TUMAS

"təmas" sözündəndir; bir-birinə dəymə, toxunma; t.kök aslar; etnonim.
TUMARXAN
TUNCALP
OBASTAN VİKİ
Dağ Tumas
Dağtumas — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.Tanınmış müəllimi: Rasta Hüseynova == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Dağ Tumas oyk, mür. Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Tumas olmuşdur. Sonralar bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur r-nları), Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra, birini digərindən fərqləndirmək məqsədilə dağ yamacında yerləşən bu kənd Dağ Tumas adlandırılmışdır. Cəbrayılın ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m).
Tumas Tranströmer
Tumas Yosta Tranströmer (isv. Tomas Gösta Tranströmer; 15 aprel 1931[…], Stokholm – 26 mart 2015[…], Stokholm)) — İsveç şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2011). == Həyatı == Tumas Tranströmer 1931-ci ildə Stokholmda anadan olub. Ata və anası boşandıqdan sonra müəllim olan anası onu böyüdüb. Stokholm Universitetində "Şeir və psixologiya" fakültəsini bitirib. Şeirləri 60-dan çox dilə tərcümə olunub. 26 mart 2015-ci ildə 83 yaşında vəfat etmişdir.
İlham Tumas
İlham Tumas (tam adı: İlham Əli oğlu Ağayev; d. 1972, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı jurnalist, ssenari müəllifi, rejissor, 1-ci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, "Füzulinin azad olunmasına görə", Müdafiə Nazirinin 30.12.2020-ci il tarixli 0249t saylı əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib. == Həyatı == İlham Tumas 1972-ci il oktyabr ayının 19-da Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin fizika (1990–1992) və Sosial elmlər və psixologiya fakültəsində (1993–1996) təhsil alıb, ixtisasca filosofdur. 1992–1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib , N saylı hərbi hissənin tərkibində əlahiddə "Qurtuluş" taborunda Tərtər ətrafında gedən döyüşlərdə iştirak edib. 1996–2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə taqım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır. Hərbidən sonra fasilələrlə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, Azərbaycan Milli Məclisinin Aparatında işləyib. == Fəaliyyəti == Mətbuatda ilk yazısı 1992-ci ildə "Azərbaycan" qəzetində dərc olunub. Müxtəlif mətbu orqanlarda, o cümlədən, "Avrasiya", "Kino", "Ayna", "Panorama", "Hürriyyət", "Vətəndaş Həmrəyli", "Xural", "Ekspress" qəzetlərində çalışıb.
Tumaslı
Tumaslı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd Tumaslı (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Tumaslı (dağ) — Cəbrayıl rayonu ərazisində dağ.
Tumaslı (Bərdə)
Tumaslı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Tumaslı (dağ)
Tumaslı — Azərbaycan Respublikası Cəbrayıl rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində yerləşən dağ. Hündürlüyü 1580 metrdir. Dağ Tumas kəndinin şimalındadır. Yerli əhali arasında Tumas dağı olaraq bilinir. Öz adını yaxınlığında yerləşən dağdan almışdır.
Tumaslı (Şərur)
Tumaslı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == Bu kəndin yaranma tarixi və adı tarixçilər tərəfindən araşdırılmamışdır. Lakin adının etimologiyası bu kəndin qədimliyinə sübutdur. Kəndin adının etimologiyasını iki variantda izah edilir. Birinci variantda, bunu Asiya qitəsinə adı verilmiş çox qədim "As/Az" tayfasının izləri (Tum/tüm+as/+lı) açıq göründüyü üçün bu kəndin "Tum (tüm/bütün?) + As tayfısının yaşadığı yer" mənasını verdiyini güman etmək olar. "-lı" isə yer, mənsubluq bildirən şəkilçidir. İkinci variantda, kəndin adının qədim türk dilində mövcud olan "Tumas" şəxs adı ilə bağlı ola bilməsi ehtimalıdır. Bu halda kəndin adının "Tumas ailəsinin (və ya qəbiləsinin) yaşadığı yer ("lı" isə yer, mənsubluq bildirən şəkilçidir) mənasını verdiyini iddia etmək olar. Bərdə rayonunda eynilə bu adda kənd mövcuddur. Oxşar ada Qubadlı rayonunun Çay Tumas və Cəbrayıl rayonunun Dağ Tumas kəndlərində də rast gəlinir.
Tumaslı mədrəsəsi
Tumaslı mədrəsəsi — Qarabağda yerləşən qədim mədrəsə. == Haqqında == Mədrəsə Dizaq mahalı,Tumaslı kəndində yerləşirdi.Dövrün görkəmli ədiblərindən olan Molla Vəli Vidadi müəyyən müddət bu mədrəsədə müəllimlik etmişdi. Mədrəsədə təhsil alan şagirdlərin əksəriyyətini sunnilər təşkil edirdi. XIX əsrin əvvəllərində mədrəsədə müəllim edən şəxslər arasında Mahmud əfəndi Tumaslı (1781–1842), Molla Mustafa Tumaslı və başqaları var idi. Mədrəsədə təhsil görmüş şagirdlərdən bəziləri İstanbula da göndərilmişdi. Mədrəsənin tələbələrindən biri kimi xəttat Omsan Tumalıni nümunə göstərmək olar. Mədrəsəyə hamilik edən şəxs Mikayıl sultan Həsən ağa oğlu Tumaslı (1781–1847) idi.
акуше́рство иссверли́ть перекрепля́ться пятикопе́ечный равноду́шничать самаритя́нский улепля́ться иудин поцелу́й пари́ поля́нка сверхзвуково́й сви́ливать це́зий эскимо́сский фелука banshee evenly hang-gliding immunity power train выродок забуянить кадетский набор правка