Titulsuz lider
Dünya şöhrətli liderlik mütəxəssisi Robin Şarmanın Titulsuz lider əsəri bütün dünyada ən çox satılmış şəxsiyyətin inkişafı barəsində kitablardan biridir.
Valideynlərinin öldürülməsindən sonra mənəvi sarsıntı keçirən Bleyk Devis heç bir işdə uğur qazana bilmir. Bir müddət orduya yazılan Bleyk İraqa müharibəyə yollanır. Müharibə onun psixologiyasına daha çox təsir edir və o, müharibədən qayıtdıqdan sonra sivil həyata uyğunlaşa bilmir. Kitab mağazasında satıcı işləməyə başlasa da, Bleyk Devis hələ də şəxsi həyatından narazı və iş həyatında uğursuzdur. Onun həyatı bir bazarertəsi səhəri Bleykin işlədiyi mağazaya həmin mağazanın başqa bir filialından gələn digər işçi-Tomi Flinlə tanışlıqdan sonra müsbət mənada dəyişir. Bleykin atasının köhnə dostu olan Tommi işində bir çox uğurlara imza atmış, hörmət edilən bir şəxsdir. Bu qəribə şəxs Bleykin həyatını dəyişdirmək fikrindədir və o, Bleyki titulsuz liderlik etmə fəlsəfəsi ilə böyük uğurlar qazanmış 4 müəllimlə tanış edir. Bu adamlarla tanışlıq Bleykin həm iş, həm də şəxsi həyatını kökündən dəyişir.