toy-bayramsız
toy-büsatlı
OBASTAN VİKİ
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. == Tarixi == Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Dağlarda toy
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur.Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransa mərkəzli "Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir.
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. == Mövzu == Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
Toy (rəqs)
Toy rəqsi — Azərbaycanın milli rəqsi. Naxçıvanda oynanılan qədim, ənənəvi rəqsdir. Bəy və gəlinin cavan qohumları bu rəqsi gəlini aparan faytonun qabağında oynayardılar. Rəqs "yallı" tiplidir, yan-yana addımlı cəld rəqsdir. Oynayanlardan çoxunun əlində yanar məşəl olardı. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da Toy rəqsi.
Toy adətlərimiz
Azərbaycanda toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır. Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir. == Haqqında == XX əsrə qədər Azərbaycanda iki gəncin tanışlığı həddindən artıq qəliz ssenari idi. Ciddi ənələlərə əsasən toydan qabaq qızlara oğlanlar ilə ünsiyyətdə olmağa qadağan edirdilər. Lakin bütün hallarda olduğu kimi cavanlar necəsə bir birlərini görməyə nail olurdu.
Toy marşı
Toy marşı — alman bəstəkarı Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəri. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur. Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnmişdir. Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınmışdır. Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londondakı Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bi marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunmuşdur. Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verilmişdi. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa etmişdi. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.
Toy rəqsi
Toy rəqsi — Azərbaycanın milli rəqsi. Naxçıvanda oynanılan qədim, ənənəvi rəqsdir. Bəy və gəlinin cavan qohumları bu rəqsi gəlini aparan faytonun qabağında oynayardılar. Rəqs "yallı" tiplidir, yan-yana addımlı cəld rəqsdir. Oynayanlardan çoxunun əlində yanar məşəl olardı. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da Toy rəqsi.
Toy Şaftalısı
Wedding Peach (yap. 愛天使伝説ウェディングピーチ, azərb. Sevgi Mələyinin Əfsanəsi: Toy Şaftalısı‎) — Kunihiko Yuyama tərəfindən yaradılmış yapon anime serialı. == Personajlar == == Xarici keçidlər == Wedding Peach — Internet Movie Database saytında.
Toy əti
== Tərkibi == 1 kilo qoyun əti, 6 yemək qaşıq duru yağ, 3 ədəd pomidor, 3 ədəd kartof, 3 ədəd soğan, 4 stəkan su, qırmızı bibər, duz. == Hazırlanması == Ətləri iri parçalar halında kəsin. Yağı bir qazana qoyub qızdırın. Ətləri yağın içinə atın və qarışdıra qarışdıra 5 dəqiqə bişirin. Yağın içindən ətləri bir başqa qaba alın. Soğanları incə dilimləyib eyni yağda çəhrayılaşana qədər qovurun. Pomidorların və kartofların qabıqlarını soyub eyni qazana doğrayın. 5 dəqiqə daha qovurub qazana suyu, qırmızı bibəri və duzu da əlavə edin. Su qaynamağa başlayınca bir kənara ayırdığınız ətləri qazana atıb hamısını birdən bişirməyə başlayın. Bişdikdən sonra qaba alıb ətlərin ətrafını bəzəyərək xidmət edə bilərsiniz.
Azərbaycanda toy adətləri
Azərbaycanda toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır. Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir. == Haqqında == XX əsrə qədər Azərbaycanda iki gəncin tanışlığı həddindən artıq qəliz ssenari idi. Ciddi ənələlərə əsasən toydan qabaq qızlara oğlanlar ilə ünsiyyətdə olmağa qadağan edirdilər. Lakin bütün hallarda olduğu kimi cavanlar necəsə bir birlərini görməyə nail olurdu.
Hindistanda toy adətləri
Hindistanda toy adətləri - Hindistan mədəniyyətinin tərkib hissəsi. Hind tоylаrı özünün ənənəviliyi ilə fərqlənir, min illər əvvəl оlduğu kimi indi də еynilə yеrinə yеtirilir, toylardakı ritual və ənənələrin kökü Vedalara əsaslanır. Hind cəmiyyətində toy təkcə iki insanın, iki qəlbin birləşməsi deyil, toy gəlinin və bəyin ailələrini birləşdirir. Həmin andan hörmət və şərəf ailənin hər bir üzvünə aid olur. Toy adəti hər bir hindusun həyatında ən vacib mərhələlərdən sayılır. Buna görə də onun hazırlanmasına, keçirilməsinə böyük əhəmiyyət verilir. Hinduslar inanırlar ki, toy adətləri ər və arvadı sonrakı 7 həyatda bağlayır və toy hindusların həyatında 16 sanskardan (sirli qurbanvermə) biridir. Ənənəyə görə, ailə qurmaq üçün gənc oğlan və qız seçilərkən qoroskopa baxılır, gənclərin xaraktercə bir-birinə uyğun gəlmələri nəzərə alınır ki, ailə həyatları ziddiyyətlər içində keçməsin, həmişə razılıq olsun. Toydan bir həftə öncə brahman gəlir, oğlanla qızın ulduz falına baxır. Çünki, ulduzlar toya yaxın birləşirlər.
Koreyanın toy adətləri
Cənubi Koreya adətlərinə bağlı yaşayan ölkələr arasında yer alır. Toylarında hələdə bu adətləri qoruyub saxlayıblar. Koreyada bir kişi ilə qadın arasındakı nikah iki nəfərin birləşməsindən çox, iki ailənin birləşməsini təmsil edir. Beləliklə, hadisə tez-tez Taerye (Böyük Ritual) adlandırılmışdı və bütün insanlar iştirak edirdilər. Ənənəvi Konfüçyen dəyərlərində saxlanan, əsl nigahı əhatə edən mərasimlər uzan və mürəkkəb idi. Profesional aradüzəldənlər ən yaxşı nazmizədləri seçirdilər, cütlüklər adətən ilk dəfə toy günü bir-birlərin görürdülər. Ailələr qərarə bir çox amillərə görə düşünərək, həttda cütlüklərin gələcək taleləri ilə bağlı falçılarla danışaraq verirdilər. Coson dövrünlə insanlar çox kiçik yaşlarında evləndirilirdi. Qızlar oğlanlardan adətən bir neçə yaş böyük olurdu. Toy mərasimində bir çox simvolik hərəkətlər və kiçik rituallar olurdu.
Toy (film, 1978)
Arvadım mənim, uşaqlarım mənim — kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən Qurbanova və Kamil Məhərrəmov ifa edirlər.
Toy (film, 2005)
== Məzmun == Baş qəhrəman Ramiz (Ramiz Hüseynzadə) bir qıza aşiq olur. Qızın evinin yerini öyrənmək üçün ona dostu (Elməddin Cəfərov) kömək edir. Dost axtarışda olanda isə, Ramiz xəyala dalır. Xəyalında ağlına gəlir ki, dostu qızın evini səhv öyrənib və o istədiyi qızın qonşusugilə gedəsi olur. Təsadüfən bu evdə də gənc, ancaq çox kobud, ağırçəkili bir qız (Xuraman Əlizadə) yaşayır. Qızın ailəsi də bu qıza bir elçi düşsün deyə Allaha yalvarır. İş elə gətirir ki, Ramiz səhvən bu qızın evinə elçi düşür. Qızı ona dərhal verirlər. Gənc "hə" sözü ağızdan çıxandan sonra görür ki, bu qız istədiyi qız yox, başqasıdır. Gənc çox and-aman edir ki, evlənmək istəmirəm, amma qulaq asan olmur.
Toy boy (mahnı)
Suzada toy mərasimi
Suzada toy mərasimi — e.ə. 324-cü ildə Əhəmənilər imperiyasının Suza şəhərində Makedoniyalı İsgəndərin təşəbbüsü ilə təşkil olunan ellin əyanlarının yerli zadəgan qızları ilə, həmçinin makedoniyalı əsgərlərin yerli qızlar ilə kütləvi izdivac mərasimi. Cəmi 80 (bəzi məlumatlara görə 90) izdivac bağlandı. Makedoniyalı İsgəndərin özü 2 xanımla ailə qurub - III Daranın qızı Statira ilə və III Artakserksın qızı Parisatida ilə. Qeyd etmək lazımdır ki, bir az öncə İsgəndər Baktriya hökmdarının qızı Roksana ilə izdivac bağlamışdı. Çoxevliliklə İsgəndər özünü fars hökmdarlarına bənzətmək istəyirdi. Ümumilikdə isə, makedoniyalı hökmdar bu mərasimlə iki mədəniyyət arasında möhkəm əlaqə yaratmaq niyyətində idi. Bu mərasimdə tarixi Azərbaycan dövləti Atropatena üçün mühüm bir hadisə baş verib. Atropatena dövlətinin banisi hesab olunan Atropat öz qızını Makedoniyalı İsgəndərin yaxın silahdaşı Perdikkaya ərə verib. Bu nikah diplomatiyası müqabilində Atropat yaxın gələcəkdə öz ölkəsinin müstəqilliyini təmin edib.
Qarquş toy yanğını
Qarquş toy yanğını (ing. Qaraqosh wedding fire) - İraqın şimalında, Neynəvə mühafəzəsinin Həmədaniyyə qəzasına aid Qaraquş şəhərində yerli xristian asysor icması tərəfindən Al Haytham Wedding Hall adlı şadlıq evində təşkil edilmiş toy mərasimində baş vermiş yanğın hadisəsi. Yanğın, 2023-cü ilin 26 sentyabr tarixində yerli vaxtla 22:45 radələrində başlamışdır. Hadisə nəticəsində ən azı 119 nəfər həlak olub, 150-dən çox toy iştirakçısı isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Baş vermiş faciə səbəbindən İraqda 3 günlük matəm elan edilib. == Arxa plan == Yanğının baş verdiyi İraqın Neynəvə mühafəzəsinin Həmədaniyyə qəzasına daxil olan Qaraquş şəhəri 2014-cü ildə İraq Şam İslam Dövləti tərəfindən ələ keçirilib və yalnız 2016-cı ildə ABŞ tərəfindən dəstəklənən İraq Silahlı Qüvvələri tərəfindən böyük dağıntılar hesabına azad edilib. Şəhərdə əsasən xristian icmaları yaşayır, paytaxt Bağdaddan təxminən 335 kilometr şimal-qərbdə, Mosul şəhərindən isə bir qədər kənarda yerləşir. Aparılmış hərbi əməliyyatlar nəticəsində şəhərin əsasən xristanlardan ibarət olan əhalisi bir necə dəfə yer dəyişdirməyə məcbur qalıblar. Qaraquşda baş vermiş yanğın İraq tarixinin ən dəhşətli və ən çox insan ölümünə səbəb olan yanğın faciəsi kimi tarixə keçib. Bu hadisəyə qədər 2021-ci ildə paytaxt Bağdad şəhərində yerləşən yerli xəstəxanada baş verən yanğın ölkə tarixinin ən böyük yanğını hesab olunurdu.
Azərbaycanın milli toy adətləri
Azərbaycanda toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır. Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir. == Haqqında == XX əsrə qədər Azərbaycanda iki gəncin tanışlığı həddindən artıq qəliz ssenari idi. Ciddi ənələlərə əsasən toydan qabaq qızlara oğlanlar ilə ünsiyyətdə olmağa qadağan edirdilər. Lakin bütün hallarda olduğu kimi cavanlar necəsə bir birlərini görməyə nail olurdu.
Toy (Netta Barzilay mahnısı)
Toy (azərb. Oyuncaq‎) — İsrailin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Netta Barzilay "Toy" mahnısı ilə İsraili Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmiş və ölkəsinə müsabiqədəki dördüncü qələbəsini qazandırmışdır. Mahnı 2015 və 2016-cı illərdə İsrailin Avroviziya mahnılarını ərsəyə gətirən bəstəkar Doron Medali və eyni zamanda Stav Beqer tərəfindən bəstələnmişdir. Mahnının mətninin əsas hissəsi ingiliscə olsa da, eyni zamanda ivrit dilindən olan אני לא בובה (ani lo buba, "Mən oyuncaq deyiləm") və banknot yığınları anlamına gələn "stefa" sözcüyündən istifadə olunmuşdur. Ciddi satirik ismarıcların yer aldığı mahnıda qadın hüquqlarını tapdalayan və fərqliliyə qarşı dözümsüz davranan insanlar "toyuğa" bənzədilərək, məsxərəyə qoyulur.
Toy gecəsi (serial, 2013)
== Rollarda ==

Digər lüğətlərdə

взыва́ть восьминеде́льный отшлёпывание шумо... ве́ха винче́стер вы́тисниться на ве́ки вечные разбрако́вщица рассуди́тельно уча́стливый хаоти́чески chyle fideism newscasting omnium-gatherum ornamentist simple spooning unsay благозвучный голодовка обслужить перчаточник позапрошлый