TULUQ

is.
1. İçində maye, yağ və s. saxlamaq, nehrə çalxalamaq üçün qab kimi işlədilən, aşılama ilə hazırlanmış bütöv qoyun və ya keçi dərisi.
Çoban qarşılayır bizi xoşsifət; Tuluqdan süd tökür: Buyurun, – deyir. S.Vurğun.
[Göyçək] südü bişirdi, iki gündən qalmış qatığı tuluğa yığıb çalxadı. Ə.Vəliyev.

2. bax dol.
Mahmudun çox yaxşı yadındadır ki, o, dolamaçarxı hərlədib tuluqla quyudan su çəkərdi. Y.Əzimzadə.

3. köhn. Bir tuluq tutan qədər maye ölçüsü.
[Zümrüd Məlikməmmədə:] Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən. Çəmənzəminli.
[Həsənov:] Deyirlər ki, … fermaya get, bir tuluq yağdan, pendirdən götürmə… M.İbrahimov.

◊ Zəhər tuluğu – çox acıdil adam haqqında işlədilir.
Şişib tuluğa dönmək1) çox şişmək;
2) həddən artıq kökəlmək.

Синонимы

  • TULUQ tuluq bax 1, nehrə; 2. dol; 3. qarın 1

Этимология

  • TULUQ Mənası rus dilində belə açıqlanıb: “надувной мешок”. Bu, nə deməkdir? Qabaqlar sudan keçmək üçün dərinin içini hava ilə doldurub, ondan bir nəqliyyat
TULLANTI
TULUQBALABANI
OBASTAN VİKİ
Tuluq
Tuluq (ölçü vahidi) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını ölçmək üçün istifadə edilən əşya. Tuluq (qab) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və daşımaq üçün istifadə edilən əşya. Tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. == Tarixi və xarakteristikası == Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Tuluq (ölçü vahidi)
Tuluq — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və ölçmək üçün istifadə edilən əşya. == Ümumi məlumat == Ölçü vahidi kimi işlədilən qablardan biri də tuluq olmuşdur. Tuluq qoyun dərisindən hazırlanırdı. Ondan əsasən maye halında olan ərzaqları və yeməkləri saxlamaq və ölçmək üçün istifadə edilirdi. "Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi batman (1 batman=8 kq) unun çörəyi, yeddi batman düyünün aşı, yeddi tuluq şərab mənim bir öynəmin xörəyidi" (Koroğlu dastanı). == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459.

Значение слова в других словарях

допрева́ть единовре́менно жа́ждущая пропи́хивание синусоида́льный сурове́ц хмелево́й эллипсоида́льный манса́рда нужен как собаке пятая нога́ облома́ться плени́тельность пленя́ть шерша́веть шко́да dressing-out frost pockets long-limbed peek roundly велосипед высчитывать легислатура отъедать языкознание