TUBURQU
TUFANLI
OBASTAN VİKİ
Tufan
Tufan(və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Həsən Tufan
Hizbulla Gülsizin-Həsrətov-Kusinov (tam adı: Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov, rus. Хисбулла Фахриевич Гульзизин-Хазратов-Кусинов; təxəllüsü: Həsən Tufan, tatar. Хәсән Туфан, rus. Хаса́н Туфа́н; 27 noyabr (10 dekabr) 1900, İske Karmət[d], Aksubay volostu[d], Çistay qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 10 iyun 1981, Kazan) — Tatarıstan şairi və yazıçısı, milli fiqur, Abdulla Tuqay adına Tatarıstan MSSR Dövlət Mükafatı laureatı (1966). == Həyatı == Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov 9 dekabr 1900-cu ildə Rusiya imperiyasının Kazan quberniyasının Çistay mahalının Aksubay nahiyəsinə daxil olan Müqəddəs Kiremet (indiki Tatarıstan Respublikasının İske Karmət kəndi) bir kəndli ailəsində anadan olmuşdur. O, oxumağı və yazmağı atasından öyrənmiş, ibtidai təhsilini isə kənd məktəbində almışdır. 1914-cü ildə onun qardaşları Həsən Tufanı Ural dağlarına aparmışdır ki, o, buradakı mis mədənlərində kəşfiyyatçı kimi işləmişdir. O, təhsilini regionun ən öncül tədris müəssisələrindən biri olan Ufa şəhərindəki «Qaliya» mədrəsəsində davam etdirmişdir. O, burada Şeyxzadə Babiçin musiqi və ədəbi sferasına daxil olmuşdur. 1915-ci ildən onun ədəbiyyat müəllimi Alimcan İbrahimov olmuşdur.
Tufan (MRAP)
Tufan — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaratdığı Azərbaycanın ilk milli minaya qarşı qorumalı nəqliyyat vasitəsi. "Tufan"ın ümumi çəkisi 12300 kq, faydalı yükü 3000 kq, heyəti 2 nəfərdir. Maşın 8 desant 8 daşıyır. Maşının uzunluğu 7360 mm, eni 2440 mm,hündürlüyü 2820 mm-dir. "Tufan"ın sürəti 85 km/saat, gediş ehtiyatı 900 km təşkil edir. Maşın 230 at gücündə 8 silindrli, dördtaktlı maye ilə soyuducunun KAMAZ EVRO 2 dizel mühərriki və mexaniki transmissiyaya ilə təchiz olunub. Sifarişdən asılı olaraq maşın istənilən digər növ mühərrik və transmissiyaya ilə təchiz oluna bilər.
Tufan (dəqiqləşdirmə)
Tufan
Tufan (mifologiya)
Tufan və ya daşqın anlayışı dünyadakı bir çox mədəniyyətdə iştirak edər. Bənzərlikləri və fərqlilikləri mövcuddur. Şumerlərdə (Gilqameş dastanında) ilk dəfə bəhsi keçər. Xristianlıq, Yəhudilik və İslam ilə birlikdə bütün dünyanın ortaq bir inancı halına çevrilmiş və onsuz da bir çox cəmiyyətdə var olan tufan inanclarıyla də birləşmişdir. Türk mədəniyyətindəki əhəmiyyəti yer üzünün yenidən ilk başlanğıcdakı sularla qablı halına fırlanmasıdır. Yenilənmək simvoludur lakin yenilənmə bir növ inqilab ilə ortaya çıxır. Çünki tufan ilə köhnəlmiş olan hər şeyin sonu gəlir ancaq dönülən yer isə başlanğıc yəni özdür. Bu məzmunda həyatın bir çevrə olduğu inancını mənimsəyən primitiv cəmiyyətlərin düşüncə sisteminin ən gözəl nümunəsidir. Pislik üzündən xaos ortaya çıxar ancaq sonradan yenidən dinginleşir. Nuh peyğəmbər (Türklərdə Nama) bir gəmi edər və bütün canlılardan bir cüt alaraq daşqından qorunur.
Tufan (tarix)
Tufan termini (pol. pоtор szwedzki, lit. Tvanas) XVII əsrin ortalarında Polşa-Litva İttifaqında baş vermiş bir sıra hadisələr üçün istifadə olunur. Bu müharibələr zamanı Polşa-Litva İttifaqı əhalisinin üçdə birini və böyük güc statusunu itirmişdir. == Əvvəlki hadisələr, işğalın başlaması və Rusiya çarlığının strategiyası == 1648-ci ildə Boqdan Xmelnitski Polşa-Litva Birliyinin hökmdarlarından narazı qalan Zaporojiya kazakları və Ukrayna kəndlilərindən ibarət qoşunları ilə birlikdə böyük bir üsyana rəhbərlik etdi. Üsyanın ilk mərhələsi böyük dağıntılar ilə Berestechko müharibəsinin nəticəsiz qalması ilə Rusiya çarlığı ilə Reç Pospolita arasında Ukraynanı əhatə edən şərqi slavyan ərazisi üzərindəki qarşıdurmanı daha da gücləndirdi. Buna görə 1653-cü ilin oktyabrında rus komandiri Zemsky Sobor Polşaya müharibə elan etdi. 1654-cü ilin iyun ayında rus çarı I Aleksandr Şərqi Polşanı işğal etdi və 13 il davam edəcək 1654-1667 Rusiya-Polşa müharibələri başladı. 1654-cü ilin yayında ruslar bugünkü Belarusiya ətrafında qurulmuş bir çox vacib şəhər və qalaları ələ keçirməyə müvəffəq oldular. 3 oktyabr 1654-cü ildə mühasirədən sonra Smolensk tutuldu.
Tufan Div
Tufan Div — Azərbaycan nağılı "Tapdıq"ın qəhrəmanı. Fırtınalar tanrısı və Zülmət dünyasının padşahıdır, oğlu Tapdıq "İşıqlı dünyanın və Zülmət dünyasının padşahı" olaraq onu əvəz etmişdir. == Xarakteristikası == Zülmət dünyasının padşahı olan Tufan div bütün şər qüvvələrin və əməllərin himayəçisidir. O, nağılda tam mənfi obraz kimi təqdim edilməsə də, verilən bəzi məlumatlar (Tufan divin ölü tilsimini istifadə etməsi) onun mənfi obraz olduğunu təsdiqləyir. === Sehrli gücləri === Təbiətə təsir etmə. Tufan div bir yerdə görünməzdən əvvəl bərk gurultu qopara və ildırım çaxdıra bilər. Div Gün xanımdan ayrıldığı zaman kədərlənir, göz yaşları havaya qalxıb, damla-damla yerə süzülürdü. Ustadlara görə, bulud, duman, yağış, qar, dolu Tufan divin göz yaşlarından əmələ gəlirdi. Tufan div Gün xanımı gördükdən sonra onun göz yaşlarından dəryalar, ümmanlar, göllər əmələ gəlir və ya göz yaşları od olub ətrafı yandırırdı. Uçma və qeyri-insani sürət.
Tufan FK
Tufan Futbol Klubu — 2015-ci ildə ictimai birlik olaraq yaradılmış, Xırdalan şəhərini təmsil edən futbol klubu. Tufan Futbol Klubunun təşkilati-hüquqi forması ictimai birlikdir. Klubun bütün fəaliyyəti onun üzvlərinin iradəsinə tabedir. Nizamnaməsində də təsbit edildiyi kimi klubda idarəetmə funksiyasını 2018-ci ildən etibarən səkkiz nəfərdən ibarət İdarə Heyəti daşıyır. İdarə heyətinin fəaliyyəti üç nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası tərəfindən təftiş olunur və nəticəsi klub üzvlərinin ümumi müzakirəsinə (Ümumi Yığıncaq) təqdim olunur. İdarə heyəti və Nəzarət-Təftiş Komissiyası iki ildə bir dəfə klub üzvlərinin Ümumi Yığıncağı tərəfindən seçilir. Tufan Futbol Klubunda futbolçu istehsalı konsepsiyası altı illik araşdırmaların nəticəsində formalaşdırılmışdır. İstehsal prosesinin planlaşdırılması sözügedən konsepsiyaya uyğun hazırlanır lakin, elmi-texniki araşdırma və inkişaf fəaliyyətinin nəticəsində plana müvafiq dəyişikliklər edilir. Klubun əsas məqsədi yerli futbolçu bazarındakı boşluğu idman elminin köməyilə dünya səviyyəli futbolçular yetişdirməklə doldurmaqdır. Klub daxilində TufanLAB fəaliyyət göstərir və müasir data əldə etmə alətlərindən atletlərin inkişafı üçün istifadə edilir.
Tufan Gündüz
Tufan Gündüz (d. 11 may 1964, Kayseri, Türkiyə)— tarixçi, Hacettepe Universitetinin professoru == Həyatı == Tufan Gündüz 11 may 1964-ci ildə Kayserinin Tomarza şəhərində dünyaya gəlmişdir. O, ali təhsilini Qazi Universitetində almış, 1987-ci ildə universitetin tarix müəllimliyi fakültəsini bitirmişdir. Tufan Gündüz, 1996-ci ildə "Bozulus Türkmənləri 1540-1640" adlı doktorluq dissertasiyasını tamamlayaq müdafiə etmişdir. 2006-ci ildə dosent, 2011-ci ildə professor adı alan Tufan Gündüz, hal-hazırda Qazi Universitetində Tarix ixtisası üzrə müəllim kimi fəaliyyət göstərməkdir. == Fəaliyyəti == Tufan Gündüzün türkmənlər haqqında bir çox akademik araştırmalar aparmışdır. Bunda başqa professorun Osmanlı və Səfəvilər dövlətləri haqqında bir neçə məqaləsi çap edilmişdir .
Tufan Kərim
Tufan Kərim (2 avqust 1957, Balakən) — Azərbaycan Milli Demokrat Partiyasının (Bozqurd Partiyası) sədri, hüquqşünas, vəkil, "Millətçilik" qəzetinin təsisçisi. == Həyatı == Tufan Kərim 1957-ci il avqustun 2-də Azərbaycan Respublikasının Balakən rayonunda dunyaya gəlib. Orta təhsilini orada bitirdikdən sonra bir il tikintidə fəhlə kimi çalışıb. 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Buna qədər isə musiqi, hərbi və siyasi təhsil alıb. 1983-cü ildən 1991-ci ilədək huquq məsləhətçisi işləyib. Bir neçə il Hərbi Tribunalda çalışıb. 1995-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının uzvü kimi vəkillik fəaliyyəti ilə məşgul olur.1975–1977-ci illərdə sovet ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1977-ci ildə daimi yaşamaq üçün Bakı şəhərinə köçüb. Bakıda bir müddət yükvuran fəhlə kimi çalışıb.
Tufan Minnullin
Tufan Minnullin (tam adı: Tufan Abdulla oğlu Minnullin, rus. Туфа́н Абдуллович Минну́ллин, tatar. Туфа́н Габдулла́ улы Миңну́ллин; 25 avqust 1935, Olı Mərətxuca[d] – 2 may 2012, Kazan) — tatar əsilli SSRİ və Rusiya dramaturqu, nasiri, publisisti və ictimai xadimi, Kazan şəhərinin fəxri sakini. == Həyatı == Tufan Abdulla oğlu Minnullin 25 avqust 1935-ci ildə SSRİ-nin RSFSR-nın Tatarıstan MSSR-nin Kama Tamağı rayonunun ərazisinə daxil olan Olı Mərətxuca kəndində anadan olmuşdur. 1952-ci ildə o, orta məktəbdən məzun olmuş, 1956–1961-ci illərdə M. S. Şepkin adına Moskva Ali Teatr Məktəbində təhsil almışdır. Tufan Minnullin 1961–1964-cü illərdə Menzelinski Akademik Teatrında işləmişdir. Eyni zamanda o, dram ilə peşəkarcasına maraqlanmağa başlamışdır. 1962-ci ildə Menzelinski Akademik Teatrı onun komediya janrında yazdığı «Kəndimizin əhalisi» (rus. «Люди нашего села») əsərini tamaşaya qoymuşdur. Həmin il onun «Azat» (tatar.
Tufan (film, 1989)
Tufan (Rom: Toofan) — 1989-cu ildə Ketan Desai tərəfindən çəkilmiş, Amitabh Baççanın əkiz qardaş rolunda ikili rolda oynadığı hind dilində çəkilmiş superqəhrəman filmidir. Filmin baş qəhrəmanlarından biri arbaletini silah kimi istifadə edən super qəhrəman Tufan, digəri isə Şyam adlı sehrbazdır. Filmin prodüseri Ketan Desainin atası Manmohan Desai idi. Filmin stoku və saundtreki Anu Məlikə məxsusdur. Film kassada “Orta” müvəffəqiyyət nümayiş etdirmişdir. == Süjet xətti == Filmin hekayəsi iki qardaşın ətrafında cərəyan edir, onlardan biri super güclərə malikdir və Lord Hanumanın həvəsli davamçısıdır. Digər personaj isə, atasının həyatına son qoymuş qaçış hiyləsini yerinə yetirməyə can atan həlim bir küçə sehrbazıdır.
Tufan zirehli maşını
Tufan zirehli maşını- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən dizayn və istehsal edilən zirehli döyüş maşını. == Tarixi == Tufan zirehli maşını ilk dəfə ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilib, lakin avtomobilin seriya öncəki prototipi gövdə forması və bəzi detallara görə konseptdən bir qədər fərqlidir. Zirehli maşını yalnız aqreqat və şassi hissələrində donor detallardan istifə olunmuşdur. Tufan zirehli maşını 100 faiz Azərbaycan dizaynerlərinin və mühandislərinin kreat fikirləri və təcrübəsi ilə istehsal olmuşdur. == Texniki xüsusiyyətləri == Tufanın ağırlığı 12,3 tona çatır və zirehli maşın 10 nəfərlik şəxsi heyəti tam təhlükəsiz şəraitdə 3 tona qədər faydalı yük ilə daşımaq qabiliyyətinə malikdir. Maşın NATO-nun STANAG 4569 ballistik qoruma standartının 3-cü səviyyəsinin tələblərinə uyğundur. Şosedə saatda 85 kilometr sürətinə çatan maşın həm də 65 sm dərinlikdəki xəndəkləri və 1,2 metr su maneələrini keçmə qabiliyyətini malikdir, məlumatda bildirilir. Tufanın dəf edilən eniş və yoxuşunun səviyyəsi 30 dərəcə, yamacı isə 18 dərəcədir. Zirehli maşının yerində dönmə radiusu 20 metrə çatır və onun uzunluğu 7,3, eni 2,44, hündürlüyü isə 2,8 metrdir. Tufanın gövdəsi universal formatda layihələndirilib ki, maşının güc aqreqatı sırasına 8 və ya 12 silindirli 230-dan 550 at gücünə qədər istənilən dizel, turbodizel müharrikləri və transmissiyalar tətbiq oluna bilər.
Əli Tufan Kıraç
Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmərəş ili) — Musiqiçi. == Həyatı == Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi. 1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi. Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı.
"Tufan" dağ-xizək kompleksi
"Tufan" Dağ-Xizək Kompleksi (tam adı: "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi) — Azərbaycanın Qəbələ rayonunda rekreasiya-turizm obyekti. == Coğrafiyası == Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. == Açılışı == Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olmuşdur. Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. == İnfrastruktur == Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür.Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan beşində inşaat işləri başa çatmışdır. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir.Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə Kompleks gün ərzində 3000 nəfərə xidmət göstərmək imkanına malikdir.Burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olması kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biridir. Belə ki, hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər.
Tufan Baba Gorgor (Qürvə)
Tufan Baba Gorgor (fars. طوغان باباگرگر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 676 nəfər yaşayır (160 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Tufan Dağ-Xizək Kompleksi
"Tufan" Dağ-Xizək Kompleksi (tam adı: "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi) — Azərbaycanın Qəbələ rayonunda rekreasiya-turizm obyekti. == Coğrafiyası == Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. == Açılışı == Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olmuşdur. Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. == İnfrastruktur == Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür.Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan beşində inşaat işləri başa çatmışdır. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir.Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə Kompleks gün ərzində 3000 nəfərə xidmət göstərmək imkanına malikdir.Burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olması kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biridir. Belə ki, hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər.
Əli Əkbər Tufan
Əli Əkbər Tufan — türk siyasətçisi. == Bioqrafiyası == Bölgədə "Ramazanoğlu" (Mələkli) adı ilə tanınan böyük bir ailəyə mənsubdur. İrəvan Rus Gimnaziyasının məzunudur. Birinci Dünya müharibəsi illərində Cəmiyyət-i Hayriyənin İğdır təmsilçisi olaraq, Balkan müharibəsində, Rusiya-Osmanlı müharibəsində Qafqaz üzərindən nizami orduya maddi yardım toplanması işini təşkil etmiş və həyata keçirmişdir. Vudro Vilsonun 14 maddəsi adına bölgəyə gələn ABŞ Baş Qərargah rəisi general Ceyms Harbord Müttəfiq dövlətləri adına Əli Əkbeər Tufan ilə bölgəni gəzərək “Böyük Ermənistan deyilən yerdə heç bir erməni görmədim” məruzəsi ilə çıxış edib. Bu vəziyyət Lozanna Sülh müqaviləsi prosesi zamanı İğdırın Türkiyə sərhədləri daxilində qalması üçün böyük əhəmiyyət kəsb edir. Müharibə günlərində müxtəlif səbəblərdən atasını, anasını və qızını itirən Əli Əkbər Tufan Türkiyə Cümhuriyyətinin qurulmasından sonra başladılan “əhali mübadilə”si ilə Sürməli bölgəsi Türk Ocağının sədrliyini üzərinə götürür. İğdıra köçən insanların qayğısına qalmaq, bələdiyyə sahəsində araşdırmalara rəhbərlik etmək və bir çox siyasi partiyanın qurulmasında öncül olmuşdur. 13 noyabr 1970-ci ildə vəfat edən Əli Əkbər Tufan indiki Mələkli-Çaybaşı ailə qəbiristanlığında məqbərədə dəfn edilmişdir. == Siyasi karyerası == Əli Əkbər Tufan 1910-cu ildə Difai Partiyasının və "İttihad-i İslam Türk Birliyi Cəmiyyəti"nin İğdır təmsilçisi, daha sonra isə Müsavat Partiyasının İrəvan nümayəndəsi kimi fəaliyyət göstərmişdir.
2014 Nepal qar tufanı fəlakəti
2014 Nepal qar çovğunu fəlakəti (nep. नेपाल हिमपात) — 2014-cü ilin 14 oktyabrdan mərkəzi Nepalın Annapurna və Dhaulagiri dağlarında və ya ətrafında baş verən və müxtəlif millətlərdən ən azı 43 insanın öldüyü fəlakətdir. Ölənlər va yaralanlar mövsümə uyğun olmayan və son 10 ildə Nepalda baş vermiş qar çovğunlarının ən şiddətlisi hesab edilən qar çovğununa tutulublar. Bu hadisə Nepalda indiyə qədər səyyahların başına gələn ən böyük fəlakət hesab edilir.
Tozlu tufanlar
== Tozlu tufanlar == Tozlu tufanlar-burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar, adətən, quraqlıq vilayətlərdən yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada çınqıl və iri qum 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər) xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar (Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar - Orta Asiya üçün xarakterik olub san-qum qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış gillicə); ağ fırtına - geniş şoranlıq ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Tozlu tufanların müddəti bir neçə saatdan 7 ... 70 sutkaya kimi davam edir. Küləyin sürəti, adətən, saniyədə 40 metri keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da, böyük maddi ziyan yetirir.
Tufanbəyli
Tufanbeyli — Adana ilinin ilçəsi. Şərqində Qəhrəmanmərəş ilinin Göksun ilçəsi, qərbində Kayserinin Dəvəli və Tomarza ilçələri, cənubunda Saimbəyli, şimalında isə Kayserinin Sarız ilçəsi yerləşir. Sahəsi 964 km²dir. Əhalinin sıxlığı təxminən 25 adam / km²dir. Coğrafi yerləşməsi səbəbiylə Adana və ətraf illərdən uzaqdır.. Adanaya 196 km, Kayseri ilinə 178 km, Qəhrəmanmərəş ilinə 160 km uzaqlıqda yerləşir. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 17.667 nəfər yaşayır.
Tufandağ
Tufandağ — Qusar və Qəbələ rayonu ərazisində dağ. == Haqqında == Baş Qafqaz silsiləsindədir. Hündürlüyü 4191 m. Yerli əhalinin məlumatına görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır. Dağ Tufan adı ilə də qeydə alınmişdır.Bu zirvə Böyük Qafqaz suayncı üzərində yerləşib konusu xatırladır. Yura şistlərindən əmələ gəlmiş bu dağın hündürlüyü 4191 metrdir. İl ərzində ən çox tufan və çovğun olduğuna görə ona Tufan adı verilmişdir. Yayılmış dini rəvayətə görə guya Nuhun gəmisindən qopmuş parçalar bu dağdakı göllərə düşmüşdür. Yağış, çovğun vaxtı həmin parçalar göllərin suyunun üzərinə çıxır, hava sakitləşəndə qeyb olur. Təbii ki bu sadəcə bir əfsanədir.
Tufandağ (dağ-xizək kompleksi)
"Tufan" Dağ-Xizək Kompleksi (tam adı: "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi) — Azərbaycanın Qəbələ rayonunda rekreasiya-turizm obyekti. == Coğrafiyası == Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. == Açılışı == Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olmuşdur. Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. == İnfrastruktur == Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür.Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan beşində inşaat işləri başa çatmışdır. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir.Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə Kompleks gün ərzində 3000 nəfərə xidmət göstərmək imkanına malikdir.Burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olması kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biridir. Belə ki, hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər.
Tufandağda alpinistlərin itkin düşməsi
Tufandağda alpinistlərin itkin düşməsi — 2017-ci ilin 23 dekabr tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış 3 alpinistin itkin düşüməsi ilə nəticələnən hadisə. “Gilavar” İdman Klubunun üzvləri olan alpinistlər 23 dekabrda yürüşə çıxıblar. Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadə adlı alpinistlərlə sonuncu əlaqə 24 dekabrda axşam saatlarında saxlanılıb. Axtarışları Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin və FAİREX-in (Azərbaycan Hava və Ekstremal İdman növləri federasiyası) üzvlərindən ibarət komanda həyata keçirib. Tufandağ dəniz səviyyəsindən 4 071 metr yüksəklikdədir. Xilasedicilər itkin düşmüş alpinistlərin 2,5 min metr yüksəklikdə olduqlarını ehtimal edirdilər. Hadisənin baş verməsindən on gün sonra alpinistlərin axtarışı üzrə davam edən əməliyyat fonunda Azərbaycan Respublikası Baş Prokurorluğu səhlənkarlıq maddəsi ilə bağlı cinayət işinin açıldığını elan edib.Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub. 6 yanvar tarixində itkin düşmüş alpinistlərin axtarışına xarici mütəxəssislərdə cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olub.2018-ci ilin 20 yanvar tarixinə olan son məlumatlara əsasən alpinistlərin tapılması mümkün olmayıb.
Tufangöl
Tufangöl — Dəmiraparan çayının sol qolu Tufançayın sağ qolunun mənbəyindən 4 km şimalda, dəniz səviyyəsindən 3,277 m yüksəklikdə yerləşir. Buzlaq (moren) mənşəyli olan Tufangölün ətrafı dağlarla əhatə olunmuş, qar və buzlaq suları ilə qidalanan şirin sulu göldür.Gölün uzunluğu 160 m, eni 125 m, dərinliyi 5,6 m -ə, çoxsulu dövürdə sahəsi 3,8 hektara çatır. Tufan gölün suyu yay aylarında şəffaf olur və 2 m-ə qədər gölün dibi aydın görünür. Iyul ayında gölün suyunun t 0 – u +10 0 – dən yüksək olur. Rayonun dağ yaylaqlarının Şimal sərhəddində yerləşən Tufan gölün əhatəsi ilin 8 – 9 ayı buludlu, qarlı, çovqunlu keçir. Bəzən qar örtüyü bütün il ərzində əriməyə macal tapmır. Bu yerlərə bələd olan köçəri maldarlar (yerli əhali) Tufan gölü Nuhun gölü kimi tanıyırlar. Tufangöl Böyük Qafqaz dağlarının Azərbaycan hissəsinin Başsuayrıcı silsiləsində, Quba və Qəbələ rayonlarının sərhəddində, Dəmiraparan çayının sol qolunun mənbəyinin yuxarı hissəsində yerləşir. Dəmiraparançayının sol qolundakı Tufançay Tufangöldən qidalanır. Belə ki, gölün səviyyəsindən bir qədər aşağıdan, dağın guney yamacında heç bir buzlaq və bulağın olmadığı yerdən gölün suyu sanki dağın döşünü yararaq axır və Tufançayın mənbəyini əmələ gətirir.
Tufanlı Yoxuşlar
Tufanlı Yoxuşlar — XIX əsrin ingilis şairə və yazıçılarından biri olan Emili Bronte-nin ölümündən bir il öncə 1847-ci ildə yayımlanmış tək romanıdır. == Məzmunu == Romanda iki əsas qəhrəman olan Cənab Hitkliff və Xanım Ketrinin qarmaşıq və dramatik həyat hekayələri ələ alınır. Hadisələr, başlanğıç anlarından etibarən bütün gedişata şahid olmuş Ellen Din adlı bir xidmətcinin dilindən Cənab Hitkliffin mülkünə kirayənişin olaraq gəlmiş "Lokvud" adlı bir gəncə nağıl edilir. Məlum olur ki, Cənab Hitkliff illər öncə Ketrinin atası Ernşo tərəfindən kimsəsiz bir uşaq olaraq tapılaraq evə gətirilir. Bu andan etibarən Hitkliff və Ketrinin dostluğu başlayır. Bir neçə il sonra bu dostluq məhəbbətə çevrilsə də Ketrin Edqar adlı başqa bir gənclə ailə qurur. Onlar bir neçə müddət ayrı qalsalar da Hitkliff Ketrini təzədən tapır. Ardınca Ketrin öz adını daşıyacaq bir qız övladı dünyaya gətirərkən ölür. Hadisələrin cərəyanı nəticəsində Hitkliff bu qızı öz oğlu ilə evləndirsə də sevdiyi qadının əcəlinə səbəb olduğu üçün son günədək ona düşmən münasibəti bəsləyir. Ketrinin ölümü ilə qətiyyən barışa bilməyən Hitkliff onun ruhuna səslənərək belə deyir: O gündən etibarən Hitkliff qəribə və əsrarəngiz hadisələr yaşamağa başlayır.

Digər lüğətlərdə

вы́дуть доска́кивать клееваре́ние перечи́нка пожёвывание распры́скивать сорту́чка бечева́я ветрю́га замедле́ние идти́ на поклон свида́нка убра́ть cash crop despisable duster inbetweening Little Bear poor white safari испанский лента нестись полуостровной потеха