TİTRƏK

sif.
1. Titrəyən, titrər, əsən.
Arvad zəif, titrək əlilə uşağın başını oxşayıb ovutmağa çalışırdı. M.İbrahimov.
Nə xoşbəxtəm, bir yerdəyəm öz anamla indi mən; Əllərimi çəkməyirəm onun titrək əlindən. Z.Xəlil.

// Məc. mənada səs haqqında.
O gün sənin titrək laylan yollarıma işıq salır. Ə.Cavad.
Boğulmasın titrək səsin; Saçlarına dən düşməsin. S.Vurğun.

2. məc. Yanıb-sönən, sayrışan (işıq haqqında).
Yanır qəribanə kənd axşamları; Titrək işıqlarla məscid şamları. S.Vurğun.

3. Tərpənən, azacıq ləpələnən.
Titrək dəniz. – Elə uçur, qanadlanır ki; Onun tək zərifdir, titrəkdir Göygöl. N.Xəzri.

Омонимы

  • TİTRƏK TİTRƏK I is. bot. Azərbaycanda bitki adlarından biri. TİTRƏK II sif. Əsən, təlaşlı. O, titrək səslə danışırdı

Антонимы

  • TİTRƏK TİTRƏK – SAKİT Qızlarına söyləyirdi, titrək, boğuq bir səslə (R.Rüstəm); Sakit bir avazla oxumağa başladı
TİTRƏDİCİ
TİTRƏQUŞ
OBASTAN VİKİ
Titrək qovaq
Əsməqovaq və ya titrək qovaq (lat. Populus tremula L.) — Söyüd fəsiləsinə adi bitki növü Populus tremula L. (P. pseudotermula N. Rubtz., P. termula — var. P. microtermula Grossh.) Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. == Yarpaq == Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur == Çiçək: == Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. == Çiçəkləməsi == Mart == Meyvə verməsi == Mart-Aprel == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, bəzən Nax. dağ. Orta, nadir hallarda aşağı dağ qurşaqlarında. (850–2000 m d.s.y.) == Yaşayış mühiti == Meşələrdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Dərman kimi istifadə olunur.

Значение слова в других словарях

афори́зм пана́мский рассчита́ть це́лостно воздухонепроница́емый мотивиро́вка озагла́вливание пощёлкивание приво́лье прити́скиваться разверну́ться сукнова́л шлихта algal boxhead first estate glumly sectionalism set-up sheepshearer отработанный полузабытьё прокуривать разжиться умещать