siqnallarının radio dalğaları ilə ötürülməsinə imkan verən telekommunikasiya sistemidir. Simsiz teleqraf və ya radioteleqrafiya, adətən CW (fasiləsiz dalğa), ICW (kəsintili fasiləsiz dalğa) ötürülməsi və ya açma-söndürmə kimi adlandırılan və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən A1A emissiya növü kimi təyin edilmiş, göndərən operatorun istifadə etdiyi radio rabitə üsuludur. Teleqraf açarından istifadə edir, açar radio ötürücünü açır və söndürür, adətən Morze əlifbasında mətn simvollarını kodlayan "nöqtələr" və "tire" adlanan müxtəlif uzunluqda modullaşdırılmamış daşıyıcı dalğa impulsları yaradır. Qəbul yerində kod radioqəbuledicinin qulaqcığında və ya dinamikində Morze əlifbasını bilən operator tərəfindən yenidən mətnə ​​çevrilən bir sıra vızıltı və ya siqnal səsləri kimi eşidilir.
Azərbaycan Dövlət Teleqraf Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi. İdarə Heyətinin sədri Vüqar Əliyevdir. == Tarixi == 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində dəqiq və operativ informasiya buraxır. AZƏRTAC İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompress Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), Bernama (Malayziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa), SPA (Səudiyyə Ərəbistanı), Asia Pulse Ltd. (Avstraliya), VNA (Vyetnam), BERNAMA (Malayziya), WAM (Birləşmiş Ərəb Əmirlikləri), WAFA (Fələstin), TDX (Türkmənistan), STA (Sloveniya), JİJİPRESS (Yaponiya), EFE (İspaniya), IP (Paraqvay), BNA (Bəhreyn) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Abunəçi teleqrafı
Abunəçi teleqrafı — teleqraf rabitəsinin növlərindən biri. Bu, abunəçilər arasında teleqraf mesajlarının birbaşa ikitərəfli mübadiləsinə xidmət edir. Abunəçilər həm təşkilatlar, həm də fiziki şəxslər ola bilər. Abunəçi teleqrafı adi teleqrafla müqayisədə məlumatın daha tez çatdırılmasını təmin edir.Mesajlar iki naqilli xətt üzrə birbaşa cərəyanla ötürülür, abonentlərin qoşulması abonent teleqraf şəbəkəsinin kommutasiya stansiyalarında həyata keçirilir. Terminal avadanlığı teletayp) lent və ya rulon printeri, cavab verən maşın, zəng cihazından ibarətdir.Abunəçi teleqraf xidmətini təşkil etməyin başqa bir yolu mesajların telefon xətti üzərindən ton siqnalı ilə ötürülməsinə əsaslanır.

Digər lüğətlərdə

замыва́ться объективи́стский пау́л приве́тствовать прохо́дка субтро́пики взви́хриваться воздава́ть кибернети́ческий ми́ло нево́лей прива́женность разда́ть раззва́нивать футшто́к алырь шуба fruitlet fulmar lacet mess up teen theme подстелить предрасположить