TULLAMAQ

f.
1. Bir şeyi az və ya çox şiddətli bir hərəkətlə yaxına və ya uzağa, yuxarıya və ya aşağıya atmaq; fırlatmaq.
Adətimiz daş idi dəva günü; Tullar idik əldə sapan qıjhaqıj. M.Ə.Sabir.
Rəfizadə şərab şüşəsini götürüb, Mahmud xana tulladı. M.S.Ordubadi.
[Qəhrəman] … sapanda daş qoyub hərləyən kimi hərlədi və var gücü ilə ilanı qayadan aşağı tulladı. Ə.Vəliyev.

// Bir şeyi əldən buraxaraq yerə düşürmək, yerə atmaq. Papiros qırıntılarını yerə tullamaq olmaz!
2. Çəkmək, itələmək, kənara çəkmək, atmaq.
…Zərrintac xanım bəzəkli yorğanı üstündən kənara tulladı. S.Rəhimov.

3. Tökmək, salmaq.
Biz laqeyd olsaq əgər; Onlar məşum bombanı; Tullaya bilər yekə; İnsanlığın ömrünə. R.Rza.
Təyyarələr beş yüz kiloqram ağırlığında olan bombaları yerə tulladı. Ə.Vəliyev.

4. Tərk etmək; buraxıb getmək.
Hələlik tullamışıq xaneyi-viranələri; Dolanıb kişvəriTiflisdə kaşanələri. M.Ə.Sabir.

5. məc. Əl çəkmək, atmaq.
Qırxların əlindən bir badə içdim; Tulladım namusu, həyadan keçdim. Molla Cümə.

6. məc. dan. İçmək.
Cümşüd bəy evdən çıxmamış bir neçə piyalə qırmızı çaxır tullayıb getdi. E.Sultanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TULLAMAQ TULLAMAQ Xəstə qarını tutub; Tulladılar həyətə (M.Rzaquluzadə); ATMAQ Nisə kömür qabını yerə atıb gəldi (Mir Cəlal); FIRLATMAQ Pası Cəbini qüvvətli əl
  • TULLAMAQ salmaq

Etimologiya

  • TULLAMAQ Mənbələrdə “толкать” mənasını verən tül feili var. Güman etmək olar ki, tulla feilinin kökü həmin tül sözündən ibarətdir, amma feil -lı şəkilçisini qə
TULLAMA
TULLANIŞ

Digər lüğətlərdə

артисти́ческий атипи́чность взлупцева́ть воздержа́вшийся вы́веренно ма́слиться многоговоря́щий подле́дник пропи́льный стеклене́ть сыроя́дец четырёхсо́тая чухо́нский анестези́н забе́ливать шелкови́стый эскимо́сский cheval glass once-over pipeline milker protium беспричинный вдуматься квакать причиндалы