College of Dunaújváros
Dunauyvaroş Universiteti (ing. University of Dunaújváros, mac. Dunaújvárosi Egyetem) — Budapeşt yaxınlığında Dunauyvaroş şəhərində yerləşən ali məktəbdir. Son 15 ildə tələbələrin sayı artıb və hal-hazırda burada 3500 yaxın tələbə təhsil alır. 2006-cı ildən bəri universitet əcnəbi tələbələr üçün beynəlxalq proqramlar təklif edir. 1 yanvar 2017-ci ilə kimi Dunauyvaroş Kolleci (macarca "Dunaújvárosi Főiskola", ingiliscə "College of Dunaújváros") adlanırdı.
== Tarixi ==
Dunauyvaroşda 1953-cü ildə Metallurgiya və Mexaniki Mühəndislik Texnikumun əsası qoyulmuşdu. Məqsəd, Dunay Dəmir sənayə fabrikini (Dunaferr Rt) lazımi mütəxəssislərlə təmin etmək idi. 1969-cu ildən bəri bir çox gənc mütəxəssislər institutda aldığı təhsil əsasında metallurgiya və mexaniki mühəndislik sahələrində ixisaslaşdılar və sənayə təcrübəsi qazandılar. Daha sonra Dunaferr Rt-in əhatəsi genişləndi, artıq texniki müəllimlik, mühəndis müəllimliyi kursları və informasiya texnologiyası kursları keçən kadrlar, 1990-cı ili əvvəllərindən isə iqtisadiyyat, texniki menecment, material mühənidisliyi və 2003-cü ildən kommunikasiya və mədəniyyət menecmentliyi üzrə də təhsil alanların da cəlb edilməsi başlanıldı.