TRANSSENDENT

\[alm. Tranzsendent; fr. Transcendant; ing. Transcendent; osm. tr. müteal; ər. يرؼام lat. transcendere – üstündən adlayıb keçmək, pozmaq\] – 1. Bir sistemin xaricinə yüksələn, var olan bir həddi keçən. 2. Üstün olan, bəşəri olanlar-dan yüksəkdə dayanan \[Tanrı kimi\]. 3. Kanta görə ola biləcək hər növ eksperimentin kənarına çıxan, şüurun xaricinə adlayan. 4. Təbiətdən kənarda olan və onun sərhədlərini aşan, fövqəlbəşəri olanlara deyilir. İmmanent termininin əksinə olaraq şüurun və idrakın hüdudlarından kənarda olanı ifadə edən termindir.
TRANSFORMASİYA
TRANSSENDENTAL
OBASTAN VİKİ
Transsendent ədəd
Transsendent ədədlər (lat. transcendere — keçmək, üstələmək) — cəbri olmayan, kompleks və ya həqiqi ədədlər, başqa sözlə, qüvvəti tam ədəd (və ya rasional) olan polinomun (çoxhədlinin) kökü olmayan həqiqi ədədləri. == Xüsusiyyətlər == Bir çox transsendent ədəd kontinualdır. Hər bir transsendent həqiqi ədəd irrasionaldır, amma əks proses tamamilə yanlışdır, yəni bütün irrasional ədədlər transsendent ədəd deyildir. Məsələn, 2 {\displaystyle {\sqrt {2}}} ədədi — irrasionaldır, amma transsendent ədəd deyildir: çünki bu ədəd x 2 − 2 {\displaystyle \!x^{2}-2} çoxhədlisinin köküdür (və buna görə də bu ədəd cəbri ədəddir). Bir çox həqiqi transsendent ədəd sırası, bir çox irrasional ədəd sırası ilə izomorfdur. Demək olar ki, hər bir transsendent ədədin irrasionallığının ölçüsü 2-yə bərabərdir. == Nümunələr == π {\displaystyle \!\pi } ədədi. e {\displaystyle \!e} ədədi. İstənilən tam ədədin ( 10 n {\displaystyle \!10^{n}} -dən başqa) onluq loqarifması.
Transsendentalizm
Transsendentalizm – 1830-1860-cı illərdə ABŞ-də ədəbi-fəlsəfi hərəkat. 1836-cı ildə ABŞ-də Transsendental klubun əsasını qoymuş idealist filosof və yazıçılar qrupuna Ralf Uold Emerson (1803-1882), C.Ripli (1802-1880), T.Parker (1810-1860), M.Fuller (1810-1850), Henri Devid Toro (1817-1862) və başqaları daxil idi. Transsendentalistlər sensualizmə mənfi münasibətini bildirir, Kant və Fixtenin, Yakobinin və Şleyermaxerin fəlsəfəsi ilə öz əlaqəsini qeyd edirdilər. Onların dünyagörüşünə Amerikan puritanizminin etik-sosial ideyaları, Platonun, ingilis romantik şairlərinin – C.Kolric, U.Vordsvortun "Göl məktəbi", Karleylin və Jan Jak Russonun baxışları dərin təsir göstərmişdir. Romantizm və xırda burjua demokratizmi mövqelərindən kapitalizmin amansızlığını tənqid etmiş, sosial münaqişələrin həllində mənəvi özünütəkmilləşdirməyə diqqət yetirmiş, təbiətlə yaxınlaşmağa çağırmışlar. == Fəaliyyətləri == Bir çox transsendentalistlər ABŞ-də köhnəliyə qarşı fəal çıxış etmişlər. 1841-ci ildə C.Ripli yazıçı H.Qotorn və başqaları ilə birlikdə Boston yaxınlığındakı "Bruk Farm" (1847-ci ilə qədər mövcud olmuşdur) adlı furyerist koloniya təşkil etmişlər. Baxışları Ralf Uold Emersonun "Təbiət" əsərində tam şəkildə ifadə olunmuş transsendentalistlər Amerika ədəbiyyatı və fəlsəfəsinin inkişafında müəyyən iz qoymuşlar.

Значение слова в других словарях

адыге́йский индивидуализи́роваться наню́хаться опло́шка поиспове́даться затира́нье и коне́ц кривля́ка монетари́зм наживля́ть расплесну́ть суро́веть м artifactitious blanquette co-ed Harriott peppiness resurrectionism shadowing Valenciennes геоцентризм из перебродить покойный