TİZTƏB
TOHİ
OBASTAN VİKİ
Tofiq
Tofiq və ya Tofik — Kişi adı. Tofiq Babayev Tofiq Babayev (bəstəkar) — bəstəkar Tofiq Babayev (general-mayor) — Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Tofiq Babayev (alim) — Tofiq İsmayılov Tofiq İsmayılov (rejissor) — Azərbaycan kino rejissoru və aktyoru, kinodramaturq, nasir Tofiq İsmayılov (akademik) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi Tofiq Hacıyev Tofiq Hacıyev (akademik) — Alim, türkoloq, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü-akademik. Tofiq Hacıyev (professor) — Alim, müasir azərbaycan dilçisi, filologiya elmləri doktoru-professor. Tofiq Hacıyev (siyasətçi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, təhsil işçisi, Tofiq Hüseynov Tofiq Hüseynov (aktyor) — Azərbaycan aktyoru. Tofiq Hüseynov (alim) — İqtisad elmləri doktoru Tofiq Hüseynov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Tofiq Hüseynov (Cavad oğlu) — Şəmkir rayonu İcra hakimiyyətinin sabiq başçısı Tofiq Hüseynov (professor) — Alim, filologiya elmləri doktoru, Professor. Tofiq Kərimov Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqraf Tofiq Məmmədov Tofiq Məmmədov (rejissor) — Azərbaycan kinorejissoru. Tofiq Məmmədov (botanik) — AMEA-nın Mərdəkan Dendrarisinin direktoru. Tofiq Hüseyn — şair, publisist, "Tərəqqi" medalına layiq görülüb (2005).
Qara Tofiq
Tofiq Hüseynli, Tofiq Hüseynov və ya Qara Tofiq (1952, Qovlar, Tovuz rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992), sabiq Kənd təsərrüfatı naziri (1993), Müsavat Partiyasının sabiq başqan müşaviri. 1952-ci ildə Tovuz rayon Qovlar qəsəbəsində anadan olub. 1977-ci ildə Politexnik İnstitunun texnologiya fakültəsini bitirib və həmin ildən Tovuz rayon İstehsalat Kombunatında Texniki-Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978–1979-cu illərdə 98 saylı Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini işləyib. 1989-cu ildə Azərbaycan Xalq Hərəkatına qoşulmuşdur. 20 yanvar 1990-cı il tarixində Kommunist Partiyasının üzvlüyündən imtina etmişdir. Tovuzda AXC şöbəsinin təşkilatçılarından və liderlərindən olmuşdur. 1991-ci ilin aprel ayından Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyib. 1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 4 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərüfatı naziri təyin edilib.
Tofiq Abasov
Tofiq Abasov (tam adı Tofiq Teymur oğlu Abasov; d.11 yanvar 1924; Bakı – ö.21 fevral 2005; Bakı) – Azərbaycan idmançısı, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), SSRİ əməkdar məşqçisi (1960), professor (1988). Tofiq Abasov 11 yanvar 1924-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. Tofiq Abasov həmçinin Böyük Vətən müharibəsi iştirakçısı olmuş, 2005-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir. 1952–77-ci illərdə Respublikanın basketbol yığma komandasının baş məşqçisi, 1976–96-cı illərdəə isə Azərbaycan Basketbol Federasiyasının prezidenti olmuşdur. 1947–51-ci illərdə basketbol üzrə dəfələrlə Azərbaycan çempionu olmuşdur. Qırmızı Bayraq, I dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur.
Tofiq Abasquliyev
Tofiq Abasquliyev – dilçi alim, Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzinin direktoru. Abasquliyev Tofiq Əsgər oğlu 1927-ci ildə Füzuli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, orta məktəbdə müəllim və direktor vəzifələrində çalışmışdır. Sonra Azərbaycan Xarici Dillər İnstitutunun İngilis-Azərbaycan fakültəsini də fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və İngilis dili kafedrasında çalışmış, Xəzər Universitetinin İngilis dili kafedrasına (departmentinə) başçılıq etmişdir. Tofiq Abasquliyev 1992-ci ildən başlayaraq pedaqoji və elmi fəaliyyətini əsasən Xəzər Universitetində davam etdirmiş, hal-hazırda Xəzər Universitetinin professoru və "Lüğət və Ensiklopediya Mərkəzi"nin müdiri vəzifələrində elmi-təşkilati işlə məşğuldur. Tofiq Abasquliyevin elmi işləri İngilis dilinin qramatikası, Terminologiya və Tərcümə, Frazeologiya və Leksikoqrafiya sahələri üzrədir. "İngilis Atalar Sözləri və Onların Azərbaycanca, Rusca Qarşılıqları" adlı kitabı ("Elm", Bakı, 1981) 1012 ingilis atalar sözü və zərbi-məsəlin azərbaycanca və rusca tərcüməsinə, uyğun qarşılığının tapılmasına və onların şərhinə həsr olunmuşdur. Tofiq Abasquliyev bircildli "Azərbaycanca-İngiliscə Lüğət" (redaktoru O. Musayev) müəlliflərindən biridir. "Khazar English — Azerbaijani Comprehensive Dictionary" in 6 volumes ("Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət" (6 cilddə)) adlı sanballı 6 cildli əsər Tofiq Abasquliyevin müdiri olduğu "Lüğət və Ensiklopedia Mərkəzi"ndə yazılmışdır.
Tofiq Abbasov
Tofiq Abbasov (politoloq)
Tofiq Aslanov
Tofiq Həzi oğlu Aslanov (10 dekabr 1934, Ovruç[d], Kiyev vilayəti – 25 sentyabr 2003, Bakı) – 1980–1988-ci illərdə Azərbaycan SSR daxili işlər nazirinin müavini. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun oğlu. Tofiq Aslanov 1934-cü il dekabrın 10-da Ukraynanın Jitomir vilayətinin Ovruç şəhərində anadan olub. 1952-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1957-ci ilin avqustundan 1988-ci ilə kimi Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət edib. 1957–1973-cü illərdə Almatı şəhərinin Nərimanov, Nəsimi, Leninski rayon daxili işlər orqanlarında əməliyyatçı, müstəntiq, müstəntiq, böyük müstəntiq, istintaq şöbəsinin rəisi vəzifələrində çalışıb. Bakı, Bakı Şəhər İcraiyyə Komitəsində və Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 29 mart 1973-cü ildən 16 iyun 1980-ci ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəisi, 16 iyun 1980-ci ildən 24 iyun 1988-ci ilə kimi isə daxili işlər nazirin müavini və birinci müavini vəzifələrində çalışıb. SSRİ Nazirlər Sovetinin 3 noyabr 1982-ci il tarixli 961 nömrəli Fərmanı və SSRİ Daxili İşlər Nazirliyinin 3 noyabr 1982-ci il tarixli, 436 nömrəli əmri ilə Tofiq Aslanova milis general-mayoru rütbəsi verilib. SSRİ Daxili İşlər Nazirliyinin 1 sentyabr 1988-ci il tarixli 289 saylı əmri ilə Aslanov müəyyən edilmiş forma geyinmək hüququ ilə təqaüdə göndərilib.
Tofiq Kənan
Tofiq Kənan (ərəb. توفيق كنعان‎; 24 sentyabr 1882 – 15 yanvar 1964, Şərqi Qüds) — qabaqcıl fələstinli həkim, tibb tədqiqatçısı, etnoqraf və Fələstin millətçisi. O, Osmanlı imperiyası dövründə Beyt Jalədə doğulub və Birinci Dünya Müharibəsi zamanı Osmanlı ordusunda tibb zabiti kimi xidmət edib. Britaniya hakimiyyəti dövründə o, 1944-cü ildə yaradılmış Fələstin Ərəb Tibb Assosiasiyasının ilk prezidenti və 1948-ci il müharibəsindən əvvəl, müharibə zamanı və sonrası Yerusəlimdə bir neçə xəstəxananın direktoru vəzifəsində çalışıb. Tibbi karyerası ərzində o, Fələstində tropik təbabət, bakteriologiya, malyariya, vərəm və sanitar vəziyyət kimi mövzularda otuz yeddidən çox elmi işin müəllifi olub və cüzam xəstəliyinin müalicəsi üçün tədqiqatlara töhfə verib. Fələstin folkloruna, xalq inanclarına və xurafatlarına dərin maraq göstərən Kənan müalicəvi və qoruyucu xüsusiyyətlərə malik olduğuna inanılan 1400-dən çox amulet və talismanik əşyalar toplayıb. Onun bu obyektlər və digər məşhur xalq adətləri və təcrübələri haqqında dərc etdirdiyi təhlillər ona etnoqraf və antropoloq kimi tanıdıb. Onun müxtəlif kitabları və ingilis və alman dillərində 50-dən çox məqaləsi Fələstin və Yaxın Şərq irsinin tədqiqatçıları üçün dəyərli mənbə rolunu oynayır. Kənan ərəbcə də əsərlər nəşr etdirirdi və ivrit dilini mükəmməl bilirdi. Açıq sözlü ictimai xadim olan Kənan, İngilis imperializmi və sionizmi ilə mübarizə aparmaq üçün Fələstin məsələsi ilə bağlı iki kitab yazdı.
Tofiq Əzizov
Tofiq Müseyib oğlu Əzizov (18 yanvar 1932, Bakı – 3 dekabr 1998, Bakı) — Azərbaycan mühəndis-konstruktoru və dövlət xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (1995–1998), Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri (1995–1996), Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi (1992), Azərbaycan SSR əməkdar mühəndisi (1981). Tofiq Müseyib oğlu Əzizov 1932-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə Bakı Rabitə Texnikumunu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamış, 1953–1954-cü illərdə Bakı radio zavodunda tənzimləyici, sex ustası vəzifələrində çalışmışdır. 1955-ci ildə Bonç-Bruyeviç adına Leninqrad Radiotexnika və Rabitə İnstitutuna daxil olmuş və 1958-ci ildə buranı bitirmişdir. Tofiq Əzizov 1958–1961-ci illərdə Leninqrad Xüsusi Konstruktor Bürosunda aparıcı konstruktor, 1961-ci ildən 1969-cu ilədək Bakıda "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunda baş layihə konstruktoru olmuş, 1969–1974-cü illərdə Bakı "Mikrosxemtexnika" xüsusi konstruktor bürosunda və "Neftsənayegeofizika" Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. 1974-cü ildən SSRİ Gəmiqayırma Sənayesi Nazirliyi "Nord" Elm-İstehsalat İnstitutunun direktoru, 1983-cü ildən onun bazasında yaradılan "Nord" Elm-İstehsalat Birliyinin baş direktoru olmuşdur. Tofiq Əzizov 1995-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilmiş, 1995–1996-cı illərdə paralel olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində çalışmışdır. Tofiq Əzizov Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Dəfələrlə Bakı Şəhər Xalq Deputatları Sovetinin, eləcə də 1990-cı ildə Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komissiyasının sədri olmuşdur. Azərbaycan Milli Yaradacılıq Akademiyasının texnika doktoru (1990), professor (1994) adlarına layiq görülmüşdür.
Tofiq Qafarov
Tofiq Qafarov (tam adı: Tofiq Mikayıl oğlu Qafarov; 13.03.1931, Bakı – 02.09.1995, Bakı) – azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının müdiri (1987–1995), Azərbaycan Respublikasının əməkdar elm xadimi. Tofiq Qafarov 1931-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1949-cu ildə Bakı şəhərində orta məktəbi başa vurduqdan sonra Moskva Hüquq İnstituna daxil olmuş və oradakı təhsilini 1953-cü ildə bitirmişdir. 1954–1958-ci illərdə Azərbaycan Ali Məhkəməsində baş məsləhətçi vəzifəsində işləmişdir. Yüksək peşəkarlıq səviyyəsinə görə Azərbaycan Ali Soveti Rəyasət heyətinə dəvət edilərək burada Referent vəzifəsində çalışmışdır. Prof. T. M. Qafarov 1995-ci il avqustun 30-da avtomobil qəzasında faciəli şəkildə vəfat etmişdir. Prof. Tofiq Mikayıl oğlu Qafarov Azərbaycan hüquqşünaslar irsinin görkəmli nümayəndəsi olaraq cinayət hüququ üzrə elmi məktəbin inkişafını təmin etmişdir. Tofiq Qafarov 1962-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını, 1973-cü ildə isə "Sovet cinayət hüququnda residiv problemi" adlı doktorluq dissertasiyasını müdafiə etmiş, 1978-ci ildə ona professor adı verilmişdir.
Tofiq Vəkilov
Tofiq Balo oğlu Vəkilov (1929, Naxçıvan – 6 oktyabr 1967, Bakı) — Ordubad rayonunun infrastrukturunun inkişafında kəndlərin elektrikləşdirilməsində xüsusi rol oynayıb. Tofiq Vəkilov 1929-cu ildə Naxçıvan şəhərində doğulub. Naxçıvanda tibb məktəbini bitirdikdən sonra iki il tibb sahəsində çalışıb. 1949–1953-cü illərdə Azərbaycan Dövlət Xalq Təsəsrrüfatı İnstitutunu bitirib. Bir müddət Naxçıvan MSSR plan komitəsində məsul vəzifədə işləmişdir. 1962–1964-cü ildə Ordubad rayon Partiya Komitəsinin Birinci katibi vəzifəsində çalışıb. 1964–1967-ci illərdə Naxçıvan şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilib. 1967-ci ildə Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyətinin katibi vəzifəsinə təyin edilib. Xəstəliklə əlaqədar bir müddət Bakıda Respublika Müalicə Komissiyasında müalicə alır. 6 oktyabr 1967-ci ildə 38 yaşında dünyasını dəyişib.
Tofiq İlham
Tofiq İlham və ya Tofiq Eynəli oğlu Şahbazov (9 avqust 1941, Qızılavar, Masallı rayonu – 30 may 2000) — talışəsilli Azərbaycan şairi, yazıçısı, publisisti, Azərbaycan Yazıçılar İttifaqının üzvü. Tofiq Eynəli oğlu Şahbazov 9 avqust 1941-ci ildə SSRİ respublikalarından olan Azərbaycan SSR-nin Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. Dövlət məmuru və kolxozçu ailəsində anadan olmuşdur. 9 yaşında məktəbə getmişdir. 14 yaşında hər iki gözündə birdən-birə görmə qabiliyyətini itirməyə başlamışdır. Görmə qabiliyyətinin kəskin azalmasından sonra xüsusi internat məktəbində təhsilini davam etdirmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1968-ci ildə filologiya fakültəsini bitirmiş və elə həmin il doğulduğu Qızılavar kəndində müəllim işləməyə başlamışdır. Bəzi dövrlərdə səhhətindəki problemlərə görə dərs deməmişdir. Ömrünün sonuna kimi Qızılavar kəndinin orta məktəbində ədəbiyyat müəllimliyini davam etdirmiş və 32 il orada çalışmışdır.
Tofiq Hüseynoğlu
Tofiq Hüseyn oğlu Hüseynov (21 aprel 1938, Göycəli, Qazax rayonu – 2 may 2020, Moskva) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Professor, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri. == Həyatı == Tofiq Hüseynov 1938-ci il aprelin 21-də Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində qulluqçu ailəsində anadan olmuşdur. Ağstafa şəhər dəmir yol məktəbi, Göyçəli və Həsənsu kəndlərində orta təhsil almışdır. 1961-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdir. "Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və "Qan içində" romanı" mövzusunda namizədlik (1975), "Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı" mövzusunda doktorluq (1990) dissertasiyasını müdafiə edib. == Elmi fəaliyyəti == === Pedaqoji fəaliyyəti === İmişli rayonu və Qazax rayonunun Bəyazatlı kənd məktəblərində müəllim işləmişdir. (1961–1968) Azərbaycan Milli Ensiklopediyasında redaktor və BDU-da qiyabi təhsil şöbəsinin məsləhət məntəqə müdiri, metodist çalışıb. (1968–1975) Bakı Dövlət Universitetinin "Müasir Azərbaycan ədəbiyyatı" kafedrasında işləyir (1976-cı ildən) Ali təhsilin bakalavr pilləsində Müasir ədəbi proses, magistr pilləsində isə Müasir Azərbaycan ədəbiyyatının aktual problemləri və Elmin müasir problemləri fənlərindən dərslər aparır. 121 məqalə, 5 monoqrafiya, 3 kitab (dərslik, şərikli) müəllifidir. Rəhbərliyi ilə 5 nəfər elmlər namizədi dərəcəsi alıb, 5 dissertant və aspirantı var.
Tofiq Abdin
Tofiq Məhərrəmoğlu (Tofiq Abdin 1 sentyabr 1941, Qırmızıkənd, Neftçala rayonu – 24 fevral 2014) — azərbaycanlı publisist, yazıçı. Tofiq Məhərrəmoğlu 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993–2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Uzun müddət "Ədalət" qəzetində türk ədəbiyyatının təbliğiylə məşğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illər dövrü mətbuatda müntəzəm çıxış edib. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.
Tofiq Abdullayev
Tofiq Əlövsət oğlu Abdullayev (1 aprel 1948, Məlikçobanlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri (2012-ci ildən), siyasi xadim, filoloq. 1948-ci il aprel ayının 1-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Tofiq Əlövsət oğlu Abdullayev Əlcəzair, İraq və Yəmən Demokratik Respublikasında tərcüməçi işləmiş, 20 ilə yaxın Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmışdır. 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində işləyir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı və Türkiyədəki səfirliklərində müşavir vəzifəsində çalışır. 2006–2012-ci illərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanında və eyni zamanda Yəməndə, Oman Sultanlığında, Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri və İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının Daimi Nümayəndəsi olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiridir.
Tofiq Allahverdiyev
Tofiq Əliheydər oğlu Allahverdiyev (18 fevral 1917, Bakı – 9 iyun 1987, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri (1966–1982), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1955–1961), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1948–1950), SSRİ Ali Sovetinin (III və V çağırış) və Azərbaycan SSR Ali Sovetinin (III, VII–X çağırış) deputatı. Tofiq Əliheydər oğlu Allahverdiyev 1917-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1930-cu ildə yeddiillik məktəbini başa vuraraq fabrik-zavod şagirdliyi məktəbində oxumuş və burada komsomol üzvü olmuşdur. 1934-cü ildə fabrik-zavod şagirdliyi məktəbini bitirdikdən sonra Paris kommunası adına zavodun komsomol təşkilatında çalışmışdır. 1935-ci ildə hazırlıq kurslarını bitərərək Azərbaycan Sənaye İnstitutunun tələbəsi olmuş, institutun komsomol komitəsinin katibi seçilmişdir. Ardınca o, Azərbaycan LKGİ Bakı Şəhər Komitəsinin Məktəbli gənclər şöbəsinin müdiri, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin Kadr və təşkilat-təlimat şöbəsinin müdiri olmuşdur. 1940-cı ildə Azərbaycan Sənaye İnstitutunu mədən mühəndisi ixtisası üzrə bitirən Tofiq Allahverdiyev həmin il Azərbaycan LKGİ Bakı Komitəsinin katibi seçilmiş və 1942-ci ilədək bu vəzifədə çalışmışdır. 1942-ci ilin yanvar ayından Fəhlə-Kəndli Qırmızı Ordusunda xidmət etmişdir. Böyük Vətən müharibəsi iştirakçısı kimi o, atıcı diviziyanın siyasi şöbəsində hərbi xidmət keçmişdir. Yaralandıqdan sonra ordudan tərxis edilmiş, yenidən komsomol işinə qayıtmışdır.
Tofiq Alxazov
Tofiq Həsən oğlu Alxazov (27 sentyabr 1932, Bakı, Azərbaycan SSR, SSRİ – 2020) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1969), professor (1971), AMEA-nın müxbir üzvü (1989). Tofiq Alxazov 27 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinu Mühəndis texnoloq ixtisası üzrə bitirib. Tofiq Alxazov 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını alıb. O, fiziki kimya ixtisası üzrə professordur. 1989-cu ildə AMEA-nın (əsas kimyəvi kinetika və kataliz) müxbir üzvü seçilib. İlk təcrübədə alkilaromatik karbohidrogenlərin oksidləşmə yolu ilə dehidrogenləşmə prosesinin yerinə yetirmə mümkünlüyü göstərilmişdir, bərk oksid katalizatorlar üzərində sıxlaşma məhsullarının əmələ gəlməsi prosesində oksigenin rolu göstərilmişdir, hidrogen-sulfidin elementar kükürdə qədər oksidləşməsi üçün dünyada ən yaxşı yüksək selektiv katalizatorları işlənmişdir. Tofiq Alxazovun rəhbərliyi ilə yaradılan Ekoloji kataliz problem laboratoriyasında təbii qazın və sənaye qazlarının kükürd tərkibli birləşmələrdən təmizlənməsi, zərərsizləşdirilməsi və elementar kükürdün alınması, daxili yanma karbüratoru və dizel mühərriklərinin tullantı qazlarının toksik birləşmələrdən təmizlənməsi, hidrogensulfidin havanın oksigeninin iştirakı ilə bir mərhələdə sulfat turşusuna oksidləşməsi, sənaye tullantı qazlarının tərkibində karbohidrogen qalıqlarının və dəm qazının tam oksidləşməsi prosesləri işlənib hazırlanıb. Kimyaçı alimin rəhbərliyi altında 40 namizədlik və 5 doktorluq dissertasiyası müdafizə olunub. Tofiq Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifi olub.
Tofiq Axundov
Tofiq Hüseyn oğlu Axundov (rus. Тофик Гусейнович Ахундов; 28 noyabr 1941, Bakı) — Azərbaycan əsilli rusiyalı sirk artisti və heyvan təlimçisi. Rusiyanın və Azərbaycan SSR xalq artisti. Tofiq Axundov 28 noyabr 1941-ci ildə Bakı şəhərində rəssam və aktyor Hüseyn Axundovun ailəsində anadan olub. 1965-ci ildə Dövlət Sirk və Estrada Sənəti Məktəbini bitirib. Elə həmin ildən də "Rosqossirk"də işləməyə başlayıb. O, həyat yoldaşı Lyudmila Axundova ilə birlikdə "Rəqs edən begemotlar" proqramı ilə dünyanın 30-dan artıq ölkəsində çıxış edib. 2011-ci ilin martında Bakı Dövlət Sirkinin dəvəti ilə Tofiq Axundov Bakıda da konsert proqramı ilə çıxış edib. Rusiya Federasiyasının əməkdar artisti (RF Prezidentinin fərmanı, 23.12.2001 № 1473). Rusiya Federasiyasının xalq artisti (RF Prezidentinin 21 mart 2012-ci il tarixli 315 saylı fərmanı).
Tofiq Ağababayev
Tofiq Məmmədəli oğlu Ağababayev (d. 8 sentyabr 1928, Bakı) — Azərbaycanın xalq rəssamı (2007), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda hərbçi ailəsində anadan olub. Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinin rənkarlıq şöbəsinə daxil olub (1946-51). Rəssam 1953-59-cu illərdə Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının (keçmiş V.Muxina adına Ali Bədii-Sənaye rəssamlıq məktəbi) keramika-şüşə fakültəsində təhsil alaraq, şüşə-keramika ixtisasına yiyələnib. Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. "Azərbaycan lirikası" triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində "Azərbaycan sirki" mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb ("Zorxana" və s., smalta, 1967). Bakıda uşaq dəmir yolu parkı yaxınlığında miniatür üslubda "Bahar" mozaik pannosu (mərmər, smalta, 1970), həmçinin "Abşeron qoruğu", "Bakı nefti cəbhəyə", "Meşəbəyi", "Torpağın nəfəsi", "May, 1945-ci il, Bakı" və s. dekorativ əsərləri diqqəti cəlb edir. Yağlı boya ilə işlənmiş portretləri: "Tələbə qız" (1972); "Akademik Z.Bünyadov" (1978); "Akademik İ.Orucova" (1978); "Şah İsmayıl" (1988–89); "Ü.Hacıbəyov" (1992).
Tofiq Ağahüseynov
Tofiq Ağahüseynov — (tam adı: Tofiq Yaqub oğlu Ağahüseynov (1 fevral 1923, Nuxa – 12 may 2021, Bakı) — SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk və yeganə azərbaycanlı. Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub. 1930-cu ildə T.Ağahüseynov atası, anası, özündən böyük iki qardaşından ibarət olan ailəsi ilə birlikdə yeddi yaşında olarkən Bakıya köçüblər. Orta məktəbi Bakıda bitirib. 4-cü sinifi bitirərkən T.Ağahüsyenov bərk xəstələnir. Ayağa qalxmaq belə iqtidarında olmayan Ağahüseynov buna görə Mərdəkandakı uşaq sanatoriyasına göndərilir. Sonralar səhhəti yaxşılaşan Ağahüseynov 10-cu sinifi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Sənaye İnstitunun energetika fakültəsinə verir. 1941-ci ilin sentyabrında isə o, Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Bir il yarımdan sonra Tofiq leytenant rütbəsi alır və bu rütbə ilə Bakıdan ayrılmalı olur. 1944-cü ilin yanvarında Sağsahil Ukraynada Sovet qoşunlarının hücumları başlandı.
Tofiq Ağaquliyev
Tofiq Babanlı
Tofiq Xanlar oğlu Babanlı (14 fevral 1937, Naxçıvan – 10 yanvar 2022, Bakı) — Məşhur boksçu, SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Beynəlxalq dərəcəli hakim (1995), Prezident fərdi təqaüdçüsü (2002), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006), 1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi olaraq fəaliyyət göstərmişdir. Tofiq Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Əslən Qazax rayonunun Muğanlı kəndindəndir. Onun atası Xanlar Babanlı istedadlı artist və 1941-1944-ci illərdə fəaliyyət göstərmiş igid partizan olmuşdur, lakin müharibədə xəyanət nəticəsində həlak olduğundan Azərbaycana dönə bilməmişdir, anası Böyük Xanım Babanlı ixtisasca həkim, əslən Bakı zadəganları nəslindən olmuş, lakin Çar Rusiyası dövründən başlayan siyasətin davamı olaraq Sovet hakimiyyəti illərində digər zadəgan ailələri kimi Tofiq Babanlının anasının da ailəsi öz xüsusi statuslarını itirmişdilər. Tofiq Babanlı Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib. 1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatcısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb.
Tofiq Babayev
Tofiq Babayev (bəstəkar) — bəstəkar
Tofiq Bakiniski
Tofiq Əli oğlu Əhmədov (rus. Тофиг Али оглы Ахмедов; 6 iyun 1951, Bakı – 2006, Rusiya) — azərbaycanlı kriminal avtoritet, qanuni oğru. Tofiq Bakiniski 6 iyun 1951-ci ildə Bakıda anadan olub. Tofiq Bakinski ləqəbli Tofiq Əhmədov məşhur oğru Yaponçiklə bir vaxtlar çox yaxın olmuşdur.
Tofiq Bakinskiy
Tofiq Əli oğlu Əhmədov (rus. Тофиг Али оглы Ахмедов; 6 iyun 1951, Bakı – 2006, Rusiya) — azərbaycanlı kriminal avtoritet, qanuni oğru. Tofiq Bakiniski 6 iyun 1951-ci ildə Bakıda anadan olub. Tofiq Bakinski ləqəbli Tofiq Əhmədov məşhur oğru Yaponçiklə bir vaxtlar çox yaxın olmuşdur.
Tofiq Bakıxanov
Tofiq Bakıxanov (tam adı: Tofiq Əhmədağa oğlu Bakıxanov; 8 dekabr 1930, Bakı) — Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1983). Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun (təxəllüsü Qüdsi) nəticəsidir. Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almış, buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Q. Qarayevin sinfi) bitirmişdir. Tələbəlik illərində T. Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır. T. Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir. Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Elnarə Tofiqqızı
Elnarə Niftəliyeva və ya Elnarə Tofiqqızı (tam adı:Niftəliyeva Elnarə Tofiq qızı) — ədəbi tənqidçi, Milli Kitab Mükafatının ekspert qrupunun üzvü, 2012–2013-cü illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı. == Həyatı və təhsili == Elnarə Tofiqqızı 1977-ci il 24 dekabrda Yevlaxda anadan olmuşdur. Yevlax şəhərindəki 4 saylı orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bakalavr (1994–1998) və magistr (1998–2000) pillələri üzrə qırmızı diplomla bitirib. E.Tofiqqızı 2013-cü il 20 sentyabrda "Medi Sina" klinikasında cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişmişdir. == Ailəsi == Anar Niftəliyevlə ailəli olub. İki övladları var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2001–2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun folklor ixtisası üzrə aspirantı olub. 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibliyində çalışıb, 2002-ci ildən AMEA Ədəbiyyat İnstitutunun Folklor Mərkəzində, daha sonra isə Folklor İnstitutunda elmi işçi olub. 2011-ci ildən Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekan müavini, 2012-ci ildən isə dekanı olub.
Filmlərim həyatımın mənasıdır... Tofiq Tağızadə (film, 2015)
Filmlərim həyatımın mənasıdır... Tofiq Tağızadə — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinorejissor, Azərbaycanın xalq artisti Tofiq Tağızadənin həyat və yaradıcılığından söhbət açılır. == Film haqqında == Filmdə "Sirk", "Görüş", "Uzaq sahillərdə", "Əmək və qızılgül", "Arşın mal alan", "Arşın mal alan", ""Anlamaq istəyirəm", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm...", "Matteo Falkone", "Dədə Qorqud", "O dünyadan salam", "Bəxt üzüyü", "Qaladan tapılan mücrü", "Qızıl qaz", "Ac həriflər", "Babamızın babasının babası", "Bağ mövsümü" filmlərindəki kadrlardan istifadə edilmişdir. == Səhvlər == Orfoqrafik: Filmdə "Mən ki gözəl deyildim" filmindən fraqment verilərkən, subtitrlərdə ki ədatından sonra səhvən vergül qoyulmuşdur. Xronoloji: Filmdə "Yeddi oğul istərəm..." filminin ekranlara 1971-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 7 sentyabr 1970-ci ildə ekranlara çıxmışdı. Orfoqrafik: Filmdə "Matteo Falkone" filmindən fraqment verilərkən, subtitrlərdə Matteo əvəzinə Mateo yazılır.
Hakim mərkəzi göstərir... Tofiq Bəhramov
== Məzmunu == Film ilk Azərbaycanlı FİFA futbol referesi Tofiq Bəhramova həsr olunub. İngilis futbol mütəxəssisi Ramseyin bu fikrini həmişə özünə aid edərdi Tofiq Bəhramov: "Futbol mənim həyatımdır. Mən isə yaşamaq istəyirəm..." Adı Azərbaycan futbol hakimləri məktəbinin baniləri sırasında çəkilən, Tofiq Bəhramov özündən sonra gələn futbil hakimlərinin mənəvu ustadıdır... Əlbəttə, ilk Azərbaycanlı FİFA referisinin fəaliyyəti gələcək nəsillər üçün əsl örnək mənbəyidir. Tofiq Bəhramovun adı Müstəqil Azərbaycanın ən iri futbol meydanının ünvan göstəricisidir. Tofiq Bəhramovun adı zirvədə dayanan mayak kimi həmişə ucalıqlara aparan yolu nişan verir.... 1966-cı il, iyulun 30-u, Londonun "Uembli" stadionunda 100 min tamaşaçının izlədiyi, 7-ci dünya çempionatının İngiltərə — AFR yığma komandaları arasında keçirilən final oyununun 100-cü, əlavə vaxtın 10-cu dəqiqəsi. İngilislər qol deyib əllərini havaya qaldırır... Almanlar heç nə baş verməmiş kimi sakitdirlər.... Stadion sukut içindədir...
Kavalalı Tofiq Paşa
Kavalalı Tofiq Paşa (d. 30 aprel 1852 - ö. 7 yanvar 1892) — Misir xidivi (1879-1892). == Həyatı == === İlk illəri === 30 aprel 1852-ci ildə Qahirədə dünyaya gəldi. Atası Misirin ilk xidivi Kavalalı İsmayıl Paşa, anası onun xanımlarından Şəfəqnur xanımdır. Təhsil həyatlarının bir hissəsini xaricdə tamamlayan qardaşlarından fərqli olaraq, Mehmed Tofiq öncə Menyel, daha sonra isə Təchiziyyə mədrəsələrində təhsil aldı. Vəliəhd olaraq böyüdüldüyü üçün ərəbcə ilə yanaşı, türkcə, farsca, fransızca və ingiliscə öyrəndi. Atasının xarici ölkələrə etdiyi səyahətlərdə onu naib olaraq əvəz etdi. 19 yaşında xüsusi məclis rəisi, 1879-cu ildə isə vəzir məclisi rəisi təyin edildi. === Misir xidivliyi === Misirin getdikcə artan xarici borclarını ödəyə bilməməsi borcverən ölkələrin Misir maliyyəsini ələ alması ilə nəticələndi.
Sevinc Tofiqqızı
Sevinc Tofiqqızı – Azərbaycan bəstəkarı, musiqişünası və aktrisası. Sevinc Tofiqqızı 1969-cu ildə Bakı şəhərində anadan olub. Bakıda 82 saylı orta məktəbdə ibtidai təhsil alıb. Moskva Dövlət Universitetinin musiqişünaslıq fakültəsini, Bakıda musiqi üzrə fortepiono şöbəsini bitirib. İki övladı var. Bir sıra müğənnilərə (Aslan Hüseynov, Flora Kərimova, Nadir Qafarzadə, Vüqar Muradov və s.) mahnılar bəstələyib. Eyni zamanda bir neçə seriala çəkilib. Region TV-də yayımlanan "Babayevlər ailəsi" serialında rol alıb. Hazırda "Sindrom" adlı seriala çəkilir. Bu serialın həm bəstəkarı, həm də baş rolun ifaçısıdır.
Tofiq Abasov (əməkdar məşqçi)
Tofiq Abasov (tam adı Tofiq Teymur oğlu Abasov; d.11 yanvar 1924; Bakı – ö.21 fevral 2005; Bakı) – Azərbaycan idmançısı, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), SSRİ əməkdar məşqçisi (1960), professor (1988). Tofiq Abasov 11 yanvar 1924-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. Tofiq Abasov həmçinin Böyük Vətən müharibəsi iştirakçısı olmuş, 2005-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir. 1952–77-ci illərdə Respublikanın basketbol yığma komandasının baş məşqçisi, 1976–96-cı illərdəə isə Azərbaycan Basketbol Federasiyasının prezidenti olmuşdur. 1947–51-ci illərdə basketbol üzrə dəfələrlə Azərbaycan çempionu olmuşdur. Qırmızı Bayraq, I dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur.
Əhməd Tofiq Paşa
Əhməd Tofiq Paşa (11 fevral 1845, Konstantinopol – 8 oktyabr 1936, İstanbul) — II Əbdülhəmid, V Mehmed Rəşad və VI Mehmed Vahidəddinin səltənətlərində 3 dəfə - ümumilikdə 2 il 4 ay 29 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı, Osmanlı imperiyasının sonuncu sədrəzəmi.
Tofiq Yusif Avvad
Tofiq Yusif Avvad (ərəb. توفيق يوسف عواد‎) (28 noyabr 1911, Bhorsaf[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 16 aprel 1989, Beyrut) — Livan yazıçısı. Tofiq Yusif Avvad 28 noyabr 1911-ci ildə Osmanlı imperiyasında, indiki Livan ərazisində anadan olmuşdur. O, hüquq təhsili almışdır. Onun "Axsaq oğlan" (1936) və "Yunlu gödəkçə" (1937) kolleksiyalarına aid olan hekayələrinin mövzusu adi insanların həyatıdır. Avvad ərəb ədəbiyyatında sosial mövzulara toxunan ilk yazıçılardan biri idi. Bunlara "Yastı çörək" (1938) və "Beyrut dəyirmanları" (1972) romanlarını nümunə göstərmək olar. Avvad 1940–1950-ci illərdə əsasən ədəbiyyatşünas kimi fəaliyyət göstərmişdir. Onun "Turist və tərcüməçi" pyesi (1964) Milli Ədəbiyyat mükafatına layiq görülmüşdür.
Filmlərim həyatımın mənasıdır... Tofiq Tağızadə
Filmlərim həyatımın mənasıdır... Tofiq Tağızadə — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinorejissor, Azərbaycanın xalq artisti Tofiq Tağızadənin həyat və yaradıcılığından söhbət açılır. == Film haqqında == Filmdə "Sirk", "Görüş", "Uzaq sahillərdə", "Əmək və qızılgül", "Arşın mal alan", "Arşın mal alan", ""Anlamaq istəyirəm", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm...", "Matteo Falkone", "Dədə Qorqud", "O dünyadan salam", "Bəxt üzüyü", "Qaladan tapılan mücrü", "Qızıl qaz", "Ac həriflər", "Babamızın babasının babası", "Bağ mövsümü" filmlərindəki kadrlardan istifadə edilmişdir. == Səhvlər == Orfoqrafik: Filmdə "Mən ki gözəl deyildim" filmindən fraqment verilərkən, subtitrlərdə ki ədatından sonra səhvən vergül qoyulmuşdur. Xronoloji: Filmdə "Yeddi oğul istərəm..." filminin ekranlara 1971-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 7 sentyabr 1970-ci ildə ekranlara çıxmışdı. Orfoqrafik: Filmdə "Matteo Falkone" filmindən fraqment verilərkən, subtitrlərdə Matteo əvəzinə Mateo yazılır.
Tofiq İsmayılov (20 Yanvar şəhidi)
100 ilin astanasında (Tofiq Mütəllimov filmi)
Tofiq Hüseynov (hərbçi)
Tofiq Hüseynov (19 aprel 1954, Xocalı, DQMV – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961–1971-ci illərdə burada məktəbə getmişdir. 1974-cü ildə sovet ordu sıralarına çağırılmış, 1976-cı ildə ordudan tərxis olunmuşdur. 1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olmuş, daha sonra komandir təyin edilmişdir. Onu Xocalıda "Mixaylo" adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası "Alazan" qurğusu partladılmış, ferma darmadağın edilmişdi. Tofiq burada on erməni yaraqlısını əsir götürmüşdü. El oğlunun adı cəbhə boyu dolaşdı.
Tofiq Kərimov (dəqiqləşdirmə)

Digər lüğətlərdə