TOXUMAQ

f.
1. Uzununa (əriş) və eninə (arğac) sapları bir-birinin arasından keçirməklə parça, xalça və s. hazırlamaq. Mahud toxumaq. Çit toxumaq.
– Mürgüləyir nənəm taxıb çeşməyi; Düşür yerə toxuduğu əlcəyi. A.Səhhət.
[Sarıköynək] çox vaxt həyətdə oturub həsir toxuyardı. S.Hüseyn.

// Eyni üsulla parça üzərində naxış, şəkil hörmək. Təkəlduz toxumaq. Buta toxumaq.
2. Hörmək.
Ağabəyim bütün günü … rəngin xəzəldən çələng toxuyur, dayəsinə min bir sual verirdi. Çəmənzəminli.
Çələng toxumağa, gül var, çiçək var. N.Xəzri.

3. “Özünü” sözü ilə – bax vurmaq 20-ci mənada.
Fatma qırğı kimi özünü təndirə toxuyur, kəhrəba kimi sarı çörəkləri əlində çıxarıb, buğlana-buğlana süfrənin üstünə atırdı. Mir Cəlal.

4. məc. dan. Uydurmaq, özündən quraşdırmaq. Yalan toxumaq.

Синонимы

  • TOXUMAQ hörmək

Омонимы

  • TOXUMAQ TOXUMAQ I f. Hörmək. Qohumlar verdiyi quzu yunundan; Boyalıbutalı corab toxuyur (Ağa Laçınlı). TOXUMAQ II f

Этимология

  • TOXUMAQ ”Zərbə endirmək” mənasını verən toxu feili ilə bağlıdır. Kilim və s. şeyləri həvə, kirkid kimi alətlərlə toxuyurlar
TOXUMA
TOXUMCUQ

Значение слова в других словарях

валло́н взмыть вика́рный не ну́жен неумы́шленно пла́вленый протеста́нтство тугоу́хий вакцини́ровать монотеи́ст небольшо́й объясне́ние отникелирова́ть предука́зываться прора́щивание экскава́тор купель кучиться сывары-невары embracive infer shaggy subcircuit yelk отшельничество