trot

trot (idm.)
tros
trotil
OBASTAN VİKİ
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". == Zəmin == Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. == SEMƏMT-in rəhbərləri == İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.
Anthemis trotzkiana
Anthemis trotzkiana (lat. Anthemis trotzkiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Bizim inqilabımız (Trotski)
"Bizim inqilabımız" (rus. Наша революция) — Lev Trotskinin 1906-cı ildə N. Trotski təxəllüsü altında yazdığı kitab. Kitab 1904—1906-cı illər ərzində yazılan məqalələr toplusundan ibarətdir. Məqalələr içərisində ən mühüm və məşhuru axırıncı olan "Yekunlar və perspektivlər" oldu. O, XX əsrin əvvəlində inqilabçıların mühitində böyük əks-səda doğurmuşdur; məqalədə iddia edilir ki, Rusiya İmperiyası kapitalizmin "ikinci eşelon"unun geridə qalmış ölkəsidir və nəticə olaraq dövlət və hökmdardan hərtərəfli asılı olan Rusiya burjuaziyası "zəif" adlandırılmışdır. Kitabda Trotski "permanent inqilab" konsepsiyası və A. Parvus, K. Kautski və P. Milyukovun əsərlərinə əsaslanan "qeyri-bərabər və qarışıq inkişaf qanunu" anlayışının formalaşmasını başa çatdırdı; Trotskinin təsəvvürlərinə görə, Rusiya İmperiyasının iqtisadiyyatını sənaye-ticarət təbəqəsi deyil məhz proletariat iflic edə bilər və onun payına gələcək inqilabda mühüm rol oynamaq nəsib olub. Trotskinin planlarına görə, bu inqilab milli zəminində başlamalı, internasional çərçivəsində inkişaf etməli və ümümdünya səviyyəsində bitməlidir. Beləliklə, Rusiya dövlətinə Rusiya və Avropanı birləşdirə biləcək inqilabi yüksəlişinin "detonator"u rolu düşürdü. O illərdə Leninin siyasi mövqesindən bir az daha solcu olan və sonrakı tənqidçilərin xeyli təhrif etdiyi Trotskinin baxışları 1920—1930-cu illərdə Sovet Rusiyasında Trotskinin leninizmə qarşı olan əsas "cəfəngiyatı" hesab edilməyə başlandı. Kitab və sonuncu məqalə bir çox dillərə tərcümə edilmişdir və dəfələrlə nəşr edilirdi; 1922-ci ildə SSRİ-də "Bizim inqilabımız"ın fraqmentlərinin olduğu Trotskinin "1905" kitabı nəşr olunmuşdur.
Lev Trotski
Lev Davidoviç Trotski (rus. Лев Дави́дович Тро́цкий, əsl soyadı Bronşteyn; 26 oktyabr (7 noyabr) 1879, Bereslavka[d], Xerson quberniyası, Rusiya imperiyası – 21 avqust 1940[…], Koyoakan[d]) — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi, Qırmızı ordu qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi. Trotski əvvəlcə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Menşevik İnternasionalist qanadını dəstəkləyirdi. O 1917-ci il Oktyabr İnqilabı baş verməmiş, tez bir zamanda Bolşeviklərə qoşulmuş və nəhayət Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasında lider olmuşdur. RSFSR-in və SSRİ-nin ilk illərində o, Xarici İşlər üzrə Xalq Komissarı kimi və sonra Hərbi Dəniz İşləri üzrə Xalq Komissarı rütbəsi ilə Qırmızı Ordunun yaradıcısı və komandanı kimi xidmət etmişdir. 1920-ci illərdə Stalinin siyasəti və yüksəlişinə qarşı və Sovet İttifaqında bürokratiyanın artan roluna qarşı apardığı uğursuz mübarizədən sonra, Trotski hakimiyyətdən kənarlaşdırılmış (Oktyabr 1927), Kommunist Partiyasından xaric edilmiş (Noyabr 1927) və sonda, 1929-cu ildə Sovet İttifaqından sürgün olunmuşdur. Meksikada sürgündə olarkən, Trotski, IV İnternasionalın başçısı kimi, Sovet İttifaqındakı Stalin bürokratiyasına qarşı çıxmağa davam etmişdir. Avropa faşizminə qarşı Qırmızı Ordunun müdaxiləsinin ilk təbliğatçısı, Trostski, Stalinin Hitlerlə imzaladığı "qarşılıqlı toxunulmazlıq paktı"na qarşı çıxmışdır. 1940-cı ilin avqustunda Stalinin əmrilə Meksikada ispaniyalı Sovet agenti Ramon Merkader (Ramón Mercader) tərəfindən qətlə yetirilmişdir. Onun SSRİ-də qalan ailə üzvlərinin əksəriyyəti həbs olunmuş və edam edilmişdir.
Lev Trotskinin ev-muzeyi
Lev Trotskinin ev-muzeyi (isp. Museo Casa de Leon Trotsky) — Lev Trotskiyə həsr olunmuş muzey. Muzey Koyoakan rayonunda (hazırda Mexikonun tərkibindədir), Trotskinin həyatının son aylarını yaşadığı və qətlə yetirildiyi evdə yerləşir. == Tarixi == Lev Trotski Meksikaya 1937-ci ildə, ona siyasi sığınacaq verən Meksika prezidenti Lasaro Kardenasın şəxsi dəvəti ilə gəlib. Trotski 1937–1939-cu illərdə Koyoakanda, hazırda Frida Kalonun ev-muzeyinin yerləşdiyi Frida Kalo və Dieqo Riveranın "mavi evində" yaşayıb. 1939-cu ilin aprelində Trotski siyasi fikir ayrılığı səbəbindən qonşu küçədəki evə köçməli olur. 1940-cı ilin may ayında evdə stalinçi David Sikeyrosun başçılıq etdiyi qrup tərəfindən Trotskiyə qarşı ilk uğursuz sui-qəsd cəhdi olub. Evdə Trotskiyə qarşı ikinci sui-qəsd 1940-cı il avqustun 20-də NKVD agenti Ramon Merkader tərəfindən həyata keçirilib. Trotski sui-qəsddən bir gün sonra vəfat edib. 1990-cı il avqustun 20-də muzeyin rəsmi açılışı olub.
Lev Trotskinin qətli
Rus inqilabçısı, keçmiş SSRİ xalq komissarı, IV İnternasionalın yaradıcısı Lev Davidoviç Trotski 1940-cı ilin avqustunda Meksikada öldürülüb. Qətl SSRİ NKVD-nin İspaniyadan olan agenti, marksist tərəfdarı adı altında Trotskinin ətrafına təqdim edilən Ramon Merkader tərəfindən törədilib. 20 avqust 1940-cı ildə Merkader Trotskinin evində olarkən buz baltası ilə onu başının arxasından zərbə endirdi və Trotski ertəsi gün öldü. Merkader Trotskinin müxalifətdə olduğu SSRİ lideri İosif Stalinin göstərişi ilə hərəkət etmişdir. Trotskiyə qarşı “Ördək” adlı sui-qəsd əməliyyatına NKVD zabitləri Pavel Sudoplatov və Naum Eytinqon rəhbərlik edirdi. Sui-qəsddən az sonra Merkader qiyabi olaraq Lenin ordeni ilə təltif edildi. Trotskinin qətlinə görə Merkader Meksikada 20 il həbs cəzasına məhkum edildi. Cəza müddətini başa vurduqdan sonra 1960-cı ildə azadlığa buraxılmış, bundan sonra Kuba və SSRİ-yə köçmüş, orada da Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Trotskinin Meksikaya mühacirəti == 1917-ci ilin Fevral inqilabı nəticəsində Rusiyada monarxiya devriləndə Trotski ABŞ-da idi. Uzun və macəralı səfərdən sonra mayın əvvəllərində Petroqrada gəldi.
Mənim həyatım (Trotski)
Mənim həyatım: avtobioqrafik təcrübə (rus. Моя жизнь: Опыт автобиографии) — Oktyabr inqilabının təşkilatçılarından biri, Qırmızı Ordunun yaradılmasında əsas rol oynamış inqilabçı Lev Trotskinin (1879-1940) tərcümeyi-halı. Trotski əsəri Almatıda və Türkiyədə yaşayarkən yazmışdır; ilk dəfə 1929-1930-cu illərdə nəşr edilmişdir. Müəllifin bioqraflarının fikrincə, kitab keçmiş xalq komissarının əsərləri arasında ən yaxşılarından biridir və geniş oxucu kütləsinin marağına səbəb olub. Bu “polemik” əsərdə Oktyabr hadisələrinin mühüm tarixi təfərrüatları var və açıq-aşkar antistalinist oriyentasiya hiss olunur – orada sovet lideri ilk dəfə “görkəmli ortabab” kimi təsvir olunur. Kitab dünyanın bir çox dillərinə tərcümə olunub; ilk dəfə 1991-ci ildə SSRİ-də qanuni olaraq nəşr edilmişdir.
Mənim həyatım (Trotskinin avtobioqrafiyası)

Patrik Troton
Patrik Corc Troton (ing. Patrick George Troughton; 25 mart 1920, Mill Hill — 28 mart 1987, Kolumbas) — İngilis aktyor. Ən çox 1966 və 1969-cu illər arasında «Doktor Kim» serialında ikinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Stalin (Trotskinin kitabı)
Stalin (rus. Сталин) — 1938-1940-cı illərdə Lev Trotski tərəfindən yazılmış İosif Stalinin ikicildlik tərcümeyi-halı. İkinci cild müəllifin qətlinə görə tamamlanmadı. Nəşr ABŞ-nin İkinci Dünya Müharibəsinə daxil olması səbəbindən nəşriyyat tərəfindən təxirə salındı, kitab Soyuq müharibə başlayandan sonra işıq üzü gördü. Kitabda açıq-aşkar antistalinist yönüm var: sovet lideri bir sıra cinayətlər, o cümlədən Vladimir Leninin zəhərlənməsini törətməkdə ittiham olunur. Kitab bir çox dillərə tərcümə edilmişdir; ilk dəfə 1990-cı ildə SSRİ-də nəşr olunmuş və bestsellerə çevrilmişdir. Ömrünün Meksikada keçirdiyi son bir neçə ilində Lev Trotski əsasən Sovet lideri İosif Stalin haqqında böyük əsər hazırlamaqla məşğul idi. Keçmiş Xalq Komissarının bu tərcümeyi-halının yaradılmasına 15 ildən çox vaxt həsr edilib. O, “xırda əyalət bolşevik funksionerinin” Sovet Rusiyasının “totalitar diktatoru”na çevrilməsi və “özünün həqiqətən də qeyri-məhdud hakimiyyəti təmin etməsi” haqqında sənədlər və materiallar toplamışdır. Sovet Rusiyası və "özünü həqiqətən qeyri-məhdud bir güc təmin edir".
Trotski
Lev Davidoviç Trotski (rus. Лев Дави́дович Тро́цкий, əsl soyadı Bronşteyn; 26 oktyabr (7 noyabr) 1879, Bereslavka[d], Xerson quberniyası, Rusiya imperiyası – 21 avqust 1940[…], Koyoakan[d]) — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi, Qırmızı ordu qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi. Trotski əvvəlcə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Menşevik İnternasionalist qanadını dəstəkləyirdi. O 1917-ci il Oktyabr İnqilabı baş verməmiş, tez bir zamanda Bolşeviklərə qoşulmuş və nəhayət Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasında lider olmuşdur. RSFSR-in və SSRİ-nin ilk illərində o, Xarici İşlər üzrə Xalq Komissarı kimi və sonra Hərbi Dəniz İşləri üzrə Xalq Komissarı rütbəsi ilə Qırmızı Ordunun yaradıcısı və komandanı kimi xidmət etmişdir. 1920-ci illərdə Stalinin siyasəti və yüksəlişinə qarşı və Sovet İttifaqında bürokratiyanın artan roluna qarşı apardığı uğursuz mübarizədən sonra, Trotski hakimiyyətdən kənarlaşdırılmış (Oktyabr 1927), Kommunist Partiyasından xaric edilmiş (Noyabr 1927) və sonda, 1929-cu ildə Sovet İttifaqından sürgün olunmuşdur. Meksikada sürgündə olarkən, Trotski, IV İnternasionalın başçısı kimi, Sovet İttifaqındakı Stalin bürokratiyasına qarşı çıxmağa davam etmişdir. Avropa faşizminə qarşı Qırmızı Ordunun müdaxiləsinin ilk təbliğatçısı, Trostski, Stalinin Hitlerlə imzaladığı "qarşılıqlı toxunulmazlıq paktı"na qarşı çıxmışdır. 1940-cı ilin avqustunda Stalinin əmrilə Meksikada ispaniyalı Sovet agenti Ramon Merkader (Ramón Mercader) tərəfindən qətlə yetirilmişdir. Onun SSRİ-də qalan ailə üzvlərinin əksəriyyəti həbs olunmuş və edam edilmişdir.
Trotski (dəqiqləşdirmə)
Trotski (film, 1993) Trotski (film, 2009) Trotski (teleserial, 2017) — Rusiya televiziya serialı.
Trotski (soyad)
Trotski — soyad. Lev Trotski — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi. Sergey Trotski — Ssenari müəllifi, aktyor.
Trotski (teleserial, 2017)
"Trotski" (rus. Троцкий) — Aleksandr Kott və Konstantin Statskinin rejissorluğu ilə çəkilmiş 8 seriyalı Rusiya televiziya serialı. Serial Lev Trotskinin həyatını və onun XX əsrin siyasi hadisələrindəki rolunu əks etdirir. Premyerası 6 noyabr 2017-ci ildə Pervıy kanalda baş tutmuşdur. Serialın dünya premyerası Kannda keçirilən MIPCOM beynəlxalq televiziya sərgisində olub. 1940-cı ilin mayında Mexikonun ucqar ərazilərində polis geyimində olan kommunistlər rus inqilabının keçmiş lideri Lev Trotskinin evinə hücum edirlər. Onlar bir neçə saat ərzində evi atəşə tuturlar, lakin Trotski və xanımı müəmmalı şəraitdə sağ qalırlar. On bir illik sürgündə, demək olar ki, bütün yaxınlarını və doğmalarını itirmiş Trotski anlayır ki, əbədi düşməni İosif Stalin onu ömrünün sonuna qədər təqib edəcək. Onun əlindən qaçmaq mümkündür, lakin gizlənmək olmaz. Beləliklə, Trotski döyüşə başlayır.
Trotskinin Bakıya səfəri (film, 1924)
Film marksist inqilabçı və nəzəriyyəçi, sovet siyasi xadimi, sovet ordusunun qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi Lev Trotskinin Bakı səfərinə həsr olunmuşdur. Lev Trotski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 28.
Trotskizm
Trotskizm və ya trotskiçilik — 1920–1930-cu illərdə əsası Lev Trotski və digər Sol müxalifət liderləri tərəfindən qoyulmuş, marksizmin inkişafı ilə bağlı fikirləri təmsil edən nəzəriyyə, və həmçinin Beynəlxalq sol müxalifət və Dördüncü internasional nümayəndələri. Özlərini həmçinin bolşeviklər, leninçilər və inqilabçı marksistlər adlandırırlar. Lev Trotskinin ölümündən sonra trotskizmin görkəmli nümayəndələri arasında Erbest Mandel, Ted Qrant və Toni Kliff fərqlənir. Trotskizmin populyarlaşmasında vaxtilə SSRİ-nin və trotskiçilərin həmişə ona qarşı mübarizə apardıqları sovet sosializminin məhvi də az rol oynamadı. Həqiqi marksizm-leninizmin genetik düşmənləri olduqlarından, onlar dərhal bəyan etməyə tələsdilər ki, bu hadisə onların doğruluğunu tamamilə sübut edir, sovet sosializmi həyat qabiliyyətli deyildi və guya onun məhvi qanunauyğun idi. Təəccüblü deyil ki, bu məsələdə trotskiçilər liberallarla – burjuaziya ideoloqları və işçi sinfinin açıq düşmənləri ilə tamamilə həmfikir idilər, axı bu kommunizm hərəkatı tarixində ilk hadisə deyil ki, trotskiçilər öz həqiqi burjua sifətlərini açıq şəkildə nümayiş etdirirlər. Sovet sosializminin məhvindən öz xeyri üçün istifadə edən liberal təbliğatının və müxtəlif tip opportunistlərin təzyiqi altında dünya inqilab hərəkatında nizamsızlıq və sarsılma başladı – yeganə düzgün inqilab nəzəriyyəsinə — marksizm-leninizmə inam çox sarsıldı, kommunist və işçi partiyaları tənəzzül etməyə və ya sosial-demokratiya mövqeyinə keçməyə başladılar. Solların böyük hissəsi, xüsusilə əhalinin kiçik burjua şəhər təbəqəsi və ziyalılar, trotskiçilərin "inqilabiliyinə" inanaraq onlara birləşdi. Burjuaziya isə öz tərəfindən bu prosesi sadəcə sevinclə dəstəklədi, eləcə də maliyyə ilə dəstəklədi, çünki zəhmətkeşləri onun yeganə təhlükəli mübarizə yolundan uzaqlaşdıranların burjuaziya üçün necə qiymətsiz xidmət göstərdiklərini yaxşı başa düşürdü. Trotskist hərəkatlar dünyada burjuaziya tərəfindən aktiv sponsorluq edilən bir neçə siyasi birliklərlə (internasionallarla) təmsil olunurlar.
Yeni kurs (Trotski)
"Yeni kurs" (rus. Новый курс) — Lev Trotski tərəfindən yazılmış və 11 dekabr 1923-cü ildə "Pravda" qəzetində dərc edilmiş məqalə; sonradan yeni materiallarla tamamlandı və eyni başlıq altında ayrıca broşüra kimi nəşr olundu. Trotski bu əsərində bolşeviklər Partiyasının tədricən bürokratikləşməsi mövzusunda öz müşahidələrini açıqladı və mübarizə vasitəsi kimi SSRİ-də bütövlükdə birpartiyalı sistemin saxlanılması şərti ilə partiya həyatının demokratikləşdirilməsini təklif etdi. Məqalə mühüm təbliğat materialına çevrildi və onun ideyaları bolşeviklər sıralarında, xüsusən də Moskvada kifayət qədər dəstək aldı; Trotskinin fikirləri sovet gəncləri arasında da məşhur idi. “RK(b)P daxilində hakimiyyətin yenidən bölüşdürülməsi” kursu əsas sovet liderlərinin qarşılıqlı tənqidinə səbəb oldu, onlar Trotskinin “partiya yoldaşları” ilə şəxsi münaqişələrini bu əsərin ortaya çıxmasına səbəb kimi gördülər və bu işdən imtina etdilər. 1924-cü ilin yanvarında XIII partiya konfransında konfrans iştirakçıları Trotskinin tərəfdarlarını partiyada “xırda burjua” cərəyanı kimi xarakterizə edirdilər. Sonrakı illərdə Yeni kursun rədd edilməsi Sovet İttifaqının tarixində dönüş nöqtəsi oldu. Broşür dünyanın bir çox dillərinə tərcümə edilmiş və dəfələrlə təkrar nəşr edilmişdir.
“Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatı” rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.
“Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı” rəhbərlərinin işi

Trotskiçilik
Trotskizm və ya trotskiçilik — 1920–1930-cu illərdə əsası Lev Trotski və digər Sol müxalifət liderləri tərəfindən qoyulmuş, marksizmin inkişafı ilə bağlı fikirləri təmsil edən nəzəriyyə, və həmçinin Beynəlxalq sol müxalifət və Dördüncü internasional nümayəndələri. Özlərini həmçinin bolşeviklər, leninçilər və inqilabçı marksistlər adlandırırlar. Lev Trotskinin ölümündən sonra trotskizmin görkəmli nümayəndələri arasında Erbest Mandel, Ted Qrant və Toni Kliff fərqlənir. Trotskizmin populyarlaşmasında vaxtilə SSRİ-nin və trotskiçilərin həmişə ona qarşı mübarizə apardıqları sovet sosializminin məhvi də az rol oynamadı. Həqiqi marksizm-leninizmin genetik düşmənləri olduqlarından, onlar dərhal bəyan etməyə tələsdilər ki, bu hadisə onların doğruluğunu tamamilə sübut edir, sovet sosializmi həyat qabiliyyətli deyildi və guya onun məhvi qanunauyğun idi. Təəccüblü deyil ki, bu məsələdə trotskiçilər liberallarla – burjuaziya ideoloqları və işçi sinfinin açıq düşmənləri ilə tamamilə həmfikir idilər, axı bu kommunizm hərəkatı tarixində ilk hadisə deyil ki, trotskiçilər öz həqiqi burjua sifətlərini açıq şəkildə nümayiş etdirirlər. Sovet sosializminin məhvindən öz xeyri üçün istifadə edən liberal təbliğatının və müxtəlif tip opportunistlərin təzyiqi altında dünya inqilab hərəkatında nizamsızlıq və sarsılma başladı – yeganə düzgün inqilab nəzəriyyəsinə — marksizm-leninizmə inam çox sarsıldı, kommunist və işçi partiyaları tənəzzül etməyə və ya sosial-demokratiya mövqeyinə keçməyə başladılar. Solların böyük hissəsi, xüsusilə əhalinin kiçik burjua şəhər təbəqəsi və ziyalılar, trotskiçilərin "inqilabiliyinə" inanaraq onlara birləşdi. Burjuaziya isə öz tərəfindən bu prosesi sadəcə sevinclə dəstəklədi, eləcə də maliyyə ilə dəstəklədi, çünki zəhmətkeşləri onun yeganə təhlükəli mübarizə yolundan uzaqlaşdıranların burjuaziya üçün necə qiymətsiz xidmət göstərdiklərini yaxşı başa düşürdü. Trotskist hərəkatlar dünyada burjuaziya tərəfindən aktiv sponsorluq edilən bir neçə siyasi birliklərlə (internasionallarla) təmsil olunurlar.

Digər lüğətlərdə