TİBA

TİBA’

ə. 1) səciyyə, xüsusiyyət; 2) adət, ənənə.

TİB
TİBAƏT
OBASTAN VİKİ
Jujanna Tiba
Jujanna Tiba (d. 31 mart 1976) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Jujanna Tiba, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.
Coşua Tibatemva
Coşua Tibatemva (10 sentyabr 1996, Kampala) — Uqandalı üzgüçü. Coşua Tibatemva Uqandanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Coşua Tibatemva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 25.98 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Coşua açılış mərasimində Uqandanın bayraqdarı idi.
Tibaani
Tibaani (gürc. ტიბაანი) — Gürcüstanın Kaxetiya ölkəsində, inzibati mərkəzi Siqnaxi şəhəri olan Siqnaxi bələdiyyəsi ərazisində kənd. Qombori dağlarının cənub-şərq qurtaracağında, Siqnaxidən 14 km məsafədə yerləşir. Əvvəlki adı Xirsa idi. Suriyalı müqəddəs aralardan Stefan Xriselinin qəbri və kilsəsi (Xirsa monastırı) bu kənddədir.
Tibarenlər
Tibarenlər (yun. Τιβαρηνοί) — Anadolunun Qara dəniz sahilində yaşamış qədim Pont xalqı. Herodotun, eləcə də Ksenofonun, Strabonun və digər antik müəlliflərin əsərlərində xatırlanmışdır. Qədim müəlliflər onları skif tayfasının bir qolu hesab edirdilər. Həm Roma dövründə, həm də ondan əvvəl tibarenlər mossiniklər və makronlar kimi xalqlarla birgə yaşayırdılar. Tibarenlər Cənubi Qara dəniz bölgəsinin qonşu tayfaları ilə birlikdə e.ə. VI–V əsrlərdə Əhəmənilər tərəfindən zəbt edilmiş və onların bölgəsi 19-cu satraplığın tərkibinə daxil olmuşdur. Tarixçilər tibarenlərin adını qədim Şumer şəhəri Bad-tibira ilə əlaqələndirməyə çalışırdılar. Bu şəhər "misgərlərin istehkamları" və ya "dəmirçilər qalası" kimi tanınırdı. Müasir nəşrlərdə bu etnonim daha çox erkən dəmir dövründə formalaşmış Suriya-Het çarlığı Tabal ilə müqayisə edilir və bəzən eyniləşdirilir.