TOZ

TOZ I is. Xırda qum dənəcikləri. Külək tozu qaldırar; Layla körpəm, a layla (R.Rza).

TOZ II is. bot. Ağacın bir növü. Tozağacı yaranandan ağdı qar kimi; Cökələr də dümağ olmuş bu tozlar kimi (O.Sarıvəlli).

TOR
TRAP
OBASTAN VİKİ
Toz
Toz — orqanik və ya mineral mənşəli xırda bərk hissəcik. Tozlar - orta diametrli mikro hissəciklərə və diametri 0.1 mm. olan makro hissəciklərə bölünür. Hər hansı bir materialı toz halına keçirtdikdə daha toz hissəcikləri, yəni diametri 0.1–5 mm-ə çatan toz hissəcikləri yaranır. Rütubət təsir etdikdə toz adətən palçığa çevirilir. == Atmosferdə toz == === İqlimə tozun təsiri === Atmosferdə tozun miqdarı iqlimə böyük təsiri göstərir. Toz hissəcikləri qlobal istiləşmənin nəticələrini yumşaldaraq günəş radiasiyasının bir hissəsini udur. Həmçinin toz hissəcikləri kondensasiyanın nüvəsi olaraq buludların formalaşmasında iştirak edir.
Toz qasırğası
Güclü külək vasitəsilə böyük miqdarda torpaq hissəciklərinin və qumun sovurulub aparılmasıdır. Torpaq qasırğası bəzən milyon tonlarla tozu uzaq məsafəyə aparıb əkinlərin üzərinə tökür, yararlı torpaqları, bitkiləri məhv edir. Çöllərdə qoruyucu meşə zolaqları salmat və s. aqrotexniki tədbirlərə toz qasırğası ilə mübarizə aparılır.
Ariel (yuyucu toz)
Ariel — Procter & Gamble şirkətinə daxil olan yuyucu toz markası. Ariel Avropa ölkələri, Meksika, Braziliya, Türkiyə, Pakistan, Hindistan, Kolumbiya, Çili, Venesuela və Filippində əsas yuyucu toz markası hesab olunur. Ariel ilk dəfə 1967-ci ildə Böyük Britaniyada satışa çıxarıldı. Ariel xüsusi ləkə çıxarma enzimləri ilə ilk yuyucu toz hesab olunurdu. Paltaryuyan maşınların dəyişməsi və daha da inkişaf etdirilməsi nəticəsində Arielin məhsullarında da dəyişikliklər edilid. 80-cı illərdən etibarən satışa çıxarılan məhsullar bol köpükləndiricilik xüsusiyyəti ilə fərqlənirdi. 2010-cu ildə Airel üçün hazırlanmış reklam çarxının hazırlanmasında Çarli Çaplin, Mahatma Qandi və Corc Buş kimi simalardan istifadə olunmuşdur.
Toz içində çiçək (film, 1959)
Toz içində çiçək (hind धूल का फूल, ing. Dhool Ka Phool) — rejissor Yaş Çopranın 1959-cu ildə çəkdiyi film. == Məzmunu == Filmdə kollecin tələbələri Mina (Mala Sinha) və Maheşin (Racendra Kumar) məhəbbətindən bəhs olunur.
Yuyucu toz
Yuyucu toz ― paltarların əllə və ya paltaryuyan maşında yuyulması üçün nəzərdə tutulmuş tozlu yuyucu vasitə. Məişət kimyəvi maddələrinə aiddir. == Növlər == Sabun tərkibli — sabun və qələvi duzların qarışığı, yalnız pambıq və kətan parçaları 40 ° C temperaturda yumşaq suda yumaq üçün nəzərdə tutulmuşdur. Sintetik (tərkibində sintetik səthi aktiv maddələr olan) — suyun sərtliyinə, temperaturuna, turşuluq dərəcəsinə və parça növünə görə çox yönlü olması ilə fərqlənir. Qələvi — suyun sərtliyini azaltmaq, çamaşırları islatmaq və qaynatmaq üçün istifadə olunur. == Yuyucu tozların tərkibi == Müasir yuyucu tozların tərkibində anion və qeyri-ion səthi aktiv maddələr, soda, natrium silikat (toza qələvilik əlavə edir və tozu qranullara bağlayır), həmçinin seyreltici kimi duz balastı (adətən natrium sulfat (təxminən 40%) var. paltaryuyan maşında hər yuma üçün 150 q dozada konsentratsız yuyucu toz) və ya daha az tez-tez natrium xlorid) 5% −10% -dən çox olmayan miqdarda. Həmçinin, yuyucu tozların tərkibində digər komponentlər də ola bilər: kationik səthi aktiv maddələr, kimyəvi və optik parlatıcılar, ətirlər, kalsium və maqnezium ionlarını birləşdirən maddələr: (natrium tripolifosfat) seolitlər, sitratlar, Trilon B). Tozun tərkibində həmçinin fermentlər, sabun, tozun özünə gözəl rəng vermək üçün rəng qatqıları və çirkin səthə çökməsinin qarşısını alan maddələr ola bilər. Yuyucu toz məhlulunun pH səviyyəsini müəyyən edilmiş hədlərdə saxlamaq üçün onun tərkibinə müvafiq əlavələr, ən çox limon turşusu daxil edilə bilər.Yuyucu tozun tərkibindəki fosfatlar suyun sərtliyini aradan qaldırır, bununla da səthi aktiv maddələrin təsirini artırır və yuyucu tozun effektivliyini artırır.
Atmosfer tozu
Atmosfer tozu- xırda hissəciklər şəklində havada asılı halında olan bərk maddələrdir. Havaya torpaq səthindən, vulkan püskürmələrindən, kosmik fəzadan və s.-dən düşür. == Ümumi məlumat == Yer səthində tozun konsentrasiyası sənaye mərkəzlərində xüsusilə çoxdur. Atmosfer tozu atmosferin şəffaflığını və uzaq görünüşü azaldır. Son onilliklərdə sənaye tozlarının konsentrasiyasının yalnız şəhərlərdə, sənaye mərkəzlərində deyil, onlardan daha uzaq rayonlarda da artması müşahidə olunur. Bütün dünyada şəhərlərdə hər il atmosferə 1 milyard ton antropogen mənşəli bərk hissəciklər atılır. Ona görə də şəhərin hava hövzəsinin tozluluq dərəcəsi kənd yerlərinə nisbətən 2-3 dəfə çox olur. Sənaye mənşəli toz hissəciklərinin payına orta hesabla 15% düşür və çoxlu miqdarda mürəkkəb kimyəvi tərkibli hissəciklər olur. Atmosferin tozluluğunun artmasına xam və dincə qoyulmuş torpaqların şum sahələrinin çoxalması və s. böyük təsir göstərir.
Ağ tozağacı
Tükcüklü tozağacı (lat. Betula pubescens) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Erman tozağacı
Erman tozağacı (lat. Betula ermanii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Hamaryarpaq tozağacı
Hamaryarpaq tozağacı (lat. Betula platyphylla) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Kakao tozu
Kakao – toxumundan şokolad yağı alınan tropik ağacın yerdə qalan jmıxının üyüdülməsindən alınan tozşəkilli un. Kakao içkisini kakao tozundan hazırlayırlar. Kakao paxlasından yağ aldıqdan sonra (bu yağ şokolad və şokolad məmulatı istehsalında istifadə olunur) yerdə qalan jmıx üyüdülür və kakao tozu əldə edilir. Çay və qəhvəni tərkibində alkoloid kofein vardır. Kakaoda isə teobromin maddəsi vardır ki, bu da ürək – damar və əsəb sisteminə oynadıcı təsir göstərir. Süd, qaymaq və başqa xammalların qatılması içkinin qidalılıq dəyərini artırır. Kakao tozundan adi kakao, südlü kakao, qatılaşdırılmış südlə kakao və digər içkilər hazırlanır.
Kağız tozağacı
Kağız tozağacı (lat. Betula papyrifera) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Kağız tozağacı Saskaçevan (Kanada) əyalətinin və Nyu-Hempşir (ABŞ) ştatının simvolik ağacıdır. Təbiətdə növün arealı Şimali Amerikanın şimal hissəsini əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 20-35 sm, gövdəsinin diametri 1 m-dək, enli-silindrik çətirli və nazik, horizontal pulcuqlarla örtülmüşdür. Cavan budaqları tükcüklü, seyrək qatranlə vəzicikli, yaşılımtıl və ya açıq-qonur, sonradan budaqları parlaq tünd-qonur, çılpaq olur. Tumurcuqları xırda, ensiz-yumurtavari, ucu biz, hamardır. Pulcuqların kənarı yapışqanlı, yaşıl, qonurdur. Yarpaqları növbəli düzülüşlü, oval və ya yumurtavari olub, uzunluğu 5-12 sm, eni 4-9 sm, ucu biz, kənarları ikidişlidir. Bünövrəsi yumru, cavanlıqda tükcüklərlə örtülüb, çılpaq, tutqun tünd-yaşıldır, uzunluğu 1,5-3 sm olan tükcüklü saplaqlarda yerləşir.
Litvinov tozağacı
Litvinov tozağacı (lat. Betula litwinowii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Hündürlüyü 10-15 m-ə qədər olan kiçik aqacdır.Aşağı hissədə ağ rəngli çatlaq qabığı vardır.Cavan budaqları xırda yumşaq tüklüdür, vəzili ziyilciklidir. Yarpaqları yumurtaşəkilli və yaxud yumurtaşəkilli-rombvaridir, yarpağın qaidə hissəsi enli pazşəkilli və yaxud dairəvidir, təpə hissəsində üçkünc formada daralmışdır, kənarları iri birqat və yaxud ikiqat mişarvaridir, alt tərəfdən damarların küncündə saqqalcıqları yerləşmişdir. Saplaq 2,5-4 dəfə yarpaq ayasından qısadır. Bar verən salxımlar silindrşəkilli olub,uzunluğu 2,5-3,5 sm, eni 7-9 mm-dir. Meyvə verən çiçəklərin pulcuqları meyvə verən zaman üçbölümlü, qaidəsinə yaxın hissəsi isə pazşəkillidir. Fındıqca meyvələri əksinəyumurtaşəkilli-uzunsov və yaxud uzunsov-ellipsvaridir, fındıqcameyvənin qanadlarının eni fındığın ölçüsunə bərabərdir, nadir hallarda 1,5 dəfə enlidir. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəz == Yaşayış mühiti == Meşənin yuxarı kənarlarında rast gəlinir.
Mancuriya tozağacı
Mancuriya tozağacı (lat. Betula mandshurica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Şimal-Şərqi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə, gövdəsinin diametri 40-50 sm-ə çatan seyrək çətirli ağacdır. Gövdəsinin qabığı ağ, bozumtul-ağ, qara və s. rənglərdə olur. Budaqların ucunda vəzilər vardır. Yarpaqları dairəvi üçkünc, ovalşəkilli, ölçüləri 3-9 sm olub, enli pazşəkilli və ya ürəkşəkillidir. Aprel-iyun aylarında çiçəkləyir. Meyvələri iyul-sentyabr aylarında yetişir.
Mancuriya tozağacısı
Qabartma tozu
Qabartma tozu — quru kimyəvi mayeləşdirici, karbonat və ya bikarbonat və zəif turşunun qarışığıdır. Qabartma tozu çörək, tort və ayrı yeməklərdə həcm və əzəmət vermək üçün əsasən istifadə olunur.
Qara tozağacı
Qara tozağacı (lat. Betula nigra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Quercus tozzae
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Qırmızı tozbaş səhləb
Cephalanthera rubra (lat. Cephalanthera rubra) və ya Qırmızı tozbaş səhləb — səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 20-60 sm hündürlükdə, yuxarı hissəsində sıx, xırda vəzili-tükcüklüdür. Kökümsovu iri olmayan, 1sm-dək yoğunluqdadır. Yarpaqları uzunsovlansetvari, yuxarı yarpaqlar nisbətən ensiz, iti, kökümsovətrafı yarpaqları qınlıdır. Çiçəkaltlığı lansetvari, iti, yarpaqlardan kiçikdir. Çiçəkləri iri, bənövşəyitəhərçəhrayı; dodağı ağ rəngli, çiçəkqrupunun ox hissəsindən əyilmişdir. Dodağı demək olar ki, çiçəkyanlığının digər yarpaqcıqları ilə eynidir, arxa dilimi çökük, ön dilimi isə sivriləşmiş və yumurtavari-lansetvaridir. Yumurtalığı tükcüklüdür.
Qırmızı tozbaş sәhlәb
Cephalanthera rubra (lat. Cephalanthera rubra) və ya Qırmızı tozbaş səhləb — səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 20-60 sm hündürlükdə, yuxarı hissəsində sıx, xırda vəzili-tükcüklüdür. Kökümsovu iri olmayan, 1sm-dək yoğunluqdadır. Yarpaqları uzunsovlansetvari, yuxarı yarpaqlar nisbətən ensiz, iti, kökümsovətrafı yarpaqları qınlıdır. Çiçəkaltlığı lansetvari, iti, yarpaqlardan kiçikdir. Çiçəkləri iri, bənövşəyitəhərçəhrayı; dodağı ağ rəngli, çiçəkqrupunun ox hissəsindən əyilmişdir. Dodağı demək olar ki, çiçəkyanlığının digər yarpaqcıqları ilə eynidir, arxa dilimi çökük, ön dilimi isə sivriləşmiş və yumurtavari-lansetvaridir. Yumurtalığı tükcüklüdür.
Radde tozağacı
Radde tozağacı (lat. Betula raddeana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu C2a(ii). Qafqazın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Ağ və ya qonurqabıqlı çoxda böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, yuxarı hissədən iti, yan hissələrdən nahamar dişciklidir. Meyvə verən sırğa çiçək qrupu təkdir, yumurtavari-ellipsşəkillidir, 2-2,5 sm uzunluğunda, 10-14 mm enində, qısa sallanan ayaqcıqda yerləşir. Qozaları yuxarı hissədən böz-tükcüklü, 2-2,5 mm uzunluğundadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənməsi iyul ayında baş verir. Subalp qurşağının aşağı hissəsində karbonatlı dağ süxurları əmələ gələn meşələrdə rast gəlinir.
Sallaq tozağacı
Sallaq tozağacı (lat. Betula pendula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Ümumi yayılması == Qərbi Sibir, Altay, Avropa, Şimali Afrika, Asiya və Qafqazda yayılmışdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz dağlarında (Quba-Xaçmaz) və Naxçıvan MR-də təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Əsasən qarışıq meşələrin orta yaruslarında rast gəlinir. Dağlarda bu tozağacı dəniz səviyyəsindən 2100–2500 m-ədək hündürlüyə qalxır. == Təbii ehtiyatı == Azərbaycanda arealı çox geniş deyil. == Bioloji xüsusiyyətləri == Əlverişli şəraitdə hündürlüyü 25–30 m, diametri 80 sm-ədək, çatır. Cavan ağacların qabığı qonurdur, 8-10 yaşdan ağarır.
Sarı(Amerika)tozağacı
Betula alleghaniensis (lat. Betula alleghaniensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali amerikada yayılmışdır. == Botaniki təsviri == İri gövdələrinin hündürlüyü 30 m-ə çatır, rəngi gümüşü-boz və ya açıq-narıncı, qoca gövdələrdəqırmızı-qonur qabıqları vələsin yarpaqlarına oxşayır. Cavan ağacların qabığı sıx, piramidal, yaşlandıqda yumru, çox vaxt əyri formalı olur. Yarpaqların uzunluğu 12 sm-ə çatıb, növbəli, bütöv, kənarları dişli, oval, açıq-yaşıl, payızda intensiv sarı rəngli olur. Sarı tozağacı toxumlarla çoxaldılır. == Ekologiyası == Torpağa tələbkar deyil, kölgəyə davamlıdır; zərərvericilərə gec yoluxur, uzun ömürlüdür. Quraqlığa dözmür. == Azərbaycanda yayılması == 300 ilə qədər yaşayır.
Tozağacı
Tozağacı (lat. Betula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. Tozağacı şimal yarımkürəsində geniş yayılmışdır. 100-dən çox növü var. Təsərrüfatda geniş istifadə olunur. Tumurcuq və yarpaqlarından təbabətdə istifadə olunur. Bəzi növlərindən tarlaları küləkdən qorumaq üçün eləcə də dekorativ bağçılıqda istifadə olunur.
Tozağacıkimilər
Tozağacıkimilər (lat. Betulaceae) — fıstıqçiçəklilər sırasına aid bitki fəsiləsi. == Təsnifatı == Betuloideae Alnus Mill. Duschekia Opiz.
Tozağacıçiçəklilər
Fıstıqçiçəklilər (lat. Fagales) — i̇kiləpəlilər sinfinə aid bitki sırası.
Tozcuq
== Tozcuq hüceyrəsi == Tozcuq hüceyrəsi bitkinin çiçəyindəki erkəkciyin tozluğunda yerləşir və orada yaranır. Tozcuq tam inkişaf etdikdə erkəkcik tozluğu yırtılır və tozcuq hüceyrələri dişicik ağızcığına düşür. Bu proses Tozlanma prosesi adlanır. Tozcuq - birhüceyrəli, bəzən çox¬hüceyrəli, tozcuq dənələri adlanan əmələgəlmələr: toxumlu bitkilərin (toxumlu ayıdöşəyilər, çılpaq və örtülütoxumlu bitkilər) tozluğunda inkişaf edir və çoxalma prosesində iştirak edir. Tozcuq dənəsi daxili qat – intin və xarici qat – ekzindən ibarət sporoderm - örtük içərisində yerləşən protoplastdan ibarətdir. Qazıntı halında yalnız ekzinə rast gəlinir. Tozcuq dənəsinin səthində məsamələr, şırımlar və skulptur əmləgəlmələr müşahidə edilir. Tozcuq forması, məsamə və şırımların sayı, skulpturun səciyyəsi hər bitki növü üçün fərqləndirici əlamətlər olub bitkilərin təyinində istifadə edilir. Fossil tozcuqların tədqiqinin onun yerləşdiyi çöküntülərin (xüsusilə kontinental) nisbi yaşını təyin etmək, bitkilərin filogeniyası, floranın tarixi və b. məsələlərin həllində böyük əhəmiyyəti vardır.

Digər lüğətlərdə

дору́гивать закрепча́ть Ма́йя новонарече́нный республика́нец фи́тнес-центр герметизи́ровать извива́ться ужом молоти́ться поглазе́ть подверга́ться раска́яться синоло́гия гнуть хна anogenic bombazine calfless callet populous Ubsu Nur поручить посчитаться преумножение цинкография