TROLLEYBUS

I. i. trolleybus

II. s. trolleybus; ~ xətti trolleybus route; ~ parkı trolleybus depot

TRİO
TROMB
OBASTAN VİKİ
Trolleybus
Trolleybus — şəhərdaxili sərnişin daşınmasında istifadə olunan elektriklə işləyən ekoloji cəhətdən ən təmiz relssiz nəqliyyat vasitəsi. Trolleybus tramvay kimi xüsusi elektrik yol cığırı ilə hərəkət etsə də ondan adi avtobuslardakı kimi şin təkərlərə malik olması və relslərə ehtiyac olmaması ilə fərqlənir. == Etimologiyası == Neyologizm sözlərdən olan trolleybus ing. trolley + bus kəlmələrinin birləşməsindən yaranmışdır. Amerikan ingiliscəsində "trolley" "tamvay vaqon" deməkdir. Digər bir versiyaya görə "trolley" elektriklə hərəkət edən mənasını kəsb edir. == Tarixi == === Dünyada === İlk trolleybus Almaniyada Verner fon Simens tərəfindən İngiltərədə yaşayan qardaşı doktor Vilhelm Simensin 18 may 1881-ci ildə Kral Elmi Cəmiyyətində irəli sürmüş olduğu ideyası əsasında icad edilmişdir. O, elektriklə hərəkət edən mexanizmə malik səkkiz təkərli arabanı müvafiq paralel elektrik xətti boyunca, ondan qəbuledici paralel ştanqalar vasitəsilə cərəyan alaraq hərəkətinə nail olmuşdur. İlk dəfə Berlində 1882-ci ilin 29 aprelindən 13 iyununa qədər 540 metrlik məsafədə fəaliyyət göstərmiş eksperimental trolleybus məhz "Siemens & Halske" firmasına məxsusdur.1882-ci ildə ABŞda belçikalı Şarl Van Depule "qəbuledici ştanqı" öz adı ilə patentləşdirir. Spreyq Frenk Culian 1888-ci ildə daha etibarlı "qəbuledici ştanq" hazırlayaraq tramvaylara tətbiq edir.
Başqırdıstan Trolleybus Zavodu
«Başqırdıstan Trolleybus Zavodu» ASC (1999-cu ilə qədər — Ufa Tramvay-Trolleybus Təmiri Zavodu ) — Ufa şəhərində trolleybus istehsalı və təmiri zavodu. BTZ marxalı trolleybuslar Rusiyanın və MDB ölkələrinin əllidən çox şəhərimndə istifadə edilir. == Tarixi == 1964-cü ildə Ufa Tramvay-Trolleybus Zavodu işə salınır. Bu zaman zavodlarda nəqliyyat vastələri istehsal edilir və ya təmirlər həyata keçirilirdi. Fəaliyyəti dönəmində zavodda hər il 250—270 trolleybus əsaslı təmirdən çıxırdı. Bununla yanaşı zavod geologiya işləri üçün nəqliyyatlar, neft və enerji avadanlıqları istehsal edirdi. Yenidənqurma dönəmində istehsalat açağı düşür. 1999-cu ildə Ufa Tramvay-Trolleybus Zavoduu, Başqırdıstan Trolleybus Zavodu MMC adlanmağa başlayır. Hələ bir il öncə burada trolleybuslar istehsal olunmağa başlanılır. Bundan sonra istehsalat ilbəil artırılır.
Bakı trolleybusu
Bakı trolleybusu — Bakı şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Trolleybus ilk dəfə 1941-ci ildə istifadəyə verilmişdir. Xətlərin maksimal uzunluğu 300 km idi. 2004-ci ildə isə tamamən ləğv edilmişdir. == Tarixi == Trolleybus Bakıda ilk dəfə 1941-ci ildə peyda olur. Şəhərdə trolleybus sistemi 60-70 illərdə tam təkmilləşir. 1980-ci illərdə isə xətlərin uzunluğu 300 kilometrə çatırdı. Burada 32 marşrut mövcud olmuşdur. Şəbəkə həmçinin Bakı ətrafı bir necə qəsəbəni də əhatə edirdi. Burada iki depo mövcud olmuşdur.
Brest trolleybusu
Brest trolleybusu — Belarusun Brest şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Trolleybus şəbəkəsi ilk dəfə 18 aprel, 1981-ci ildə istifadəyə verilmişdir. Hal-hazırda trolleybus şəbəkəsində 9 marşrut var. Brest şəhərinin trolleybus xidmətində yalnız bir trolleybus parkı var. == Tarixi == Belorusiya Sovet Sosialist Respublikası hökuməti, Brest şəhərində mövcud olan avtobus xidmətinə yardım etmək üçün, şəhərdə trolleybus xidməti qurmağı planlaşdırırdı. == Marşrutlar == № 1 — Orconikidze (Qatar stansiyası) — Vilayət xəstəxanası. № 2 — Sverdlov — SK "Viktoriya" (Qavrilova küçəsindən keçərək). № 3 — Orconikidze — SK "Viktoriya" (Partizanskiy prospektindən keçərək). № 4 — Orconikidze — KSM. № 5 — "Tsvetotron" zavodu — Vilayət xəstəxanası (Yanka Kupalı küçəsindən keçərək). № 6 — "Tsvetotron" zavodu — Vilayət xəstəxanası (Respublika prospektindən keçərək).
Gəncə trolleybusu
Gəncə trolleybusu — Gəncədə elektrikli ictimai nəqliyyat növü. Trolleybuslar 8 marşrut üzrə hərəkət edirdilər. İlk dəfə 1 may 1955-ci ildə istifadəyə verilişdir. Gəncə trolleybus xəttinin uzunluğu 112.9 km-dir. Trolleybus 2004-cü ildə ləğv edilmişdir. Pakrda istifadə onunan trolleybus markaları: МТB-82, ZİU-5, ZİU-9, Şkoda-9tr, Şkoda-14tr.
Mingəçevir trolleybusu
Mingəçevir trolleybusu — Mingəçevir şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Azərbaycan ərazisində mövcud olmuş ən gənc trolleybus təşkilatı olmuşdur. Şəhərdə ilk trolleybus nəqlityatı 15 aprel 1989-ci ildə istifadəyə verilmişdir. 1992-ci ilə olan məlumata görə 17 ZİU-9 markalı trolleybuslar istibadədə olmuşdur. Mövcudluğu dövründə cəmi üç xətt olmuşdur. 2006-ci ilin aprelində trolleybus istifadədən çıxarılmışdır. == Maşrutlar == Barvara — Depo — Varvara Dormaş — Depo == Həmçinin bax == Gəncə trolleybusu Naxçıvan trolleybusu Sumqayıt trolleybusu Bakı trolleybusu == Mənbə == "Mingəçevir (trolleybus)". 2013-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
Murmansk trolleybusu
Murmansk trolleybusu — dünyanın ən şimalda yerləşən trolleybus sistemidir (Valparaisodakı trolleybus sistemi isə ən cənubda yerləşən). Murmanskda trolleybus 11 fevral 1962-ci ildən fəaliyyət göstərir. 2020-ci ildən etibarən dörd marşrut trolleybus sistemində xidmət göstərir (3, 4, 6, 10). Trolleybusların xidmət etdiyi marşrutlara əlavə olaraq dörd avtobus nəqliyyatı marşrutu (3T, 4T, 6T, 7T) mövcuddur. Bu müddət ərzində bilet və trolleybusda gediş haqqı etibarlıdır. Hal-hazırda Murmanskda iki trolleybus deposu vardır: 1 nömrəli trolleybus deposu (Karl Libknext k.) və 2 nömrəli trolleybus deposu (Sverdlova küçəsi). Murmanskdakı trolleybus xəttlərində "Elektrotransport" ASC xidmət göstərir. == Tarixi == Murmanskdakı trolleybus 1954-cü ildən layihələndirilir. 25 ZiU-5 trolleybus üçün bir trolleybus depo və bir dartma yarımstansiyası daxil olan sistem 11 fevral 1962-ci ildə açılmışdır. 1967-ci ildə şəhərin şimal hissəsində xətt istifadəyə verilir.
Naxçıvan trolleybusu
Naxçıvan trolleybusu — Naxçıvan şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. İlk trolleybus 3 noyabr 1986-cı ildə istifadəyə verilmişdir. 18 illik fəliyyəti dövründə cəmi üç maşrut fəaliyyət göstərmişdir. Naxçıvan trolleybusunun parkında 29 ədəd ZİU-682V markalı trolleybusundan istifadə edilmişdir. 2004-ci ilin aprelində trolleybuslar tamamilə yığışdırılmışdır. Yol çəkilişləri zamanı dirəklər sökülmüşdür. == Həmçinin bax == Gəncə trolleybusu Sumqayıt trolleybusu Mingəçevir trolleybusu Bakı trolleybusu == Mənbə == K. Klimot. Elektonəqliyyat naqdauna getdi. «Qruzovik Press» № 8. 2007 "Naxçıvan (trolleybus)".
Rostov trolleybusu
Rostov trolleybusu — Rostov-na-Donu şəhərində mövcud olan trolleybus nəqliyyatı. 2016-cı ilin 1 iyul tarixindən gediş haqqı 17 rubl təşkil edir. 1 oktyabr 2015-ci ildən edibarət bu nəqliyyatla gedişdə nağd ödənişdən imtina edilmişdir. Bundan sonra gediş haqqının yarısını ödəyən tələbələr və təqayutçular ödənişi kartlar vastəsi ilə həyata keçirməlidirlər. == Trolleybus şəbəkəsinin inkişaf mərhələləri == 1936 il 18 iyun 1936-ci ildə ilk trolleybus xətti açılmışdır. İlk xətt Selmaşdan Teatralnaya meydanına uzanırdı. 8 iyul 1942-ci ildə trolleybus nəqliyyatı ilə hərəkət Böyük Vətən müharibəsi səbəbindən dayandırılmışdır. 22 iyul 1945-ci ildə trolleybus nəqliyyatı ilə hərəkət bərpa edilir. 1996-ci ildə trolleybusvxəttinin uzunluğu 244 kilometr təşkil edirdi. Bu göstərici ilə Rusiya ərazisində Moskva və Sankt-Peterburqdan sonra üçüncüdür.
Sofiya trolleybusu
Sofiya trolleybusu (bolq. Тролейбуси в София) — Bolqarıstanın Sofiya şəhərində mövcud olan nəqliyyat sistemi. Trolleybus xətti ilk dəfə 1941-ci ildə istifadəyə verilmişdir. 2015 ilə olan məlumata görə 9 trolleybus maşrutu mövcud olmuşdur. Sofiya trolleybusu iki depoya malikdir (Nadejda və İskr). Trolleybus xəttinin ümumi uzunluğu 193 kilometrdir. Sofiya trolleybus şirkətinin balansında 173 trolleybus vardır. 2015-ci il məlumatına görə gediş haqqı 1 Bolqarıstan levidir. == Maşrutlar == == Tərkibi == Sofiya trolleybus şirkətinin məlumatına görə 2015-ci ilə onların balansında 173 trolleybus vardır. Parkda olan trolleybus markaları: Gräf & Stift NGE152–8 maşın Cobra GD 272 (yedəyi Türkiyənin Güleryüz şirkətinin istehsalı olan Sofiyanın Tramkar şirkəti tərəfindən digər hissələri yığılan trolleybus) — 3 maşın Škoda 26Tr — 30 maşın Škoda 27Tr — 50 maşın Ikarus 280.92 (Yedəyi Ikarus-280 abtobuslarının balansında təşkil edilmişdir.) — 66 maşın (151 maşın 1985–1988 illərdə alınmışdır) Ikarus 280.92F (Modernləşdirilmiş variant) — 16 maşın1970-ci illərin sonlarında Sofiya SSRİ məkanından kənarda yeganə yer idi ki kiyevlilərin təcrübəsi əsasında trolleybus vaqonları tətbiq edilirdi Onlar Škoda 9Tr əsasında yığılırdı.
Sterlitamak trolleybusu
Sterlitamak trolleybusu — Sterlitamak şəhərində trolleybus sistemi. Şəhərdə ilk trolleybus xətti 25 fevral 1961-ci ildə istifadəyə verilmişdir. 2014-cü ilin mayına olan məlumata görə Moskva və Sankt-Peterburq şəhərlərindən sonra maşrutların sayına görə Krımla üşüncü yerdə gedir. Şəhərin əsas ictimai nəqliyyat vastələrindəmn biri hesab edilir. Günlük sərnişin daşıma 231,0 min nəfərdir. Bu isə şəhərin ictimai nəqliyyatla daşınan sərnişinlərin 80% deməkdir. == Rəsmi təkilat == Trolleybusla daşımaları "СSterlitamak trolleybus idarəsi" həyata keçirir. Şəhərdə bir depo fəaliyyət göstərir. Depo № 2 isə fəaliyyət göstərmir. == Gediş haqqı == 1 noyabr 2014-cü ildən gediş haqqı 14 rubldır.
Sumqayıt trolleybusu
Sumqayıt trolleybusu — Sumqayıt şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Sumqayıt trolleybusu 8 xəttən ibarət olmuşdur. 28 aprel 1961-ci ildə istifadəyə verilmişdir. Şəhərdə bu nəqliyyat növü üç dəfə fəaliyyətini dayandırmış və yenidən fəaliyyət göstərmişdir. 1 yanvar 2006-cı ildə hərəkət tamamən dayandırılır. Son illər yalnız bir maşrut № 6 «Ticarət mərkəzi — Mikrorayonlar» hərəkət edirdi. Maşrutların ümumi uzunluğu 48.9 km olmuşdur. Parkda istifadə edilən trolleybus markaları: МТB-82, Şkoda-9tr, ZİU-5, ZİU-9. == Həmçinin bax == Gəncə trolleybusu Naxçıvan trolleybusu Mingəçevir trolleybusu Bakı trolleybusu == Mənbə == K. Klimot. Elektonəqliyyat naqdauna getdi.
Taqanroq trolleybusu
Taqanroq trolleybusu — Taqanroq şəhərində ictimai nəqliyyat. Şəhərdə ilk trolleybus 25 dekabr 1977-ci ildə fəaliyyətə başlamışdır. 2010-cu ilin iyul ayına onan məlumata görə şəhərdə 7 maşrut xətti olmuşdur. Trolleybus parkına yalnız bir depo xidmət edir. Tramvay-Trolleybus idarəsinə daxildir. == Tarixi == Şəhərdə ilk trolleybus xətti 1977-ci ilin sonları Boris Fyodoroviç Zubriskinin səyi nəticəsində çəkilmişdir. Trolleybus deposunun inşasına maliyyəni SSRİ Energetik Maşınqayırma Naziri Viktor Vasileviç Krotov ayırmışdır. == Maşrutları == 1 yanvar 2014-ci ilə olan məlumat: == Parkı == БТЗ-5276-01 (5 əd.) БТЗ-5276-04 (1 əd.) ВЗТМ-5284.02 (7 əd.) ВМЗ-52981 (5 əd.) ВМЗ-5298.01 «Avanqard» (3 əd.) Steyr STS 11 HU (3 əd.) DAF DenOudsten B79T-KM560 / Kiepe (17 əd.) == Gediş haqqı == 2015-ci ilə olan məlumat: Tam gediş haqqı — 14 rubl. Təhsil alanlar üçün (tələbə, şagird) — 11 rubl. 00 kop.
Ufa trolleybusu
Ufa trolleybusu — Ufa şəhərində trolleybus nəqliyyatı == Tarixi == 1962 — 27 yanvar tarixində ilk daimi xətt istifadəyə verilir.. 1972 — Volqodonsk küşəsində № 2 depo istifadəyə verilir. 1978 — Rixard Zorge küçəsində xətt açılır. 1975 — Xətt İnors royunana uzadılır. 1980 — Zelyonaya Roşaya xətt çəkilir. 1982 — Aysk və Vorovski küçələrinə yol çəkilir. 1984 — Frunze, Qafuri, Komunistiçiski küçələrinə yol çəkilir. 1986 — Ufa TES-1 yolu inşa edilir 1993 — Lsotexnikum və Rusiya küçələrindən Kukla teatrına yeni xətt çəkilir. 16 nömrli maşrut istifadəyə verilir. 2001 — Depo № 3 açılır 2002 — Syurup küçəsindən Mərkəzi bazar və İbrahimov bulvarı istiqamətindəki yol bağlanır.
Volqodonsk trolleybusu
Volqodonsk trolleybusu — Volqodonsk şəhərində ictimai nəqliyyat. Şəhərdə ilk trolleybus 1977-ci ildə fəaliyyətə başlamışdır. Ancaq fəaliyyətinin ilk ilin trolleybus xətti şəhər icrasının deyil «Atommaşın» tərkibində fəaliyyət göstərmişdir. Hazırda altı maşrutu fəaliyyət göstərir == Tarixi == «Atommaşın» inşasından sonra Volqodonsk böyüməyə başlamışdır. Dörd il ərzində şəhər əhalisi iki dəfə artmışdır. Bu zaman burada 100 min əhali yaşayırdı. Şəhərdı nəqliyyat çətinliyi yazanmışdı. 1976-cı ildə şəhərdə trolleybus xəttinin istifadəyə verilməsi üərara alınmışdır. Tikinti işləri sürətlə,davam etdirilirdi. Şəhərin küçələri ilə ilk sınaq hərəkəti 30 iyun 1977-ci ildə baş tutur.
İrəvan trolleybusu
İrəvan trolleybusu (erm. Երևանյան տրոլեյբուս) — Ermənistanın İrəvan şəhərində fəaliyyət göstərən trolleybus sistemi. Trolleybus xətti 16 avqust 1949-cu ildə fəliyyətə başlamışdır. Hazırda beş xətt fəaliyyət göstərir (1, 2, 9, 10, 15). İrəvan trolleybus sistemi İrəvanın bir ictimai nəqliyyat şəbəkəsini təşkil edir. Gümrü trolleybus sistemi 2005-ci ildə bağlandığından Ermənistanın tək trolleybus sistemi olmuşdur. Vaxtı ilə böyük bir sistem olmuşdur. 300 trolleybusdan ibarət olan sistem 20 xəttə sahib idi. Burada əsasən Çexoslavakiya istehsalı olan Skoda 9TR, 14Tr və ya Sovet istehsalı olan ZiU-682 modelləri istifadə edilirdi. == Maşrutlar == Hazırda beş xətt fəaliyyət göstərir.

Digər lüğətlərdə

вло́пываться захва́тчик поножи прутово́й распа́сться ригодо́н ула́вливать ямщико́в кайфоло́м наполня́емость непоправи́мо односторо́нний соло́мистый урема школяр connotation fandom jelly-bag noontide oppugnant Saharan высудить объясниться остепенить отчёт