TOPA
TOPALAMA
OBASTAN VİKİ
Məhmət Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Topal Kənan Paşa
Topal Kənan Paşa (v. 16 fevral 1659, Hələb) — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi məlum deyil. Əslən rus olub, Misir bəylərbəyi Qara Əhməd Paşanın kölələrindəndir. Ardından paşanın silahdarı olaraq saraya alındı. IV Murad dönəmində saraya alınaraq müxtəlif vəzifələrdə xidmət etdi. Sultan İbrahim dönəminin sonlarında vəzirliyə yüksələrək padşah müsahibi oldu və Sultan İbrahimin azyaşlı qızlarından Atikə Sultanla nikahlandı. 1653-cü ildə Budin hakimi və 1656-cı ilin yanvarında Silistrə sancaqbəyi oldu. Həmin ilin mayında kaptan-ı dəryalığa təyin olunsa da, tədbirsiz hərəkətləri səbəbilə 13 iyul 1656-cı ildə vəzifədən alındı. Rütbəsi aşağı salındı və 1658-ci ilin iyulunda riqabdar oldu.
Topal Mehmed Paşa
Topal Mehmed Paşa (ö. 1659) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi və əsli barədə məlumat yoxdur. Bəylərdən olub, 1649-cu ildə Həmid sancaqbəyi tyəin edildi. Ancaq həmin ilin sonlarında Abxaz Həsən üsyanına qoşuldu. Bir il sonra itaət edərək 1651-ci ilin dekabrında Konya bəylərbəyi, sonra Sivas, Axısqa, Çıldır və vəzirliklə Temeşvar sancaqbəyliyinə gətirildi. 12 dekabr 1656-cı ildə kaptan-ı dərya olsa da, 1657-ci ilin dekabrında Saqqız adasının mühafizəsi ilə vəzifələndirildi. Ancaq bölgədəki özbaşınalığı və zülmkarlığı səbəbilə 1659-cu ildə Körpülü Mehmed Paşa tərəfindən edam edilərək cəzalandırıldı. == Mənbə == Sicill-i Osmani IV, səh. 49.
Topal Osman Paşa
Topal Osman Paşa (1663 – 1733, Kərkük) — osmanlı hərbi xadimi. 1731—1732-ci illər arasında Osmanlı İmperiyasının Böyük Vəziri olmuşdur. == Həyatı == Osman təxminən 1663-cü ildə Moreyada (Peloponnes, Yunanistan) anadan olub, lakin ailəsi əslən Anadolunun Konya şəhərindən idi. Erkən yaşlarında sultan yanında xidmətə başladı. Əvvəlcə kozbekçi korpusunda, daha sonra pandurlar korpusunda xidmət etdi. 24 yaşında bəylərbəyi oldu. Tezliklə Misir başçısına göndərildi, lakin gəmisi ispan kaperləri hücumuna məruz qaldı. Nəticədə Osman əsir altına düşdü və yaralandı, bu yara nəticəsində o, topal qaldı və müvafiq ləqəb qazandı.Əvvəlcə Maltaya aparıldı, lakin tezliklə əsirlikdən azad edildi və İstanbula qayıtdı. 1710—1713 rus-türk müharibəsində iştirak etdi, müharibədən sonra Rumeliyə göndərildi və armatollar komandanı oldu. 1715-ci ildə Osmanlı-Venesiya müharibəsi dövründə eyni vəzifədə xidmət etdi.
Topal Rəcəb Paşa
Topal Rəcəb Paşa (ö. 18 may 1632) — IV Murad dövründə ümumilikdə 3 ay 8 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == Əslən bosniyalı olub, kiçik yaşlarında saraya alınaraq bostançı ocağında yetişdirilmişdir. Burada baş bostançılığa qədər yüksəlmiş, ancaq qut xəstəliyinə tutulduğuna görə, bir müddət sonra gənc yaşında təqaüdə çıxarılmışdır. Sonralar yenidən vəzifəyə gətirilərək rus işğalında olan Azov qalasının xilası üçün tərtiblənən səfərə sərdar təyin olundu. 1625-1626-cı illərdə kaptan-ı dərya olaraq fəaliyyət göstərmişdir. Səfəvilərə qarşı sərdar-ı əkrəm təyin olunan və səfər hazırlıqları üçün Tokata gedən Çərkəz Mehmed Əli Paşa burada vəfat etmiş, yerinə 8 fevral 1625 tarixində Hafiz Əhməd Paşa sədarətə gətirilmişdi. Bu əsnada kaptan-ı dərya olan Topal Rəcəb Paşa donanmayla birlikdə İstanbula gəldi. Ancaq çox keçmədən Krım xanı ilə noqaylar arasındakı münaqişəni həll etmək və Osmanlının Qara dəniz sahillərinə hücum edən kazakları geri çəkmək üçün yeni bir donanma ilə səfərə çıxdı. Qara dənizdə Topal Rəcəb Paşa idarəsindəki Osmanlı donanması 350 qayıqdan ibarət kazak donanması ilə mübarizəyə başladı və bu mübarizəni uğurla başa vurdu.
Topal Teymur (1983)
== Məzmun == Televiziya tamaşasında Əmir Teymur və İldırım Bəyazid arasındakı münasibətlərin gərginləşməsi və müharibəyə səbəb olması göstərilir. Sonda bu iki hökmdar üz-üzə gəlir. == Televiziya tamaşası haqqında == Film Hüseyn Cavidin eyniadlı "Topal Teymur" pyesi əsasında ekranlaşdırılmışdır.
Topal Teymur (dram)
Topal Teymur — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1925-ci ildə Əmir Teymur kimi tanınan Orta Asiya türklərinin fatehi Teymur haqqında yazdığı beş pərdəli pyes, tarixi dram. Pyes ilk dəfə 1926-cı ildə Bakıda səhnəyə qoyulub. Pyes ilk dəfə elə həmin 1926-cı ildə Bakıda "Azərnəşr" nəşriyyatında çap edilib.Cavidin dünyagörüşünün qeyri-müəyyənliyi ilə bağlı ziddiyyətlərin təkrarlanması tamaşaya təsir edib. Bir sıra müəlliflər şairin öz yaradıcılığında feodal fatehlərini ideallaşdırdığını qeyd ediblər. Teymuru Cavid qəddar axsaq fateh kimi yox, türk dünyasının ən böyük sərkərdəsi, birləşdiricisi, elmin, sənətin, sənətin və ticarətin hamisi kimi göstərib. == Tarixi == Hüseyn Cavid Əmir Teymur obrazı üzərində işləyərkən böyük çətinliklərlə üzləşdi. Qeyd edək ki, Sovet İttifaqı illərində Əmir Teymur qəddar fateh kimi təqdim edilirdi. Belə bir vaxtda Teymurun obrazını işıqlandırmaq çətin idi. Cavid əvvəldən hakimiyyətin təzyiqləri ilə üzləşmişdi. 1925-ci ildə Cavid dramı tamamlayır.
Topal Teymur (pyes)
Topal Teymur — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1925-ci ildə Əmir Teymur kimi tanınan Orta Asiya türklərinin fatehi Teymur haqqında yazdığı beş pərdəli pyes, tarixi dram. Pyes ilk dəfə 1926-cı ildə Bakıda səhnəyə qoyulub. Pyes ilk dəfə elə həmin 1926-cı ildə Bakıda "Azərnəşr" nəşriyyatında çap edilib.Cavidin dünyagörüşünün qeyri-müəyyənliyi ilə bağlı ziddiyyətlərin təkrarlanması tamaşaya təsir edib. Bir sıra müəlliflər şairin öz yaradıcılığında feodal fatehlərini ideallaşdırdığını qeyd ediblər. Teymuru Cavid qəddar axsaq fateh kimi yox, türk dünyasının ən böyük sərkərdəsi, birləşdiricisi, elmin, sənətin, sənətin və ticarətin hamisi kimi göstərib. == Tarixi == Hüseyn Cavid Əmir Teymur obrazı üzərində işləyərkən böyük çətinliklərlə üzləşdi. Qeyd edək ki, Sovet İttifaqı illərində Əmir Teymur qəddar fateh kimi təqdim edilirdi. Belə bir vaxtda Teymurun obrazını işıqlandırmaq çətin idi. Cavid əvvəldən hakimiyyətin təzyiqləri ilə üzləşmişdi. 1925-ci ildə Cavid dramı tamamlayır.
Topal Yusif Paşa
Topal Yusif Paşa (ö. oktyabr 1716) — II Mustafa və III Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Sultan Əhməd və Sultan Mustafa dönəminin mühüm dövlət xadimi olan Böyük Cəfər Paşanın qardaşıdır. Əndərunda təlim-tərbiyə alaraq 1696-cı ildə Raqqa sancaqbəyliyi ilə saraydan ayrıldı. 1698-ci ildə vəzir rütbəsi aldı və Sultan Mehmedin qızlarından Fatma Sultanla nigahlandı. 1699-cu ildə Diyarbəkir, 1700-cü ildə Mosul, 1702-ci ildə yenidən Diyarbəkir, 1703-cü ildə Bağdad və Anadolu, 1704-cü ilin mayında Ərzurum, 1712-ci ildə yenidən Anadolu, 1713-cü ildə Hələb bəylərbəyi təyin edildi. Ardından Dəməşq bəylərbəyliyinə gətirildi və 1716-cı ilin oktyabrında orada vəfat etdi. Vəfatının ardından yerinə qardaşı Cəfər Paşanın oğlu Gənc Əhməd Paşa gətirildi. Fatma Sultanla olan nigahından Safiyə xanım Sultan (ö. 1710) adlı bir qızı dünyaya gəldi.
Topal Teymur (film, 1983)
== Məzmun == Televiziya tamaşasında Əmir Teymur və İldırım Bəyazid arasındakı münasibətlərin gərginləşməsi və müharibəyə səbəb olması göstərilir. Sonda bu iki hökmdar üz-üzə gəlir. == Televiziya tamaşası haqqında == Film Hüseyn Cavidin eyniadlı "Topal Teymur" pyesi əsasında ekranlaşdırılmışdır.
Topal İzzət Mehmed Paşa
Topal İzzət Mehmed Paşa (1794, Malatya – 7 (19) mart 1855, Konstantinopol) — II Mahmud və Sultan Əbdülməcidin səltənətlərində 2 dəfə - ümumlikdə 11 ay 29 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == BA, Tahvil Defterlerinden Atik Vüzerâ Defteri, nr. 39; Esad Efendi, Üss-i Zafer, İstanbul 1241, s. 160-166; Ahmed Rifat, Verdü’l-hadâik, İstanbul 1283, s. 27-30; Cevdet, Târih, XII, 156, 161-170; Mehmed Memduh [Paşa], Esvât-ı Sudûr, İstanbul 1328, s. 8-9; Lutfî, Târih, I, 154, 304-305; Sicill-i Osmânî, III, 460-461; Uzunçarşılı, Kapukulu Ocakları, I, 550, 552-553, 600; Mufassal Osmanlı Tarihi, İstanbul 1962-63; “İzzet Mehmed Paşa”, TA, XX, 486-487.
Mehmet Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Girdə topalaq
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. == Sinonim == Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Kürəvi ulduz topaları
Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur. Bu topaların orta diametrləri 30 ps-dir. Günəşətrafı fəzada hər 8 ps3 həcmcə bir ulduz düşdüyü halda kürəvi ulduz topasında, xüsusilə onun mərkəzi hissəsində bir kub parsek həcmə on minlərlə ulduz düşür. Kürəvi ulduz topaları parlaq olduqlarından onlar çox uzaq məsafədən görünürlər. İndiyədək Bizim Qalaktikada 130 kürəvi topa kəşf olunub. Kürəvi ulduz toplarında nəhəng ulduzlara o cümlədən RR Lira tipli dəyişənlərə çox rast gəlirik. == Yerləşməsi == Kürəvi ulduz topaları qalaktik ekvatordan hər iki tərəfə simmetrik paylanıblar. Qalaktika müstəvisində uducu qaz-toz mühiti sıx olduğundan kürəvi topalar burada az görünürlər. Kürəvi toplar əsasən Qalaktikanın mərkəzində toplanıblar.
Murad Topalyan
Murad Topalyan (erm. Մուրադ Թոփալյան); ing. Mourad Topalian; 1943) — "Moose" (Maral) ləqəbli erməni terrorçu, "Amerika Ermənləri Milli Komitəsi"nin (ing. Armenian National Committee of America) keçmiş sədri. == Bioqrafiyası == Murad Topalyan 1943-cü ildə dünyaya gəlib. Amerikadakı erməni diasporasının tanınmış liderlərindən biri olub, Amerika Erməni Komitəsinin sədri olarkən bir neçə dəfə "Ağ evdə" olub və ABŞ prezidenti Bill Klintonla görüşlər keçirib. Bundan başqa dəfələrlə ABŞ Konqresində konqresmenlərlə görüşüb. "U.S. News & World Report" jurnalının verdiyi məlumata görə AEMK Daşnaksütyun partiyası ilə sıx əlagələrə malikdir. 1999-cu ildə Topalyan Klivlend şəhərinə köçüb və "Kayxodi" kollecinin vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. Həmin il ona qarşı "ABŞ Murad Topalyana qarşı" (USA vs.
Qara topalaq
Qara topalaq (lat. Cyperus niger) — cilkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Qızılı topalaq
Stefani Topalyan
Stefani Nonoşita Topalyan (erm. Ստեֆանի Թոփալյան; 5 avqust 1987, Los-Anceles, Kaliforniya) və ya qısaca tanınan adı ilə Stefani (ステファニー, Sutefanī) – erməniəsilli Yaponiya müğənnisi. SME Records Japan ilə əməkdaşlıq edir. Yaponiyada iki albom buraxıb: 2008-ci ildə "Stephanie" və 2009-cu ildə "Colors of My Voice". 2007-ci ildə Yaponiya Musiqi Mükafatına layiq görülüb. Yaponiya filmlərində bir çox mahnısı səsləndirilib. Bəzi Yaponiya filmlərində ("Qürur", "Tokio qəbiləsi") rol alıb. 2015-ci ildə erməni superqrup layihəsi olan "Genealogy"-ə qoşulub və Ermənistanı 2015 Avroviziya Mahnı Müsabiqəsində "Face the Shadow" mahnısı ilə təmsil edib. == Həyatı == Kaliforniya ştatının Los-Anceles şəhərində yapon ananın və Amerika ermənisi atanın qızı kimi doğulub. Yaponiyada yaşasa da, erməni köklərinə əhəmiyyət verir.
Topalaoxşar tıs-tıs
Topalaoxşar tıs-tıs (lat. Acantholimon festucaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiyada yayılmışdır, İranın şimalından təsvir edilmişdir. == Botaniki təsviri == Sıx, yastıqvari kol, demək olar ki, çılpaqdır. Yaz yarpaqları yastı və ya xətli, bizşəkillidir. Yay yarpaqları yastı üçkünclü, seyrək, ağ nöqtəlidir. Yarpaqları 1,5-2,5 (3) sm uzunluqda olub, göyümtül-açıq, yaşıl rənglidir. Köhnə yarpaqları üfüqi yerləşib, aşağı doğru yönəlmişlər. Çiçək qrupu 10-15 sm uzunluqda olub, 3-7 çiçəkli, kövrək və yuxarı budaqların sonunda yerləşmişdir. Çiçək oxu tükcüklüdür.
Topalaq
Topalaq (lat. Cyperus) — cilkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Həmçinin bax == Cyperus bipartitus Cyperus erythrorhizos Cyperus polystachyos Cyperus tegetiformis == İstinadlar == Topalaq:The Plant List saytında takson barədə məlumat.
Topalhəsənli
Kəndlər Topalhəsənli (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Topalhəsənli (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Topalhəsənli (Göygöl)
Topalhəsənli — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Tarixdə yaşamış topal Teymurun nəticəsi olan topal Həsən bu ərazidə məskunlaşmış və bununla da kəndin adı Topalhəsənli olaraq tarixə keçmişdir. == Toponimikası == Göygöl rayonunun eyniadlı i.ə.v.-də kənd. Gəncəçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində burda yaşayanların keçmişdə binə (qışlaq) yeri olmuş indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Onların yaylaqları Murovdağın şm.-ında Yeddibulaqda yerləşirdi. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1862 nəfər əhali yaşayır.
Topalhəsənli (Kürdəmir)
Topalhəsənli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kürdəmir rayonunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim topalhəsənli nəslinin adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1380 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Topalhəsənli bələdiyyəsi
Topalhəsənli bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə. Topalhəsənli bələdiyyəsi (Kürdəmir) — Kürdəmir rayonunda bələdiyyə.
Topalhəsənli bələdiyyəsi (Göygöl)
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Topalhəsənli bələdiyyəsi (Kürdəmir)
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə

биони́ческий двуеди́ный обсо́лка по́шепт прорабо́таться электро́нщик эпи́стола избива́ть обяза́тельность оку́риваться па́лка подтёк постимпрессиони́стский псих dissimulate hard-drawn Jacqueline launch window loathing puzzler Tris вибрировать вязкий дознание разубедить