tome
tondeur
OBASTAN VİKİ
Ton
Ton (simvolu: t) — 1000 kq-dən yaranan kütlə vahididir. Böyük kütləli cisimləri kiloqramla ifadə etmək üçün o qədər də əlverişli deyil və 1000 kiloqrama bərabər olan ton vahidindən istifadə edilir. Xüsusilə yükdaşımalarda istifadə edilir.
TON 618
TON 618, Tazılar bürcündə Qalaktikanın Şimal Qütbünün yaxınlığında yerləşən, super parlaq bir radio-yüksək səsli kvazardır. Kütləsi 66 milyard günəş kütləsi olan ultramassiv qara dəlik kvazarla əlaqələndirilir. == Hekayəsi == Obyekt, 1957-ci ildə Samanyolu müstəvisinin xaricində yerləşən zəif mavi ulduzların (əsasən ağ cırtdanlar) bir tədqiqatı çərçivəsində aşkar edilmişdir. Kvazar konsepsiyası yalnız 1963-cü ildə formalaşmışdır, buna görə də kəşf edildiyi anda obyektin təbiəti qaranlıq qalmışdır. Meksikadakı Tonantzintla Rəsədxanasında 70 santimetrlik Schmidt teleskopu ilə çəkilmiş fotoşəkillərdə obyekt “618” olaraq təyin edilmiş və “mütləq bənövşəyi” kimi təsvir edilmişdir. 1970-ci ildə Boloniyadakı Radio Astronomiya İnstitutu TON 618-dən radio emissiya aşkarladı və bundan sonra obyekt kvazar olaraq təyin olundu. McDonald Rəsədxanasında Marie-Helene Ulrich, TON 618-i müşahidə edərkən kvazara xas olan emissiya xətlərini qeyd etdi. Qırmızıya sürüşmə (z) 2.2-ni keçdi, yəni TON 618 çox uzaq bir obyekt idi və o zaman (1976) ən parlaq kvazarlardan biri idi. == Super çəkili qara dəlik == Kvazar TON 618-in, qalaktikanın mərkəzində nəhəng bir qara dəlik ətrafında dövr edən isti qazın bir yığılma diskinə sahib olduğu düşünülür. Kvazarın 3,18 gigaparsek və ya 10,37 milyard işıq ili uzaqda olduğu təxmin edilir.
Ton Dhık Thanq
Ton Dhık Thanq (vyet. Tôn Đức Thắng; 20 avqust 1888[…], Lonqsyuen[d], Fransa Hind-Çini, Fransa – 30 mart 1980[…], Hanoy) — Vyetnam kommunist dövlət xadimi, Vyetnam Demokratik Respublikasının ikinci və sonuncu prezidenti, birləşmiş Vyetnam Sosialist Respublikasının birinci prezidenti. == Həyatı == Ton Dhık Thanq anadan olmuşdur. O, 1930-cu ildə Vyetnam Kommunist Partiyasına (VKP) daxil olmuşdur. Thanq 1951-ci ildən VKP MK-nın üzvü idi. O, 1950–1969-cu illərdə Vyetnam–Sovet Dostluğu Cəmiyyətinin sədri, 1955–1960 illərdə Vyetnam Demokratik Respublikasının (VDR) Milli Məclisi Daimi Komitəsinin sədri, 1960–1969-cu illərdə VDR-in prezident müavini, 1969–76 illərdə prezidenti olmuşdur. O, 1976–1980 illərdə Vyetnam Sosialist Respublikasının prezidenti idi. == Təltif və mükafatlar == Thanq 1955-ci ildə "Xalqlar arasında sülhü möhkəmlətməyə" görə "Lenin" mükafatına layiq görülmüşdür. O, "Lenin" ordeni ilə təltif olunmuşdur.
Aechmea tonduzii
Aechmea tonduzii (lat. Aechmea tonduzii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Ageratina tonduzii
Ageratina tonduzii (lat. Ageratina tonduzii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ahu Tonqariki
Ahu Tonqariki —Ahu Tonqariki Sakit okeanda Şərqi Polineziyada Rapa Nui adasında (Pasxa adası) arxeoloji ərazidir. == Tarixi == Ahu Tonqariki, Rapanuinin şərq konfederasiyası olan Hotu İtinin əsas mərkəzi və paytaxtı idi. Moai Ahu Tonqariki adada vətəndaş müharibəsi zamanı devrilmişdi. 1960-cı ildə Çili sahillərində zəlzələ nəticəsində yaranan sunami Ahu Tonqariki bölgəsini basdı. Ahu Tonqariki əsasənv XX əsrin 90-cı illərində əhəmiyyətli dərəcədə bərpa olundu. Ahu arxeoloqlar Klaudio Kristino və Patrisiya Varqasın başçılıq etdiyi şoxprofilli qrup tərəfindən bərpa edilmişdir. Beş illik layihəyə daxil olan bərpa işləri Çili hökumətinin Tadano Limited şirkəti və Çili Universiteti ilə rəsmi razılığı əsasında həyata keçirilib. == Təsviri == Ahu Tonqariki Pasxa adasındakı ən böyük ahudur. Bu ahu Pasxa adasının cənub sahilində, iki sönmüş — Rano Raraku və Poika vulkanlarının yaxınlığında yerləşir. Ahu Tonqariki moaisinin demək olar ki, yarısı hələ də Rano Rarakunun yamaclarında basdırılır.
Aldo Tonti
Aldo Tonti (it. Aldo Tonti) - İtaliyanın məşhur kino operatorlarından biridir.
Alopecurus agrestis var. tonsus
Alopecurus myosuroides (lat. Alopecurus myosuroides) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus adanensis Dogan Alopecurus affinis Desv. Alopecurus agrestis L. Alopecurus agrestis var. minimus Post Alopecurus agrestis var. tonsus Boiss. Alopecurus agrestis var. versicolor Biasol. Alopecurus caerulescens C.Presl [Invalid] Alopecurus coerulescens Steud. & Hochst.
Alopecurus tonsus
Alopecurus myosuroides (lat. Alopecurus myosuroides) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus adanensis Dogan Alopecurus affinis Desv. Alopecurus agrestis L. Alopecurus agrestis var. minimus Post Alopecurus agrestis var. tonsus Boiss. Alopecurus agrestis var. versicolor Biasol. Alopecurus caerulescens C.Presl [Invalid] Alopecurus coerulescens Steud. & Hochst.
Alp Ər Tonqa
Alp Ər Tonqa (Əfrasiyab)— əfsanəvi türk xaqanı. "Alp" sözünün mənası "igid", "qəhrəman", "bahadır", "ər" sözünün mənası "erkək adam", "tonğa" sözünün mənası isə "bəbir" deməkdir". Alp Ər Tonqadan bəzən Saka xanı kimi də bəhs edilir. == Həyatı == Həyatı haqqında məlumatlar əfsanələrlə bağlı olan Alp Ər Tonganın turançılara görə türklərin qədim atalarının soyundan gəldii önə sürülür. Ayrıca Divanü-Lügat-it-Türkdə və Qutadqu-Bilikdə, İran dastanı "Şahnamə"nin qəhrəmanı Əfrasiyabla eyni adam olduğu bilinir. "Şahnamə"yə görə İran-Turan savaşları sırasında Keyxosrov ilə girişdiği mübarizə zamanı pusquya salınaraq öldürülmüşdür.Öldürülməsiylə bağlı Alp Ər Tonga Sagusu,Divan-ı Lügati't-Türk'ün müxtəlif yerlərində örnək mətin olarak verilmişdir. == Orxon yazılarında == Alp Ər adı, Altay dağlarından olan qədim runik Türk yazılarında da bəhs edilmişdir. Orxon Yazılarıında (i, kuzəy. 7, ii, doğu. 31), Kül Tigin 714-cü ildə Oğuzlara qarşı beşinci dəfə etdiyi səfəri qazanınca, kitabəyə belə yazdırmışdır; "tunga tigin yoghinda kiri ölürtimiz." == Divanü-lüğat-it-Türkdə == "الب ار تنكا Alp Ər Tonqa" "Türklərin ulusal kahraman və büyük Hakanı." dır.
Andrea Toniato
Andrea Toniato (27 fevral 1991) — İtaliyanı təmsil edən üzgüçü. Andrea Toniato İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andrea Toniato birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.45 saniyəlik nəticəsi ilə 22-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Anthurium tonianum
Anthurium tonianum (lat. Anthurium tonianum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Artemisia tongtchouanensis
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Azərbaycanda tonqal qalamaq adəti
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nizamülmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır.
Bursera tonkinensis
Bursera tonkinensis (lat. Bursera tonkinensis) — sabunağacıkimilər fəsiləsinin bursera cinsinə aid bitki növü.
Dalbergia tonkinensis
Dalbergia tonkinensis (lat. Dalbergia tonkinensis) — paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
David Tonoyan
David Edqari Tonoyan (erm. Դավիթ Էդգարի Տոնոյան; 27 dekabr 1967, Öskemen) – erməni siyasi xadim və Ermənistanın Sabiq Müdafiə naziri. == Bioqrafiyası == David Tononyan 27 dekabr 1967-ci ildə Qazaxıstan SSR-nın Şərqi Qazaxıstan vilayətində Oskemen şəhərində anadan olmuşdur. 1986-cı ildə Sovet Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsinə qoşuldu. 1991-ci ildə İrəvan Dövlət Universitetində təhsil almaq məqsədi ilə İrəvana köçdü. 1998–2007-ci illərdə Tonoyan NATO-nun Brüsseldəki qərargahında müxtəlif vəzifələr tutmuş, üç il Ermənistanın NATO-dakı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə Tonoyan Müdafiə Nazirliyindəki beynəlxalq hərbi əməkdaşlıq və müdafiə siyasəti şöbələrinə rəhbərlik etmək üçün Ermənistana qayıtdı. 2010-cu ildən 2017-ci ilə qədər Tonoyan Seyran Ohanyan və Viqen Sarkisyanın rəhbərliyi altında Ermənistan Müdafiə nazirinin birinci müavini vəzifəsində işləyib. Fevralın 6-da imzalanan prezident sərəncamına əsasən David Tonoyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilmişdi. Baş nazir Nikol Paşinyan Tonoyanı 2018-ci ilin 11 may tarixində müdafiə naziri vəzifəsinə təyin etdi.
Dolichos tonkinensis
Phaseolus lunatus (lat. Phaseolus lunatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lobya cinsinə aid bitki növü. == Sinonimləri == Dolichos tonkinensis Bui-Quang-Chieu Phaseolus bipunctatus Jacq. Phaseolus ilocanus Blanco Phaseolus inamoenus L. Phaseolus limensis Macfad. Phaseolus lunatus var. lunatus Phaseolus lunatus var. macrocarpus (Moench) Benth. Phaseolus macrocarpus Moench Phaseolus portoricensis Spreng. Phaseolus puberulus Kunth Phaseolus rosei Piper Phaseolus saccharatus Macfad. Phaseolus tunkinensis Lour.
Estas Tonne
Estas Tonne (rus. Эстас Тонне) — yəhudi əsilli ukraynalı musiqiçi. == Həyatı == 1975-ci ildə Ukraynada doğulub. 6 il gitara təhsili aldıqdan sonra 1986-cı ildə ailəsi ilə İsrailə köçüb. 11 sentyabr terror aktlarından sonra Nyu Yorka köçən Estas Tonne Amerika qitəsi boyunca akustik gitara ilə konsert verib. 2003-cü ildən bəri 50.000-dən çox albom satışı baş tutub.
HMS Tonnant (1798)
“Tonnant” (fr. Le Tonnant sonralar ing. “HMS Tonnant - Her or His Majesty’s Ship Tonnant” - azərb. Əlahəzrətin gəmisi Tonnant‎), (1787) — üçdorlu, 84 döyüş topuna malik əvvəl Fransa donamasına, 2 avqust 1798-ci ildən Böyük Britaniya Kral Donanmasına məxsus II ranq xətt gəmisi.
Hollywood Tonight
"Hollywood Tonight" — Maykl Ceksonun ölümündən sonra çıxarılmış "Michael" albomuna daxil olan mahnı. 2011-ci ilin mart ayında həmin albom 1,5 milyon nüsxə satış və 3 milyon dəfə internetdən yükləmə sayına görə sertifikat almışdır. "Hollywood Tonight" mahnısı 11 fevral 2011-ci ildə Epic Records tərəfindən həmin albomdan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Mahnının danışıq hissələri Maykl Ceksonun əmioğlusu Taryll Jackson tərəfindən ifa edilmiş, Teddy Riley tərəfindən yazılmışdır. Mahnının klipi isə 10 mart 2011-ci ildə təqdim edilmişdir. Klipdə Əlcəzair doğumlu rəqqasə Sofia Boutella Maykl Cekson kimi paltar geyinib, 60 nəfərlə birgə onun kimi rəqs edir. == Çıxarılması == Mahnı Maykl Cekson tərəfindən "Invincible" albomunun hazırlanması zamanı yazılmışdır. Lakin o zaman mahnı alboma daxil edilməmişdir. Birdə Maykl 2007-ci ildə bu mahnı üzərinə qayıtmış və prodüsser Theron "Neff-U" Feemster ilə birgə mahnı üzərində işləməyə başlamışdır. Cekson mahn ının sözlərinin ilkin variantını hələ 1999-cu ildə yazmış, daha sonra isə dostu və iş ortağı Bred Bakserlə birgə musiqi üzərində çalışmağa başlamışdır.
I Can Lose My Heart Tonight
I Can Lose My Heart Tonight (azərb. Mən bu axşam ürəyimi itirə bilərəm‎, oxunuşu: Ay kən luz may hart tünayt) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilən mahnısıdır. Bu mahnı C. C. Catch-in Catch the Catch albomuna daxil olan ilk mahnıdır. Mahnı klipinin bir neçə versiyası mövcuddur.. == Klip == "I Can Lose My Heart Tonight" mahnısı C. C. Catch-in Catch the Catch albomuna daxil olan 1-ci mahnıdır. Mahnının prodüseri və sözlərinin müəllifi Diter Bolen-dir. Diter Bolen mahnını ilk dəfə 31 iyul 1985-ci ildə Karolinanın ad günündə çıxarmışdır. İlk dəfə mahnının Tomas Anders tərəfindən ifa edilməsi planlaşdırılmışdır. Lakin mahnının müəllifi Diter Bolen "I Can Lose My Heart Tonight" mahnısının Modern Talking qrupu üçün kifayət qədər yaxşı hesab etmirdi. "I Can Lose My Heart Tonight" mahnısı İspaniyanın Spanish Singles Chart hit-paradında 7-ci yerə yüksəlmişdir.
I Can Lose My Heart Tonight '99
I Can Lose My Heart Tonight '99 – C. C. Catch tərəfindən 1998-ci ildə ifa edilmiş mahnıdır. == Tarixi == 1999-cu ilin 11 yanvar ayında C. C. Catch Diter Bolenin müraciəti ilə yenidən musiqi səhnəsinə qayıdaraq, ilk ifa etdiyi "I Can Lose My Heart Tonight" mahnısının Remiks formasını ifa edir. Mahnının bu versiyası ilk versiyadan nisbətən zəif idi. Demək olar ki, yeni versiya rep janrında idi. Klipdə rep sözlərini Kreyzi adlı repçi ifa edir. Lakin buna baxmayaraq mahnı bir sıra hit-paradlarda yer tutmuşdu. Mahnı 1999-ci ilin Yanvar ayında yazılmışdır.
Ligularia tongkyukensis
Ligularia tongkyukensis (lat. Ligularia tongkyukensis) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid biki növü.
Ligularia tongolensis
Ligularia tongolensis (lat. Ligularia tongolensis) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid biki növü.
Luka Toni
Luka Toni (it. Luca Toni ;26 may 1977[…]) — İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya milli komandası ilə 2006-cı ildə Dünya çempionu olub. Məhsuldar futbolçu olan Toni karyerası boyunca 300-dən çox qol vurub. Karyerasında vurduğu 322 qol ilə o, hal-hazırda bütün zamanların dördüncü ən çox qol vuran italyan futbolçudur. == Karyerası == Futbolçu karyerasına 1991-ci ildə "Modena" klubunda başlayıb. Klub səviyyəsində tez tez komanda dəyişdirən Toni karyerası boyunca on iki fərqli İtaliya komandasında oynayıb. Futbol ustalığını gec göstərən o, İtaliya futbolunun aşağı divizionlarında və A Seriyasının kiçik klubları olan "Viçentsa" və "Breşiya" klublarında bir neçə mövsüm keçirdi. Futbolçu 2003-cü ildə "Palermo" klubuna keçir və burada onun ulduzu parlayır.
Mamare Tono
Mamare Tono (橙乃 ままれ, Tōno Mamare) və ya əsl adı ilə Daysuke Umezu (梅津 大輔, Umezu Daisuke) — Yaponiya ranobe və manqa yazıçısı. Ən tanınmış ranobeləri "Log Horizon" və "Maoyu" ranobeləridir. Hər iki ranobe əsasında animelər çəkilmişdir. "Trattoria After School" (放課後のトラットリア, Hōkago no Trattoria) adlı manqanın da müəllifidir. 2015-ci ildə Tono Korporativ Vergi Qanununu pozduğuna görə vergidən qaçınma ilə təqsirləndirilmiş və Yaponiya hökumətinə 30 milyon yen borclanmışdır. Bir müddət sonra Mamare fanatlarından üzr istəmiş və rəsmi saytında vergilərini ödədiyini açıqlamışdır.
Mikania tonduzii
Mikania tonduzii (lat. Mikania tonduzii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.

Значение слова в других словарях

архаизи́рование гельминто́з изру́бленный клычо́к осме́литься эспарце́товый кирпи́чик отепли́ть отпеча́тываться умча́ться патронташ пилюля antenniferous carbon deposit charged up coal-mining ice-raft larder Manx whisker zizz волостной игрище тенёта шар-зонд