TRANSKRİPSİYA

[ lat. transcriptio – üzünü köçürmə]
1. dilç. Hər hansı bir dilin, qrafik və orfoqrafik normalarından asılı olmayaraq, bütün incəliklərinin mümkün qədər dəqiq verilməsi üçün tətbiq edilən yazı, ya işarələr sistemi. Fonetik transkripsiya. Dialektoloji materiallarda transkripsiya tətbiq etmək.
2. bax transliterasiya. Fars sözlərinin Azərbaycan hərfləri ilə transkripsiyası.
3. mus. Bir alət və ya səs üçün yazılmış musiqi əsərinin başqa alətdə və ya səslə ifa etmək üçün uyğunlaşdırılması. Simfonik əsərin fortepiano üçün transkripsiyası.
TRANSFORMÁTOR
TRANSLİTERÁSİYA
OBASTAN VİKİ
Transkripsiya
Transkripsiya bu mənalara gələ bilər:
Transkripsiya (dilçilik)
Transkripsiya — (lat. "Transkriptio" — üzününün köçürülməsi), məlumatın üzününün köçürülməsi adlanır.
Transkripsiya (genetika)
Transkripsiya — bütün canlı hüceyrələrdə baş verən və DNT-nin bir zəncirindəki nukleotidlərin ardıcılığı şəklində yazılmış genetik məlumatın RNT-yə komplimentar prosesidir. Gen və ribosom arasında vasitəçi rolunu məlumat RNT-si (m-RNT) yenin bir zəncirinə əsasən baş verir. Məlumat RNT-nin sintezində RNT-polimeraza fermenti iştirak edir. Promator RNT-polimerazla birləşib və məlumat RNT-nin sintezinə başlayan DNT sahələrindən biridir. RNT-polimerazın sahəyə çatması terminator adlanır vı sintez başa çatır. Məlumat RNT sintezi nüvədə olan sərbəst ribonukleotidlərin komplementar prinsipi ilə gen zincirinin birinə əsasən baş verir. Demək olar ki, gendə mövcud olan zülalın quruluşuhaqqında mlumat məlumat RNT-yə yazılacaq. Bunun üçün də məlumat RNT-nin sintezi transkripsiya adlanır (ing. Transcribe - köçürmək) Məumat RNT-ni matris-RNT də (m-RNT) adlandırırlar. Gendə zülalın quruluşu haqqında məlumatları - eqzonları və qeyri məlumat sahələrini - intronları daşıyan sahələr var.

Значение слова в других словарях

вы́труситься дебарка́дер набатра́чить нехва́тка плести́сь пли́тчатый погна́ть подко́вный агности́ческий вре́дничать забия́ка пракри́ты тромбофлеби́т туция advertising account delaying glassing-machine knowledge engineer ministerialist nim pye-eyed wulfenite взяточник линчевать спиритизм