Terrorçu
Terrorizm və ya terrorçuluq (lat. terror – qorxu, vahimə) və ya — haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunması.
Sovet ədəbiyyatlarında qeyd edildiyi kimi, terrorizmi yalnız dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirilə bilməz. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir; həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür.
Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, ekstremizmin digər formalarından onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri qanunaziddir.
Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Sözügedən təhlükə transsərhəd formalardan törədilən terrorçuluğa da aiddir.
== Tarixi ==
Müasir terrorizmin tarixi eramızın I əsrindən indiki İsrail ərazisində Roma işğalçılarına qarşı yəhudi dini sektası olan "Zealotos"ların keçirdiyi terror aktlarında başlayır. XIX əsrin ikinci yarısından bəri terrorizm ictimai həyatın daimi faktoruna çevrilmişdir.