transqafqaz 2021
translaşan
OBASTAN VİKİ
Transqressiya
Transqressiya — yer qabığının materik hissəsinin çökməsi, qismən okean səviyyəsinin qalxması ilə dənizin quruya irəliləməsi. == Ümumi məlumat == Dəniz transqressiyası – dəniz səviyyəsinin qalxaraq suyun qurunu basması və sahil xətlərinin daha hündür yerlərə doğru irəliləməsi ilə nəticələnən geoloji hadisədir. Transqressiya qurunun enməsi, okean dibinin qalxması və ya okean hövzəsində suyun həcminin artması nəticəsində baş verə bilər. Transqressiya (eləcə də reqressiya) orogenez (dağəmələgəlmə) kimi tektonik hərəkətlər, ciddi iqlim dəyişmələri (buzlaşma dövrü) və ya buzlaqlar əridikdən sonra izostatik hərəkətlərdən yarana bilər. Xəzər dənizinin Dördüncü dövrdə ən böyük və ən sürəkli transqressiyası Erkən Pleystosendə (Bakı əsrində) 730-460 min il əvvəl baş vermişdir. Sonrakı transqressiyalar əvvəlkilərdən öz gücünə və sürəkliliyinə görə zəif olmuşdur.

Digər lüğətlərdə

ассигна́ция водомёт моло́чность паротурби́нный призаду́мываться заду́манное инкубато́рий наклоня́ться по́вар погромыха́ть подскрести́ процвести́ уже́ль упелёнывать кляуза chromatography directing-gun evaporable high-priority sizzle unleash коллегиально контрабандистский фильдеперсовый фуражка