TEY

I
(Ağdam, Bakı, Cəlilabad, Culfa, Göyçay, Kürdəmir, Meğri, Sabirabad, Salyan, Şamaxı, Şahbuz)
tamam, tamamilə, büsbütün. – Bir ət alıf tey yağdı (Ağdam); – Anam bir süzmə bişirmişdi ki, tey yağdı (Bakı); – Ancağ tey yunnan edərük (Kürdəmir); – Bu ət tey ələngədi, sümüx’dü (Meğri); – Tey, daşdan ev tikib (Cəlilabad); – Bu il bizim əkdiyimiz tey xırda buğdadı (Şamaxı); – Bostan tey güldü (Şahbuz)
II
(Qax, Quba)
arıq. – Hər gün nə qədər yiyədü, gənə də teydü
TEVİN
TEYXA
OBASTAN VİKİ
Tey
Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası == == Əhalisi == Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Le-Tey (Alye)
Le-Tey (fr. Le Theil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03281. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 408 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 252 nəfər (15-64 yaş) arasında 177 nəfər iqtisadi fəal, 75 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 63.7%) idi. Fəal olan 177 nəfərdən 157 nəfəri (97 kişi və 60 qadın), 20 nəfəri işsizdir (9 kişi və 11 qadın). Aktiv olmayan 13 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Abbasov Teymur
== Həyatı == Abbasov Teymur Rauf oğlu 28 noyabr 1973-cü ildə Şəki şəhərində anadan olub. 1979-cu ildə Şəki şəhər 7 nömrəli tam orta məktəbə 1-ci sinfinə qəbul olub. 1990-cı ildə Şəki şəhər 7 nömrəli tam orta məktəbi bitirib. Məktəbdə ən sevdiyi fənn tarix olub. Tarixçi olmaq istəyib. Məktəbi bitirdikdən sonra 6 ay Şəki İpək Kombinatında işləyib. 1992-ci ilin may ayında hərbi xidmətə çağırılıb. 16 oktyabr 1993-cü ildə Füzulidə gedən gərgin döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.Şəki Şəhər Şəhidlər Xiyabanında Dəfn edilmişdir.
Aglaia teysmanniana
Aglaia teysmanniana (lat. Aglaia teysmanniana) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Andranik Teymuriyan
Andranik Teymuryan (d. 6 mart 1983, Tehran) — Təbrizin Traktor Sazi futbol klubunun erməni əsilli yarımmüdafiəçisidir. Teymuryan İran milli futbol komandasının yeganə xristian üzvüdür və bundan öncə Tehranın Ararat, İstiqlal, Oqab, Məşhədin Əbumoslem, İngiltərənin Bolton Uanderers, Fulhem və Barnsli futbol komandalarının oyunçusu olmuşdur.
Andranik Teymuryan
Andranik Teymuryan (d. 6 mart 1983, Tehran) — Təbrizin Traktor Sazi futbol klubunun erməni əsilli yarımmüdafiəçisidir. Teymuryan İran milli futbol komandasının yeganə xristian üzvüdür və bundan öncə Tehranın Ararat, İstiqlal, Oqab, Məşhədin Əbumoslem, İngiltərənin Bolton Uanderers, Fulhem və Barnsli futbol komandalarının oyunçusu olmuşdur.
Anya Teylor-Coy
Anya-Cosefin Mari Teylor-Coy (ing. Anya-Josephine Marie Taylor-Joy; 16 aprel 1996, Mayami, Florida) — ABŞ-Britaniya-Argentina aktrisası. == Həyatı == 16 aprel 1996-cı ildə Florida ştatının Mayami şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə Londona köçdü. 16 yaşında aktrisalıq fəaliyyətinə başlamaq üçün məktəbi tərk etdi. "Storm Model Managment" adlı agentliklə müqavilə imzalayaraq aktrisalıq fəaliyyətinə başladı.
Aysel Teymurzadə
Aysel Teymurzadə (25 aprel 1989, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasını 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 207 xalla 3-cü yeri tutmuşdur. == Həyatı == Aysel Teymurzadə 25 aprel 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. 9 yaşında incəsənət məktəbinə daxil olmuş, 12 yaşında məktəbin həndbol komandasına üzv qəbul olmuşdur. İdmanla ciddi məşğul olan Aysel xanım eyni zamanda xarici dilləri öyrənməyə başlamışdır. Aysel Teymurzadə alman, ingilis, ispan, rus və türk dillərində danışa bilir. 14 yaşında xoreoqrafiya ilə məşğul olmağa başlamışdır. 2001–2005-ci illərdə Aysel xanım fortepiano dərsləri almışdır. 2004-cü ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında "High School"-a daxil olmuşdur. 2004–2005-ci illərdə Aysel xanım burada təhsil almışdır.
Baba Teyyu
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur.1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur. Holland dili ilə yanaşı rus dilini də öyrənmiş, Mixail Lomonosovun şeirlərini rus dilindən yapon dilinə tərcümə etmişdir.
Bisavad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur.Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Bisəvad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur.Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Bruk Teylor
Bruk Teylor (ing. Brook Taylor; d.18.8.1685, Edmonton — v.29.12.1731, London) — ingilis riyaziyyatçısı. == Bioqrafiya == Teylor 1685-ci il avqustun 18-də Edmonton şəhərində anadan olub və 1701-ci ildə Müqəddəs İohan kollecinə daxil olub, 1709-cu ildə bakalavr dərəcəsi aldı və 1714-cü ildə hüquq doktoru oldu. London Kral Cəmiyyətinin üzvü (1712), funksiyanı qüvvət sırasına ayırmaq üçün ümumi düstur vermiş, simin rəqsinə dair məsələnin riyazi öyrənilməsinin başlanğıcını qoymuşdur. Sonlu fərqlər nəzəriyyəsinin öyrənilməsində böyük rolu olmuşdur. Teylor perspektiv, yırğalanma mərkəzi, mərminin uçuşu, maqitlərin qarşılıqlı təsiri, kapillyarlıq və s. sahələrdə də əsərlər yazmışdır. == Xatirəsi == 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Teylorun adına ayın görünən tərəfində krateri adlandırıb.
Bulbophyllum teysmannii
Bulbophyllum teysmannii (lat. Bulbophyllum teysmannii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Böyük Teymur İmperiyası
Teymurilər İmperiyası (özb. Temuriylar imperiyasi), (fars. تيموريان‎, translit. Tīmūriyān; özünüadlandırma: Gurkanilər (fars. گوركانى‎, translit. Gurkānī) və ya Turan (fars. توران‎, translit. Tūrān)) — 1370–1507-ci illər arasında mövcud olmuş və əsası türkləşmiş monqol boyu olan barlasların nümayəndəsi Əmir Teymur tərəfindən qoyulmuş türk dövləti.Teymurilər dönəmində Türkistan və Xorasan İslam memarlığı baxımından ən parlaq dövrünü yaşamış, XV əsrin sonlarından başlayaraq Türkistan, Xarəzm, Krım, Kazan və Azərbaycanda Çağatay türkcəsi də yüksək mədəni dil halına gəlmişdir. Əmir Teymur Səmərqənd şəhərini dövlətin paytaxtı etdikdən sonra ələ keçirilmiş yerlərdən sənətkarlar Səmərqəndə köçürüldü. İspaniya elçisi Klavixo Səmərqənddə 150 min sənətkar ailəsi olmasını söyləmişdi.
Bədri Teymurtaş
Bədri xanım Kərimdad xan qızı Teymurtaş (1908-1995)—İranın Avropa təhsilli ilk stomotoloq qadını, İran stomotologiyasının anası. == Həyatı == Bədri xanım Kərimdad xan qızı Teymurtaş 1908-ci ildə Məşhəd şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra, 1920-ci ildə Avropaya, Belçikaya yollanmışdı. Orda Stomotoloji məktəbə daxil olmuşdu. Məktəbi bitirəndən sonra Avropada qalmış, bir müddət iş prosesini öyrənmişdi. Qardaşı Əbdülhüseyn xan Teymurtaş 1933-cü ildə Rza şah Pəhləvi tərəfindən öldürüləndən sonra 8 il ev dustağı olmuşdu. 1941-ci ildə Rza şah İrandan sürgün olunandan sonra Məşhəddə yaşamalı olmuşdu. Bədri Teymurtaş 1960-cı ildə Məşhəd universitetinin professoru Əmir İsmayıl Sondozi ilə bərabər Xorasanın mərkəzində Stomotoloji məktəb yaratmışdı. Özü də həmin məktəbdə dərs demişdi. Bədri Teymurtaş 1966-cı ildən 1967-ci ilədək məktəbdə dekanın maliyə üzrə müavini olmuşdu.
Cahan Teymur
İzzəddin Cahan Teymur — Elxanlılar sülaləsindən, elxanlığa iddiaçı. Atası Keyxatunun oğlu Alafranq idi. == Həyatı == 1339-cu ildə Tacəddin Həsən noyon tərəfindən taxta gətirilmişdi. Haqqında çox məlumat yoxdur. Adına sikkə kəsilən bölgələrə Bağdad, Bəsrə, Ərzincan, Mosul, Samsun, Sincar daxil idi. 1340-cı ildən sonra Həsən Cəlayir müstəqil hakimiyyətə başladı.
Conatan Teydor
Conatan Teydor (ingiliscə: Jonathan Tydor) - ABŞ ssenaristi, prodüseri və rejissorudur.
Daş Teymur (Soyuqbulaq)
Daş Teymur (fars. داش تيمور‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (14 ailə).
El-i Teymur (Soyuqbulaq)
El-i Teymur (fars. ايل تيمور‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (27 ailə).
Elayza Teylor
Elayza Teylor (ing. Elayza Jane Taylor-Cotter, 24 oktyabr 1989-cu ildə anadan olub) — "100" serialında Klark Qriffin rolu ilə tanınan avstraliyalı aktrisa. == Bioqrafiya == Elayza Teylor Melburnda anadan olub. Bir qardaşı və iki bacısı var. Onun anası qrafik dizayner, atası isə keçmiş stend-up komediyaçısıdır. "Calder High" məktəbində oxuyub. O yeniyetmə vaxtlarında dəniz bioloqu olmaq istəyirdi. == Karyera == Elayza karyerasına hələ yeniyetmə ikən Avstraliyanın "Pirat adaları" və "Gecə əyləncəsi" serialında baş rollarla başlayıb. 2005-ci ildə o, 2008-ci ilə qədər Janai Timmins rolunu oynadığı "Network Ten "Qonşular"" adlı sabun operasına qoşuldu. Taylor şoudan ayrıldıqdan sonra Böyük Britaniyaya getdi və burada bir filmdə rol aldı.2013-cü ilin əvvəlində ABŞ-da heç bir iş təcrübəsi olmayan Taylor The CW-nin postapokaliptik serialı olan "100"da baş rola çəkildi.
Elizabet Teylor
Elizabet Teylor (ing. Elizabeth Rosemond Taylor, 27 fevral 1932[…] – 23 mart 2011[…], Los-Anceles, Kaliforniya) — Böyük Britaniya əsilli ABŞ aktrisası. Hollivudun "Qızıl dövrü"ndə kino kraliçası, habelə iki dəfə ən yaxşı qadın roluna görə "Oskar" mükafatı laureatı (1961, 1967). Qonorarı bir milyon dollar təşkil edən ilk aktrisa olmuşdur. O, daha çox şəxsi həyatı ilə və ilk növbədə səkkiz dəfə ailə həyatı qurması ilə diqqət mərkəzində olmuşdur. == Həyatı == Fevralın 27-i 1932-ci ildə İngiltərənin paytaxtı Londonda anadan olmuşdur. Valideynləri əslən Arkansas şəhərindən olmuşlar və ikisi də incəsənət adamı idilər. == Yaradıcılığı == "Batterfild 8" (BUtterfield 8) və "Virciniya Vulfdan kim qorxur?" (Who’s Afraid of Virginia Woolf?) filmlərindəki rollarına görə "Oskar" mükafatına layiq görülsə də, 1963-cü ildə çəkildiyi "Kleopatra" filmindəki Kleopatra rolu ilə daha çox tanınır. == Şəxsi həyatı == === Evlilikləri === Teylor 7 nəfərlə 8 dəfə ailə qurmuşdur. Konrad "Niki" Hilton (6 may 1950 – 29 yanvar 1951) (boşanıb) Maykl Uildinq (21 fevral 1952 – 26 yanvar 1957) (boşanıb) Maykl Todd (2 fevral 1957 – 22 mart 1958) (dul qalıb) Eddi Fişer (12 may 1959 – 6 mart 1964) (boşanıb) Riçard Barton (15 mart 1964 – 26 iyun 1974) (boşanıb) Riçard Barton (10 oktyabr 1975 – 29 iyul 1976) (boşanıb) Con Uorner (4 dekabr 1976 – 7 noyabr 1982) (boşanıb) Larri Fortenski (6 oktyabr 1991 – 31 oktyabr 1996) (boşanıb)Teylor Maykl Todd və Eddi Fişerlə evliliyi arasında dinini dəyişərək xristianlıqdan iudaizmə keçmişdir.
Elvin Teymurov
Elvin Mustafa oğlu Teymurov (20 may 1999, Nehrəm, Naxçıvan Muxtar Respublikası – 22 oktyabr 2020, Füzuli) — Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Teymurov 20 may 1999-cu ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açmışdır. 2005-2016-cı illərdə orta təhsilini Nehrəm qəsəbəsində yerləşən Elşad Əliyev adın 2 saylı tam orta məktəbdə almışdır. == Hərbi xidməti == 2017-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ilin may ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Şəmsəddin Vəliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 22 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Nehrəm qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Teymurov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fineas Teylor Barnum
Fineas Teylor Barnum (5 iyul 1810[…] – 7 aprel 1891[…], Bricport, Konnektikut) — amerikalı sahibkar, siyasətçi və sirk artisti. 1871-ci ildə Barnum öz sirk şirkətini qurdu. On il ərzində çox uğur qazandıqdan sonra, rəqabət onu qüvvələrini birləşdirərək Ceyms A. Bailey (1881) ilə birlikdə "Böyük Barnum və Bailey Sirkini" yaratmağa məcbur etdi. İki, üç və ya hətta dörd fəaliyyət halqası nümayiş olundu. Və 1882-ci ildə nəhəng bir fil olan Jumbo, yeni sirkin ulduzu oldu. Siyasi karyerasına gəlincə, 1867–1869-cu Connecticut qanunverici orqanda xidmət etdi və 1875-ci ildə Bricport meri oldu.
Frederik Teylor
Fredrik Teylor (ing. Frederick Winslow Taylor; 20 mart 1856[…] – 21 mart 1915[…], Filadelfiya, Pensilvaniya) — amerikan mexanika mühəndisi və menecer. Sənaye məhsuldarlığını artırmaq üçün sistemli şəkildə işləyən ilk insan olaraq tanınır. Menecment elminin atası hesab olunur. Fredrik Teylorun tədqiqatları və inkişaf etdirdiyi Elmi idarəetmə prinsipləri sənaye mühəndisliyinin əsaslarından biri olmuşdur. == Həyatı == Fredrik Teylor 20 mart 1856-cı ildə Pensilvaniya ştatının Germantaun şəhərində imkanlı ailəin uşağı kimi anadan olmuşdur. İlk təhsilini Germantaunda aldıqdan sonra, 1869-1870-ci illəri Fransa və Almaniyadakı məktəblərdə təhsil alaraq keçdi. Bundan sonra 1,5 il İtaliya, İsveç, Norveç, ingiltərə, Fransa, Almaniya və Avstriyaya səfər etdi. Sinif birincisi olduğu Ekseterdə Harvard Universitetində hüquq üzrə təhsil almaq üçün iki il hazırlıq keçdi. Buna baxmayaraq, sağlamlıqla bağlı problemləri olduğu üçün universitetdə təhsil almaqdan imtina etməyə məcbur oldu.
Fredrik Teylor
Fredrik Teylor (ing. Frederick Winslow Taylor; 20 mart 1856[…] – 21 mart 1915[…], Filadelfiya, Pensilvaniya) — amerikan mexanika mühəndisi və menecer. Sənaye məhsuldarlığını artırmaq üçün sistemli şəkildə işləyən ilk insan olaraq tanınır. Menecment elminin atası hesab olunur. Fredrik Teylorun tədqiqatları və inkişaf etdirdiyi Elmi idarəetmə prinsipləri sənaye mühəndisliyinin əsaslarından biri olmuşdur. == Həyatı == Fredrik Teylor 20 mart 1856-cı ildə Pensilvaniya ştatının Germantaun şəhərində imkanlı ailəin uşağı kimi anadan olmuşdur. İlk təhsilini Germantaunda aldıqdan sonra, 1869-1870-ci illəri Fransa və Almaniyadakı məktəblərdə təhsil alaraq keçdi. Bundan sonra 1,5 il İtaliya, İsveç, Norveç, ingiltərə, Fransa, Almaniya və Avstriyaya səfər etdi. Sinif birincisi olduğu Ekseterdə Harvard Universitetində hüquq üzrə təhsil almaq üçün iki il hazırlıq keçdi. Buna baxmayaraq, sağlamlıqla bağlı problemləri olduğu üçün universitetdə təhsil almaqdan imtina etməyə məcbur oldu.
Fərhad Teymurov
Teymurov Fərhad Dəmir oğlu — (d.1938- ö.2021) Azərbaycan Kooperasiya Universitetinin professoru. == Həyatı == Fərhad Dəmir oğlu Teymurov 1938-ci ildə anadan olmuşdur. 1956-ci ildə ADU-nun (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1961-ci ildə oranı bitirmişdir. 1967-ci ildə Moskva Dövlət Universitetində fizika-riyaziyyat elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildən Moskva Kooperativ İnstitutunun Bakı İqtisad fakültəsində ( indiki Azərbaycan Kooperasiya Universiteti) baş müəllim, dossent, direktorun tədris işləri üzrə müavini vəzifələrində çalışıb. 2002-ci ildə Azərbaycan Kooperasiya Universitetinin Elmi şurasında professor vəzifəsinə seçilmişdir. 60-dan çox elmi və metodiki məqalənin, beş dərs vəsaitinin müəllifidir. Azərbaycan Kooperasiya Universitetinin Ümumi texniki fənlər kafedrasının müdiri işləyib. == Kitabları == F.Teymurov, “Riyazi analizin qısa kursu”. Bakı, “Kooperasiya” nəşriyyatı, 2008.
Fərid Teymurov
Fərid Fizuli oğlu Teymurov (11 fevral 1999; Qarğılı, Cəlilabad rayonu, Azərbaycan — oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Teymurov 11 fevral 1999-u ildə Cəlilabad rayonunun Qarğılı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Fərid Teymurov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Fərid Teymurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2020-ci ilin oktyabrın əvvəlində "457" və "951" yüksəkliyində vuruşduqdan sonra itkin düşmüşdür. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür. Fərid Teymurovun nəşi 2 yanvar 2021-ci ildə tapılmış və Cəlilabad rayonunun Qarğılı kəndində dəfn olunmuşdur.

Digər lüğətlərdə

захохота́ть косы́ночка Ку́зька непредуга́данный крова́ть окла́д скромнёхонький слюна́ срами́ться восемь полено халупа bark Canaveral non est inventus ozonesonde pedigree seed renunciative ring dotterel sailoring unamenable water toothpick дрель телеавтоматика штуковать