terroriste
test
OBASTAN VİKİ
2244 Tesla
2244 Tesla— cırtdan planet və ya asteroiddir. O 22 oktyabr, 1952-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının paytaxtı Belqradda (hal-hazırda Serbiya) kəşf edilib. Bu cırtdan planet müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsindəki töhfələri ilə məşhur olan Serb əsilli Amerikalı ixtiraçı və elektrik mühəndisi Nikola Teslanın şərəfinə adlandırlıb. Onun siderik dövrü 4 il 261 günə bərabərdir.
A/B testi
== A/B testi alətlərin müqayisəsi ==
AKT (test)
AKT - Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test. Amerika Birləşmiş Ştatlarında AKT Korporasiyası tərəfindən yaradılmış, kolleclərə tələbə qəbulu üçün tərtib olunan standartlaşdırılmış uğurlu imtahan. Bu test ilk dəfə 1959-cu ildə Everet Franklin Linqvest tərəfindən Kollec İdarə Heyətinin Sxolastik Qabiliyyət Testinə (indi SQT Məntiq Testi kimi tanınır) qarşı rəqib olaraq tətbiq olunmuşdur. AKT tarixən 4 testdən ibarət olmuşdur: ingilis dili, riyaziyyat, oxu və təbiət elmləri düşüncə testi. 2005-ci ilin fevralında könüllü yazı testi AKT-yə əlavə olundu və həmin ilin martında eynilə SQT-də də dəyişiklər olundu.ABŞ-də bütün 4 illik kollec və universitetlər AKT-ni qəbul edir. Tarixən, SQT sahilboyu zonalardakı kolleclərdə, AKT isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. Hal-hazırda bəzi kolleclər insanların işə təyin olunması ilə bağlı olaraq AKT-ni tələb edirlər, buna baxmayaraq bir neçə məktəb AKT-ni qətiyyən qəbul etmir.
Acaena tesca
Acaena tesca (lat. Acaena tesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Aechmea tessmannii
Aechmea tessmannii (lat. Aechmea tessmannii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Bekdel testi
Bekdel testi, Bekdel-Uolleys testi və ya Mo qanunu – uydurmada gender bərabərliyinin qorunub-qorunmadığını müəyyən edən test.Elison Bekdelin 1985-ci ildə aid "Dykes to Watch Out For" adlı komiks-stripindən adını alan bu testin 3 qanunu var: Əsərdə ən azı iki qadın personaj olmalıdır. Bu iki qadın personaj bir-biriləri ilə danışmalıdır. Danışdıqları şey kişi haqqında olmamalıdır.Bekdel dostu Liz Uolleysdən, Uolleys isə Virciniya Vulfun 1929-cu ilə aid "Birinin sahib olduğu otaq" adlı kitabından ilhamlanmışdır. Bekdelin ən sevdiyi film olan "Marmot günü" filmi də testi keçməmişdir. Komiks-stripin baş personajı Mo Testa olduğundan bu testə Mo qanunu da deyirlər.Bekdel testi çox vaxt filmlərə tətbiq olunur. Filmlərin Bekdel testini keçib-keçmədiklərini müəyyən edən BechdelTest.com saytına əsasən 1990-2013-cü illərdə 1.615 film bu testi keçə bilməyib. 1970-2013-cü il statistikasına görə isə bu rəqəm 1.794-dür. Testi mükəmməl şəkildə keçən filmlərin sayı 50 %-dən aşağıdır. Lakin 1970-ci illərdən başlayaraq Bekdel testini keçən filmlərin sayında artım müşahidə olunur.Bekdel testi əsasında Mako Mori testi və Sfinks testi kimi bənzər testlər ortaya çıxmışdır.
COVID-19 testi
COVID-19 testi — Tənəffüs yolu koronavirusu 2019 (COVID-19) və əlaqədar SARS-CoV-2 virusu üçün laboratoriya testləri , infeksiyaya cavab olaraq istehsal olunan virusun və antikorların varlığını aşkar edir. Nümunələrdə virusların olması koronavirus RNT- yı aşkar edən RT-PCR ilə təsdiq olunur. Bu test spesifikdir və yalnız SARS-CoV-2 virusunun RNT -yı aşkar etmək üçün hazırlanmışdır. Ən son və ya aktiv infeksiyaları təsdiqləmək üçün istifadə olunur. == PCR testləri == == COVID-19 yanal axın testləri == Tez-tez COVID-19 yanal axın testləri olaraq da adlandırılan COVID-19 sürətli antijen testləri, SARS-COV-2 infeksiyasını (COVID-19) aşkar etmək üçün istifadə olunan sürətli antijen testləridir. Minimum təlimlə tez tətbiq olunur, əhəmiyyətli xərc üstünlükləri təklif edir, digər növ COVID-19 testlərinin bir hissəsinə başa gəlir və istifadəçilərə 5–30 dəqiqə ərzində nəticə verir. Bununla birlikdə, yüksək saxta mənfi nisbətə malikdirlər. Sürətli antijen testləri bir çox ölkələrdə kütləvi yoxlama və ya populyar test metodlarının bir hissəsi olaraq istifadə olunur. Asimptomatik olmayan və potensial olaraq virusu digər insanlara yaya biləcək, əks halda yoluxduqlarını bilməyən şəxsləri tanımaq üçün dəyərli olduqları düşünülür. Bu, daha yüksək həssaslığa malik olduqları və halları daha dəqiq müəyyən edə bildikləri üçün, ümumiyyətlə simptomatik şəxslər üçün faydalı bir test olaraq görülən PCR kimi digər COVID-19 test formalarından fərqlənir.
Carex tessellata
Carex tessellata (lat. Carex tessellata) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Cucumis sativus var. testudaceus
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Dil testi
Dilbilmə səviyyəsinin qiymətləndirilməsi və ya dil testi - tətbiqi dilçiliyin bir bölməsi olub,təhsil alan zaman, işə qəbul zamanı, vətəndaşlıq alarkən və s. də ana dilinə və ya xarici dilə hansı səviyyədə hakim olduğunun müəyyən edilməsi ilə məşğul olur. Testləşməyə mətni və şifahi nitqi başa düşmə bacarığı, danışıq və mətn yazma vərdişi, həmçinin, mədəni elementlər bilikləri kimi mövzular daxildir. Bəzi testlər özündə dilin nəzəri biliklərini(passiv), bəziləri isə məhz dilbilməni(aktiv)cəmləşdirir. == Təşkilatlar == Danışıq səviyyəsini qiymətləndirməklə işverənlərlə yanaşı tədris müəssisələri, həmçinin, TOEFL, IELTS, SAT və s. kimi xüsusi təşkilatlar da məşğul olurlar.
Emilia tessmannii
Emilia tessmannii (lat. Emilia tessmannii) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Hədd testi
Hədd testi, dağılma testi və ya dağılma üçün n-ci hədd testi — riyaziyyatda bir sonsuz ardıcıllığın dağılmasını müəyyən etmək üçün sadə bir üsuldur: lim n → ∞ a n ≠ 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}\neq 0} olarsa və ya limit yoxdursa, onda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} dağılandır.Daha güclü olan yığılma testlərinin əksinə olaraq hədd testi müstəqil şəkildə ardıcıllığın yığılan ardıcıllıq olduğunu ifadə etmir. Xüsusilə, testin tərsi doğru deyil. Bunun yerinə lim n → ∞ a n = 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}=0} isə, o halda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} yığılan və ya dağılan da ola bilər.
Jasmine (JavaScript test sistemi)
Jasmine JavaScript üçün açıq mənbə test çərçivəsidir. Proqram qurucuları hər hansı bir JavaScriptin effektiv platformasında çalışmağı, tətbiqə və IDE-yə girməməyi və asanlıqla oxunan sintaksisə sahib olmağı hədəfləyir.Proqram, ScrewUnit, JSSpec, JSpec və RSpec kimi digər sınaq sistemlərindən güclü təsirlənir. == Tarixi == Jasmine üçün Pivotal Labsdakı tərtibatçılar Jasminin aktiv inkişafından əvvəl JsUnit adlı oxşar vahid sınaq çərçivəsini hazırlamışdılar.
Kanada vətəndaşlıq testi
Kanada vətəndaşlıq testi — Kanada immiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi tərəfindən idarə olunan bir imtahandır və vətəndaşlığı üçün əsas tələblərə cavab verən 18 ilə 54 arasında Kanada vətəndaşlığı üçün müraciət edənlər üçün tələb olunur. Test Kanadanın rəsmi dillərində olan fransız və ingilis dillərində mövcuddur. Test ümumiyyətlə yazılır, lakin bəzi hallarda şifahi ola bilər və müsahibə şəklində aparıla bilər. == İmtahan == İmtahan 30 dəqiqə davam edir və 20 çoxsaylı sualdan ibarət yazılı bir testdir. Vətəndaşlıq üçün müraciət edənlər ən azı 15 suala düzgün cavab verməlidirlər - sualların ümumi sayının 75% -i . Test tamamilə rəsmi Kanadanı tanıyın: Vətəndaşlığın hüquqları və vəzifələri " -" Kanadanı kəşf edin. Vətəndaşın hüquq və vəzifələri ”. 2010-cu ildə «Discover Canada» dərsliyi yenidən yazıldı, testlər daha ciddi olanlara dəyişdirildi və imtahan daha da çətinləşdi. O vaxtdan bəri, test immiqrantlara Kanadanın tarixi, mədəniyyəti, hüququ və siyasəti haqqında daha dolğun məlumat verən yeni bir rəsmi iş kitabçası üzərində quruldu. Eyni zamanda, immiqrantlardan imtahandan keçmək üçün artıq bir çox faktı, ad və tarixləri əzbərləmələri tələb olunur.
Laura Tesoro
Laura Tesoro (d. 19 avqust 1996, Antverpen, Belçika) — Belçika müğənnisi və aktrisası. O, Belçikanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Laura eyni zamanda Belçikanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri tutmuşdur. == Həyatı və musiqi karyerası == === 1996-2014: Erkən illəri və karyeranın başlanğıcı === Laura Tesoro 19 avqust 1996-cı ildə Belçikanın Antverpen şəhərində anadan olmuşdur. Onun atası italyan, anası isə belçikalıdır. 2008-ci ildə Laura Belçikanın Witse teleserialında Evi Kuypers rolunu ifa etmişdir. Bu onun ilk aktrisalıq təcrübəsi olmuşdur. Daha sonra o, bir neçə müzikllarda da rol almışdır. 2009-cu ildə isə Laura Ketnetpop festivalında çıxış etmişdir.
Mario Testino
Mario Testino - Peru mənşəli britaniya fotoqrafı 30 oktyabr 1954-cü ildə Perunun paytaxtı Lima şəhərində anadan olmuşdur. Perunun Katolik Universitetində və San Dieqo Universitetində təhsil almışdır. 1976-cı ildən Londonda yaşayır. Vogue, V, Gucci, Vanity Fair kimi məşhur jurnallarla əməkdaşlıq etmişdir. Çox sayda məşhur aktyor, aktrisa, müğənni, top model və siyasi xadimlərlə işləmişdir. Hazırda Britaniya Kral ailəsi ilə işləməklə yanaşı, Burberry, Gucci, Zara, Michael Kors, Dolce & Gabbana, Estée Lauder, Valentino və Versace şirkətləri ilə də əməkdaşlıq edir.
Mikania testudinaria
Mikania testudinaria (lat. Mikania testudinaria) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Nikola Tesla
Nikola Tesla (serb-kiril Никола Тесла, 10 iyul 1856[…], Smilyan, Xorvatiya, Avstriya imperiyası – 7 yanvar 1943[…], Hells Kitçen[d], Nyu-York) — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı.Tesla 1884-cü ildə ABŞ-nın Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb. Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi. Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı. Tesla nailiyyətlərinə görə məşhurlaşdı və sonda tipik "çılğın alim" kimi populyar mədəniyyətdə şöhrət qazandı. Patentləri ona xeyli pul qazandırdı və uğurundan müxtəlif dərəcədə öz layihələrinin maliyyələşdirilməsi üçün istifadə etdi.:121,154 O, həyatının çoxunu — təqaüdə çıxana kimi müxtəlif Nyu York otellərində yaşayıb.
Nikola Tesla Muzeyi
Nikola Tesla muzeyi (serb. Музеј Николе Тесле / Muzej Nikole Tesle) — Nikola Teslanın işlərini və həyatını əks etdirmək üçün təsis olunub. Bu muzey Serbiyanın paytaxtı Belqradın mərkəzi ərazilərindən birində yerləşir. Burada 160,000-dən çox orijinal sənədlər, 2000-dən çox kitab və jurnallar, 1200-dən çox tarixi texniki eksponantlar, 1500-dən çox fotoşəkil və foto lövhələr, texniki əşyalar, alətlər və cihazlar və 1000-dən çox plan və çertyojlar saxlanılır. Nikola Tesla Arxivi dünyanın elektrikləşmə və bu sahədə gələcək texnoloji irəliləyişin tarixi ilə bağlı kritik rol oynadığına görə 2003-cü ildə YUNESKO-nun Dünyanın xatirəsi proqramında qeydiyyata alınıb. == Tarixi == Nikola Tesla muzeyi Serbiyanın tanınmış memarı Draqişa Braşovanın layihələrinə uyğun olaraq 1927-ci ildə tikilmiş yaşayış villasında yerləşir. Bina Yuqoslaviya Sosialist Federativ Respublikasının qərarı ilə Nikola Tesla muzeyi təsis olunana kimi müxtəlif məqsədlər üçün istifadə olunurdu. Muzey üçün ləvazimatlar Teslanın qardaşı oğlu və ən yaxın qohumu Sava Kosanovic və onun müvəkkili Filip Vittenberqin səyləri nəticəsində 7 sentyabr 1951-ci ildə Belqrada Nyu-Yorkdan gəmi ilə göndərilib. == Bu gün == Nikola Tesla muzeyi Teslanın irsini qoruyub saxlamaq və nümayiş etdirmək öhdəliyini yerinə yetirir. === Sərgilər === Silsilə sərgilər 1955-ci ildə təşkil edilib.
Nikola Teslanın heykəli (Bakı)
Nikola Teslanın heykəli – Azərbaycanın paytaxtı Bakı şəhərində Azadlıq prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılmış abidə. Abidənin müəllifi Azərbaycanın xalq rəssamı, heykəltaraş Ömər Eldarov və memar Sənan Salamzadədir. Abidə tuncdan tökülmüşdür. Onun hündürlüyü postamentlə birlikdə 3.3 metr təşkil edir. Abidənin fonunda alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırılıb. Abidənin açılış mərasimi 2013-cü il fevralın 8-də keçirilmişdir. Abidənin açılış mərasimində Azərbaycanın prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Serbiya prezidenti Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç iştirak etmişlər.
Nikolas Tesla
Nikola Tesla (serb-kiril Никола Тесла, 10 iyul 1856[…], Smilyan, Xorvatiya, Avstriya imperiyası – 7 yanvar 1943[…], Hells Kitçen[d], Nyu-York) — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı.Tesla 1884-cü ildə ABŞ-nın Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb. Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi. Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı. Tesla nailiyyətlərinə görə məşhurlaşdı və sonda tipik "çılğın alim" kimi populyar mədəniyyətdə şöhrət qazandı. Patentləri ona xeyli pul qazandırdı və uğurundan müxtəlif dərəcədə öz layihələrinin maliyyələşdirilməsi üçün istifadə etdi.:121,154 O, həyatının çoxunu — təqaüdə çıxana kimi müxtəlif Nyu York otellərində yaşayıb.
Pedaqoji test
== Pedaqoji test nədir? == Pedaqoji Test – Sınaq iştirakçılarının müəyyən biliklər oblastının konkret bölmələri üzrə hazırlıq səviyyəsinin qəbul edilmiş meyarlarla obyektiv ölçülməsi üçün istifadə olunan test tapşırıqları və testlər toplusudur. Pedaqoji Test – Öyrənənlərin öyrədəndən asılı olmadan, obyektiv və funksional şəkildə təhsil nailiyyətləri səviyyəsinin ölçülməsinə, onların hər hansı təlim-tədris məzmunu oblastında qazandığı bilik, bacarıq, vərdişlərinin və elmi-praktiki təsəvvürlərinin layiqincə qiymətləndirilməsinə imkan verən spesifik formalı və müəyyən məzmuna malik faset tapşırıqlar sistemidir. Spesifik Forma dedikdə, test tapşırıqlarının konkret məntiqi mülahizə formasında işlənilməsi, qısa zaman kəsiyində düzgün, yanlış və ya buraxılmış şəklində cavablandırılması, texnoloji cəhətdən müəyyən məzmunlu, anlaşıqlı formalaşdırılması nəzərdə tutulur. Fasetlik – Testin məzmunun tam biliklər çərçivəsində müxtəlif variantlarla təkrarlanmasıdır. Pedaqoji Test – Spesifik formalı, çətinlik dərəcəsi getdikcə artırılan, sınaq iştirakçılarının bilik səviyyəsinin keyfiyyətli, effektiv şəkildə ölçülməsi, hazırlıq strukturunun qiymətləndirilməsi üçün lazım olan test tapşırıqları sistemidir. Test tapşırıqları sistemi dedikdə, test tapşırıqlarının əsasını təşkil edən prinsiplərin özəllikləri başa düşülür. Burada ilk növbədə hər bir fənnə məxsus olan xüsusiyyətlər ayırd edilir, onların əlaqəliliyi, nizamlılığı nəzərə çarpdırılır. Məktəb məzunlarının yekun atestasiyası üçün inteqrativ test tapşırıqlarının işlənilməsi vacib şərtdir. Onların məzmunu lazımi biliklər sistemini tam əhatə etməlidir.
Proterodon tessellatus
Yapon təlxəsi (lat. Euprepiophis conspicillata) — Suilanı fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Uzunluğu 80 sm, quyruğu 16 sm təşkil edir. Başı bədəndən hiss olunan tərzdə ayrılır. Göz altında pulcuq şəbəkəsi yoxdur. Göz önü hissədə isə pulcuqlar iri ölçülərə malikdir. Bədəninin bel və qarın nahiyəsində pulcuqlar hamardır. 21 cərgədən ibarət pulcuğa malikdir. . Cavan fərdlər sarı-boz olur. Üzəridə isə qara və ya qəhvəyi nöqtələr vardır.
Proyektiv testlər
Proyektiv testlər - daxili proyeksiya dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik apperseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TAT-ın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun) == Mənbə == Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Rorşax testi
Rorşax testi - ( Almanca tələffüz: [ˈʁoːɐʃax]; Rorschach testi, Rorşax mürəkkəb ləkəsi testi, Rorşarx texnikası yaxud qısaca mürəkkəb ləkəsi testi kimi də bilinir) ilə subyektlərin mürəkkəb ləkəsini qavramaları qeydə alınaraq və sonra psixoloji interpretasiyadan, kompleks alqoritmlərdən yaxud hər ikisindən istifadə edilməklə subyektdə analiz aparılması imkanını verən psixoloji testdir. Bəzi psixoloqlar bu testdən fərdin şəxsi xarakteristikalarını və emosional fəaliyyətini tədqiq etmək üçün istifadə edirlər. O, əsas fikir pozğunluğunun (psixozun) aşkar edilməsi üçün təyinatlanmışdır, xüsusilə o hallarda ki, xəstələr öz düşünmə proseslərini açıq şəkildə təssəvür etməyə istəksiz olurlar. Testə yaradıcısı İsveçrəli psixoloq Herman Rorşaxın adı verilmişdir. Rorşax 1960-cı ildə ən geniş istifadə edilən proyektiv test idi. ABŞ milli tədqiqatında Rorşax ambulator əqli sağlamlıq vasitələrində istifadə edilən psixoloji testlər arasında 8-ci yerlə qiymətləndirilmişdir. O, Şəxsiyyətin Qiymətləndirilməsi üçün Cəmiyyətin (Society of Personality Assessment) üzvləri tərəfindən istifadə edilən ən geniş yayılmış ikinci testdir və 25% məhkəmə psixoloji dəyərləndirmə hallarında psixiatrlar tərəfindən tələb edillir, adətən MMPI (Minnesota Multiphasic Personality Inventory) və MCMI-III (Milon Clinical Multiaxial Inventory) testin batareyasına tez-tez daxil edilir. == On mürəkkəb ləkəsi == Rorşaxın Rorşax Testi – Psixodiaqnostik Lövhələr-ində (Rorschach Test – Psychodiagnostic Plates,) çap edilmiş, bütöv şəkil yaxud ən çox önə çıxan təfsilatlar üçün müxtəlif müəlliflərə uyğun tez-tez verilən cavablarla on mürəkkəb ləkəsi aşağıda verilmişdir. == Qeydlər == == İstinadlar == Dana, Richard H. Handbook of cross-cultural and multicultural personality assessment. Lawrence Erlbaum.

Digər lüğətlərdə

...годова́лый бро́мистый перето́к приблизи́тельно резерви́ровать сарде́ль трина́дцать фрикаде́льки гармонизи́ровать дошвы́риваться мелоди́чность неподсу́дность платить той же моне́той подво́з ать Ибр ale-draper decumulation smaltite tenpin bowling белёсый локатор марморировать отчество сырой