TIT
TITANIC
OBASTAN VİKİ
Titan
Titan (Ti) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 22-ci element. Yüngül, güclü, parlaq, korroziyaya qarşı müqavimətli bozumtul bir keçid metalıdır. Titan dəmir, alüminium, vanadium, molibden kimi elementlər ilə aşqarlanmış edə bilər. Bu güclü, yüngül ərintilər havaçılıq (reaktiv mühərrikləri, mərmilər və kosmos vasitələri) hərbi sənaye əməliyyatlar (kimyəvilər və neft məhsulları çıxarılması, təmizlənməsi stansiyaları, kağız xəmiri və kağız) avtomobil, yemək, tibb (protezler, implantlar, dental endodontik vəsaitlər, dental implantlar), idman əşyaları, zərgərlik, mobil telefonu, və digər proqramlarda istifadə edilir. Titan 1791 tarixində William Gregor tərəfindən İngiltərədə kəşf edildi və Martin Heinrich Klaproth tərəfindən, Yunan mifologiyasındakı Titana istinadən bu şəkildə adlandırıldı. Element bir neçə mineral depozit tapılar. Bunlardan prioritetli olanlar yer qabığında və litosferdə geniş dağılmış olan rutil və ilmenittir. Titan az qala bütün canlı varlıqlarda, qayalarda, sularda və torpaqda tapılar. Metal başlıca mineral cevherlerinden Kroll əməliyyatı və Hunter əməliyyatı üsulları ilə çıxarılır. Ən məşhur qarışığı olan titan dioksid ağ piqment emalatında istifadə edilir.
Krios (titan)
Krios, Kriy (yun. Κρεῖος) – yunan mifologiyasında titan Uran və Geyanın oğlu, Pontun qızı Evribiyanın əri, Pallant, Astrey və Persin atası. Titanomaxiyadan sonra Zevs tərəfindən Tartara göndərilmişdir. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Pallant (titan)
Pallant (yun. Πάλλας) –yunan mifologiyasında kiçik titan, Krios və Evribiyanın oğlu, Hesioda görə okeanida Stiksin əri, Qısqncın, Qüvvətin, Gücün və Zəfərin atası.
Pers (titan)
Pers (yun. Perses) yunan mifologiyasında II nəsil titan, Hesiod "Teoqoniyasına" və Psevdo-Apollodora görə ikinci nəsil titan, Krios və Evribiyanın oğlu, Asteriyanın əri və Hekatanın atası.
Titan (peyk)
Titan — Günəş sistemində Saturn planetinin peykidir. Günəş sistemində Yerin cavanlığına bənzər göy cismi bilirik ki, Titan'dır. Maraq cəlb edən Titanı araşdırdıqda kəşf etdik ki, onda yağışlı mövsümlər mövcuddur. Bu mövsüm başlandıqda peykdə tufanlar, fırtınalar qopur, eləcə də, leysanlar gedir. Bunun nəticəsində peykin səthi eroziyaya məruz qalır. Bir də Yerdən fərqli olaraq Titanda 1 mövsümün müddəti 7.5 Yer ilinə bərabərdir. == Atmosferi == Onların üzərində orqanik və ya karbonla zəngin örtük var. Bu "metan qarı" ola bilər. Titan qatı fotokimyəvi dumanın içərisindədir. Buna görə Kassini onun üzərindəki obyektləri görmək üçün optik kameradan başqa alətlərdən istifadə etməli olur.
Attack on Titan
Attack on Titan (azərb. Nəhəngə hücum‎) və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin (進撃の巨人, azərb. Hücum edən nəhəng‎) — Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası. Manqa seriyası 9 sentyabr 2009-cu ildə Kodansha nəşriyyatının "Bessatsu Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. 2018-ci ilin avqust ayına qədər seriyanın 26 tankobon cildi buraxılmışdır. Manqa seriyası insanların "nəhənglər" adlandırdığı böyük, uzun humanoidlərdən qorunmaq üçün böyük divarlarla örtülü şəhərlərdə yaşadığı alternativ bir kainatda cərəyan edir. Nəhənglərin ölçüləri cürbəcür olur və onlar insanlarla qidalanır. Manqanın süjeti şəhərləri nəhənglər tərəfindən məhv ediləndən sonra orduya qoşulan Eren Yeqa və onun uşaqlıq dostları olan Mikasa Akkaman və Armin Arlertin həyatlarını əhatə edir. Bu hücum zamanı nəhənglərdən biri Erenin anasını yeyir, Eren isə nəhənglərin hamısını öldürərək intiqam alacağına söz verir. Hekayə davam etdikcə və nəhənglər haqqında olan gerçəklər oxucuya açıqlandıqca manqanın süjeti Historiya Reys, dəstə rəhbəri Levi, Erenin atası Qrişa və digər köməkçi personajları əhatə edir.
Titan(III)xlorid
Titan (III) xlorid (TiCl3) - qeyri-üzvi bir birləşmədir, titanın və xlorid turşusunun duzudur, tünd bənövşəyi kristallar, suda həll olur, yavaş-yavaş havada oksidləşir, kristallohidrat əmələ gətirir. == Fiziki xassələri == Titan (III) xlorid triqonal sistemin tünd bənövşəyi kristallarını əmələ gətirir. TiCl3-ün β-modifikasiyası məlumdur - qəhvəyi kristallardı. TiCl3•6H2O kristallohidrat yaradır, onunda hidrat izomerləri [Ti (H2O)6] Cl3 (bənövşəyi), [Ti (H2O)5Cl]Cl2•H2O (yaşıl) və [Ti (H2O)4Cl2] Cl • 2H2O(yaşıl) mövcuddur. == Alınması == Titanın qatı isti xlor turşusunda həll edilməsi nəticəsində almaq olar: 2 T i + 6 H C l → 90 o C 2 T i C l 3 + 3 H 2 ↑ {\displaystyle {\mathsf {2Ti+6HCl\ {\xrightarrow {90^{o}C}}\ 2TiCl_{3}+3H_{2}\uparrow }}} Titan(II)xloridin durulaşdırılmış xlor turşusunda həll edilməsi nəticəsində: 2 T i C l 2 + 2 H C l → 2 T i C l 3 + H 2 ↑ {\displaystyle {\mathsf {2TiCl_{2}+2HCl\ {\xrightarrow {}}\ 2TiCl_{3}+H_{2}\uparrow }}} Titan xloridin hidrogen ilə reduksiya nəticəsində: 2 T i C l 4 + H 2 → 500 o C 2 T i C l 3 + 2 H C l {\displaystyle {\mathsf {2TiCl_{4}+H_{2}\ {\xrightarrow {500^{o}C}}\ 2TiCl_{3}+2HCl}}} Titan (IV) xloridin titan ilə reduksiya nəticəsində alınır: 3 T i C l 4 + T i → 500 o C 4 T i C l 3 {\displaystyle {\mathsf {3TiCl_{4}+Ti\ {\xrightarrow {500^{o}C}}\ 4TiCl_{3}}}} Titan (IV) xloridin elektrolizi ilə reduksiyası: 2 T i C l 4 → e − 2 T i C l 3 + C l 2 ↑ {\displaystyle {\mathsf {2TiCl_{4}\ {\xrightarrow {e^{-}}}\ 2TiCl_{3}+Cl_{2}\uparrow }}} == Kimyəvi xassələri == TiCl3 suda, etanolda yaxşı həll olur, dietil etirində, benzolda həll olunmur. Maye ammonyak ilə komplekslər əmələ gətirir [Ti(NH3)6]Cl3 və TiCl3 • 2NH3. Qızdırılıqda parçalanır 2 T i C l 3 → 440 − 700 o C T i C l 2 + T i C l 4 {\displaystyle {\mathsf {2TiCl_{3}\ {\xrightarrow {440-700^{o}C}}\ TiCl_{2}+TiCl_{4}}}} Inert atmosferdə qələvilərlə reaksiyaya girir: T i C l 3 + 3 N a O H → N 2 T i ( O H ) 3 ↓ + 3 N a C l {\displaystyle {\mathsf {TiCl_{3}+3NaOH\ {\xrightarrow {N_{2}}}\ Ti(OH)_{3}\downarrow +3NaCl}}} Havada reaksiya fərqli gedir: 2 T i C l 3 + 6 N a O H + O 2 → 2 T i O ( O H ) 2 ↓ + 6 N a C l + H 2 O 2 {\displaystyle {\mathsf {2TiCl_{3}+6NaOH+O_{2}\ {\xrightarrow {}}\ 2TiO(OH)_{2}\downarrow +6NaCl+H_{2}O_{2}}}} Turş mühitdə oksidləşir: 4 T i C l 3 + O 2 + 4 H C l + 6 H 2 O → P t 4 [ T i ( H 2 O ) 2 C l 4 ] {\displaystyle {\mathsf {4TiCl_{3}+O_{2}+4HCl+6H_{2}O\ {\xrightarrow {Pt}}\ 4[Ti(H_{2}O)_{2}Cl_{4}]}}} Sulu məhlulu tədricən havada və neytral mühitdə oksidləşir: 4 T i C l 3 + O 2 + 2 H 2 O → 4 T i O C l 2 + 4 H C l {\displaystyle {\mathsf {4TiCl_{3}+O_{2}+2H_{2}O\ {\xrightarrow {}}\ 4TiOCl_{2}+4HCl}}} Qələvi metalların xloridləri ilə kompleks duzlar əmələ gətirir: T i C l 3 + 2 K C l → K 2 [ T i ( H 2 O ) C l 5 ] {\displaystyle {\mathsf {TiCl_{3}+2KCl\ {\xrightarrow {}}\ K_{2}[Ti(H_{2}O)Cl_{5}]}}} == Tətbiqi == TiCl3, Tsiqler-Natta katalizatorun əsas hissəsidir, hansı ki, sənayedə polietilenin istehsalında məsul yer tutur. Üzvi sintezdə reagent kimi istifadə olunur. == İstinadlar == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., испр.
Titan(IV)sulfat
Titan (IV) sulfat Ti (SO4)2 - qeyri-üzvi bir birləşmədir, titan və sulfat turşusunun duzudur, rəngsiz kristallar su ilə hidroliz olunur. == Fiziki xassələri == Titan (IV) sulfat rəngsiz, yüksək dərəcədə higroskopik kristallar əmələ gətirir. == Alınması == Titan (IV) sulfatı kükürd (VI) oksidin titan (IV) xlorid ilə sintezi nəticəsində almaq olar: T i C l 4 + 6 S O 3 → T i ( S O 4 ) 2 + 2 S 2 O 5 C l 2 {\displaystyle {\mathsf {TiCl_{4}+6SO_{3}\ {\xrightarrow {}}\ Ti(SO_{4})_{2}+2S_{2}O_{5}Cl_{2}}}} == Kimyəvi xassələri == Titan (IV) sulfatı su ilə tamamilə hidroliz olunur: T i ( S O 4 ) 2 + H 2 O → T i O S O 4 + H 2 S O 4 {\displaystyle {\mathsf {Ti(SO_{4})_{2}+H_{2}O\ {\xrightarrow {}}\ TiOSO_{4}+H_{2}SO_{4}}}} == Tətbiqi == Titan (IV) sulfat kimyəvi birləşmələrin (məsələn, titan dioksid ) istehsalında istifadə olunur. == İstinadlar == Рипан Р., Четяну И. Неорганическая химия. Химия металлов. — М.: Мир, 1972. — Т. 2. — 871 с. Неорганическая химия / под ред. Ю.Д. Третьякова.
Titan (Saturnun peyki)
Titan — Günəş sistemində Saturn planetinin peykidir. Günəş sistemində Yerin cavanlığına bənzər göy cismi bilirik ki, Titan'dır. Maraq cəlb edən Titanı araşdırdıqda kəşf etdik ki, onda yağışlı mövsümlər mövcuddur. Bu mövsüm başlandıqda peykdə tufanlar, fırtınalar qopur, eləcə də, leysanlar gedir. Bunun nəticəsində peykin səthi eroziyaya məruz qalır. Bir də Yerdən fərqli olaraq Titanda 1 mövsümün müddəti 7.5 Yer ilinə bərabərdir. == Atmosferi == Onların üzərində orqanik və ya karbonla zəngin örtük var. Bu "metan qarı" ola bilər. Titan qatı fotokimyəvi dumanın içərisindədir. Buna görə Kassini onun üzərindəki obyektləri görmək üçün optik kameradan başqa alətlərdən istifadə etməli olur.
Attack on Titan: No Regrets
Attack on Titan: No Regrets (yap. 進撃の巨人 悔いなき選択) eyni adlı vizual roman əsasında Gun Snark tərəfindən yazılmış və Hikaru Suruqa tərəfindən illüstrasiya edilmiş Yapon manqa seriyasıdır. Serial Hajime İsayamanın məşhur Attack on Titan (進撃の巨人, Shingeki no Kyojin) manqası əsasında yazılmışdır. Hekayədə Levi Akkaman-ın Kəşfiyyat Birliyinə qoşulmazdan əvvəl başına gələnlərdən danışılır. Serial Yaponiyada "Kodansha" və ABŞ-də "Kodansha Comics" tərəfindən nəşr olunur. İki hissəli OVA 2014 və 2015-ci illərdə buraxıldı. == Süjet == Hekayə Attack on Titan əsasında yazılmışdır və Levinin yeraltı şəhərdə cinayətkar olduğu günlərdə, Ervin Smit-in onu Kəşfiyyat Birliyinə işə götürməzdən əvvəl iki ən yaxşı dostu İzabel Maqnoliya və Farlan Çurç ilə birlikdə olduğu zamanları izləyir. == Konsepsiya və inkişaf == Suruqa manqaya başlamazdan əvvəl onun baş redaktoru hekayənin əvvəlində Levinin və başqalarının yaşadığı Yeraltını daha yaxşı təsəvvür edə bilməsi üçün Metropolitan Ərazisinin Xarici Yeraltı Boşaltma Kanalına baş çəkməyi təklif etdi. Elə orada olarkən Suruqa ilk dəfə 18 metr hündürlüyündə Titanın nə qədər böyük olacağını təsəvvür edə bildi. Suruqa Levini çəkərkən onu Titana Hücumda olduğundan daha gənc göstərməyə çalışdı.
Attack on Titan personajlarının siyahısı
Attack on Titan manqası və anime seriyası Hacime İsayamanın yaratdığı geniş bədii personajlardan ibarətdir. Hekayə bəşəriyyətin nəhəng divarlarla əhatə olunmuş şəhərlərdə yaşadığı bir dünyada qurulur; insanların onları səbəbsiz yeyən nəhəng humanoid titanlara qarşı müdafiəsindən bəhs olunur. Hekayədə ilkin olaraq Eren Yeqa öz uşaqlıq dostları Mikasa Akkaman (ing. Mikasa Ackerman) və Armin Arlerto (ing. Armin Arlert) ilə birlikdə şəhərləri işğal edildikdən və Erenin anası titan tərəfindən yeyildikdən sonra titanlara qarşı döyüşmək üçün orduya qoşulur. Onlar 104-cü Təlim Korpusunun bir hissəsidir, məzunları Qarnizon Alayı (ing. Stationary Guard), Kəşfiyyat Birliyi (ing. Survey Corps) və Hərbi Polis Briqadası (ing. Military Police) da daxil olmaqla hərbi hissədə müxtəlif vəzifələr tuturlar. Sonradan məlum olur ki, divarların yerləşdiyi ərazi Paradis (パラディ, Paradi) adlanır və bura Eldiyanın (エルディア,Erudia) sonuncu ərazisidir.
Titan Group Sənaye Şirkətlər Birliyi
"Titan" batiskafının qəzası
18 iyun 2023-cü ildə Amerika turizm və ekspedisiya şirkəti olan OceanGate tərəfindən idarə olunan Titan sualtı gəmisi Kanadanın Nyufaundlend sahillərində, Şimali Atlantik Okeanında RMS Titanikin qalıqlarını görmək üçün ekspedisiya zamanı qəzaya uğrayıb. Sualtı gəminin qəzası nəticəsində bütün ekipaj üzvləri, OceanGate-in baş direktoru Stokton Raş, fransız dəniz tədqiqatçısı və Titanik araşdırmaları üzrə mütəxəssis Paul-Henri Narqeolet, ingilis milyarder və iş adamı Hamiş Hardinq, Pakistan əsilli britaniyalı milyarder və iş adamı Şahzadə Davud və Davudun oğlu Süleyman həlak olublar. Dalışından 1 saat 45 dəqiqə sonra Titanla əlaqə tamam kəsilib. Sualtı gəminin yoxa çıxmasından dörd gün sonra uzaqdan idarə olunan başqa bir sualtı nəqliyyat vasitəsi, Titanikin dağıntılarından təxminən 500 metr (1600 fut) aralıda Titanın hissələrinə bənzəyən bəzi qalıqlar aşkar edib.
"RMS Titanik"in sərnişinləri
Vayt Star Layn şirkətinin Olimpik sinfinə aid, ikinci gəmisi olan RMS Titanic-də, İngiltərənin Sauthempton limanından yola çıxaraq Nyu-Yorka, ümumilikdə 2224 nəfər səfər edirdi. Bu saya gəminin şəxsi heyəti də daxil idi. İlk səfəri, 14 aprel 1912-ci ildə, aysberqə çırpılaraq, 1500-dən çox insanın həlak olması ilə nəticələnmişdir. == Sərnişinlər == RMS Titanikdə səyahət edən 1317 nəfər sərnişin var idi. Onlardan, 324 nəfəri "birinci sinif sərnişinləri", 285 nəfəri, "ikinci sinif sərnişinləri", 708 nəfəri isə "üçüncü sinif sərnişinləri" idi.
Amorphophallus titanum
Amorphophallus titanum, titan arum, Araceae fəsiləsinin çiçəkli bitkisidir. Bu, dünyada ən böyük budaqsız çiçəklənməyə malikdir. Talipot xurma, Corypha umbraculifera, çiçəklənməsi daha böyükdür, lakin budaqsız deyil, budaqlanmışdır. A. titanum Sumatra üçün endemikdir. == Etimologiya == A. titanum adını Qədim Yunandan götürüb (ἄμορφος amorfos, "formasız, forması pozulmuş" + φαλλός phallos, "phallus" və Τιτάν Titan (mifologiya), "titan, nəhəng"). == Təsvir == Titan arumun çiçəklənmə hündürlüyü 3 m-dən (10 fut) çox ola bilər. Əlaqədar kuku pinti və kalla zanbağı kimi, böyük bir ləçək kimi bükülmüş çiçəklərdən ibarət ətirli spadiksdən ibarətdir. Titan arum vəziyyətində, spathe kənarda tünd yaşıl, içəridə isə tünd tünd qırmızı, dərin şırımlı teksturaya malikdir. Həm erkək, həm də dişi çiçəklər eyni çiçəklənmədə böyüyür. Əvvəlcə dişi çiçəklər açılır, sonra bir-iki gün sonra erkək çiçəklər açılır.
Bulbophyllum titanea
Bulbophyllum titanea (lat. Bulbophyllum titanea) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Heçlik, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir.Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. == Əsərin qısa məzmunu == Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır. Gəmi İngiltərədən ABŞ-a doğru yol alacaqdır.
Nahaq yerə, Titanın qəzası (roman)

RMS Titanic
Titanik (ing. RMS Titanic) — "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı.
RMS Titanik

Titanfall
Titanfall — Respawn Entertainment tərəfindən inkişaf etdirilən, Electronic Arts tərəfindən isə nəşri ediləcək olan videooyunudur.
Titanik
Titanik (ing. RMS Titanic) — "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı.
Titanik (film, 1997)
"Titanik" (ing. Titanic) — rejissor Ceyms Kemeronun filmi. 2 milyard $-dan çox gəlir götürən bu film kinemotoqrafiya tarixinin ən gəlirli və yaddaqalan filmlərindəndir. Film 11 Oskar mükafatına layiq görülmüşdür. == Məzmun == Real hadisə əsasında çəkilmiş əfsanəvi film. Filmdə Titanikin səyahətə başlayıb batmasına qədər davam edən 2 günün təsviri verilib. Film real hadisəyə əsaslansa da burada həmçinin məhəbbət xətti də var. Kasıb ailənin oğlu olan Cek (Leonardo Di Kaprio) Titanikin yola çıxmasına 5 dəqiqə qalmış qumarda gəmiyə bilet qazanır. Bu səyahətdə isə varlı ailənin qızı olan Rouzla (Keyt Uinslet) tanış olur. Rouz isə yaşadığı yüksək cəmiyyətin sıxıcı əyləncələrindən bezmişdir.
Titanik (gəmi)
Titanik (ing. RMS Titanic) — "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı.
Titanlar
Titanlar (yun. Τιτάν cəmdə Τιτάνες) — qədim yunan mifologiyasında Geya və Urandan törənmiş ya sonra gələn tanrılar, Kiklop (təpəgözlərin) və Hekatonxeyrlərin qardaş-bacılarıdırlar. Yunan mifologiyasına görə Geya dünyanın yaranmasında əsas hərəkətverici qüvvə olmuşdur. Uranla birləşərək ilk ilahi cütlüyü yaradaraq, bu nigahdan titanları dünyaya gətirmişdirlər. İlk olaraq Okean və Tefida cütlüyü dünyaya gətirilmiş onlardan isə çaylar və okeanlar törənmiş olur. Sonrakı dünyaya gəlmiş cütlük Hiperion və Teyadır ki, onlardan isə Helios (günəş), Selena və Eos törənmişlər. Növbəti doğulmuş Krios Geyanın dənizdən olan qazı Evribiyaya evlənərək Asteriya, Pallant və Persi dünyaya gətirmişlər. Sonra doğulmuş İapet Okean və Tefidanın qızı Klimenaya (Asiyaya) evlənərək, Atlant, Menetiy, Prometey və Epimeteyi dünyaya gətirmişlər. Nəhayət Kron və Reya cütlüyü sonrakı nəsil tanrılarını - baş Olimp ilahələrini: Demetra, Hestiya, Heranı və tanrılarını: Aid, Poseydon və Zevsi dünyaya gətirmişlər. İllər keçdikdən sonra Geya və Uran ayrilirlar.
Titanomaxiya
Titanomaxiya (yun. Τιτανομαχ Titanlar müharibəsi) — qədim yunan mifologiyasında Olimp tanrıları ilə titanların Ofris və Olimp dağları arasında qərar tutan müharibəsi. == Hakimiyyət uğrunda mübarizə == === Zevsin doğulması === Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçidiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən Reya ilahəsi Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar. === Qisas === Boyüyüb başa çatdıqdan sonra Zevs zəhər içirdərək atası Kronu əvvəlcə daşı , sonra uşaqları qusaraq geri qaytarmağa məcbur edir. Sonra Zevs bacı-qardaşları ilə birlikdə Kronun Tartara salmış olduğu yüzqollular və təpəgözləri azad edir və titanlara qarşı müharibə elan edirlər. Titanlar Ofris, Zevs və müttəfiqləri isə Olimp dağında qərar tuturlar.

Digər lüğətlərdə

водопрово́дный достове́рно небезрассу́дный нокда́ун хитрёшенек ага́ва анеми́чный истопта́ть квадриллио́н поклоня́ться порасти́ прия́тие тре́пел шерть azimuthal before block-printing karstenite pryer recalculation sign-up war-game whole радиоустановка снова