TİCARƏT-VALYUTA

прил. экон. торгово-валютный. Ticarət-valyuta əməliyyatları торгово-валютные операции
TİCARƏT-TƏSƏRRÜFAT
TİCARƏTÇİ
OBASTAN VİKİ
Valyuta
Valyuta : Dövlətin pul sistemi və pul vahidi. Xarici pullar. Balans üzrə məbləğin cəmi.Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesabla rda olan vəsaitlərdir. Valyuta sərvətləri — xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkredetivlər və s.); fond qiymətli kağızları (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; qiymətli metallar (qızıl, gümüş, platin (palladium, iridium, osmium, rodium, rutenium); qiymətli daşlar – almazlar, zümrüdlər, yaqutlar, sapirlər, aleksandritlərdir. Valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: valyuta sərvətlərinə mülkiyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutda ödəniş sənədlərindən istifadə edilməsi; valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, eləcə də AR-dən çıxarılması və göndərilməsi; Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür. Cari valyuta əməliyyatlarına daxildir: Malların, işlırin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların , eləcə də ixrac-idxal əməliyyalarının 180 gündən artıq olmayan müddətdə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın AR-ə və AR-dən köçürülməsi; 180 gündən artıq olmayan müddətdə maliyyə kreditlərinin alınması və verilməsi; əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-ə və AR-dən köçürülməsi; AR-ə və AR-dən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, təqaüd və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. Valyuta əməliyyatları AR-nun Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar — həyata keçirir. Xarici iqtisadi fəaliyyəti, o cümlədən cari valyuta əməliyyalarını həyata keçirmək üçün hüquqi şəxslər olan rezidentlət AR-də, eləcə də AR-in hüdudlarından kənarda müvəkkil banklarda xarici valyuta hesablarına, qeyri-rezidentlər isə AR ərazisindəki müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablara malik ola bilərlər. Hüquqi şəxslər olan rezidentlər AR Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edimədikdə əldə etdikləri xarici valyutanı məçburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər.
Ticarət
Ticarət iqtisadiyyatın bir sahəsidir. Alqı-satqı və xidmət sahələri ilə müşayiət olunan sahibkarlıq fəaliyyəti. Ticarət topdan və pərakəndə ticarətə bölünür. Ölkələr arasında ticarət istiqamətinə görə import və eksport adlanır. == Ədəbiyyat == Əliyev F. M. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine / Red. H. B. Abdullayev, Ə. Ə. Rəhmani ; Azərbaycan SSR EA Tarix İnstitutu. — Bakı : Azərb. SSR EA, 1964. — 122 s.
Noqata (valyuta)
Noqata (rus. Ногата) — Kiyev Rus dövlətinin pul sistemi vahidlərindən biri. X əsrdə daha keyfiyyətli dirhəmləri keyfiyyətsiz dirhəmlərdən fərqləndirmək məqsədilə yaradılmışdır. XI əsrdə Noqata 1/20 qrivnaya və 1,25 kunaya (XII əsrdə 2,5 kunaya) bərabər idi. Noqata adı pul ifadəsi kimi XV əsrin axırlarınadək saxlanılmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ногата // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Словарь нумизмата.
Regional valyuta
Regional valyuta (ing. Local currency, alm. Regionalgeld‎, fr. Monnaie locale) — yerli hakimiyyət orqanları, ticarət-sənaye, aqrar, maliyyə, həmçinin özəl şəxs tərəfindən ödəniş və investisiya vasitəsi kimi qəbul edilmiş reginal pul vahidi. Regional valyuta ABŞ, Kanada, Avstriya, Böyük Britaniya və s. ölkələrdə istifadə edilir. == Qalereya == == Ədəbiyyat == Margrit Kennedy, Bernard A. Lietaer: Regionalwährungen. Riemann, München 2004. ISBN 3-570-50052-7. Mathias Weis, Heiko Spitzeck: Der Geldkomplex.
Valyuta bazarı
"Foreks" (tam adı: "Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı"; ing. Forex Trading, Currency Forex, Forex Exchange Market, FX) — dövlətlərarası valyuta dəyişdirmə bazarı.
Valyuta dəhlizi
Valyuta dəhlizi — valyuta məzənnəsinə dövlət və maliyyə institutlarının inzibati təsiri şəraitində çevik və qabaqcadan məlum olan valyuta məzənnəsi. Maliyyə-iqtisadi vəziyyətin sabitliyini pozan böhran hadisələrinin qarşısını almaq məqsədi ilə müəyyən olunur. İqtisadi inkişafın mənfi meyillərini yumşaldan təbii amillərin zəifləməsi zamanı valyuta dəhlizinin tətbiqi məqsədəuyğundur. Valyuta dəhlizinin fəaliyyət göstərmə mexanizmi ondan ibarətdir ki, valyuta məzənnəsinin nəzarət olunan dəyişməsi iqtisadi vəziyyətdəki real dəyişikliklərə uyğun olaraq baş verir. Lakin valyutaların məzənnə nisbətlərinin dəyişməsi prosesi birja sessiyaları zamanı görünməmiş (bəzən müzaidənin iştirakçıları tərəfindən qəsdən törədilən) hərəkətlərin təsirinə məruz qalmır. Başqa sözlə, məzənnə nisbətlərinin dəyişməsi və valyuta məzənnəsinin müəyyən edilməsi yalnız ciddi məhdudlaşdırılmış və normativ-hüquqi aktlarla möhkəmlənmiş hədlərdə tərəddüd edə bilər. Mahiyyətcə valyuta dəhlizinin tətbiqi iqtisadiyyatda real dəyişikliklərə uyğun olaraq valyutaların məzənnə nisbətlərindəki üzən və əvvəlcədən bilinən dəyişikliklərin zəruriliyinin hökumət tərəfindən qəbul və eyni zamanda məzənnələrin əsaslandırılmayan artması, yaxud azalması hesabma möhtəkirlik əməliyyatlarının (və müvafiq olaraq mənfəətin) həyata keçirilməsi imkanının kəsişməsi deməkdir. Valyuta dəhlizi iqtisadi vəziyyəti tam dəqiqləşdirməyə və deməli, xarici iqtisadi əməliyyatların aparılması zamanı riski azaltmağa imkan verir. Bu, bütövlükdə bütün iqtisadiyyat üçün kifayət qədər ciddi sabitləşdirici amildir. Lakin bu amil o vaxta qədər müsbət hesab oluna bilər ki, valyuta dəhlizinin fəaliyyət göstərməsi nəticələri işin real vəziyyətinə uyğun gəlir.
Valyuta işarələri
Valyuta işarəsi və ya simvolu — pul vahidi adının qısa işarə olunması. Bu hərf, hərf birləşməsi, heroqlif, heca, xüsusi işarə və ya simvol şəklində göstərilə bilər. Bundan başqa onu təsvir etmək üçün qrafem, qrafik qısaltmalar, abbreviatura (hərf kodu şəklində daxil olmaqla), şərti hərf nişanları və həmçinin onların kombinasiya növlərindən istifadə olunur. Hətta bütöv bir söz valyuta işarəsi kimi istifadə edilə bilər. Həmçinin "Valyuta işarələri (simovlları)" müəyyən Unicode standartı qrafeminin (¤) adıdır, hansı ki bəzən bütöv oxşar simvol qrupu üçün emblem kimi istifadə olunur. "Valyuta simvolları" (ing. Currency Symbols) — 20A0-20CF aralığında yerləşən və bəzi valyutaların yığcam təsvirlərini özündə cəmləşdirən Unicode standartında tipoqrafik işarə qrupunun adı. Bir sıra səbəblərə görə standartın digər qruplarına aid olunan işarələrlə birlikdə onlar "Valyuta Simvolu" kateqoriyasını təşkil edirlər, hansına ki standartın 8-ci versiyasının dərcində 53 qrafem (qədim simvolları saymadan) daxil idi, baxmayaraq ki, əslində dünyada daha çox valyuta simvolu mövcuddur. Valyuta işarələri çox vaxt unikal olmur, eyni simvol bir neçə valyutanı təsvir etmək üçün istifadə olunur. Eyni zamanda, bəzi pul vahidlərinin ümumiyyətlə xüsusi simvol yoxdur və onları göstərmək üçün sadə qısaltmalardan istifadə olunur.
Valyuta müdaxiləsi
Valyuta məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. == Valyuta kotirovkası == İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi == Mübadilə məzənnəsinin növləri == a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Valyuta riskləri
Valyuta riskləri (ing. exchange rate exposure) - xarici ticarət, kredit, valyuta əməliyyatları, fond və əmtəə birjalarında əməliyyatlar aparılarkən xarici valyutanın milli valyutaya nisbətən məzənnəsinin dəyişməsi ilə əlaqədar valyuta itkiləri təhlükəsi. == Valyuta risk amilləri == Bu təhlükə açıq valyuta mövqeyi olduqda yaranır. İxracatçılar və idxalatçılar üçün valyuta riskləri, qiymət valyutası onlar üçün xarici valyuta olduğu halda yaranır. Onlar kontraktın bağlanması ilə kontrakt üzrə ödəniş arasındakı müddətdə maddi itkiyə məruz qala bilərlər. Lakin məzənnələr əks istiqamətdə dəyişdikdə ixracatçılar və idxalatçılar ziyana düşür. Əgər borcluların borcu və kreditorların krediti başqa ölkələrin valyutası şəklində ifadə edilmişdirsə, borclular və kreditorlar, xarici valyuta şəklində avuarlann saxlayıcılan, dövlət təşkilatlan və banklar, eləcə də ölkələrin rəsmi valyuta ehtiyatlan valyuta risklərinə məruz qala bilərlər. Ölkələrin valyuta risklərindən müdafiə vasitəsi, ilk növbədə, forvard kontraktlan və svoplar haqqında sazişlərdir. Valyuta risklərini minimallaşdırmağın əsas istiqamətləri: tədiyə valyutası kimi milli valyutadan istifadəsi, müqaviləyə valyuta məzənnəsinin dəyişməsindən asılı olaraq pul öhdəliklərinin dəyişməsi haqqında şərtlər daxil edilməsi, valyuta fyuçerslərinin köməyi ilə hecirləmə. == Valyuta risklərinin növləri == Valyuta risklərinin üç növü fərqləndirilir: === İqtisadi risk === Gələcəkdə valyuta məzənnəsinin dəyişməsi nəticəsində aktivlərin və passivlərin dəyəri dəyişə bilər.
Valyuta siyasəti
Valyuta siyasəti (curency policy) – dövlət tərəfindən valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, inzibati tədbirlərin kompleksi: valyuta siyasətinin həyata keçirilmə formaları: diskont siyasəti – mərkəzi bankın uçot dərəcəsinin dəyişdirilməsi yolu ilə valyuta məzənnəsinin tənzimlənməsi; valyuta müdaxiləsi – valyuta bazarlarında tələb və təklifin tarazlaşdırılması məqsədilə mərkəzi bankın valyutaların alqı-satqısı əməliyyatlarında müntəzəm iştirakı; devalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin məsədyönlü uçotlaşdırılması) və revalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin qaldırılması). valyuta məhdudiyyətləri – valyuta əməliyyatlarının inzibati tədbirlər və qanunverici aktlarla qadağan olunması və ya limitləşdirilməsi nəzərdə tutulur. == Diskont siyasət == Mərkəzi bank tərəfindən kreditlər üçün ssuda kapitalının tələb və təklifinin tənzimlənməsi məqsədli faiz dərəcələrinin azalmazı və artması ilə müşayiət olunan uçot pul-kredit siyasəti. Faiz dərəcəsini artırmaqla Mərkəzi bank kredit pulu üzrə tələbin azalmasına təsir göstərir, azaltmaqla isə tələbi fəallaşdırır. == Valyuta müdaxiləsi == Milli valyutanın məzənnəsini tənzimləmək məqsədilə Mərkəzi Bank tərəfindən valyuta bazarında həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün xarici valyuta ehtiyatlarından istifadə edir. == Devalvasiya və revalvasiya == Milli valyuta məzənnəsinin xarici valyutaya nisbətdə, yaxud milli pul nişanlarının real qızıl tutumunun (tərkibinin) aşağı düşməsi. Devalvasiya ölkə iqtisadiyyatında baş verən müxtəlif maliyyə böhranları, yaxud qeyri-tarazlığı, o cümlədən inflyasiya, tədiyyə balansında uzun müddət davam edən kəsrli vəziyyətin nəticəsi kimi baş verir. Devalvasiya prosesi dövlətin bu prosesə müdaxiləsi baxımından 2 qrupa ayrılır: açıq devalvasiya, qapalı devalvasiya. Açıq devalvasiya – dövlət tərəfindən milli valyutanın əhə miyyətli həcm də dövriyyədən yığılması, ya xud dəyərdən düşmüş milli pul nişanələrinin yeniləri ilə əvəz edil məsi yolu ilə milli valyuta məzənnəsinin qaldırılması.
Valyuta İnstitutu
Valyuta İnstitutu (ing. monetary institute) – ixtiyari pul siyasəti qarşısında sabit məzənnəni qorumaq üçün hazırlanmış valyuta lövhəsi ilə mərkəzi bank arasındakı pul hakimiyyətinin ara forması. == Yaranması == Valyuta İnstitutu mərkəzi bankın sonraki prototipidir. İlk pul quruluşunun 1861-ci ildə, Hindustanın geniş bölgəsinin İngilis müstəmləkəsi olduğu zaman Britaniya Hindistanda qurulduğuna inanılır. 1861-ci ildə koloniya kağız pullar haqqında bir qanun qəbul etdi, ona görə xüsusi banklardan pul çıxarmaq hüququ Hindistanın müstəmləkə hökumətinə verildi. Xüsusi bank qeydləri 1867-ci ilə qədər dövriyyədə olmağa davam etdi. Pul məsələsinin yeni təşkilati-hüquqi forması qarışıq xarakter daşıyırdı. Rəsmi emitent Maliyyə Nazirliyinin Kağız Pulların Çıxarılması Departamenti tərəfindən təmsil olunan Hindistanın müstəmləkə hökuməti idi. İngiltərə Bankı banknotların buraxılmasından texniki olaraq məsuliyyət daşıyırdı. Pul dövriyyəsinin təşkili müstəmləkə hökumətinin agentləri rolunda səlahiyyətli banklar tərəfindən həyata keçirildi.
Xarici valyuta
Valyuta dəyişdirilməsi
Valyuta dəyişdirilməsi (ing. currency substitution) — milli pulun tədavül vasitəsi kimi xarici valyutalarla əvəz edilməsi və qanuni ödəniş vasitəsi statusu almış xarici valyutalar olmadan əmanət. İqtisadi dildə valyuta əvəzlənməsi oxşar hadisəni — qeyri-rəsmi (faktik, qismən, kölgə) dollarlaşmanı təsvir edən dollarlaşmanın formalarından biri ilə sinonimdir. == Konsepsiyanın mənşəyi == İqtisadiyyat nəzəriyyəsində "valyuta əvəzi" anlayışı 1977-ci ildə Buenos-Ayres Universitetində (Argentina) işləyərkən Gilermo Kalvo və Karlos Rodriges tərəfindən təqdim edilmişdir. İfadə onlar tərəfindən valyuta əvəzlənməsi baxımından real məzənnənin təhlili çərçivəsində istifadə olunub. İlk tədqiqatçıların gəldiyi əsas nəticə ondan ibarət idi ki, valyuta əvəzetməsi olduğu halda pul kütləsinin artması milli valyutanın dəyərdən düşməsinə səbəb olur. Bu termin iqtisadi ədəbiyyatda 1970-ci illərdən, inkişaf etməkdə olan iqtisadiyyatlarda valyutanın deregulyasiyası və maliyyə bazarlarının liberallaşdırılması proseslərinin başladığı vaxtdan fəal şəkildə istifadə olunur. == Alternativ təriflər == Valyuta əvəzlənməsinin iki əsas anlayışı var. Onlardan biri Qilyermo Kalvo və Karlos Veq (Cons Hopkins Universiteti) tərəfindən hazırlanmışdır. Onların variantında valyuta əvəzedicisi xarici valyutanın daxili bazarda tədavül vasitəsi kimi istifadə edilməsidir.
Valyuta mübadiləsi
'Qalın mətn'Valyuta mübadiləsi — fərqli dəyər tarixləri olan eyni məbləğ üçün iki əks konvertasiya əməliyyatının birləşməsidir. Mübadiləyə gəldikdə, daha yaxın əməliyyatın icra tarixi dəyər tarixi adlanır və daha uzaq əks əməliyyatın icra tarixi mübadilənin bitmə tarixidir. Valyuta mübadiləsi əməliyyatlarının əksəriyyəti 1 ilə qədər müddətə bağlanır. Əgər tarixdə ən yaxın konvertasiya əməliyyatı valyutanın alınmasıdırsa (adətən əsas olan), daha uzaq olanı isə valyutanın satışıdırsa, belə mübadilə "alıb/satılmış" adlanır. Əgər başlanğıcda valyutanın satışı üzrə əməliyyat həyata keçirilirsə və əks əməliyyat valyutanın alınmasıdırsa, bu mübadilə "satılmış/alıb" adlanacaq. Bir qayda olaraq, valyuta mübadiləsi əməliyyatı bir qarşı tərəflə həyata keçirilir, yəni hər iki konvertasiya əməliyyatı eyni bankla həyata keçirilir. Bununla belə, mübadilə fərqli banklarla bağlanmış eyni məbləğə fərqli dəyər tarixləri olan iki əks konvertasiya əməliyyatının kombinasiyası adlandırmağa icazə verilir — bu qurulmuş mübadilədir. == Mübadilə xətti == Mübadilə xətti — müxtəlif ölkələrin iki mərkəzi bankı arasında sabit məzənnələrlə valyutaların qarşılıqlı mübadiləsinə dair razılaşmadır. Məsələn, Fed özü üçün avro götürür, AMB-yə dollar verir. Eyni zamanda, hər iki mərkəzi bank sadəcə olaraq öz milli valyutasını buraxır və dərhal dəyişdirirlər.
Valyuta müharibələri
Valyuta müharibələri və ya rəqib devalvasiyası — öz ixrac həcmlərini artırmaq və idxalını artırmaq üçün bir sıra ölkələrin hökumətlərin və mərkəzi banklarının ardıcıl qəsdən hərəkətləri. İxrac həcmində artım, daxili ixracat müəssisələrinin istehsalının xarici valyutasının azalması və ixracatçıların qiymətini azaltmaq qabiliyyətinin azalması səbəbindən baş verir. Yerli valyuta dəyərsizləşməsi ilə idxal daha bahalı olur və buna görə yerli istehsalçılar üçün rəqabət üstünlükləri yaradan azalır. == Tarixi == Son vaxtlara qədər xarici valyuta müharibələrinin fenomeni olduqca nadir idi. Epizodlardan birinin 1930-cu ildə baş verdiyi hadisənin, bəzi ölkələrin xarici ticarətinin həcmini yatırmaq üçün bəzi dövlətlərin satış valyutası olduqda, 1930-cu ildə hadisənin hadisəsidir. 2 oktyabr 2010-cu ildə, BVF Dominik Stross-Kan, Çində vəziyyətə istinadən və Braziliya Maliyyə Nazirliyinin dünya pul müharibəsinin başlaması ilə əlaqədar bəyanat, xarici valyuta müharibələrinin yeni başlaması yenidən mümkündür. == Mümkün tənzimləmə == Kaliforniya Universitetinin professoru Berkley Barri Eyxenqrin hesab edir ki, milli valyutaların zəifləməsinin nəticəsi pul siyasətinin liberallaşdırılmasını qismən əlaqələndiriləcəkdir.
Valyuta nəzarəti
Valyuta nəzarəti — valyuta əməliyyatlarının aparılması zamanı valyuta qanunvericiliyinə əməl olunmasına valyuta nəzarəti orqanlarının və agentlərinin nəzarəti. Doktrinal tərif (Maliyyə hüququ dərsliyinin 4-cü nəşrinə görə N.İ. Ximiçeva, 2008): "Valyuta nəzarəti Rusiya hökumətinin, valyuta nəzarəti orqanlarının və agentlərinin valyuta əməliyyatlarının həyata keçirilməsində valyuta qanunvericiliyinə riayət edilməsinə nəzarətidir." Valyuta nəzarəti agentləri banklar, vneseconobank, eləcə də peşəkar qiymətli kağızlar bazarı iştirakçıları, gömrük orqanları və vergi orqanlarıdır. == Valyuta nəzarətinin mərhələləri == Valyuta tənzimləməsinin qaydaları və tələbləri əməliyyatların növündən asılı olaraq fərqlənir. Bununla birlikdə, bank tərəfindən həyata keçirilən valyuta nəzarətinin standart prosesi aşağıdakı mərhələlərdən ibarətdir: Sənədlər toplusu; Xüsusi bir hesab açmaq (lazım olduqda); İdarəetmə prosedurları; Müqavilənin qeydiyyatı (lazım olduqda); Bütün tələb olunan reyestrlərdə əməliyyat haqqında məlumatın əks olunması; Əməliyyatın icrası, rezervasyon proseduru; Ehtiyat vəsaitlərinin miqdarının qaytarılması; Əməliyyatın bağlanması; Hesabat hazırlığı. == Tarixi == Əksər ölkələrdə xarici birja idarələri çox yayılmışdır. Məsələn, bir çox qərb Avropa ölkəsi II Dünya Müharibəsindən dərhal sonra illərdə birja nəzarəti həyata keçirdi. Tədbirlər tədricən mərhələli şəkildə mərhələli idi, çünki müharibədən sonrakı iqtisadiyyatın qitədə durmadan gücləndi; Birləşmiş Krallıq, məsələn, 1979-cu il oktyabrın 1990-cı ildəki məhdudiyyətlərinin sonuncusunu çıxardı. Fransada birinci dünya müharibəsindən sonra mübadilə idarələri başladı. Daha sonra 1939-1967-ci illər arasında yenidən ortaya çıxdı. Çox qısa bir kəsilmədən sonra 1968-ci ildə birja nəzarət, 1984-cü ildə rahatlaşdı və nəhayət 1989-cu ildə ləğv edildi.
Valyuta şurası
Valyuta şurası (ing. сurrency board), və ya valyuta idarəsi — monetar orqanların qanunvericilik səviyyəsində müəyyən edilmiş sabit məzənnə ilə milli valyutanın qeyri-məhdud xarici valyutaya dəyişdirilməsi öhdəliyini öz üzərinə götürdüyü pul siyasəti rejimi. Valyuta şurası, idarə və ya şura təsvir olunan siyasətin həyata keçirilməsinə cavabdeh olan pul orqanlarıdır. Milli valyutanın məzənnəsinin müəyyən edildiyi xarici valyutaya “lövbər valyutası” deyilir. Valyuta şurası Avropa imperiyalarının çiçəklənmə dövründə geniş yayıldı və müstəmləkələrdə pul hakimiyyətinin bir forması idi. Koloniyada yerli valyutanın buraxılışı metropolun ehtiyat valyutasının dəstəyi ilə həyata keçirilirdi. Əslində, koloniyanın pul orqanları emissiya funksiyasından məhrumdurlar: onlar yalnız bir valyutanı digərinə dəyişirlər. Qlobal maliyyə sistemində ümumi pul kütləsi dəyişməz olaraq qalır. Real emissiya mərkəzlərinin rolu müstəmləkələrin ehtiyatlarını təşkil edən ehtiyat valyuta buraxan mərkəzi banklarda qalır. Bu sistem XIX əsrin ortalarında ingilislər tərəfindən öz koloniyaları üçün yaradılmışdır.
Rəqəmsal valyuta
E-pul – nağd pulu elektron təmsil edən smart-kart. Belə smart-kart nağd pulla aparılan əməliyyatları səlahiyyətli etmək üçün bütün zəruri informasiyanı özündə saxlayır və kiçik məişət hesablaşmalarında (məsələn, şəhər nəqliyyatında gediş haqqının ödənilməsində, qəzet alınmasında və s.) istifadə olunur. Elektron pul bankın kompyüter yaddaşındakı hesabda olur. Bu zaman kağız təmsilçisindən istifadə etmədən elektron siqnallarla xüsusi elektron qurğuların köməyilə bunlar üzərində əməliyyat aparılır.
Alqoritmik ticarət
Alqoritmik ticarət, və ya Alqoritmik treydinq (ing. Algorithmic trading) — xüsusi alqoritmik təlimatlardan istifadə edərək böyük bir sifariş qiyməti və həcminin öz xüsusiyyətləri və alt sifarişlərin hər biri ilə bir neçə alt sifarişə bölündüyü zaman böyük bir sifarişin yerinə yetirilməsinin bir üsuludur. Müəyyən bir zamanda icra üçün bazara göndərilir. Bu cür alqoritmlər treyderlərin kotirovkaları daim izləməməsi və böyük bir əmri kiçik olanlara əl ilə ayırması lazım olmadığı üçün icad edilmişdir. Məşhur alqoritmlər "Percentage of Volume", "Pegged", "VWAP", "TWAP", "Implementation Shortfall", "Target Close" adlanır. Alqoritmik ticarət qazanc əldə etmək deyil. Məqsəd böyük bir sifarişin yerinə yetirilmə xərclərini (əməliyyat dəyəri) azaltmaq, bazara təsirini minimuma endirmək (bazar təsiri) və uğursuzluq riskini azaltmaqdır.Avtomatlaşdırılmış ticarət sistemlərindən bəhs edərkən "alqoritmik ticarət" ifadəsi çox vaxt səhvən istifadə olunur. Bu sistemlərin həqiqətən qazanc əldə etmək məqsədi var. Ticarət strategiyalarının mürəkkəb riyazi düsturlar və sürətli məlumatların işlənməsinə əsaslandığı "qara qutu ticarəti" robotları olaraq da bilinirlər. == Tətbiqi == Alqoritmik ticarət, investisiya bankları, pensiya fondları və pay fondları tərəfindən geniş istifadə olunur.
Azad ticarət
Azad ticarət — idxal və ixracın ümumiyyətlə dövlətin müdaxiləsi olmadan həyata keçirilməsini nəzərdə tutan iqtisadi siyasətdir. Azad ticarət siyasəti dövlətin xarici ticarət üzərindəki yoxlamasından və vergi tətbiqindən tamamilə imtina etməsi mənasına gəlməyə bilər. == Tarix == Azad ticarət təlimi XIII əsrdə müdaxiləçi sistemlərə bir reaksiya olaraq ortaya çıxdı. Bu təlimə fizokratlarda, Devid Yumda və Adam Smitdə rast gəlinir. Azad ticarət anlayışı nəzəriyyəsinin təməlində Adam Smitin ölkələr arasındakı məhsuldarlığı və istehsalı artıracağı istiqamətindəki fikirləri durur. Ayrıca götürüldükdə bir ölkə, xüsusilə bəlli bir əmtəənin ən önəmli alıcısı və ya satıcısı kimi çıxış edirsə, xarici ticarətə məhdudiyyət qoyulmasından qazanc əldə edə bilər. Buna baxmayaraq praktikada yerli sənayelərin qorunması məqsədilə qoyulan məhdudiyyətlər müəyyən bir mərhələdən sonra ölkənin ümumi iqtisadi qazancı baxımından mənfi təsirlərə də səbəb olur. Azad ticarət, ən qəti formasıyla David Rikardo və Con Stüart Millin əsərlərində yer almışdır. Bu yazıçılarda millətlər arasındakı ticarət sərbəstliyi beynəlxalq əmək bölgüsü təməlinə söykənir. XIX əsrdə İngiltərədə Riçard Kobden və Mançester Birliyi, Fransada Frederik Bastiat və Mişel Çevaliyer tərəfindən müdafiə olunan azad ticarət, xüsusilə 1860-cı il Fransız-İngilis müqaviləsinin imzalanmasının müvəfəqiyyətə çatması ilə hiss olunsada, o tarixdən sonra II Dünya müharibəsinə qədər sürətli geriləmişdir.
Beynəlxalq ticarət
Beynəlxalq ticarət — dünya ölkələrinin xarici ticarətinin cəmi olan əmtəə-pul münasibətləri sistemi. Xarici ticarət dövriyyəsi bu və ya digər ölkənin ixracının və idxalının dəyərlərinin cəmidir. Xarici ticarətin dəyər həcmi müəyyən dövr üçün cari valyuta məzənnələrindən istifadə etməklə cari qiymətlərdə hesablanır. Xarici ticarətin fiziki həcmi daimi qiymətlərdə hesablanır və zəruri müqayisələri aparmağa və xarici ticarətin real dinamikasını müəyyən etməyə imkan verir. Dünya əmtəə dövriyyəsi bütün dünya dövlətlərinin ancaq ixraclarının həcmini toplamaqla müəyyən edilir və adətən ABŞ dollarında əks olunur. İxrac əməliyyatları özündə əmtəənin gəminin göyərtəsinə çatdırılması və yüklənmə limanında malın gəminin tutacağından göyərtəsinə keçirilməsi ilə əlaqədar xərcləri əks etdirən FOB (free on board – franko göyərtədə) qiymətləri əsasında hesablanır. İdxal əməliyyatlarının hesablanması özündə FOB şərtləri ilə yanaşı yükün sığortalanması ilə bağlı xərcləri əks etdirən CIF (cost, insurance, freight – dəyər, sığorta, fraxt) qiymətləri əsasında əks etdirilir. FOB və CIF “İnkoterms 2000” adlanan və kommersiya əməliyyatlarında istifadə edilən terminlərdən ikisidir. “İnkoterms 2000” haqqında bir qədər sonra daha geniş məlumat veriləcəkdir. Dünya ixracının həcmi dünya idxalının həcminə bərabər olmalıdır ki, çünki, bir ölkə tərəfindən ixrac edilən əmtəə digər ölkə tərəfindən idxal edilir.
E-ticarət
Elektron ticarət
Elektron ticarət və ya elektron kommersiya — onlayn xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışı fəaliyyəti. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi (EDI), inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Elektron ticarət elektronika sənayesinin ən böyük sektorudur və öz növbəsində yarımkeçirici sənayenin texnoloji inkişafı ilə idarə olunur. == Formaları == Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır.İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa, mobil ticarət və televiziya ticarət terminləri də istifadə edilmişdir. == Logistikası == Elektron ticarətdə logistika əsasən yerinə yetirilmə ilə bağlıdır.
M-ticarət
M-ticarət — mobil rabitə vasitələrinin köməyilə alqı-satqı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
адсорби́ровать заку́порка морфоло́гия ногти́стый ориенти́ровать помо́рник угрева́ние голуби́ные гре́лочный иглотерапе́вт педагоги́ческий прити́хнуть юли́ть вила ляник conferral detector dialectically I-bar importation want-wit газобаллон гидрокостюм ларец подснежник